Allah Üçün Nə Qədər Vaxt Ayırırsınız? May 1, 2010
Posted by fayuu in Mənəviyyat.Tags: Allah, Allah yolunda calisma, boş vaxt, ibadət, iman, mömin, Quran, vaxt ayirmaq
1 comment so far
Quran ayələrinə baxdığımız zaman mömin üçün boş vaxt anlayışının olmadığını görürük. Möminin hər gün vaxtlı-vaxtında yerinə yetirəcəyi ibadətlərin çox vaxtını aparmaması, qalan vaxtını öz istək və həvəslərinə uyğun boş işlərə sərf edə bilər mənasını vermir. Allah iman gətirənlərin üzərinə bütün həyatları boyu həm öz nəfsləri ilə, həm də inkar edənlərin əxlaqına qarşı fikir mübarizəsi aparmaq vəzifəsi qoyub.
Bunun üçün möminin yerinə yetirməli olduğu bir çox hazırlıqlar, saysız-hesabsız vəzifələr var. Onun bu səmimi və ixlaslı səylərinin həddi-hüdudu, fasiləsi yoxdur. Bu səbəbdən yerinə yetirilən iş, tamamlanan vəzifə, başa çatdırılan hazırlıq işlərinə ara vermək üçün səbəb deyil, tam əksinə, yeni fəaliyyətə başlamağın bir nişanəsidir. (davamı…)
Boş İşlərə Vaxtımızı Sərf Etməyək Aprel 25, 2010
Posted by fayuu in Mənəviyyat.Tags: bos isler, boş işlər, luzumsuz isler, mömin, vaxt, vaxt keçirmək, vaxt kecirmek, zaman, zerer, zərər
2 comments
Möminlər boş və mənasız danışıqlara məhəl qoymadıqları kimi, axirətləri üçün heç bir faydası olmayan, hətta onlara zərər verəcək boş işlərə də vaxtlarını sərf etməzlər. Möminlərin bu xüsusiyyəti ayədə belə bildirilir:
«O kəslər ki, lüzumsuz seylərdən üz döndərərlər» («Muminun» surəsi, 3).
Allahın razılığını nəzərə alınmadığı hər bir iş Quranda bildirilən həmin lüzumsuz işlərə aiddir. İnsan hətta Quranda əmr edilən ən mühüm ibadəti də Allahın razılığından kənar, vərdiş olduğu və həmin anda ona asan gəldiyi üçün, əsas, lakin ona çətin olan bir işdən yaxa qurtarmaq üçün və ya hamının etdiyi bir iş kimi edərsə, bu, lüzumsuz ola bilər. (davamı…)
Namaz və Huşu Aprel 24, 2010
Posted by fayuu in Mənəviyyat.Tags: Allah, axiret, axirət, din, ferz ibadetler, fərz ibadətlər, husu, ibadet, ibadət, mömin, namaz, namazda husu, Quran, semimi, səmimi, teqva, təqva
2 comments
Hər gün müəyyən vaxtlarda nizamlı şəkildə yerinə yetirilməsi fərz sayılan ibadətlər var. Lakin həmin ibadətlərin daim yerinə yetirilməsini möminlər yalnız vərdiş halını alan ibadətlər qismində nəzərdən keçirməməlidirlər. Tam əksinə, Allah üçün yerinə yetirdiyi bu ibadət möminə hər dəfə yeni həyəcan və şövq verməlidir. Namaz da bu şəkildə daim yerinə yetirilən ibadətlərdəndir. Quranda möminlərin namazlarını huşu ilə qıldıqları bildirilir:
«Həqiqətən, möminlər nicat tapmışlar! Onlar namazlarında müti olub Ona boyun əyərlər!» («Muminun» surəsi, 1-2). (davamı…)
Həsəd Etməyin! Aprel 24, 2010
Posted by fayuu in Mənəviyyat.Tags: Allah, axiret, axirət, dünya, gözəllik, günah, hesed, həsəd, Hz.Adəm, imanlı insan, imtahan, insanin imtahani, maddi nemetler, maddi nemətlər, mal-mulk, mömin, münafiq, müşrik, nefs, nəfs, paxıllıq, qisqancliq, Quran, tekebbur, teqva, təkəbbür, təqva, zənginlik, şeytan
add a comment
İman gətirmiş insan digər insanlardan üstün davranışa malik olur. Lakin bu onun imtahanının sona çatması demək deyil. Möminin də bütün insanlar kimi nəfsi var.
