Bir-Birimizi Müjdələyək Aprel 20, 2010
Posted by fayuu in Mənəviyyat.Tags: Allah, Quran, müsəlman, cənnət, münafiq, müjdə, ibadət, kafir, ümmət, təşviq, həyəcan, elçi, tesviq, müselman, heyecan, təvazökar, ibadet, cennet, mujde, ummet, müselmanlara mujde, müsbət xarakterli insanlar, musbet xarakterli insanlar, əxlaqlı insan, exlaqli insan, Qurandaki exlaq, Qurandakı əxlaq, səbirli, səmimi, ədalətli, gözəl sözlü, gözəl əxlaqlı, sebirli, semimi, edaletli, gozel sozlu, gozel exlaqlı, gözellik, gözəlllik, möhtəşəm, mohtesem, qəlb rahatlığı, qelb rahatligi, mukafat, tevazokar
add a comment
«Doğrudan da, Biz səni haqla müjdə verən və qorxudan bir peyğəmbər kimi göndərdik. Elə bir ümmət yoxdur ki, onun içindən qorxudan bir elçi gəlib getməsin!» («Fatir» surəsi, 24).
Müsəlmanların xəbərdaredici xüsusiyyətləri ilə yanaşı, müjdəverici xüsusiyyətləri də vardır. Çünki Quran insanlara həm xəbərdarlıq, həm də müjdə kimi nazil edilmişdir.
Quranda müsbət xarakterli insanlar üçün bir çox müjdələr var. Şübhəsiz ki, bunların ən əhəmiyyətlilərindən biri gözəl əxlaqlı insanlar üçün hazırlanan cənnətdir. Allah insanların səbirli, səmimi, ədalətli, gözəl sözlü, təvazökar, gözəl əxlaqlı olacaqları təqdirdə axirətdə bir çox mükafatlarla qarşılıq görəcəklərini bildirmişdir. (davamı…)
Bilmədiyini Müdafiə Etmə! Aprel 20, 2010
Posted by fayuu in Mənəviyyat.Tags: Allah, Quran, insan, müsəlman, Quran əxlaqı, göz, hadisə, haqq, məlumat, müdafiə, melumat, elmi, müselman, müdafie, dini, Quran exlaqı, əsas şərt, esas sert, tetbiq, tətbiq, teblig, təbliğ, fikir, inanc, hadise, Qurandakı qadağalar, insanlarin fikri, qulaq, ürək, urek, saglam, fikir sistemi, sosial, tövsiyyə, tovsiye
add a comment
İnsanların müdafiə, tətbiq və təbliğ etdikləri hər hansı bir fikrin və ya inancın vicdan sarıdan yüz faiz doğru və dəqiq olması qənaətinə gəlmələri və buna əmin olmaları əsas şərtdir. Bunun əksi, yəni insanların doğru olmasına vicdanən əmin olmadığı və haqqında məlumatı olmadığı hər hansı bir fikrin, insanın və ya hadisənin ardınca getmələri Quranda qadağan edilmişdir. Allah Quranda insanların doğruluğunu təsdiq edib ardınca getdikləri hər bir fikir üçün axirətdə gözləri, qulaqları və qəlbləri ilə hesab verəcəklərini bildirmişdir:
«Bilmədiyin bir şeyin ardınca getmə. Çünki qulaq, göz və ürək – bunların hamısı sorğu-sual olunacaqdır» («İsra» surəsi, 36).
Mənbəyi sağlam olan və doğruluğu qəti şəkildə bilinən yeganə fikir sistemi isə Allahın doğru olduğunu bildirdiyi sistemdir. Bu da Quranda hər bir təfərrüatı ilə bildirilib. Buna görə də müsəlmanlar vicdanlarına uyğun olmayan və Quranda bildirilməyən heç bir düşüncəni qəbul və təsdiq etməzlər. (davamı…)
Din Əxlaqına Gözəl Öyüd-Nəsihətlə Dəvət Edək Aprel 19, 2010
Posted by fayuu in Mənəviyyat.Tags: Allah, öyüd-nəsihət, din exlaqi, din əxlaqı, dində məcburiyyət, dində zorakılıq, gözəl əxlaqlı insanlar, hikmetli soz, hikmətli söz, inanc sistemi, müselman, müsəlman, namaz, namaz qilan, Quran, sedeqe vermek, sədəqə, sədəqə vermək, İslam dini
1 comment so far
«İnsanları hikmətlə, gözəl öyüd-nəsihət ilə Rəbbinin yoluna dəvət et, onlarla ən gözəl surətdə mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, haqq yolda olanları da daha yaxşı tanıyır!» («Nəhl» surəsi, 125).
