Biomimetika: Təbiətdəki Texnologiyaların Təqlidi Aprel 17, 2010
Posted by fayuu in Elm Nə Deyir?.Tags: biomimetik, biomimetika, biomimikri, canlilarin qorunmasi, canlı, ekoloji tarazlıq, elm dünyası, enerji, herbi techizat, hərbi təchizat, model, nanotexnologiya, qlobal istilesme, qlobal istiləşmə, robot texnologiyası, süni intellekt (AI), tarazlıq, tebiet, tebietdeki dizayn, tebieti teqlid etmek, texnologiyalar, təbi, təbiət, təbiəti təqlid etmək, tibbi senaye, tibbi sənaye, yeni elm sahesi, yer kürəsi, yer kuresi, yer kuresinin problemleri
1 comment so far
Hal-hazırda Yer kürəsinin ən mühüm problemlərindən biri qlobal istiləşmə və ekoloji tarazlıqların pozulmasıdır. Bunları nəzərə alaraq elm dünyası insanların diqqətini təbiətin və canlıların qorunmasına çəkməyə çalışmaqdadır. Milyonlarla il ərzində təbiətdəki ekoloji tarazlıqlar çərçivəsində yaşayan milyardlarla canlı, sahib olduqları texnologiyalar sayəsində həm həyatlarını davam etdirir, həm də təbiətə və ekoloji tarazlıqlara zərər vermirlər. Təbiətdəki dizaynlar ən az məmulat və enerjidən istifadə edərək maksimum səmərə verir, öz-özlərini təmir edə bilir, yenidən istehsala qayıdırlar. Eləcə də təbiət dostu olmaları, səssiz işləmə prinsipi, estetik, dayanıqlı və uzun ömürlü olmaları baxımından sənaye texnologiyasına nümunə təşkil edirlər. Amma insan əli ilə istehsal olunan texnologiyalar təbiətdəki hazır texnologiyalardan fərqlənir. Bu fərq yeni bir elm sahəsi olan Biomimetikanı doğurmuşdur.
Biomimetika insanların təbiətdə olan sistemləri təqlid edərək əldə etdikləri (davamı…)
Yaradılış Dəlilləri Aprel 11, 2010
Posted by fayuu in Elm Nə Deyir?.Tags: Allah, Allahın varlığı, araşdırma, öz-özünə yaranan, böcekler, beden sistemleri, bədən sistemləri, bitkiler, canlı və cansız varlıqlar, cürbəcür canlılar, curbecur canlılar, delil, deniz heyvanları, din, ebedi, Eyfel Qülləsi, Eyfel Qullesi, əbədi, əzəli, harmoniya, heqiqet, insan, kainat, kainatı yaradan, mürəkkəb sistemlər, mentiqsiz, meqsed, məntiqsiz, məqsəd, qoruyucu, Quran, qurucu, quşlar, Rahim, Rahman, resm, ressam, rəsm, rəssam, senet eseri, senetkar, sənət əsəri, sənətkar, sistem, surunenler, tarazlıq, tebietdeki harmoniya, tebietdeki tarazlıq, tek hüceyreli orqanizmler, tesadufen, təbiətdəki harmoniya, tək hüceyrəli orqanizmlər, təsadüfən, vicdan, xebersiz, xəbərsiz, Yaradan, Yaradanın valıgının subutu, yaradilis delilleri, yaradılış dəlilləri, şüurun qaynağı
add a comment
Oturduğunuz yerdən ətrafınıza bir baxın. Olduğunuz otaqdakı hər şeyin “düzəldilmiş” olduğunu görəcəksiniz. Divarlar, döşəmələr, tavan, oturduğunuz stul, əlinizdə tutduğunuz kitab, stolun üstündə duran bir stəkan; sayılmayacaq qədər çox əşya… Bunlardan tək bir dənəsi belə öz başına əmələ gəlib otağınıza gəlməmişdir. Ən adi görünən xalı saçağını belə işləyib hazırlayan vardır; o saçaq oraya öz qərarı ilə, təsadüfən gəlib yerləşməmişdir.
