Posted by fayuu in Darvinizmin Sonu, Elm Nə Deyir?.
Tags: abiogenez, alim, Allah, biogenez, bioloq, canlılar, cansız, cansız maddə, din, dini, elm dünyası, Haldan, heyat, heyatin menbeyi, həyat, Həyat həyatdan gələr, həyatın mənbəyi, institut, kimyəvi, laboratoriya, madde, maddə, materialist fəlsəfə, müdafie, müdafiə, mikrob, mikroskopik canlılar, molekulyar, nezeriyye, nəzəriyyə, Oparin, Quran, serhed, sərhəd, tebiet, tecrube, termodinamika, təbiət, təcrübə, təkamül, təkamül nəzəriyyəsi, təkamülçülər, təsadüfi törəmə, universitet, İohannes Qutenberq Universiteti
Həyatın mənbəyi nədir? Bir quşu və ya bir zürafəni daşdan, sudan, torpaqdan, qısası, cansız maddədən fərqləndirən nədir?
Bu sualın cavabı tarixin qədim dövrlərindən bəri axtarılır. Bu mövzuda ortaya atılan fikirlər isə iki fərqli qrupda toplanır. Birinci fikir canlılar ilə cansız maddə arasında çox incə bir sərhəd olduğunu, bu sərhədin asanlıqla keçilə bildiyi və cansız maddənin öz-özünə canlana biləcəyini müdafiə edir. Bu görüşə elmi dildə “abiogenez” deyilir.
İkinci fikir isə həyat ilə cansız maddə arasında böyük və keçilməz sərhəd olduğunu qəbul edir. Cansız maddənin öz-özünə canlanması mümkün deyil və hər canlı ancaq başqa bir canlıdan törəyir. “Həyat həyatdan gələr” cümləsi ilə ifadə edilən bu görüş “biogenez” adlanır.
Maraqlıdır ki, “abiogenez” fikri materialist fəlsəfə ilə, “biogenez” fikri isə dini mənbələrlə əlaqədardır. Materialist fəlsəfə ortaya atıldığı ilk dövrlərdən bəri daim cansız maddənin canlana biləcəyini müdafiə etmişdir. Antik Yunanıstandakı mütəfəkkirlər bəsit canlıların cansız maddənin içindən daim törədiklərinə inanmışlar.
Bunun əksinə, (davamı…)
Like this:
Be the first to like this post.
Posted by fayuu in Elm Nə Deyir?.
Tags: Albert Eynşteyn, Aleksandr Fredman, Allah, Amerika Milli Kosmik Tədqiqatlar Mərkəzi, Arno Penzias, astranom, astranomiya, ateizm, Böyük Partlayış, Big Bang, canlı, COBE, Corc Lematr (Georges Lemaitre), Dünya, Edvin Habl (Edwin Hubble), efsane, elm adamları, elm dünyası, Entoni Flyu (Anthony Flew), əfsanə, faktor, fəlsəfə, fizika, Georgi Qamov, insan, kainat, karyera, kesf, kəşf, Kosmik Fon Radiasiyası, maddə, materialist, materialist fəlsəfə, materialst, model, NASA, nəzəriyyə, partlayış, peyk, Quran, radiasiya, Robert Uilson (Arno Penzias, Robert Wilson), sabit, sabit kainat modeli, sonsuz, sonsuz kainat, teleskop, Uilyam Leyn Kreyq (William Lane Craig), yoxluq, zaman
XX əsrin əvvəllərinədək materialistlərin hakim olduğu elm dünyasında geniş yayılmış görüş belə idi: kainatın sonsuz ölçülərə sahibdir, sonsuz əvvəldən bəri mövcuddur və sonsuz gələcəyə qədər də mövcud olacaqdır. “Sabit kainat modeli” adlandırılan bu inanca görə kainatın başlanğıcı və sonu yoxdur, kainat hüdudsuz maddələrin bütövüdür. Materialist fəlsəfənin əsasını təşkil edən bu görüş kainatın yaradıldığını da inkar edirdi.
