Günəş Sistemindəki Möcüzəvi Tarazlıqlar

Planetlərlə Günəş arasındakı məsafə sabitdir:

Günəş sistemində 8 planet və bu planetlərə bağlı 54 peyk var. Bu planetlər Günəşə yaxınlığına görə Merkuri, Venera, Yer, Mars, Yupiter, Saturn, Neptun və Uran. Planetlərlə Günəş arasındakı məsafə sabitdir və əsla dəyişmir. Bu planetlərin və 54 peykin içində həyat üçün uyğun səthə və atmosferə malik yeganə göy cismi isə Yerdir.

Günəşin cazibə qüvvəsi və planetlərin mərkəzdənqaçma qüvvəsi arasında müvazinət var:

Planetləri kosmik fəzaya sovrulmaqdan qoruyan təsir Günəşin cazibə qüvvəsi ilə planetin mərkəzdənqaçma qüvvəsi arasındakı müvazinətdir. Günəşin böyük cazibə qüvvəsi bütün planetləri cəzb edir, onlar da fırlanmaları nəticəsində mərkəzdənqaçma qüvvəsi sayəsində bu cazibədən xilas olurlar. Ancaq əgər planetlərin fırlanma sürəti bir az yavaş olsaydı, onda planetlər sürətlə Günəşə cəzb olunar və Günəş tərəfindən partlayışla udulardılar. Oxumağa davam et