Allahın Kainatı Yaratmasının Elmi Sübutu: Big Bang Aprel 12, 2010
Posted by fayuu in Elm Nə Deyir?.Tags: Allahı inkar edən ideologiya, Aleksandr Fridman, Allah, argument, astronom, astronomiya, Avropa İntibahı, böyük partlayış, Böyük Partlayış, Big Bang, ebedi, Edvin Habbl, Edwin Hubble, ezeli, əbədi, əzəli, felsefe ve ideologiya, fəlsəfə və ideologiya, filosof, Fred Hoyl, Fridrix Engels, insan, kaiantin baslangici, kainatın başlanğıcı, kainat necə yaranıb?, kainat, kainatin genislenmesi, kainatın genişlənməsi, karl marks, kosmik yumurta, kosmoloq, kosmos, materialist filosoflar, Maunt Vilson, materialist, materialist fəlsəfə, müasir elmin kəşfləri, müşahidə, model, Mount Wilson, muasir elmin kesfleri, musahide, nezeriyye, nəzəriyyə, Qədim Yunanıstan, Quran, Quran ayeleri, radiasiya, sabit vəziyyət nezeriyyesi, sabit vəziyyət nəzəriyyəsi, Sir Fred Hoyle, sonsuz kainat, sonsuz kainat, steady-state nezeriyyesi, steady-state nəzəriyyəsi, teleskop, tesaduf, təsadüf, yaradılış
5 comments
İnsanlar yüzillərdir ki, «kainat necə yaranıb?» sualına cavab axtarırlar. Tarix boyunca bununla bağlı minlərlə model ortaya atılıb. Lakin biraz araşdıranda bəlli olur ki, bu nəzəriyyələrin hamısı təməldə iki modeldən birinin üzərində qurulmuşdur. Bunlardan biri artıq heç bir elmi dayağı və əsası qalmayan «sonsuz kainat», ikincisi isə hazırda bütün elmi çevrələrdə qəbul olunan «böyük partlayış» modelidir. Birinci model kainatın başlanğıcı və sonunun olmadığını, ikincisi isə əksinə kainatın böyük bir partlama nəticəsində yarandığını və fasiləsiz olaraq genişləndiyini nəzərdə tutur. Artıq etibarlılığını itirimiş birinci model kainatın hüdudsuz, əzəli və əbədi olduğunu, həmişə də bu vəziyyətdə qalacağını nəzərdə tutur. Bu nəzəriyyə Qədim Yunanıstanda yaranmış, daha sonra Avropa İntibahı dövründə yenidən gündəmə gəlmiş materialist fəlsəfənin əsasında qurulmuşdu. Əslində İntibah elə qədim yunan filosoflarını araşdırmaq məqsədi güdürdü. Beləcə, materialist fəlsəfə və onun dəstəklədiyi sonsuz kainat anlayışı fəlsəfə və ideologiyanın tozlu rəflərindən çıxarılaraq, elmi gerçək kimi insanlara təqdim olundu.
Karl Marks, Fridrix Engels kimi materialist filosoflar öz fikirlərini məhz bu zəmində formalaşdırmışdılar və bu səbəbdən də «sonsuz kainat» ideyası XX əsrə gəlib çıxmışdı. Ötən əsrin ilk yarısına qədər gündəmdə olan bu modelə görə kainat yoxdan var edilməyib və heç vaxt da yox olmayacaq. Guya kainatın sabit (statik) quruluşu var. Halbuki, elmin inkişafı nəticəsində əldə edilən nailiyyətlər bu nəzəriyyənin tamamilə susdurdu. Bəlli oldu ki, kainat sonsuz deyil – kainatın başlanğıcı və sonu vardı. (davamı…)
Allaha Etimad Və Təslimiyyət Aprel 10, 2010
Posted by fayuu in Mənəviyyat.Tags: Allah, canlı, dünyanın sirri, Dünya, güven, güvənmək, guvenmek, ilahilesdirmek, ilahiləşdirmək, iman, inkarçı, insan, qorxmaq, Quran, sağlamlıq, tesaduf, tevekkul, təsadüf, təvəkkül, xaos
add a comment
İmanın ən önəmli göstəricilərindən biri insanın Allaha olan etibarı və təslimiyyətidir. Quranda «təvəkkül» olaraq təqdim edilən bu xüsusiyyət həqiqətən də iman gətirən insanla iman gətirməyən insan arasındakı ən böyük fərqlərdən biridir.
