Təkamül Nəzəriyyəsinin Süqutu və İdeoloji Səbəbləri Fevral 15, 2010
Posted by fayuu in Darvinizmin Sonu.Tags: təkamül nəzəriyyəsi, genetika, canlı, təsadüf, Allah, fosil, laboratoriya, arxeoloji, yaradılış, hüceyrə, ideologiya, Çarlz Darvin, materialist fəlsəfə, biologiya, elm, primitiv, materialist, düşüncə, texnologiya, zülal, şifrə, heyvan, enerji, riyazi, elmi qanun, zoologiya, paleontologiya, biokimya, mikrobiologiya, təbii şərtlər, quruluş, ideoloji, bəşəriyyət, Mənəviyyat, ehtimal, amin turşusu, protein, mitoxondri, ribosom, lizosom, hüceyrə qılafı, holci kompleksi, endoplazmatik şəbəkə, orqanoid, fantaziya, DNT molekulu, Frensis Krik, nobel mükafatı, ibtidai
1 comment so far
Təkamül nəzəriyyəsi yer üzündəki canlıların təsadüflər nəticəsində təbii şərtlər daxilində öz-özünə meydana gəlməsini müdafiə edir. Bu nəzəriyyə elmi qanun, sübut edilmiş həqiqət deyil, elmilik pərdəsi altında cəmiyyətlərə qəbul etdirilməyə çalışılan materialist düşüncə tərzidir. Müasir elm tərəfindən hər sahədə təkzib edilən bu nəzəriyyənin ən böyük əsasları hiylə, saxtakarlıq, təhrif, yalanlardan ibarət təlqin və təbliğat üsullarıdır.
XIX əsrin bəsit elmi məlumatları ilə xəyali fərziyyə kimi irəli sürülən təkamül nəzəriyyəsi bu günə qədər heç bir elmi fakt və ya təcrübə vasitəsilə sübut edilə bilinməmişdir. Əksinə, nəzəriyyənin iddialarını əsaslandırmaq üçün istifadə edilən bütün üsullar belə bir nəzəriyyənin əsassızlığını sübut etmişdir.
Ancaq bir çox insan, (davamı…)
İşıq Saçan Canlılardakı Ehtişam Fevral 15, 2010
Posted by fayuu in Elm Nə Deyir?.Tags: Allah, atəşböcəkləri, canlı, elm, elm adamları, enerji, həşərat, istehsal, istilik, işıq, kimyəvi, kimyəvi reaksiya, maksimum, növ, temperatur, texnologiya, tədqiqat
2 comments
İşıq saçan canlıların ən çox məlum olan növləri atəşböcəkləridir. Elm adamları illərlə davam edən araşdırmalar və fəaliyyətlərilə atəşböcəkləri kimi məhsuldar işıq istehsal etməyə çalışırlar. Maksimum işıq verən və demək olar ki, enerji itkisinə yol verməyən atəşböcəkləri bu xüsusiyyətlərinə görə illərlə tədqiqat hədəfi olmuşlar. Əslində bir canlının işıq verməsi eyni zamanda bu işığın istiliyinin ona təsir etməməsi son dərəcə təəccüblüdür. Çünki məlum olduğu kimi, dövrümüzün texnologiyası ilə həyata keçirilən işıq istehsalında istilik ayrılır və bu istilik istilik enerjisinə çevrilir. Ona görə də işıq verən canlıların özləri də bu yüksək temperaturdan zərər görməlidirlər. Lakin işıq verən canlılar işıq verdikdə çox istilik ayrılmır. Soyuq işıq adlanan bir cür işıq verirlər. Orqanizmləri buna uyğun olaraq qurulmuşdur.
Diqqətli Nəzarətçi: Hüceyrə Qılafı Fevral 15, 2010
Posted by fayuu in Elm Nə Deyir?.Tags: canlı, Allah, hüceyrə, orqanizm, kompüter, texnologiya, zülal, sistem, nəzarət, hüceyrə qılafı, orqanoid, güclü, təhlükəsizlik tədbirləri, zərərli, müdaxilə, dövrümüzün texnologiyası, elektron mikroskopu, Yağ
1 comment so far
Çox güclü təhlükəsizlik tədbirləri görülən, zərərli heç bir şeyin qapıdan içəri qoyulmadığı, içəri giriş üçün çox dəqiq yoxlamaların edildiyi və gələnlərin ancaq bu şəkildə içəri buraxıldığı bir bina düşünün. Ancaq bütün bunları binanın özü etsin. Bayırdan heç bir müdaxilə, heç bir kömək almadan bina canlı kimi hərəkət etsin. Binanın düşünürmüş kimi hərəkət etməsi, yəni təhlükəsizlik yoxlamalarını kompüterin köməyilə etməsi, şəxsiyyətin yoxlamasını aparması dövrümüzün texnologiyası ilə mümkün ola bilər. Bəs belə bir sistemin 1 millimetrin 100 mində biri qədər yerə yerləşdirildiyini desək nə düşünərsiniz? (davamı…)
Sümüklərdəki Qəfəs Sistemlərinin Möhkəmliyi Fevral 15, 2010
Posted by fayuu in Elm Nə Deyir?.Tags: bədən, bud sümüyü, elastik, insan skeleti, karkas, polad, qəfəs sistem, sümük, texnologiya
1 comment so far
Bədənin hərəkəti və qorunması kimi mühüm funksiyanı yerinə yetirən sümüklər bu işi asanlıqla görəcək keyfiyyət və möhkəmlikdə yaradılmışlar. Məsələn, bud sümüyü dik formada bir ton ağırlığa tab gətirə bilər. Belə ki, atılan hər addımda bu sümüyümüzə bədən ağırlığımızdan üç dəfə ağır yük düşür. Hətta dirəklə hündürlüyə tullanan bir idmançı yerə enərkən bud sümüyünün hər sm2-i 1400 kq-lıq təzyiqə məruz qalır.
