Allahın Kainatı Yaratmasının Elmi Sübutu: Big Bang Aprel 12, 2010
Posted by fayuu in Elm Nə Deyir?.Tags: Allahı inkar edən ideologiya, Aleksandr Fridman, Allah, argument, astronom, astronomiya, Avropa İntibahı, böyük partlayış, Böyük Partlayış, Big Bang, ebedi, Edvin Habbl, Edwin Hubble, ezeli, əbədi, əzəli, felsefe ve ideologiya, fəlsəfə və ideologiya, filosof, Fred Hoyl, Fridrix Engels, insan, kaiantin baslangici, kainatın başlanğıcı, kainat necə yaranıb?, kainat, kainatin genislenmesi, kainatın genişlənməsi, karl marks, kosmik yumurta, kosmoloq, kosmos, materialist filosoflar, Maunt Vilson, materialist, materialist fəlsəfə, müasir elmin kəşfləri, müşahidə, model, Mount Wilson, muasir elmin kesfleri, musahide, nezeriyye, nəzəriyyə, Qədim Yunanıstan, Quran, Quran ayeleri, radiasiya, sabit vəziyyət nezeriyyesi, sabit vəziyyət nəzəriyyəsi, Sir Fred Hoyle, sonsuz kainat, sonsuz kainat, steady-state nezeriyyesi, steady-state nəzəriyyəsi, teleskop, tesaduf, təsadüf, yaradılış
5 comments
İnsanlar yüzillərdir ki, «kainat necə yaranıb?» sualına cavab axtarırlar. Tarix boyunca bununla bağlı minlərlə model ortaya atılıb. Lakin biraz araşdıranda bəlli olur ki, bu nəzəriyyələrin hamısı təməldə iki modeldən birinin üzərində qurulmuşdur. Bunlardan biri artıq heç bir elmi dayağı və əsası qalmayan «sonsuz kainat», ikincisi isə hazırda bütün elmi çevrələrdə qəbul olunan «böyük partlayış» modelidir. Birinci model kainatın başlanğıcı və sonunun olmadığını, ikincisi isə əksinə kainatın böyük bir partlama nəticəsində yarandığını və fasiləsiz olaraq genişləndiyini nəzərdə tutur. Artıq etibarlılığını itirimiş birinci model kainatın hüdudsuz, əzəli və əbədi olduğunu, həmişə də bu vəziyyətdə qalacağını nəzərdə tutur. Bu nəzəriyyə Qədim Yunanıstanda yaranmış, daha sonra Avropa İntibahı dövründə yenidən gündəmə gəlmiş materialist fəlsəfənin əsasında qurulmuşdu. Əslində İntibah elə qədim yunan filosoflarını araşdırmaq məqsədi güdürdü. Beləcə, materialist fəlsəfə və onun dəstəklədiyi sonsuz kainat anlayışı fəlsəfə və ideologiyanın tozlu rəflərindən çıxarılaraq, elmi gerçək kimi insanlara təqdim olundu.
Karl Marks, Fridrix Engels kimi materialist filosoflar öz fikirlərini məhz bu zəmində formalaşdırmışdılar və bu səbəbdən də «sonsuz kainat» ideyası XX əsrə gəlib çıxmışdı. Ötən əsrin ilk yarısına qədər gündəmdə olan bu modelə görə kainat yoxdan var edilməyib və heç vaxt da yox olmayacaq. Guya kainatın sabit (statik) quruluşu var. Halbuki, elmin inkişafı nəticəsində əldə edilən nailiyyətlər bu nəzəriyyənin tamamilə susdurdu. Bəlli oldu ki, kainat sonsuz deyil – kainatın başlanğıcı və sonu vardı. (davamı…)
İman Edən Alimlərin “Dinə Xidmət Şövqü” Aprel 1, 2010
Posted by fayuu in Elm Nə Deyir?.Tags: alim, Allah, ağıllı, cəhd, elm adamları, fayda, faydalı, heves, həvəs, iman, imkan, inkişaf, kainat, karyera, kesf, kəşf, mövqe, menfeet, mənfəət, pul, səmimi, sonsuz, tebiet, tedqiqat, təbiət, tədqiqat, vacib, yaradılış, yaradılış gerçəyi, şöhrət
1 comment so far
Allahın varlığına və böyüklüyünə iman gətirmiş elm adamlarının dünyaya aid məqam, mövqe, şöhrət və ya pul kimi həvəsləri olmadığı üçün elmi araşdırmalarda göstərdikləri cəhdləri də son dərəcə səmimi olur. Bu insanlar bilirlər ki, kainatla bağlı kəşf etdikləri hər sirr bütün insanlara Allahı tanıdacaq, insanlara Allahın sonsuz gücünü və elmini göstərəcəkdir. İnsanlara Allahın varlığını anlatmaq, yaradılış gerçəyini tanıtmaq iman edən bir insan üçün, şübhəsiz, vacib bir ibadətdir.