Əlinə bir kitab alan insan da, onun bir yazıçı tərəfindən bəlli bir məqsəd üçün yazıldığını bilir. Bu kitabın təsadüfən ortaya çıxdığını fikrinə belə gətirməz. Eyni halda bir heykələ baxan insan, onun bir sənətkar tərəfindən hazırlandığına heç bir şübhə etməz. Nəinki saysız sənət əsərinin öz-özünə yarandığını düşünmək, hətta üst-üstə duran 2-3 kərpici belə planlı bir hərəkətlə o şəklə gətirən kimsəni olduğunu heç kim inkar etməz. Başqa bir sözlə desək, kiçik ya da böyük, qayda olan yerdə, şübhəsiz bu qaydanın bir qurucusunun və qoruyucusunun olması labüddür. Bir gün biri çıxıb, xam dəmir və kömürün təsadüfən poladı, poladın təsadüfən Eyfel Qülləsini təşkil etdiyini iddia etsə, bu adamın və ona inananların ağıllarına şübhə edilməzmi? (davamı…)
Allaha İnam Alimlərə Hədsiz Şövq və Həyəcan Verir Mart 31, 2010
Posted by fayuu in Elm Nə Deyir?.Tags: Albert Eynşteyn, alim, Allah, ağıl, darvinizm, delil, dəlil, din, dinsiz, dizayn, elm, elm adamları, elmi araşdırma, fəza, göz, iman, insan, Iohan Kepler, Isaak Nyuton, kainat, kompleks, materialist fəlsəfə, motivasiya, Qalaktika, sir, tarazlıq, tədqiqat, təkamül nəzəriyyəsi, ulduz, vicdan, Yaradıcı, şikəst
7 comments
“Dinsiz elm şikəstdir.” Albert Eynşteyn
Din insanları elmə həvəsləndirir. Elmlə məşğul olan ağıl və vicdan sahibləri Allahın varlığının dəlillərinə çox yaxından şahid olduqları üçün eyni zamanda güclü bir imana da malik olurlar. Çünki bu insanlar hər tədqiqatda, hər yeni kəşfdə Allahın yaratdığı mükəmməl bir sistem, qüsursuz incəliklərlə qarşılaşırlar.
Məsələn, gözü tədqiq edən bir alim təkcə insan gözündəki kompleks sistemi görərək, bunun əsla təsadüflərlə, mərhələli şəkildə meydana gələ bilməyəcəyini anlayar. Bir az da dərindən nəzərdən keçirəndə gözü təşkil edən hər detalın möcüzəvi bir yaradılışa malik olduğuna şahid olar. Gözün bir-birinə uyğun onlarla ayrı-ayrı hissədən ibarət olduğunu görər və onu yaratmış Allaha olan heyranlığı qat-qat artar.
Eyni şəkildə kainatı tədqiq edən bir alim özünü bir anda minlərlə möcüzəvi tarazlıqla qarşı-qarşıya görər. Hüdudlarını müəyyən etməyin mümkün olmadığı ucsuz-bucaqsız fəzada yerləşən milyardlarla qalaktika və bu qalaktikalardakı milyardlarla ulduzun böyük ahəng içində mövcud olması ona böyük araşdırma şövqü verər.
Bunların nəticəsində (davamı…)
Proton və Neytronlar Arasındakı Müvazinət Fevral 15, 2010
Posted by fayuu in Elm Nə Deyir?.Tags: Allah, atom, canlı, elektrik yükü, elektron, fövqəltəbii, fizika, göy cisimləri, hissəcik, kainat, müsbət, müvazinət, mənfi, mərkəzdənqaçma qüvvəti, nüvə, neytron, nizam, proton, tarazlıq, zərrəcik
4 comments
Məlumdur ki, hər atom bir nüvə və nüvənin ətrafındakı orbitlərdə fırlanan elektronlardan ibarətdir. Nüvənin özü isə proton və neytron adlı hissəcikərdən meydana gəlmişdir. Elektronlar malik olduqları elektrik yükünə görə nüvənin ətrafında davamlı şəkildə fırlanırlar. Bütün elektronlar mənfi (-), bütün protonlar isə müsbət (+) elektrik yüklüdürlər və atomun nüvəsindəki müsbət yük elektronları özünə doğru çəkir. Bu səbəbdən elektronlar sürətlərinin onlara verdiyi mərkəzdənqaçma gücünə baxmayaraq nüvənin ətrafından ayrılmırlar.