Sümüklərdəki nizamın mükəmməlliyinin tam şəkildə başa düşülməsi üçün belə bir bənzətmə edək. İnsanın istifadə etdiyi ən möhkəm və yararlı materiallardan biri poladdır. Çünki polad həm möhkəm, həm də elastik maddədir. Ancaq sümüklər bərk poladdan daha möhkəmdir və 10 dəfə artıq elastikliyə malikdir. (davamı…)
Tarixdən Nümunə: Səlahəddin Əyyubinin İslam Birliyi Fevral 9, 2010
Posted by fayuu in İslam Birliyi.Tags: Avropa, çəkişmə, bölünmə, din, dini təşkilat, dirçəliş, elm, Encyclopedia Britannica, əmirlik, əxlaq, fəth, güc, işğal, işğalçı, müsəlman, mədəniyyət, ordu, Qüds, Quran, qırğın, Səlahəddin Əyyubi, Səlib yürüşü, siyasi, texnologiya, təşviq, xaçlı, Xaçlı Krallığı, xaos, xoşgörüş (tolerantlıq), Yaxın Şərq, zəfər, İslam, İslam Birliyi
1 comment so far
1096-cı ildə başladılan birinci Səlib yürüşü zamanı xaçlı orduları Yaxın Şərqə çatdığında müsəlmanlar, aralarında müxtəlif anlaşılmazlıqlar və çəkişmələr yaşanan əmirliklərə bölünmüşdülər. Bu səbəbdən Avropadan gələn barbar işğalçılara qarşı müqavimət göstərə bilmədilər. 1099-cu ildə Qüdsdə dəhşətli qırğın törədildikdən sonra qurulan Xaçlı Krallığı uzun illər müsəlmanların bölünməsindən faydalanmışdı. Ancaq böyük İslam sərkərdəsi Səlahəddin Əyyubinin müsəlman əmirliklərini öz hakimiyyəti altına alaraq birləşdirməsi ilə müsəlmanlar, xaçlı işğalçılara qarşı mübarizə aparmaq gücünə sahib oldular.
Hz. Mehdinin Çıxışından Əvvəl Kütləvi Qırğınlar Olacaq Fevral 8, 2010
Posted by fayuu in Axır Zaman.Tags: Axır Zaman, çıxış, ölü, Cəlaləddin Suyutinin Təsnifindən Hədislər - Axır Zaman Mehdisinin Əlamətləri, əlamət, fitnə, hacı, hədis, hərb, hərc-mərclik, Hz. Mehdi, internet, kommunikasiya, müharibə, Mina, qan, qiyamət, qırğın, texnologiya, zühur, zülm, Zilhiccə, şəvval, şiddət, Əl-Kavlu'l Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, Əli bin Hüsaməddin Əl Muttaki
add a comment
Hədislərdə Hz. Mehdinin (ə) çıxışından əvvəl dünyanın böyük əksəriyyətini təsiri altına alan şiddət və qarışıqlığın yaşanacağı, qan töküləcəyi bildirilir:
Bu hadisələr meydana gəlmədikcə qiyamət qopmayacaq… Ölümlər və qırğınlar kütləviləşəcək. (Camiü’s-Sagir, 3:211, Müsnəd, 2:492, 4:391, 392)
Şəvvalda müharibə nərələri, Zilhiccədə hərb və müharibə olar. Yenə Zilhiccədə hacılar talana uğrayar, hətta küçələr qandan keçilməz olar… Hərc-mərclik çoxalaraq davam edər. (Əli bin Hüsaməddin Əl Muttaki, Cəlaləddin Suyutinin Təsnifindən Hədislər – Axır Zaman Mehdisinin Əlamətləri, sf. 37)
Sümüklərdəki Qəfəs Sistemlərinin Möhkəmliyi Fevral 4, 2010
Posted by dusunek in Elm Nə Deyir?.Tags: anatomiya, bədən, bina, biologiya, bud sümüyü, dirək, elastik, insan skeleti, körpü, kompüter, polad, polad karkas, qəfəs sistem, sümük, sənaye obyektləri, texnologiya
add a comment
Bədənin hərəkəti və qorunması kimi mühüm funksiyanı yerinə yetirən sümüklər bu işi asanlıqla görəcək keyfiyyət və möhkəmlikdə yaradılmışlar. Məsələn, bud sümüyü dik formada bir ton ağırlığa tab gətirə bilər. Belə ki, atılan hər addımda bu sümüyümüzə bədən ağırlığımızdan üç dəfə ağır yük düşür. Hətta dirəklə hündürlüyə tullanan bir idmançı yerə enərkən bud sümüyünün hər sm2-i 1400 kq-lıq təzyiqə məruz qalır.
Sümüklərdəki nizamın mükəmməlliyinin tam şəkildə başa düşülməsi üçün belə bir bənzətmə edək. İnsanın istifadə etdiyi ən möhkəm və yararlı materiallardan biri poladdır. Çünki polad həm möhkəm, həm də elastik maddədir. Ancaq sümüklər bərk poladdan daha möhkəmdir və 10 dəfə artıq elastikliyə malikdir. Sümüklər poladdan ağırlıq baxımından da üstün quruluşdadır. Bir polad karkas insan skeletindən 3 dəfə ağırdır. (davamı…)

FACEBOOK'da bizi izləyin