Elə bu səmimi düşüncələrə sahib olan imanlı alimlər bütün həyatları boyu böyük bir şövqlə kainatdakı qanunları, təbiətdəki möcüzəvi sistemləri, canlılardakı qüsursuz mexanizmləri, ağıllı davranışları kəşf etmək üçün mühüm araşdırmalar edirlər. Apardıqları tədqiqatlardan da son dərəcə faydalı nəticələr alır, böyük nailiyyətlər əldə edirlər. Bu yolda çətinliklərlə qarşılaşmaq onları geri çəkilməyə vadar etməz və ya insanlardan bir qarşılıq görməsələr də həvəslərini itirməzlər. Çünki onlar etdikləri ilə məhz Allahın razılığını qazanmaq məqsədi güdürlər. (davamı…)
Təkamül Nəzəriyyəsinin Süqutu və İdeoloji Səbəbləri Fevral 15, 2010
Posted by fayuu in Darvinizmin Sonu.Tags: Allah, amin turşusu, arxeoloji, Çarlz Darvin, bəşəriyyət, biokimya, biologiya, canlı, düşüncə, DNT molekulu, ehtimal, elm, elmi qanun, endoplazmatik şəbəkə, enerji, fantaziya, fosil, Frensis Krik, genetika, hüceyrə, hüceyrə qılafı, heyvan, holci kompleksi, ibtidai, ideologiya, ideoloji, laboratoriya, lizosom, materialist, materialist fəlsəfə, Mənəviyyat, mikrobiologiya, mitoxondri, nobel mükafatı, orqanoid, paleontologiya, primitiv, protein, quruluş, ribosom, riyazi, texnologiya, təbii şərtlər, təkamül nəzəriyyəsi, təsadüf, yaradılış, zülal, zoologiya, şifrə
1 comment so far
Təkamül nəzəriyyəsi yer üzündəki canlıların təsadüflər nəticəsində təbii şərtlər daxilində öz-özünə meydana gəlməsini müdafiə edir. Bu nəzəriyyə elmi qanun, sübut edilmiş həqiqət deyil, elmilik pərdəsi altında cəmiyyətlərə qəbul etdirilməyə çalışılan materialist düşüncə tərzidir. Müasir elm tərəfindən hər sahədə təkzib edilən bu nəzəriyyənin ən böyük əsasları hiylə, saxtakarlıq, təhrif, yalanlardan ibarət təlqin və təbliğat üsullarıdır.
XIX əsrin bəsit elmi məlumatları ilə xəyali fərziyyə kimi irəli sürülən təkamül nəzəriyyəsi bu günə qədər heç bir elmi fakt və ya təcrübə vasitəsilə sübut edilə bilinməmişdir. Əksinə, nəzəriyyənin iddialarını əsaslandırmaq üçün istifadə edilən bütün üsullar belə bir nəzəriyyənin əsassızlığını sübut etmişdir.
Ancaq bir çox insan, (davamı…)
Qurani Kərimdə Allahın Riyazi Möcüzəsi Fevral 11, 2010
Posted by dusunek in Elm Nə Deyir?, Mənəviyyat.Tags: Allah, axirət, bitki, cəhənnəm, cənnət, Dünya, dəniz, Günəş, iman, insan, küfr, kişi, mələk, nur, qadın, Quran, rüşeym, riyazi, riyazi möcüzə, riyaziyyat, sevgi, xromosom, yaradılış, şürk, şeytan
3 comments
Quran göndərildiyi gündən etibarən hər dövrdə yaşayan insan qrupunun anlaya biləcəyi asan və aydın dilə malikdir. Ədəbi dilinin mükəmməlliyi, bənzərsiz üslub xüsusiyyətləri və ehtiva etdiyi üstün hikmət bunun ən əhəmiyyətli səbəblərindəndir. Bununla yanaşı Quranın Allahın sözü olduğunu isbat edən bir çox möcüzəvi xüsusiyyəti daha var. Bunlardan biri də Quranda diqqəti cəlb edən söz təkrarlarıdır.