Materializmə inanmış və ya bu fəlsəfənin təsirinə düşmüş çox sayda alim də sözügedən “sonsuz kainat” modelini elmi fəaliyyətlərində əsas olaraq götürürdülər. Astronomiya və fizika sahələrindəki bütün çalışmalar maddənin sonsuzluqdan bəri mövcud olduğu fərziyyəsinə əsaslanırdı. Qısaca desək, bir çox alim uzun illər boyu boş yerə səy göstərmişdi. Çünki elm çox keçmədən bu əfsanələri məhv edəcəkdi.
Sonsuz kainat modelinin səhv olduğunu görən (davamı…)
Like this:
Be the first to like this post.
Posted by fayuu in Elm Nə Deyir?.
Tags: Albert Eynşteyn, alim, Allah, araşdırma, astronomiya, Dünya, elm, elm adamları, elmi, elmi kesf, elmi kəsf, fakt, ferziyye, fərziyyə, Freyd, hipotez, israr, kainat, madde, maddə, maddi, maddi dünya, maddi zerer, maddi zərər, müşahidə, menbe, merhele, mənbə, mərhələ, musahide, nizamlama, paradiqma, planetler, planetologiya, prinsip, proses, qanun, Quran, sübut, tecrube, tedqiq, tekzib, temel, təcrübə, tədqiq, təkzib, təməl, təməl şərtlər, ulduz, vəhy, yer kürəsi, yer kuresi, zaman, zaman itkisi, şüurlu
Elm yaşadığımız maddi dünyanın təcrübə və müşahidə yolu ilə tədqiqinə deyilir. Əlbəttə, elm bu tədqiqatları apararkən təcrübə və müşahidə yolu ilə əldə etdiyi faktlara əsaslanaraq və onları nəzərə alaraq nəticə çıxarır. Lakin bununla yanaşı hər bir elm sahəsində araşdırma aparmadan əvvəl qəbul edilən bəzi təməl şərtlər var. Bu şərtlərin hamısına ümumi olaraq “paradiqma” deyilir.
Bu təməl şərtlər aparılacaq elmi araşdırmaların “istiqamətini” müəyyən edir. Elmi araşdırmalardakı ilk addım “hipotez” (fərziyyə) müəyyənləşdirməkdir. Alimlər tədqiq edəcəkləri mövzu haqqında əvvəlcə müəyyən bir hipotez irəli sürürlər. Daha sonra bu hipotez elmi faktlarla sınanır. Əgər aparılan təcrübə və müşahidələr hipotezi təsdiqləyərsə, “hipotez” “sübut edilmiş prinsip və ya qanun” adlandırılır. Əgər hipotez təkzib edilərsə, başqa ehtimallar sınanır və bu proses davam edir.
Diqqətlə baxılsa, bu prosesin ilk mərhələsi olan hipotezin müəyyənləşdirilməsi elm adamlarının qəbul etdiyi tamamilə yanlış görüş ilə əlaqədardır. Məsələn, elm adamları bu səhv görüşləri səbəbindən “maddənin hər hansı bir şüurlu nizamlama olmadan, öz-özünü nizamlamaq qabiliyyətinə malik olması” kimi bir hipotez irəli sürə bilərlər. Sonra (davamı…)
Like this:
Be the first to like this post.
Posted by fayuu in Elm Nə Deyir?.
Tags: atom, beynimiz, canlı, cansız, cisim, dad, Dünya, epitel, fərqli, forma, gözəllik, kimyəvi, ləzzət, maddə, Molekul, orqan, qoxu, reseptor, rəng, siqnal, xüsusiyyət
Bir çox maddə eyni atomlardan təşkil olunmasına baxmayaraq fərqli görünür və fərqli xüsusiyyətləri daşıyır. Sizin fikrinizcə, ətrafınızda gördüyünüz cisimləri bir-birindən fərqli edən şey nədir? Rənglərini, formalarını, qoxularını, dadlarını bir-birindən fərqləndirən, yumşaq və ya bərk edən nədir? Bütün bunların səbəbi məhz atomların molekulları əmələ gətirmək üçün öz aralarında qurduqları fərqli kimyəvi əlaqələrdir.
Maddəni təşkil edən ilk pillə olan atomlardan sonra ikinci pillə molekullardır. Molekullar maddənin kimyəvi xüsusiyyətlərini müəyyən edən ən kiçik vahidlərdir. Bu kiçik formalar iki və ya daha çox atomdan, bəziləri də minlərlə atom qrupundan ibarət olur. Molekulların müxtəlif formalarda birləşmələri nəticəsində də (davamı…)
Like this:
Be the first to like this post.
