jump to navigation

Zamansızlıq və Qədər Gerçəyi Aprel 23, 2010

Posted by fayuu in Elm Nə Deyir?, Maddə və Xəyal, Mənəviyyat.
Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , ,
4 comments

ZAMAN NƏDİR?

Zaman, bir anı digər an ilə müqayisə etdiyimizdə meydana gələn anlayışdır. Yəni zaman bizim yaşadığımız hadisələr arasında apardığımız müqayisəyə söykənir. Məsələn, bir insan otağa girir, sonra yerdə olan qələmi görür və əyilib onu götürür. Daha sonra bu qələmi masaya qoyur. Həmin insan, bütün bu hərəkətlər arasında müqayisə edir. Hər biri arasında müəyyən müddət keçdiyini düşünür və beləcə zaman hissini əldə edir.

Yəni, zaman beyində xatirə olaraq saxlanan bəzi məlumatlar, daha doğrusu görüntülər arasında müqayisə aparıldığında var olur. Əgər bir insanın yaddaşı olmasaydı, o insan hal-hazırkı anı yaşayacaq, beyni bu cür şərhlər edə bilməyəcək və dolayısı ilə zaman hissi də meydana gəlməyəcəkdi. (davamı…)

Hədislərə Görə Hz. Mehdi Hicri 1500-dən Əvvəl Gəlməlidir Fevral 8, 2010

Posted by fayuu in Axır Zaman.
Tags: , , , , , , , , , , ,
add a comment

Peyğəmbərimizin (s) bir hədisində ümmətinin ömürünün 1000 ildən çox olacağı, lakin 1500 (min beş yüz) ili aşmayacağı bildirilmişdir:

Bu ümmətin ömrü min (1000) ili keçəcək, lakin min beş yüz (1500) ili keçməyəcək.

(Qiyamət Əlamətləri, s. 299, Cəlaləddin Suyutinin “Əl-Kəşfi Fi Mücazəvəti Hazin əl-Ümməti Əl Əlfə Əlləzi Dəllət Əleyh əl-Əsar” adlı kitabından nəql)

(davamı…)

Hz. Mehdi (ə) Hicri İkinci Min İl Ərzində Gələcəkdir Fevral 8, 2010

Posted by fayuu in Axır Zaman.
Tags: , , , , , , , ,
add a comment

İmam Rəbbani, Hz. Mehdinin (ə) Peyğəmbərimizin (s) vəfatından 1000 (min) il keçdikdən sonra hicri ikinci min il ərzində gələcəyini bildirir. “Məktubatı Rəbbani”nin bir çox hissəsində Hz. Mehdinin (ə), Hz. İsa (ə) ilə birlikdə olacağı da vurğulanır:

Ancaq gözlənilən odur ki; aradan min il keçdikdən sonra bu gizli dövlət təcid edilər (yenilənər). Ona bir üstünlük verilib suya çatması  artırılar… Beləliklə kəmalatın (fəzilətin) əsli zühur edib (ortaya çıxıb), onun zillətini örtər… Və nisbəti aliyyənin mürəvvici (böyük insanlar arasında etibarlı olan) Mehdi gələr. Allah ondan razı olsun. (Məktubatı Rəbbani, 1/569)

Aradan min il keçdikdən sonra, Hz. Mehdinin (ə) gəlişi də bunun üçündür. Onun mübarək kudümünü (gəlişini), Hatəm’ür-rüsul Rəsulullah (s) müjdələmişdir. Hətta Hz. İsa da aradan min il keçdikdən sonra nüzul edəcək. (Məktubatı Rəbbani, 1/440)

(davamı…)

Hz. Mehdi (ə) Qiyamət Qopmamışdan Əvvəl Mütləq Göndəriləcək Fevral 8, 2010

Posted by fayuu in Axır Zaman.
Tags: , , , , , , , , , , , ,
add a comment

Hədislərdə Hz. Mehdinin (ə) İslam əxlaqını hakim etmək üçün qiyamət qopmamışdan əvvəl yer üzünə mütləq gələcəyi xüsusilə vurğulanır. Bu mövzudakı hədislər belədir:

Hz. Əlidən (ə) nəql edildiyinə görə Rəsulullah (s) belə buyurmuşdur: Qiyamətin qopması üçün ZAMANDA BİR GÜNDƏN BAŞQA VAXT QALMASA DA, ALLAH (CC) MƏNİM ƏHLİ BEYTİMDƏN BİR ŞƏXSİ (HZ. MEHDİNİ (Ə)) GÖNDƏRƏCƏK. (Sünəni Əbu Davud, 5/92)

(davamı…)

Quranda İslam Əxlaqının Dünya Hakimiyyətinə İşarə Edən Ayələr Fevral 8, 2010

Posted by fayuu in Axır Zaman.
Tags: , , , , , , , , , , , , , , , , , , , , ,
add a comment

Quranda İslam əxlaqının dünya hakimiyyətinə işarə edən bir çox ayə var. Bu ayələr Peyğəmbərimizin (səv) axır zamanın son mərhələsi olan Qızıl Dövrü təsvir edən hədisləri ilə çox paralellik təşkil edir. Belə bir hadisə bu günə qədər reallaşmadığına görə, Quran ayələrində xəbər verilən geniş miqyaslı hakimiyyətin, Peyğəmbərimizin (səv) xəbər verdiyi axır zamana işarə etdiyi də son dərəcə açıqdır. Quran əxlaqına sahib qullara güc və iqtidar verilməsiylə bağlı  ayələrdən bəziləri bunlardır:

Allah belə yazmışdır: “Mən və elçilərim hökmən qalib gələcəyik!” Həqiqətən, Allah Qüvvətlidir, Qüdrətlidir. (Mücadilə surəsi, 21)

Onlar Allahın nurunu öz ağızları ilə söndürmək istəyirlər. Allah isə – kafirlərin xoşuna gəlməsə də, öz nurunu tamamlayacaqdır. Müşriklərin xoşuna gəlməsə də, onu (İslamı) bütün dinlərdən üstün etmək üçün Öz Peyğəmbərini hidayət və haqq dinlə göndərən Odur! (Saff surəsi, 8-9)

Onlar ağızları ilə Allahın nurunu söndürmək istəyirlər. Allah isə (buna) yol verməz, kafirlərin xoşuna gəlməsə də, O, Öz  nurunu tamamlayar. Müşriklərin xoşuna gəlməsə də, İslamı bütün dinlərdən üstün etmək üçün Öz Elçisini doğru yol göstərən rəhbərlə və haqq din ilə göndərən Odur. (Tövbə Surəsi, 32-33)

Günahkarlar istəməsələr də Allah Öz kəlmələri ilə haqqı bərqərar edəcək. (Yunus Surəsi, 82) (davamı…)

İslami Mənbələrdə “Axır Zaman” Fevral 8, 2010

Posted by fayuu in Axır Zaman.
Tags: , , , , , , , , , , , , , , , , , , , , , ,
1 comment so far

Axır zaman, “son dövr” mənasını verir və İslama görə Qiyamətə yaxın bir zamanda, Quran əxlaqının hakim olacağı və din əxlaqının insanlar arasında geniş şəkildə yaşanacağı dövrü ifadə edir. Bu dövrdə insanların hüzur və güvən içində yaşamaları üçün lazım olan hər cür şərait mövcud olacaq, əvvəlki dövrlərdə yaşanan hər cür çətinliyin əvəzinə bolluq, bərəkət və ədalət hakim olacaq, əxlaqsızlıq, saxtakarlıq və degenerasiyanın hər növü ortadan qalxacaqdır.

Bu dövr, bütün inanan insanların əsrlərdir həsrətlə gözlədikləri İslam əxlaqının hakim olduğu müqəddəs bir dövrdür.

(davamı…)

Nuh Tufanı Haqqında Spekyulasiyalar Yanvar 19, 2010

Posted by dusunek in Mənəviyyat.
Tags: , , , , , , , , , ,
add a comment

Quranda diqqət çəkilən Nuh Tufanı inkar edənlərin başa düşə bilmədiyi və rədd etdikləri mövzulardan biridir. Nuh Tufanının varlığını inkar edənlər bu iddialarına dəlil olaraq dünya miqyasında tufanın reallaşmasının texniki olaraq qeyri-mümkün olduğunu söyləyirlər. Bunu nəzərə alaraq belə bir hadisəni təsdiqləyən Quranın Allah sözü olmadığını iddia edirlər.

Halbuki bu iddia Allahın endirdiyi və təhrif edilməmiş yeganə müqəddəs kitab olan Quran-i Kərimlə üst-üstə düşmür. Çünki Quranda təsvir edilən Tufan hadisəsi Tövratda və müxtəlif mədəniyyətlərdə rast gəlinən Tufan izahatlarından çox fərqlidir.

Təhrif edilmiş Tövratda bu tufanın bütün dünyanı əhatə etdiyi yazılır. Halbuki Quranda Tufanın bütün dünyanı əhatə etməsi ilə bağlı ifadə yoxdur. Əksinə mövzu ilə bağlı ayələrdən Tufanın lokal olduğu, bütün dünyanı əhatə etmədiyi və ancaq Hz. Nuhu yalanlayan qövmün cəzalandırıldığı aydın olur. (davamı…)

Heç Bir Şeyi Allahdan, Elçisindən və Allah Yolunda Cəhd Etməkdən Vacib Bilməmək Yanvar 19, 2010

Posted by dusunek in Mənəviyyat.
Tags: , , , , , , , ,
add a comment

Kordoba, İspaniya (7-9-cu əsrlər)

Möminin vəzifəsi bütün həyatı boyu Allaha qulluq etməkdir. Allaha olan qulluğun xaricində başqa bir məntiqlə qurulmuş həyat, Allahı inkar etmək və ya Ona ortaq qoşmaq mənasını verir ki, bu davranışın sonu cəhənnəm ola bilər.

Başqa cür desək dünya həyatı mömin üçün vasitə olmalıdır. Mömin, həyatın hər bir hissəsini Allaha yaxınlaşmaq və Onun dininə xidmət etmək üçün vasitə olaraq görməlidir. Əgər vasitə məqsəd halına gəlirsə (inkarçılar belə edir) o halda ortada böyük bir təhlükə olduğu aydın olur. Mömin, Allaha qulluq etmək üçün yaşayır və o, dünyadan çoxdan imtina etmişdir. Allah bu vəziyyəti Quranda belə açıqlayır:

Doğrudan da, Allah möminlərdən, Cənnət müqabilində onların canlarını və mallarını satın almışdır. (Çünki) onlar Allah yolunda vuruşub öldürür və öldürülürlər. (Bu, Allahın) Tövratda, İncildə və Quranda Öz öhdəsinə götürdüyü bir vəddir. Allahdan daha yaxşı əhdini yerinə yetirən kimdir? Elə isə sövdələşdiyiniz alış-verişə görə sevinin. Məhz bu, böyük uğurdur. (Tövbə Surəsi, 111) (davamı…)

Follow

Get every new post delivered to your Inbox.

Join 55 other followers