jump to navigation

Allah Üçün Nə Qədər Vaxt Ayırırsınız? May 1, 2010

Posted by fayuu in Mənəviyyat.
Tags: , , , , , , ,
1 comment so far

Quran ayə­lə­ri­nə bax­dı­ğı­mız za­man mö­min üçün boş vaxt an­la­yı­şı­nın ol­ma­dı­ğı­nı gö­rü­rük. Mö­mi­nin hər gün vaxt­lı-vax­tın­da ye­ri­nə ye­tir­əcəyi iba­dət­lərin çox vaxtını aparmaması, qa­lan vaxtı­nı öz is­tək və hə­vəs­lə­ri­nə uyğun boş iş­lərə sərf edə bilər mənasını vermir. Al­lah iman gə­ti­rən­lə­rin üzə­ri­nə bü­tün hə­yat­la­rı bo­yu həm öz nəfs­lə­ri ilə, həm də in­kar edən­lə­rin əx­la­qı­na qar­şı fiki­r mü­ba­ri­zəsi apar­maq və­zi­fə­si qo­yub.

Bu­nun üçün mö­mi­nin ye­ri­nə ye­tir­mə­li ol­du­ğu bir çox ha­zır­lıq­lar, say­sız-he­sab­sız və­zi­fə­lər var. Onun bu sə­mi­mi və ixlas­lı səy­lə­ri­nin həd­di-hü­du­du, fa­si­lə­si yox­dur. Bu sə­bəb­dən ye­ri­nə ye­ti­ri­lən iş, ta­mam­la­nan və­zi­fə, ba­şa çat­dı­rı­lan ha­zır­lıq iş­lə­ri­nə ara ver­mək üçün sə­bəb de­yil, tam ək­si­nə, ye­ni fəa­liy­yə­tə baş­la­ma­ğın bir nişanəsidir. (davamı…)

Namaz və Huşu Aprel 24, 2010

Posted by fayuu in Mənəviyyat.
Tags: , , , , , , , , , , , , , , , ,
2 comments

Hər gün mü­əy­yən vaxt­la­rda ni­zam­lı şə­kil­də ye­ri­nə ye­ti­ril­mə­si fərz sa­yı­lan iba­dət­lər var. La­kin hə­min iba­dət­lə­rin da­im ye­ri­nə ye­tirilməsini­ mö­min­lər­ yal­nız vər­diş halını alan iba­dət­lə­r qismində nəzərdən keçirməməlidirlər. Tam ək­si­nə, Al­lah üçün ye­ri­nə ye­tir­di­yi­ bu ibadət mö­mi­nə hər də­fə ye­ni hə­yə­can və şövq ver­mə­li­dir. Na­maz da bu şə­kil­də da­im ye­ri­nə ye­ti­ri­lən iba­dət­lər­dən­dir. Quran­da mö­min­lə­rin na­maz­la­rı­nı hu­şu ilə qıl­dıq­la­rı bil­di­ri­lir:

«Hə­qi­qə­tən, mö­min­lər ni­cat tap­mış­lar! On­lar na­maz­la­rın­da mü­ti olub Ona bo­yun əyər­lər!» («Mu­mi­nun» su­rə­si, 1-2). (davamı…)

Həsəd Etməyin! Aprel 24, 2010

Posted by fayuu in Mənəviyyat.
Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , ,
add a comment

İman gə­tir­miş in­san di­gər in­san­lar­dan üs­tün dav­ra­nı­şa ma­lik olur. La­kin bu onun im­ta­ha­nı­nın so­na çat­ma­sı de­mək de­yil. Mö­mi­nin də bü­tün in­san­lar ki­mi nəf­si var.