Atomun mərkəzində nə qədər proton varsa, kənarında da o qədər elektron olur. Bu sayədə atomların elektrik yükü tarazlanır. Ancaq (davamı…)
Mikrodünyanın Canlıları: Planktonlar Fevral 15, 2010
Posted by fayuu in Elm Nə Deyir?.Tags: Allah, atmosfer, üzvi maddə, balıq, bitki, canlı, dəniz, dəniz axınları, dəniz canlıları, Diatom, Dinoflagellatlar, fitoplanktonlar, fotosintez, günəş enerjisi, geometrik forma, heyvan, həyat, kabondioksid, mikroskopik, mitrometr, onurğasız heyvanlar, plankton, qidalanma zənciri, sürfə, silisium oksid, su yosunu, tarazlayıcı, tarazlıq, tək hüceyrəli canlı, xüsusiyyət
1 comment so far
Planktonlar dəniz altındakı həyat zəncirinin ən mühüm, ən vacib halqalarından biridir. Bu canlıların ölçüsü bir neçə mikrometrədən çox deyil. Bir mikrometrin bir metrin milyonda biri olduğu nəzərə alındıqda, bu canlıların gözlə görünməyəcək qədər kiçik olduğu başa düşülür. Bəs gözlə görülməyəcək qədər kiçik olan bu canlıları bu qədər əhəmiyyətli, hətta həyatın davamlılığı üçün lazımlı edən hansı xüsusiyyətdir?
Dəniz altındakı bir çox canlının əsas qidası bitki və heyvan əsaslı olmaqla iki qrupa ayrılan planktonlardır. Bu səbəbdən planktonların azalması balinalardan kiçik dəniz canlılarına qədər bir çox canlı üçün təhlükə yaradır. Bu mikroskopik canlıların əhəmiyyəti sadəcə bununla məhdudlaşmır. Xüsusilə bitki əsaslı planktonlar dünyadakı müxtəlif müvazinətlərin təmin edilməsində mühüm faktordur.
Okeanların Təmin Etdiyi Tarazlıqlar Fevral 10, 2010
Posted by fayuu in Elm Nə Deyir?.Tags: adət, Allah, çay, buxarlanma, dəniz, ekvator, fiziki, fotosintez, göl, göy cisimləri, Günəş Sistemi, karbondioksid, kimyəvi, maye, nizam, okean, su, tarazlıq, temperatur, yağış, Yer
add a comment
Yağışlar, dənizlər, çaylar, okeanlar, kranı açdıqda axan içməli su… İnsanlar suyun varlığına o qədər adət ediblər ki, yer üzünün böyük hissəsinin sularla əhatə olmasının əhəmiyyətini bəlkə də heç düşünmürlər. Ancaq məlum olan bütün göy cisimlərinin arasında yalnız Yerdə suyun olması, üstəlik bu suların içməli olması son dərəcə mühüm məsələdir.
Günəş sistemindəki digər 63 göy cismindən heç birində həyatın əsas şərti olan su yoxdur. Lakin Yer səthinin dörddə üç hissəsi sudur. Okeanlar kimi böyük su kütlələrilə yanaşı çaylar, kiçik göllər kimi ölçüləri və xüsusiyyətləri bir-birindən fərqli olan sular da var. Bütün sular duzlu və ya şirin deyil. Yerdə bütün canlıların ehtiyaclarına görə nizamlanmış qüsursuz su tarazlığı var.
Yer üzündəki milyonlarla canlı növü su sayəsində həyatlarını davam etdirir, (davamı…)
Atmosferin Xüsusi Quruluşu Fevral 10, 2010
Posted by fayuu in Elm Nə Deyir?.Tags: Allah, arqon, atmosfer, azot, ölüm, bədən, canlı, detal, hava, heyvan, insan, karbondioksid, nəfəs, nəzarətsiz, nizam, oksigen, partlayış, proses, qaz, qüsursuz, tarazlıq, təhlükəli, yer kürəsi
add a comment
Nəfəs almaq sizin üçün sadəcə havanı içinizə çəkmək və sonra nəfəs verərək bayıra buraxmaqdan ibarət ola bilər, ancaq əslində bu proses üçün hərtərəfli qüsursuz nizam qurulmuşdur. Belə ki, insanın nəfəs almaq üçün ən kiçik səy göstərməsinə belə ehtiyac yoxdur. Hətta bu mövzu çoxunun ağlına da gəlmir. Hər insan doğulduğu andan ölənə qədər heç dayanmadan nəfəs alır. Çünki həm əhatəsindəki, həm də öz bədənindəki bütün şərtləri Allah rahat nəfəs alacağı şəkildə yaratmışdır.
Hər şeydən əvvəl insanın nəfəs ala bilməsi üçün atmosferdəki qazların tarazlığının çox yaxşı nizamlanması şərtdir. Bu tarazlıqda kiçik dəyişikliklərin meydana gəlməsi insanın ölümünə səbəb olan təhlükəli nəticələr doğurar. Onsuz da bu cür çatışmazlıqlar heç vaxt baş verməz. Çünki atmosfer həyat üçün lazımlı son dərəcə xüsusi şərtlər birləşdirilərək nizamlanmış qeyri-adi tərkibdir və qüsursuz işləyir.

FACEBOOK'da bizi izləyin