Münafiqlər Aprel 8, 2010
Posted by fayuu in Mənəviyyat.Tags: Allah, cehennem, cennet, cəhənnəm, cənnət, davranış, din, dindar, fani, halal, hökm, ibadet, ibadət, ikiüzlü, insan, maraq, münafiq, mefeet, mentiq, mənfəət, məntiq, nemet, nemət, Peyğəmbər, qeyri-semimi, qeyri-səmimi, Quran, razılıq, rehmet, rəhmət, riza, tebeqe, təbəqə, zidd
add a comment
İnsan dinə yaxınlaşarkən «Bu işin içində necə bir mənfəət əldə edə bilərəm?» kimi azdırıcı məntiqlə deyil, «Allaha necə ibadət edə bilərəm, Ona necə itaət edib razılığını qazana bilərəm?» məntiqini düşünməlidir. Buna zidd olan davranış isə səmimiyyətsizlik olar. Quran bu cür davranışları mənimsəyənləri «münafiq» olaraq tanıtmışdır. Bunlar bir sıra mənfəətləri naminə dindar görünən, qeyri-səmimi, ikiüzlü insanlardır və Allahın qəzəbinə ən çox uğrayan, cəhənnəmin ən alt təbəqəsinə atılacaq olanlar da onlardır. Quranda bu insanların vəziyyəti belə bildirilir:
«Onlar: «Allaha, Peyğəmbərə iman gətirdik, itaət etdik!» – deyər, bundan sonra isə onlardan bir dəstə üz çevirər. Belələri mömin deyillər. Aralarında hökm etmək üçün Allahın və Peyğəmbərin yanına çağırıldıqda onlardan bir dəstə dərhal üz çevirər. Əgər haqq onların tərəfində olsa, itaət edib onun yanına gələrlər» («Nisa» surəsi, 47-49).
Göründüyü kimi, (davamı…)
Dua Aprel 3, 2010
Posted by fayuu in Mənəviyyat.Tags: aciz, Allah, dua, elamet, əlamət, Hz. Zəkəriyyə, ilham, iman, insan, itaet, itaət, mömin, nemet, nemət, qul, Quran, Rəbb, saf, səbirli, temiz, təmiz, zeif, zəif
add a comment
Bir insanın Allaha iman gətirdiyini göstərən önəmli əlamətlərdən biri də duadır. Dua edən insan özünün aciz və zəif qul olduğunu, istədiklərini özü tək yerinə yetirə bilməyəcəyini və bunları ona ancaq Allahın verə biləcəyini qəbul etmiş olur. Dua Allaha qul olmağın ən saf, ən təmiz, ən səmimi ifadələrindəndir. Quranda da möminlərin əsas xüsusiyyətlərindən birinin «gecə-gündüz səbir edərək Allaha dua etmək» olduğu belə xəbər verilir:
«Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona ibadət edənlərlə birlikdə özünü səbirli apar. Fani dünyanın bər-bəzəyini arzu edib nəzərlərini onlardan çevirmə. Qəlbini Bizi xatırlamaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və işində ifrata varan bir kimsəyə itaət etmə!» («Kəhf» surəsi, 28).
Ancaq duanın nə demək olduğunu və necə edildiyini yaxşı bilmək lazımdır. Çünki Qurandan kənar qaynaqlardan (məsələn, ata-anadan, ətrafdan, ənənələrdən) öyrənilən dua anlayışı adətən Quranda bildirilən həqiqi dua anlayışına uyğun gəlmir. Buna görə də Quranda bu mövzuda verilən nöqteyi-nəzəri və ruhi halı yaxşı dərk etmək lazımdır.
Dağların Yer Qabığını Möhkəmləndirmə Xüsusiyyəti Fevral 16, 2010
Posted by fayuu in Elm Nə Deyir?.Tags: Atlantik, dağ, ehtişam, ekvator, Himalay, insan, mantiya, nemət, nəzarət, okean, sistem, temperatur, təbəqə, yer kürəsi, yer qabığı
add a comment
Hal-hazırda üstündə yeridiyiniz, etibarla evlərinizi tikdiyiniz yer qabığı əslində özündən daha qalın olan və “mantiya” adlandırılan təbəqə üzərində də sanki üzürmüş kimi hərəkət edir. Əgər bu hərəkəti nəzarət altında saxlayan bir sistem olmasaydı, yer üzündə daima sarsıntılar, zəlzələlər olardı və Yer kürəsi həyat üçün uyğun olmazdı. Ancaq dağlar və dağların yerin altındakı uzantıları yerin hərəkətlərini, dolayısı ilə, sarsıntıları olduqca azaldır.