İnkarçı insan üçün bütün dünya xaosdur. O, özünün təsadüfən var olduğunu, ətrafındakı dünyanın da təsadüflər nəticəsində yarandığını zənn edər. Bu vəziyyətdə heç bir zaman həqiqi arxayınlıq və sakitlik hiss etməz. Çünki hər an başına bir şey gələ bilər və onu üzəcək hadisələr ola bilər. Vaxtının önəmli bir hissəsini gələcəklə bağlı hiss etdiyi həyəcanlarla keçirir. Onun xoşbəxtliyinə təsir göstərən yüzlərcə, minlərcə bir-birindən asılı olmayan amil vardır ki, bunların hər hansı biri «təsadüfən» pisliyə uğrayıb həyatını məhv edə bilər. Məsələn, sağlamlığını itirə bilər, işdən çıxarıla bilər ya da sevdiyi bir insan ölə bilər. Bütün bu səbəbləri müstəqil və nəzarətsiz zənn etdiyindən hər biri üçün ayrı-ayrılıqda narahat olar. Bu, yüzlərcə müstəqil amilin ilahiləşdirilməsi mənasını verir. Çünki bir şeydən qorxmaq ya da ona güvənmək, Quranda bildirildiyinə görə, onu ilahiləşdirmək mənasını verir.
Amma mömin dünyanın sirrini dərk etmişdir. Bu sirr (davamı…)
Kainata Xaos Hakimdir, Yoxsa Nizam? Aprel 5, 2010
Posted by fayuu in Elm Nə Deyir?.Tags: ahəng, araşdırma, ateizm, atom, biologiya, cazibe quvvesi, cazibə qüvvəsi, coğrafiya, dünya müharibəsi, dindar, dunya muharibesi, elektromaqnetizm, element, elm dünyası, elmi araşdırma, fəriziyyə, fizika, fiziki təcrübələr, iddia, ideologiya, insan heyati, kainat, kimyevi arasdirma, kimyəvi araşdırma, kosmologiya, materialist, materialist fəlsəfə, materializm, maykl denton, meqsed, məqsəd, mitoxondri, nezeriyye, nəzəriyyə, nizam, qerb alimleri, qərb alimləri, sonsuz, teologiya, tesaduf, təsadüf, xaos, xaos nəzəriyyəsi
1 comment so far
Materialistlər kainatın sonsuz əvvəldən bəri mövcud olduğunu iddia etməklə yanaşı, kainatda müəyyən məqsəd və nizam olmadığını da iddia edirlər. Kainatdakı bütün nizam, ahəng və uyğunluğun sadəcə təsadüflərin nəticəsi olduğunu irəli sürürlər. Bu fikirlər XIX əsrin ikinci yarısından etibarən elm dünyasına hakim olmuş və elmi araşdırmaları istiqamətləndirmişdir.
Məsələn, kainatda müəyyən nizam olmadığını göstərmək məqsədilə “xaos nəzəriyyəsi” adlı bir fərziyyə ortaya atılmışdır. Bu nəzəriyyə vasitəsilə xaosun (qarışıqlığın) içindən öz-özünə nizam əmələ gələcəyi iddia edilmiş və bu iddianı dəstəkləmək üçün saysız-hesabsız elmi çalışmalar edilmişdir. Riyazi hesablamalar, nəzəri fizika çalışmaları, fiziki təcrübələr və kimyəvi araşdırmalar daim “kainatın müəyyən xaosun nəticəsi olduğu necə göstərilə bilər” sualına cavab almaq üçün davam etdirilmişdir.
Əslində isə aparılan hər yeni araşdırma, (davamı…)
Allaha Etimad və Təslimiyyət Aprel 2, 2010
Posted by fayuu in Mənəviyyat.Tags: Allah, amil, güvənmək, gelecek, gələcək, guvenmek, heqiqi, həqiqi, iman, insan, qorxmaq, Quran, tesaduf, teslimiyyet, tevekkul, təsadüf, təslimiyyət, təvəkkül, xoşbəxt
1 comment so far
İmanın ən önəmli göstəricilərindən biri insanın Allaha olan etibarı və təslimiyyətidir. Quranda «təvəkkül» olaraq təqdim edilən bu xüsusiyyət həqiqətən də iman gətirən insanla iman gətirməyən insan arasındakı ən böyük fərqlərdən biridir.
İnkarçı insan üçün bütün dünya bir xaosdur. O, özünün təsadüfən var olduğunu, ətrafındakı dünyanın da təsadüflər nəticəsində yarandığını zənn edər. Bu vəziyyətdə heç bir zaman həqiqi arxayınlıq və sakitlik hiss etməz. Çünki hər an başına bir şey gələ bilər və onu kədərləndirəcək hadisələr ola bilər. Vaxtının önəmli bir hissəsini gələcəklə bağlı hiss etdiyi həyəcanlarla keçirir. Onun xoşbəxtliyinə təsir göstərən yüzlərcə, minlərcə bir-birindən asılı olmayan amil vardır ki, bunların hər hansı biri «təsadüfən» pisliyə uğrayıb həyatını məhv edə bilər. Məsələn, sağlığını itirə bilər, işdən çıxarıla bilər ya da sevdiyi bir insan ölə bilər. Bütün bu səbəbləri müstəqil və nəzarətsiz zənn etdiyindən hər biri üçün ayrı-ayrılıqda narahat olar. Bu, yüzlərcə müstəqil amilin ilahiləşdirilməsi mənasını verir. Çünki bir şeydən qorxmaq ya da ona güvənmək, Quranda bildirildiyinə görə, onu ilahiləşdirmək mənasını verir.