İslam dininin xüsusiyyəti bu dinin insanın onu yalnız öz daxilindən gələrək və qəlbən qəbul edərək yaşaması ilə Allah dərgahında qəbul edilən bir inanc sistemi olmasıdır. Allah dinin bu xüsusiyyətini Quranın bir çox ayələrində izah etmişdir. Məsələn, namaz qılan bir insan namazını Allah üçün istəyərək və sevərək qılmalıdır. Həmçinin mal-dövlətindən Allah yolunda xərcləyən bir insanın həmin ibadətinin Allah dərgahında qəbuledilən olması onun verdiyi bu sədəqəni istəyərək və sevərək verməsinə bağlıdır.
Bir insan müsəlman olmaq üçün (davamı…)
Əhəmiyyət Verilməyən Quran Hökmləri Aprel 13, 2010
Posted by fayuu in Mənəviyyat.Tags: Allah, Allahi tesbih etmek, Allahı təsbih etmək, ceza, cəza, din, heqiqi muselman, həqiqi müsəlman, ibadet, ibadət, inkar, insan, müselman, müsəlman, Quran, Quran ayeleri, Quran ayələri, Quran hökmləri, Quran hokmleri, savab, siddetli ezab, şiddətli əzab, İslam, İslam dini
add a comment
Bəzi insanlar dinə inandıqları və Quranı demək olar ki, hər gün oxuduqları halda Quranın bəzi ayələrini qulaqardına vurur, onlara etinasız münasibət göstərirlər. Bəziləri bu səhvə məlumatsızlıq və ya şüursuzluq ucbatından yol verdiyi halda, digərləri həmin hökmlərə qurduqları Qurandan kənar məntiqlərinin təsiri altında bilərəkdən əhəmiyyət vermirlər. Bu zaman onlar Quran hökmlərinə bilərəkdən etinasızlıqla yanaşmağın Allah dərgahında onlara nə qədər böyük məsuliyyət yüklənəcəyini və onları Allah rizasından necə uzaqlaşdıracağını isə əsla fikirləşmirlər. Halbuki Allahın hökmlərinə diqqətlə yanaşmayan insanların axirətdə əzabla qarşılaşacağı Quran ayələrində xüsusi şəkildə vurğulanır.
Bu düşüncəyə malik olan insanlar özlərinin Qurandan kənar məntiqlərinə əsaslanaraq, Allahın hökmləri arasında bir növ əhəmiyyətlilik və birincilik sıralaması qurur, hətta bəzi hökmləri öz həyatlarından tamamilə çıxararaq onları bir kənara atırlar. Belə bir yanlış din anlayışı yüzillər ərzində üst-üstə yığılmış adətlər şəklində nəsildən-nəslə ötürülərək dövrümüzə qədər gəlib çatmışdır. Din haqqında geniş yayılmış yanlış təsəvvürlərə görə, birinci yerə layiq görülüb, xüsusi əhəmiyyət verilən hökmlər aradan qaldırıldığı zaman insan daxilən vicdan əzabı keçirə bilər. Buna baxmayaraq, Quranda yer alıb, eyni dərəcədə əhəmiyyət verilməyən əmr və qadağalar aradan qaldırıldığı zaman insan heç bir narahatlıq hissi keçirməz. Quranda fərz (vacib) olduğu açıq şəkildə bildirilən bir çox mövzu «yerinə yetirsən savabdır, yetirməsən də heç bir şey olmaz» məntiqi ilə qiymətləndirilir. İnsanların qorxub çəkinməli olduğu qadağalar isə «Allah bağışlayar» məntiqi ilə asanlıqla pozulur.
Halbuki Quranın heç bir ayəsində belə bir meyardan bəhs edilmir. Namaz və oruc ibadətləri Allahın qəti əmri olduğu kimi, Quranda göstərilən başqa əmr və qadağalar da eynilə bütün möminlərin tabe olmaları vacib olan qəti hökmlərdir. (davamı…)
Fitnə Ünsürləri Aprel 10, 2010
Posted by fayuu in Mənəviyyat.Tags: adet-enene, adət-ənənə, Allah, cemiyyet, Dünya, dünya həyatı, din, dunya heyati, ehtiras, fitne, fitnə, ibadət, imtahan, insan, islamda ovlad, istek, istək, mal-dovlet, mömin, müsəlman, nefsin istekleri, nəfsin istəkləri, Quran, İslam
3 comments
Möminin dünya həyatında necə yaşamalı olduğunu hər şeyin yaradıcısı olan Allah ən incə təfsilatına qədər bildirmişdir. Ancaq insan istək və ehtiraslarını ölçü olaraq götürdüyündə, nəfsinin arzu və istəklərini dinin mənfəətlərindən və Allahın razılığından üstün tuta bilir və nəticədə qəflət dolu bir ruh halına girir. Belə olduğu təqdirdə Allahın vacib buyurduqlarını tamamilə danır, ciddi şəkildə cəhd etməsi lazım olan hallarda səhlənkar və məsuliyyətsiz münasibət göstərmiş olur.