Dağlar yer qabığını əmələ gətirən çox böyük təbəqələrin hərəkətləri və toqquşmaları nəticəsində əmələ gəlir. Hərəkət edən iki təbəqə toqquşduğu zaman daha davamlı olanı digərinin altına girir. Yuxarıda qalan təbəqə qıvrılaraq yüksəlir və dağları əmələ gətirir. Altda qalan təbəqə isə yerin altında irəliləyərək aşağıya doğru dərin uzantı əmələ gətirir. Yəni dağların yer üzündə gördüyümüz hissəsi qədər yerin altına doğru irəliləyən dərin uzantıları da var. Yəni dağlar mantiya adlanan təbəqəyə- dərinliyə doğru kök salmışlar.
Bu xüsusiyyətləri sayəsində dağlar (davamı…)
Meyvə və Tərəvəzlərdəki Bənzərsiz Sənət Fevral 10, 2010
Posted by fayuu in Elm Nə Deyir?.Tags: Allah, üzüm, bitki, canlı, dad, düşünək, dizayn, enerji, heyvan, insan, kimyəvi, kivi, ləzzət, meyvə, mineral, nemət, nəsihət, nizam, qida, qoxu, su, tərəvəz, torpaq, vitamin
1 comment so far
Eyni quru torpaqdan çıxan, eyni su ilə sulanan meyvələr və tərəvəzlər inanılmaz müxtəlifliyə malikdir. Meyvələrin və tərəvəzlərin ləzzətlərini, qoxularını və dadlarını düşündükdə bu cür müxtəlifliyin necə ortaya çıxması ağıla gəlir. Eyni torpaqdakı eyni su və minerallardan istifadə edərək fərqli dad və qoxuları əsrlərdən bəri heç səhvə yol vermədən və bir-birlərinə qarışmadan saxlayanlar, əlbəttə, üzümlərin, qarpızların, qovunların, kivilərin, ananasların özləri deyil. Bu bənzərsiz ləzzəti, görünüş və dadı onlara Allah verir.
İslami Mənbələrdə “Axır Zaman” Fevral 8, 2010
Posted by fayuu in Axır Zaman.Tags: Allah, Axır Zaman, degenerasiya, din, əxlaq, əxlaqsızlıq, hədis, Hz. Mehdi, Hz. İsa, ibadət, müjdə, müqəddəs, nemət, Peyğəmbər, qiyamət, qul, Quran, qurtuluş, son dövr, zühur, şərik, İslam, İslam əxlaqı
1 comment so far
Axır zaman, “son dövr” mənasını verir və İslama görə Qiyamətə yaxın bir zamanda, Quran əxlaqının hakim olacağı və din əxlaqının insanlar arasında geniş şəkildə yaşanacağı dövrü ifadə edir. Bu dövrdə insanların hüzur və güvən içində yaşamaları üçün lazım olan hər cür şərait mövcud olacaq, əvvəlki dövrlərdə yaşanan hər cür çətinliyin əvəzinə bolluq, bərəkət və ədalət hakim olacaq, əxlaqsızlıq, saxtakarlıq və degenerasiyanın hər növü ortadan qalxacaqdır.
Bu dövr, bütün inanan insanların əsrlərdir həsrətlə gözlədikləri İslam əxlaqının hakim olduğu müqəddəs bir dövrdür.
Allahı Çox Zikr Etmək Yanvar 19, 2010
Posted by dusunek in Mənəviyyat.Tags: dua, mömin, nemət, təsbih, zikr
add a comment
Allaha həsr olunmuş həyat üçün əlbəttə Allahla yaxın dialoq qurmaq vacibdir. Bu dialoqun yolu “zikr”, yəni Allahı xatırlamaqdır. Mömin, “Ey iman edənlər, Allahı çox zikr edin” (Əhzab Surəsi, 41) hökmünə uyğun olaraq gündəlik həyatının hər anında zikr və dua halında olmalı, verilən nemətlərə qarşı dərin-dərin şükr etməli, səhvlərinə görə bağışlanma diləməli, edəcəyi işlər üçün kömək istəməli və tez-tez Allahı təsbih edib ucaltmalıdır. Mömini “Allahla dost” edən ibadət zikrdir. Bir ayədə zikrin icra forması belə bildirilir:
“Səhər-axşam yalvararaq, ürpərtiylə, səsini qaldırmadan ürəyində Rəbbini yad et və qafillərdən olma!” (Əraf Surəsi, 205) (davamı…)

FACEBOOK'da bizi izləyin