Təkamül Nəzəriyyəsinin Süqutu və İdeoloji Səbəbləri Fevral 15, 2010
Posted by fayuu in Darvinizmin Sonu.Tags: Allah, amin turşusu, arxeoloji, Çarlz Darvin, bəşəriyyət, biokimya, biologiya, canlı, düşüncə, DNT molekulu, ehtimal, elm, elmi qanun, endoplazmatik şəbəkə, enerji, fantaziya, fosil, Frensis Krik, genetika, hüceyrə, hüceyrə qılafı, heyvan, holci kompleksi, ibtidai, ideologiya, ideoloji, laboratoriya, lizosom, materialist, materialist fəlsəfə, Mənəviyyat, mikrobiologiya, mitoxondri, nobel mükafatı, orqanoid, paleontologiya, primitiv, protein, quruluş, ribosom, riyazi, texnologiya, təbii şərtlər, təkamül nəzəriyyəsi, təsadüf, yaradılış, zülal, zoologiya, şifrə
1 comment so far
Təkamül nəzəriyyəsi yer üzündəki canlıların təsadüflər nəticəsində təbii şərtlər daxilində öz-özünə meydana gəlməsini müdafiə edir. Bu nəzəriyyə elmi qanun, sübut edilmiş həqiqət deyil, elmilik pərdəsi altında cəmiyyətlərə qəbul etdirilməyə çalışılan materialist düşüncə tərzidir. Müasir elm tərəfindən hər sahədə təkzib edilən bu nəzəriyyənin ən böyük əsasları hiylə, saxtakarlıq, təhrif, yalanlardan ibarət təlqin və təbliğat üsullarıdır.
XIX əsrin bəsit elmi məlumatları ilə xəyali fərziyyə kimi irəli sürülən təkamül nəzəriyyəsi bu günə qədər heç bir elmi fakt və ya təcrübə vasitəsilə sübut edilə bilinməmişdir. Əksinə, nəzəriyyənin iddialarını əsaslandırmaq üçün istifadə edilən bütün üsullar belə bir nəzəriyyənin əsassızlığını sübut etmişdir.
Ancaq bir çox insan, (davamı…)
Yarpaqlardakı Qüsursuz Forma: Dəliklər Fevral 15, 2010
Posted by fayuu in Elm Nə Deyir?.Tags: Allah, atmosfer, bitki, cisim, dəlik, əksiksiz, fotosintez, karbondioksid, mikroskopik, nizam, qüsursuz, temperatur, təsadüf, yarpaq, yaşıl
add a comment
Kənardan baxdıqda bəzən sadəcə yaşıl bir cisim kimi görünən yarpaqlar üçün son dərəcə əhəmiyyətli formalardan biri olan dəliklər də bu nizamın mühüm hissələrindəndir. Yarpaqların üzərindəki bu mikroskopik dəliklər temperatur və su ötürülməsini təmin etmək və fotosintez üçün lazım olan karbondioksidi atmosferdən almaq vəzifəsini yerinə yetirir. Dəliklər həmçinin lazım gəldikdə açılıb-qapanan quruluşa malikdirlər.
Dəliklərin maraqlı cəhətlərindən biri isə əsasən yarpaqların alt hissəsində yerləşmələridir. Bu sayədə günəş işığının yarpağa mənfi təsirinin azaldılması təmin edilir. Bitkidəki suyu bayıra atan dəliklər əgər yarpaqların üst hissələrində daha çox olsaydılar, çox uzun müddət günəş işığına məruz qalardılar. Bu halda bitkinin istidən ölməməsi üçün dəliklər daxildəki suyu davamlı olaraq kənar edəcək, belə olduqda da bitki həddindən artıq su itkisindən quruyaraq öləcəkdi. Hər şeyi qüsursuz və əksiksiz yaradan Allah bitkilərdə də xüsusi quruluşa malik dəliklər var etmiş, su itkisindən zərər çəkmələrinin bu şəkildə qarşısını almışdır.