Allah imtahanın bir zərurəti kimi ona günahlardan və pis əməllərdən çəkinməsini ilham etdiyini Quranda bildirmişdir («Şəms» surəsi, 8). Paxıllıq, həsəd kimi mənfi əxlaq xüsusiyyətləri də günahlara daxildir və bu, bütün insanların nəfslərində var:
«…Ancaq nəfslərdə xəsislik həmişə mövcuddur. Əgər siz yaxşı dolanıb (dava-dalaşdan, kobud rəftardan) çəkinsəniz bu sizin üçün daha yaxşı olar. Şübhəsiz ki, Allah etdiyiniz hər bir işdən xəbərdardır!» («Nisa» surəsi, 128). (davamı…)
Allahı Zikr Etmək Aprel 24, 2010
Posted by fayuu in Mənəviyyat.Tags: Allah, hemd, hemd etmek, həmd etmək, mömin, namaz, Quran, subh namazi, sukr etmek, zikr etmek, zikr etmək, şükür, şükr etmək
add a comment
Həmd və zikr etmək möminin həyatının bir hissəsidir. Həmd (şükür) hər növ mədh, ucaltma və iltifata yalnız Allahın layiq olduğunu, zikr isə Allahın ağıla gələn hər cür qüsur və səhvdən uzaq olduğunu həm dildə, həm də qəlbən təsdiq etməkdir.
Həmd və zikrin yalnız möminlərin deyil, bütün kainatın bir ibadəti olduğu ayələrdə belə xəbər verilir:
«Yeddi göy, yer və onlarda olanlar Allahı təqdis edir. Elə bir şey yoxdur ki, Allaha tərif deyib Ona şükür etməsin, lakin siz onların təqdisini anlamazsınız, Allah həqiqətən, həlimdir, bağışlayandır!» («İsra» surəsi, 44). (davamı…)
Başqalarına Nəsihət Verib Özünü Unutma! Aprel 17, 2010
Posted by fayuu in Mənəviyyat.Tags: Allahın hökmləri, Allahin dini, Allahin hokmleri, axiret, axirət, dinle bagli, dinlə bağlı, ibret, ibret almaq, ibrət, ibrət almaq, ikiüzlülük, ikiuzluluk, insanin sehvi, insanın günahları, insanın səhvi, kitab, mömin, nöqsan, nesihet, qeyri-semimilik, qeyri-səmimilik, Quran, sehv, semimi, səhv, səmimi, tesviq, təşviq, xeberdarliq, xəbərdarlıq, yaxsiliq, zekalı insan, zəkalı insan
add a comment
«Siz insanlara yaxşı işlər görmələrini əmr etdiyiniz halda, özünüzü unudursunuz? Halbuki özünüz kitab oxuyursunuz. Məgər başa düşmürsünüz?» («Bəqərə» surəsi, 44).
Quranı yaxşı bilən zəkalı və təcrübəli bir insan başqalarının dinlə bağlı səhv və nöqsanlarını ən kiçik incəliyinə qədər düzəldə, bu məsələdə onlara nəsihət verə, xəbərdarlıq edə bilər. Bu, müsbət bir haldır, lakin bu, insana həmin səhv və günahları özünün də etməsinə haqq qazandıra bilməz. Əksinə, insan başqalarına verdiyi nəsihətdən özü də ibrət almalı və həmin səhvləri etməməyə diqqət yetirməlidir. Yoxsa başqalarına verdiyi nəsihət əcr deyil, axirətdə onun əleyhinə bir dəlil kimi çıxar.
Başqasının səhvini üzə çıxara bilən bir insanın (davamı…)
Allah Üçün Xərcləyən Zaman Niyyəti Təmiz Tutaq Aprel 17, 2010
Posted by fayuu in Mənəviyyat.Tags: Allahın razı qalmadığı davranış, Allah, mömin, pul, pul xerclemek, pul xərcləmək, şeytan
1 comment so far
Allahın razı qalmadığı bir davranış da mal-dövləti özünü göstərmək naminə xərclənməsidir. Özünü camaata göstərmək məqsədilə xərcləmək inkarçılara xas olan bir xüsusiyyətdir:
«Öz mallarını xalqa göstərmək xatirinə xərcləyənləri, Allaha və axirət gününə inanmayanları da Allah sevməz. Şeytanla yoldaşlıq edənlərin yoldaşı necə də pisdir!» («Nisa» surəsi, 38).
Lakin mömin də bu səhvlərdə özündən razı olmamalı, malı xərcləyərkən şüuraltı da olsa, niyyətinə Allah razılığından kənar məqsədlərin qarışmamasına diqqət etməlidir. Mömin «xərcləmədi, az verdi deməsinlər», «məzəmmət etməsinlər», «canını və malını satmış iman sahibi desinlər», «ən çox xərcləyən desinlər», «ən üstün imana sahib olan desinlər», «daha çox etibar etsinlər, sevsinlər və hörmət etsinlər», «yer, vəzifə, imkan versinlər» kimi şeytani təlqinlərin hiss etmədən niyyətinə qarışıb əməlini şirkə çevirməsinə, axirəti üçün təhlükə yaratmasına əsla imkan verməməlidir.



FACEBOOK'da bizi izləyin