Al­lah im­ta­ha­nın bir zə­ru­rə­ti ki­mi ona gü­nah­lar­dan və pis əməl­lər­dən çə­kin­mə­si­ni il­ham et­di­yi­ni Quran­da bil­dir­miş­dir («Şəms» su­rə­si, 8). Pa­xıl­lıq, hə­səd ki­mi mən­fi əx­laq xü­su­siy­yət­lə­ri də gü­nah­la­ra da­xil­dir və bu, bü­tün in­san­la­rın nəfs­lə­rin­də var:

«…An­caq nəfs­lər­də xə­sis­lik hə­mi­şə möv­cud­dur. Əgər siz yax­şı do­la­nıb (da­va-da­laş­dan, ko­bud rəf­tar­dan) çə­kin­sə­niz bu si­zin üçün da­ha yax­şı olar. Şüb­hə­siz ki, Al­lah et­di­yi­niz hər bir iş­dən xə­bər­dar­dır!» («Ni­sa» su­rə­si, 128). (davamı…)

Dünyanın Cazibəsinə Aldanmayın! Aprel 24, 2010

Posted by fayuu in Mənəviyyat.
Tags: , , , , , , , , , , , , , , , , , , , , , ,
add a comment

Mö­mi­nin diq­qət edə­cə­yi mə­sə­lə­lər­dən bi­ri də onun gün­də­lik hə­ya­tın qa­rı­şıq­lıq­la­rı için­də dün­yə­vi ha­di­sə­lə­rə al­da­na­raq hə­qi­qi məq­sə­di­ni unut­ma­maq­dır. Mö­mi­nin əsas və­zi­fə­si Al­la­hın qu­lu ol­du­ğu­nu unut­ma­maq, Quran­da bil­di­ri­lən əmr və töv­si­yyə­lə­ri də­qiq­lik­lə ye­ri­nə ye­tir­mək­dir. İn­san əl­də et­di­yi iman də­rə­cə­si­ni da­im tə­zə­lə­mək və in­ki­şaf et­dir­mək yö­nün­də ça­lış­ma­dıq­ca möv­cud və­ziy­yə­ti­ni də qo­ru­ya bil­məz, mə­nə­viy­ya­tı sü­rət­lə köh­nəl­mə­yə, ima­ni həs­sas­lı­ğı, ağılı isə azal­ma­ğa baş­la­yar.

Bə­zi in­san­lar üçün (davamı…)

Allahı Zikr Etmək Aprel 24, 2010

Posted by fayuu in Mənəviyyat.
Tags: , , , , , , , , , , , ,
add a comment

Həmd və zikr et­mək mö­mi­nin hə­ya­tı­nın bir his­sə­si­dir. Həmd (şükür) hər növ mədh, ucalt­ma və il­ti­fa­ta yal­nız Al­la­hın la­yiq ol­du­ğu­nu, zikr isə Al­la­hın ağı­la gə­lən hər cür qü­sur və səhv­dən uzaq ol­du­ğu­nu həm dil­də, həm də qəl­bən təs­diq et­mək­dir.

Həmd və zikrin yal­nız mö­min­lə­rin de­yil, bü­tün kai­na­tın bir iba­də­ti ol­du­ğu ayə­lər­də be­lə xə­bər ve­ri­lir:

«Yed­di göy, yer və on­lar­da olan­lar Al­la­hı təq­dis edir. Elə bir şey yox­dur ki, Al­la­ha tə­rif de­yib Ona şükür et­mə­sin, la­kin siz on­la­rın təq­di­si­ni an­la­maz­sı­nız, Al­lah hə­qi­qə­tən, hə­lim­dir, ba­ğış­la­yan­dır!» («İs­ra» su­rə­si, 44). (davamı…)

Zamansızlıq və Qədər Gerçəyi Aprel 23, 2010

Posted by fayuu in Elm Nə Deyir?, Maddə və Xəyal, Mənəviyyat.
Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , ,
4 comments

ZAMAN NƏDİR?

Zaman, bir anı digər an ilə müqayisə etdiyimizdə meydana gələn anlayışdır. Yəni zaman bizim yaşadığımız hadisələr arasında apardığımız müqayisəyə söykənir. Məsələn, bir insan otağa girir, sonra yerdə olan qələmi görür və əyilib onu götürür. Daha sonra bu qələmi masaya qoyur. Həmin insan, bütün bu hərəkətlər arasında müqayisə edir. Hər biri arasında müəyyən müddət keçdiyini düşünür və beləcə zaman hissini əldə edir.