Allahın dünya nemətlərinin ötəri olduğunu və dünyanın bir imtahan yeri olduğunu dəfələrlə bildirməsinə baxmayaraq, bu cür insanlar dünyanı özlərinə «əsl yurd» seçməklə axirətdən tamamilə üz çevirirlər.
Quranı nəzərə almayan bir insan sadəcə dünyaya yönəlmiş məqsədlər seçməklə, imtahan üçün yaradılan hadisələr içərisində boğulur. Allah mal-dövlətin və eləcə də uşaqların fitnə olacağını bir ayəsində belə xəbər verir:
«Həqiqətən, mal-dövlətiniz və oğul-uşağınız ancaq bir imtahandır (fitnədir). Ən böyük mükafat isə Allah dərgahındadır!» («Təğabun» surəsi, 15).
Ərəb dilində «imtahan» kəlməsinin başqa mənaları olmasına baxmayaraq, bunlar üçün «fitnə» kəlməsinin işlədilməsi olduqca diqqət çəkir. Çünki insan dünyadakı vəzifəsini anlamadan «mütləq evlənməliyəm», « ailəm, uşaqlarım olmalıdır», «mal-mülk sahibi olmalıyam» deyə düşünərək (davamı…)
Saleh Əməl Aprel 4, 2010
Posted by fayuu in Mənəviyyat.Tags: Allah, Quran, insan, müsəlman, iman, axirət, səbir, gözəl, doğru, sədaqət, səmimi, saleh əməl, xeyirli, islah etmək, iş, yaxsi, məna, mena, axiret, müselman, qətiyyət
1 comment so far
Quranda tez-tez rast gəlinən terminlərdən biri «saleh əməl»dir. «Saleh» kəlməsi “gözəl, doğru, xeyirli” mənalarını verir. «İslah etmək» feli də eyni kökdən törəmişdir və «saleh vəziyyətə gətirmək» deməkdir. «Əməl» kəlməsinin Azərbaycan dilinə ən yaxın qarşılığı isə «iş»dir. Ümumiyyətlə, saleh əməl, yaxşı və xeyirli iş mənasını verir ki, bu da Quranda Allahın rizasına və göndərdiyi dinə uyğun hər cür əməl və hərəkəti ifadə edir.
İnsanın axirətini xilas edən şey isə yalnız iman gətirməsi deyil, eyni zamanda o imana uyğun saleh işlər görməsidir. Çünki saleh əməl səmimi imanın göstəricisidir. Bunun əksinə, yalnız «iman gətirdim» deyib bu imanın tələblərini yerinə yetirməmək insanı xilas etməz. Allah bu mövzuda belə buyurur:
«İnsanlar yalnız: «İman gətirdik!» – demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar? Biz onlardan əvvəlkiləri də imtahana çəkmişdik. Şübhəsiz ki, Allah düzdanışanları da, yalançıları da çox gözəl tanıyar!» («Ənkəbut» surəsi, 2-3).
Allahın «iman gətirdik» deyənləri sınamasının önəmli qismi saleh əməllərlə olur. Çünki bu əməllər, onları yerinə yetirməyə borclu olan müsəlmanların səbirlərini, qətiyyətlərini, sədaqətlərini, qısası, imanlarındakı fərasətlərini ortaya çıxarır. (davamı…)
Şirk Nədir? Mart 30, 2010
Posted by fayuu in Mənəviyyat.Tags: Allah, ateist, üstün, bəyənmək, düşüncə, dünyagörüşü, dəyər, dinsiz, ərəb dili, əxlaq anlayışı, ideologiya, inam, müsəlman, müşrik, ortaqlıq, qulluq, Quran, səviyyə, tanrı, xristian, yaşayış tərzi, yanlış, yəhudi, şərik qoşmaq, şirk
add a comment
«Şirk» ərəb dilində «şəriklik, ortaqlıq» mənasını daşıyır. Quranda isə şirk hər hansı bir şeyi və ya hər hansı bir kimsəni, ya da hər hansı bir anlayışı üstün tutmaq, dəyər vermək, önəm vermək, daha artıq bəyənmək baxımından Allahla bərabər və ya daha üstün bir səviyyədə görmək və bu yanlış dünyagörüşü ilə hərəkət etmək şəklində göstərilir.
Şirk Quran açıqlamalarında «tay qoşmaq», «şərik qoşmaq» kimi tərcumə edilir. Quranda Allaha şərik qoşmaq «Allahdan başqa tanrı seçmək», «Allahdan başqasına qulluq etmək» kimi də ifadə olunur.