Allah bundan 14 əsr əvvəl insanlara yol göstərici kitab olan Quran-ı Kərimi göndərmiş və bütün insanlığı Qurana riayət edərək qurtuluşa çatmağa dəvət etmişdir. Ayədə də bildirildiyi kimi Quran “…aləmlərə bir zikr (öyüd, xatırlatma, hökm və üstün bir şərəf)dən başqa bir şey deyil.” (Qələm Surəsi, 52) Quran göndərildiyi gündən qiyamət gününə qədər insanlığın tək yol göstəricisi olan son İlahi kitab olacaq. Ancaq 20-ci və 21-ci əsr texnologiyası ilə əldə etdiyimiz bəzi elmi gerçəklərin 1400 il əvvəl Quranda bildirilməsi Quranın Allahın sözü olduğunu isbat edən çox sayda möcüzələrdən biridir. Bu xüsusiyyətlərdən biri də ”riyazi möcüzə”lərdir. Bu möcüzəyə bir nümunə isə Qurandakı bəzi söz təkrarlarının verdiyi ortaq ədədi göstərmək olar. Bir-biriylə əlaqədar bəzi sözlər möcüzəvi şəkildə eyni sayda təkrarlanır. Aşağıda bu cür sözlər və Qurandakı təkrarlanma ədədləri verilmişdir.
“Yeddi göy” ifadəsi 7 dəfə keçir. “Göylərin yaradılışı (xəlqi səmavat)” ifadəsi də 7 dəfə təkrarlanır.
“Gün (yəvm)” ifadəsi tək olaraq 365 dəfə keçərkən, çoxluq yəni“günlər (əyyam və yəvməyn)” sözləri 30 dəfə təkrarlanır. “Ay” sözünün təkrar sayı isə 12-dir. (davamı…)
Kainatdakı Cisimlərin Uzaqlıqları Necə Ölçülür? Fevral 8, 2010
Posted by fayuu in Elm Nə Deyir?.Tags: Andromeda, Dünya, kainat, kentilyon, kosmos, kuasar, Qalaktika, Samanyolu, Südyolu Qalaktikası, ulduz, yaradılış, yer kürəsi, İşıq ili
1 comment so far
Yaşadığımız dünyada hər şeyi metr, kilometr kimi ölçü vahidləriylə ölçürük. Qarışqa 5 millimetr, golf topu 5 santimetr, zürafə 5,5 metr, Çin Səddi 6,400 kilometr və Yer kürəsinin ekvatorunun uzunluğu 40.000 kilometrdir. Ancaq, Uca Rəbbimizin qüsursuz yaradılış dəlilləriylə təchiz etdiyi kosmosun böyüklüyünü anlaya bilmək üçün çox böyük uzaqlıq ölçü vahidlərinə ehtiyacımız var. “İşıq ili” bu vahidlərdən biridir.
İşıq ili, kainatdakı bir-birindən çox uzaq cisimlərin arasındakı məsafəni tapmaq üçün istifadə edilən uzaqlıq vahididir və işığın bir ildə getdiyi yolu ifadə edir. İşıq bir saniyədə 300.000 kilometr yol qət edə bilir. Bir ildə isə təxminən 9,461,000,000,000 kilometr yol gedə bilər.
Bizə ən yaxın ulduz 4.22 işıq ili uzağımızdadır.
Dünyamızın yerləşdiyi Südyolu (Samanyolu) qalaktikası təxminən 100.000 işıq ili böyüklükdədir.
İçində 200 milyard ulduz olan Südyolu qalaktikasının kosmosdakı sürəti saatda 950.000 kmdir.
Kainatda Südyolu kimi təxminən 350 milyard qalaktika var. (davamı…)
Kainatın Böyüklüyü Nə Qədərdir? Dekabr 23, 2009
Posted by dusunek in Elm Nə Deyir?.Tags: Alfa Sentavra, Dünya, elmi nailiyyətlər, Günəş Sistemi, kainat, kainatın ölçüləri, kosmos, peyk, Qalaktika, Südyolu Qalaktikası, ulduz, yaradılış, yer kürəsi, yer planeti
add a comment
Möhtəşəm böyüklükdəki kainatın sahib olduğu həssas tarazlıqlar bu qüsursuz nizamın Allahın üstün yaratma sənəti nəticəsində var olduğunu sübut edir.
Elmi nailiyyətlər bizi çox mühüm nəticəyə gətirir. Kainatın möhtəşəm böyüklüyü! Kainatın ölçüləri haqqında düşündüyümüzdə qarşımıza çox böyük rəqəmlər çıxır.
Yer planeti, bildiyimiz kimi Günəş Sisteminin bir parçasıdır. Bu sistem kainatdakı digər ulduzlara görə orta böyüklükdə olan Günəşin ətrafında dövr edən 8 planetdən və onların 54 peykindən meydana gəlir. Yer Kürəsi bu sistemdə Günəşə ən yaxın üçüncü planetdir. (davamı…)

FACEBOOK'da bizi izləyin