Yəni, zaman beyində xatirə olaraq saxlanan bəzi məlumatlar, daha doğrusu görüntülər arasında müqayisə aparıldığında var olur. Əgər bir insanın yaddaşı olmasaydı, o insan hal-hazırkı anı yaşayacaq, beyni bu cür şərhlər edə bilməyəcək və dolayısı ilə zaman hissi də meydana gəlməyəcəkdi. (davamı…)

Din Əxlaqını Yaşamaqda Zəiflik Göstərməyin Aprel 22, 2010

Posted by fayuu in Mənəviyyat.
Tags: , , , , , , , , , , , , ,
add a comment

Bir mö­mi­nin ima­nı­nın gü­cü, sə­mi­miy­yə­ti və qə­tiy­yə­ti onun Al­lah yo­lun­da mü­ba­ri­zə­sin­dən, İs­la­ma olan sev­gi­sin­dən ay­dın olur. Onun bu mü­ba­ri­zə­də gös­tər­di­yi davra­nış­la­rı imanının zə­if və ya güclü ol­ma­sı­nı mü­əy­yən edir.

Din­də zə­if­lik gös­tər­mək mö­min­lər ara­sın­da ima­ni cə­hət­dən tam ola­raq ye­tiş­mə­miş in­san­la­ra xas olan xü­su­siy­yət­dir. Bu in­san­da zə­if­lik çə­tin an­lar­da ge­ri çə­kil­mək, risk et­mə­mək, nəf­si­nə bir zə­rər gəl­mə­sin­dən çə­kin­mək, nəf­si­nin ra­hat­lığını və mən­fə­ət­lə­ri­ni di­nin mən­fə­ət­lə­rin­dən üs­tün tut­maq şək­lin­də or­ta­ya çı­xır. Be­lə ki, on­la­rın şüu­ru Al­lah yo­lun­da­ üzləşdikləri çə­tin­lik və ya təh­lü­kə­dən qaç­ma­ğı öz­lə­ri üçün bir qa­zanc, hət­ta (davamı…)

Kininiz Sizi Ədalətsizliyə Sövq Etməsin Aprel 20, 2010

Posted by fayuu in Mənəviyyat.
Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , ,
1 comment so far

Əda­lət, in­san­lar ara­sın­da­kı an­la­şıl­maz­lıq­la­rı həll edər­kən haqq sa­hi­bi­nə heç bir tə­rə­f tut­ma­dan haq­qı­nı ver­mək mə­na­sı­nı verir. Amma Quran əx­la­qı­na əməl et­mə­yən in­san­lar əsa­sən tam və qə­ti əda­lət an­la­yı­şı ilə hə­rə­kət et­məz­lər. Bir çox xa­ri­ci amil­lər on­la­rın ədalətli qə­rar qə­bul etmələrinə tə­sir gös­tə­rə bi­lər. Mə­sə­lən, be­lə bir adam özü­nə da­ha ya­xın he­sab et­di­yi in­sa­nın le­hi­nə qə­rar qə­bul edə bi­lər. Həm­çi­nin mən­fəə­ti­nə uy­ğun gör­dü­yü, özü­nə fay­da­lı olan şə­kil­də hökm ve­rə bi­lər. Yə­ni hər növ şəx­si mən­fə­ət na­mi­nə ve­ri­lən qə­rar əda­lət­li ol­ma­ya bi­lər.