Ən geniş mənada isə şirk inam, düşüncə, əxlaq anlayışı, yaşayış tərzi və dəyər baxımından Allahın Quranda bildirdiyi ölçülərdən və mütləq doğrulardan fərqli meyarlar seçmək və həyatını bu meyarlara görə qurmaqdır. (davamı…)
Axır Zaman Əlamətləri: Fitnələr və Məscidlərin Dağıdılması Fevral 15, 2010
Posted by fayuu in Axır Zaman.Tags: Allah, anarxiya, Axır Zaman, Axır Zaman Mehdisinin Əlamətləri, cəmiyyət, fitnə, hədis, Hz. Mehdi, müasir, müsəlman, mədrəsə, məscid, ordu, qarşıdurma, rüku, səcdə, təhlükəsiz, təzyiq, ticarət, xəlifə, zülm, İslam
2 comments
“Süfyani quru bir vadidən çıxar. Kelp qəbiləsindən abus çöhrəli, sərt ürəkli adamlardan bir ordu qurar və bunlar hər tərəfə zülm edərlər. O, mədrəsə və məscidləri dağıdar, rüku və səcdəyə gedən hər kəsi cəzalandırar. (Əli bin Hüsaməddin Əl Muttaki, Cəlaləddin Suyutinin Təsnifindən Hədislər – Axır Zaman Mehdisinin Əlamətləri, sf. 35)
Hz. Mehdi (ə) Yolların Kəsildiyi Bir Dövrdə Çıxacaq
Müasir dövrdə dünyanın müxtəlif bölgələrində yaşanan qarşıdurmalar, anarxiya və terror (davamı…)
Müsəlmanlara Ayrılmaq Haram, Birləşmək Vacibdir Fevral 10, 2010
Posted by fayuu in İslam Birliyi.Tags: aktiv, Allah, anlaşılmazlıq, ağıl, ümumi dəyərlər, beynəlxalq siyasət, birlik, dəlil, din, haqq, həmrəylik, inanc birliyi, ittifaq, ixtilaf, katolik, mömin, müsəlman, mənfəət, məzhəb, Qalaktika, Quran, Quran əxlaqı, səmimi, siyasi, təcəlli, tələbat, vicdan, xoşgörüş, ƏHLİ BEYT
add a comment
Müsəlmanların birliyi yalnız mövcud gərgin vəziyyətin sona çatması üçün lazım olan siyasi tələbat deyil, eyni zamanda müsəlman olmağın tələblərindən biridir. Müsəlmanlar həyatlarının hər anında olduğu kimi daxili və beynəlxalq siyasətdə də Quran əxlaqına uyğun hərəkət etməlidirlər. Quran əxlaqı isə İslam dünyasının ittifaq etməsini tələb edir. Quran əxlaqının prinsip olaraq mənimsənilməsi bu ittifaqın daimi olmasını və gözlənilən aktiv rolu yerinə yetirməsini təmin edəcəkdir.
İslam əxlaqı müsəlmanların daim bir yerdə olmasını, (davamı…)
Müsəlman Qadının İdealları Böyükdür Fevral 9, 2010
Posted by fayuu in Mənəviyyat.Tags: ailə, Allah, cahiliyyə, cəmiyyət, dünyagörüşü, dəb, həyat tərzləri, ideal, insan, lovğalıq, maddi, müsəlman, müsəlman qadın, mənəvi, məqsəd, məsuliyyət, qadın, qonaqlıq, Quran, təlqin, xarakter, yetim, yolxucu
add a comment
Cahiliyyə əxlaqının insanlara qazandırdığı qadın xarakterinin mühüm xüsusiyyətlərindən biri onların dünyagörüşlərinin, ideallarının, düşüncələrinin və həyat tərzlərinin dar çərçivə ilə məhdudlaşmasıdır. Bu xarakteri mənimsəyən qadınlara cəmiyyət tərəfindən müəyyən vəzifə və məsuliyyətlər yüklənilir. Onlardan gözlənilən əslində yalnız bunları ən gözəl şəkildə yerinə yetirməkdir. Bunlardan başqa fərqli ideallara sahib olmaq, ya da fərqli mövzularda özlərini inkişaf etdirmək üçün ümumiyyətlə qadınlara çox imkan verilmir. Qadınlar ancaq bu vəziyyətin mahiyyətini qavradıqda və həyatlarını daha fərqli və daha böyük ideallar üzərində qurmaq ehtiyacını hiss etdikdə özlərini inkişaf etdirib düşüncələrinin sərhədlərini genişləndirə bilərlər.
Qadın üçün nəzərdə tutulan başlıca məsuliyyət ailəsini, (davamı…)
FACEBOOK'da bizi izləyin