Dərin Düşünmək Fevral 9, 2010
Posted by fayuu in Mənəviyyat.Tags: adət, avtomobil, düşün, ehtişam, gözəl, həyəcan, iddia, körpü, kosmos, mavi, mütləq varlıq, məlumat, məntiqsiz, nəfəs, otaq, radio, səbəb, telefon, televizor, təsadüf, yemək, şifrə
add a comment
Səhər oyandıqda etdiyiniz işləri bir anlıq fikrinizdən keçirin. Gözünüzü açır, nəfəs alır, yerinizdə çevrilir, qalxır və yeriyir, yemək yeyir, paltarınızı dəyişirsiniz. Ananızla və ya qardaşınızla, bacınızla danışırsınız, sizə dediklərini eşidirsiniz. Sonra bayıra çıxır və ya pəncərədən bayıra baxır və mavi səmanı görürsünüz. Bəlkə o an pəncərənin qarşısından uçan quşların səslərini eşidir, yerə düşən yarpağı seyr edərkən ağacdakı yetişmiş almaları görürsünüz. Günəşin istiliyini, eləcə də küləyi üzünüzdə hiss edirsiniz. Küçədə yeriyən, avtomobilləri ilə gedəcəkləri yerə çatmağa çalışan insanlar var. Qısaca desək, sizin üçün adi bir gün başlamışdır. Gördüyünüz, eşitdiyiniz şeylərə adət etmisiniz; ona görə onların üzərində düşünməyi belə lazım bilmirsiniz. (davamı…)
Materializmin Elmi Cəhətdən Çöküşü Dekabr 30, 2009
Posted by dusunek in Elm Nə Deyir?, İdeologiyalar.Tags: böyük partlama, Böyük Partlayış, Big Bang, darvinizm, dizayn, elektromaqnetizm, elementlər, elm, fizika qanunları, kainat, kepler, materialist fəlsəfə, materializm, mütəfəkkir, nyuton, qaliley, Qədim Yunanıstan, sonsuzluq, təkamül nəzəriyyəsi, təsadüf
add a comment
“Materializmin elmi düşüncə olduğunu artıq heç kim iddia edə bilməz.” Arthur Koestler
İçində yaşadığımız ucsuz-bucaqsız kainat necə yaranıb?
Kainatdakı qüsursuz tarazlıq, ahəng və nizam necə meydana çıxıb?
Bu suallar tarixin əvvəlindən etibarən insanları maraqlandırmışdır. Ağılla bu sualları araşdıran elm adamları və mütəfəkkirlərin gəldikləri nəticə isə həmişə belə olmuşdur: kainatdakı nizam və dizayn bütün kainata hakim olan üstün bir Yaradıcının varlığının isbatıdır.
Ağıl yoluyla əldə etdiyimiz bu nəticə elə həqiqətin özüdür. Allah insanlara yol göstərici olması üçün 14 əsr əvvəl Quranı vəhy etmiş və bu həqiqəti insanlara bildirmişdir. Kainatı yoxdan yaratdığını və müəyyən bir məqsədə görə qurduğunu, kainatdakı bütün sistem və tarazlıqları insan həyatı üçün ən ideal şəkildə yaratdığını xəbər verir. Quranda bildirildiyinə görə insan kainatdakı bütün sistem və tarazlıqların özü üçün Allah tərəfindən yaradıldığını bilməli, bu gerçək barədə düşünməli və nəticə çıxarmalıdır: (davamı…)
“Allah Canlıları Təkamüllə Yaratmışdır” Fikri Nə üçün Səhvdir? Dekabr 23, 2009
Posted by dusunek in Darvinizmin Sonu.Tags: arxeoloji, canlı, cansız, fosil, gen, genetika qanunları, mutasiya, təkamül nəzəriyyəsi, təsadüf, Yaradan
add a comment
Kainatdakı canlı və cansız bütün varlıqlardakı üstün yaradılış açıq şəkildə ortaya qoyulduqda, bu cür mükəmməl sistemlərin məqsədsiz təbii amillərlə, təsadüflərlə meydana gəlməsinin mümkün olmadığını elmi cəhətdən sübut etdikdə bəzi insanlar bu dəfə də bir Yaradanın var olduğunu, ancaq canlıları təkamül prosesilə yaratdığını iddia edirlər.
Bütün kainatı və canlıları sonsuz qüdrət sahibi Allahın yaratdığı son dərəcə aşkardır. Yaratmasının mərhələli və ya birdən-birə olması isə Allahın təqdiridir. Biz bunun nə şəkildə olduğunu, ancaq Allahın bizə bu mövzuda verdiyi məlumatdan (yəni Qurandakı müvafiq ayələrdən) və təbiətdə göstərdiyi elmi dəlillərdən anlaya bilərik. (davamı…)

FACEBOOK'da bizi izləyin