La­kin in­san­la­rın əda­lət­siz­lik­lə­ri da­ha çox kin bəs­lə­dik­lə­ri in­san­la­ra qar­şı olan dav­ra­nış­la­rın­da or­ta­ya çı­xır. Nəf­sinin diqtə etdiyi kin his­si­nə qa­pıl­an in­san qar­şı­sın­da­kı şəxslə bağlı ədalətli qə­rar qə­bul et­mək­də çə­tin­lik çə­kə bi­lər. Kin bəslədiyi şəxsin haqlı olmasına baxmayaraq, (davamı…)

Bir-Birimizi Müjdələyək Aprel 20, 2010

Posted by fayuu in Mənəviyyat.
Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , ,
add a comment

«Doğ­ru­dan da, Biz sə­ni haq­la müj­də ve­rən və qor­xu­dan bir pey­ğəm­bər ki­mi gön­dər­dik. Elə bir üm­mət yox­dur ki, onun için­dən qor­xu­dan bir el­çi gə­lib get­mə­sin!» («Fa­tir» su­rə­si, 24).

Mü­səl­man­la­rın xə­bər­da­re­di­ci xü­su­siy­yət­lə­ri ilə ya­na­şı, müj­də­ve­ri­ci xü­su­siy­yət­lə­ri də vardır. Çün­ki Quran in­san­la­ra həm xə­bər­dar­lıq, həm də müj­də ki­mi na­zil edil­miş­dir.

Quran­da müs­bət xa­rak­ter­li in­san­lar üçün bir çox müj­də­lər var. Şüb­hə­siz ki, bun­la­rın ən əhə­miy­yət­li­lə­rin­dən bi­ri gö­zəl əx­laq­lı in­san­lar üçün ha­zır­la­nan cən­nət­dir. Al­lah in­san­la­rın səbir­li, sə­mi­mi, əda­lət­li, gö­zəl söz­lü, tə­va­zö­kar, gö­zəl əxlaqlı ola­caq­la­rı təq­dir­də axi­rət­də bir çox mü­ka­fat­lar­la qar­şı­lıq gö­rə­cək­lə­ri­ni bil­dir­miş­dir. (davamı…)

Bilmədiyini Müdafiə Etmə! Aprel 20, 2010

Posted by fayuu in Mənəviyyat.
Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , ,
add a comment

İn­san­la­rın mü­da­fiə, tət­biq və təb­liğ et­dik­lə­ri hər hansı bir fi­krin və ya inan­cın vic­dan sa­rı­dan yüz fa­iz doğ­ru və də­qiq ol­ma­sı qə­naə­ti­nə gəl­mə­lə­ri və bu­na əmin ol­ma­la­rı əsas şərt­dir. Bu­nun ək­si, yə­ni in­san­la­rın doğ­ru ol­ma­sı­na vic­da­nən əmin ol­ma­dı­ğı və haq­qın­da mə­lu­ma­tı ol­ma­dı­ğı hər han­sı bir fik­rin, in­sa­nın və ya ha­di­sə­nin ar­dın­ca get­mə­lə­ri Quran­da qa­da­ğan edil­miş­dir. Al­lah Quran­da in­san­la­rın doğ­ru­lu­ğu­nu təs­diq edib ar­dın­ca get­dik­lə­ri hər bir fi­kir üçün axi­rət­də göz­lə­ri, qu­laq­la­rı və qəlb­lə­ri ilə he­sab ve­rə­cək­lə­ri­ni bil­dir­miş­dir:

«Bil­mə­di­yin bir şe­yin ar­dın­ca get­mə. Çün­ki qu­laq, göz və ürək – bun­la­rın ha­mı­sı sor­ğu-su­al olu­na­caq­dır» («İs­ra» su­rə­si, 36).

Mən­bə­yi sağ­lam olan və doğ­ru­lu­ğu qə­ti şə­kil­də bi­li­nən ye­ga­nə fi­kir sis­te­mi isə Al­la­hın doğ­ru ol­du­ğu­nu bil­dir­di­yi sis­tem­dir. Bu da Quran­da hər bir təfərrüatı  ilə bil­di­ri­lib. Bu­na gö­rə də mü­səl­man­lar vic­dan­la­rı­na uy­ğun ol­ma­yan və Quran­da bil­di­ril­mə­yən heç bir dü­şün­cə­ni qə­bul və təs­diq et­məz­lər. (davamı…)

Follow

Get every new post delivered to your Inbox.

Join 4,915 other followers