Posted by fayuu in Elm Nə Deyir?.
Tags: ehtişam, Empire State, kor, maddə, möcüzəvi, müqayisə, termitlər, yuva
Kor fəhlələrin Empire State böyüklüyündə bina inşa etməsi mümkündür? İnsanlar belə şeyi bacarmazlar. Amma kor termitlər həyatları boyu öz boylarına nisbətdə Empire State hündürlüyündə yuvalar tikirlər.
Termitlərin qurduqları nəhəng yuvaları insanların tikdikləri binalar ilə müqayisə etməzdən əvvəl termitləri ümumi şəkildə təsvir etmək lazımdır. Termitlərin məlum olan ən mühüm xüsusiyyətlərindən biri insanların belə asanlıqla yıxa bilmədikləri möhkəm yuvalar tikmələridir. Hər növ öz ehtiyacı olan xüsusiyyətlərə görə müxtəlif tipli yuvalar inşa edir. Bəziləri yandırıcı istilikdən qorunmaq üçün, digərləri isə yağışdan qorunmaq üçün yuva tikir. Bu yuvalar ağac içlərində olduqları kimi əksəriyyəti torpağın üstündə və altında da yerləşirlər.
(davamı…)
Like this:
Be the first to like this post.
Posted by dusunek in Maddə və Xəyal.
Tags: önyarqı, beyin, corc berkli, Dünya, dünyagörüşü, elektrik siqnalı, eşitmə prosesi, fəlsəfə, foton, görmə prosesi, maddə, maddi dünya, materialist fəlsəfə, materializm, möcüzə, müasir elm, Molekul, planet, retina, təkamül nəzəriyyəsi, təsadüf, Yaradıcı, yaradılış, şüa, şüuraltı
XƏBƏRDARLIQ!
OXUYACAĞINIZ BU MƏQALƏ, HƏYATIN ÇOX MÜHÜM SİRRİNİ EHTİVA EDİR. MADDİ DÜNYAYA BAXIŞ BUCAĞINIZI KÖKÜNDƏN DƏYİŞDİRƏCƏK BU MÖVZUNU, ÇOX DİQQƏTLİ ŞƏKİLDƏ VƏ DƏRK EDƏRƏK OXUMALISINIZ. BURADA İZAH EDİLƏN MƏSƏLƏLƏR FƏRQLİ DÜNYAGÖRÜŞÜ, FƏRQLİ YANAŞMA VƏ YA HƏR HANSI FƏLSƏFİ DÜŞÜNCƏ DEYİL; DİNƏ İNANAN-İNANMAYAN HƏR KƏSİN QƏBUL EDƏCƏYİ, MÜASİR ELMİN DƏ SÜBUT ETDİYİ QƏTİ HƏQİQƏTDİR.
Dünyanı ağıl və vicdanla müşahidə edən insan kainatdakı canlı-cansız hər şeyin yaradıldığını dərk edər. Bəs bütün bunlar kim tərəfindən yaradılmışdır?
Aydındır ki, kainatın hər zərrəsində özünü göstərən “yaradılış”, kainatın özünün məhsulu ola bilməz. Məsələn, bir böcək öz-özünü var etməmişdir. Günəş sistemi, bitkilər, insanlar, bakteriyalar, qırmızı qan hüceyrələri, kəpənəklər öz-özlərini yaratmamışdır. Bütün bunların “təsadüfən” meydana gəlməsi ehtimalı da yoxdur.
Deməli, gözümüzlə gördüyümüz hər şey yaradılmışdır… Ancaq, gözümüzlə gördüyümüz şeylərin heç biri “Yaradıcı” deyil. O halda Yaradıcı, gözümüzlə gördüyümüz hər şeydən başqa və üstün bir varlıqdır. Özü görünməyən, lakin yaratdığı hər şeydə Özünün varlığını və xüsusiyyətlərini göstərən üstün gücdür. (davamı…)
Like this:
Be the first to like this post.
Posted by dusunek in Maddə və Xəyal.
Tags: berkli, bertrand rasl, beyin, corc berkli, dalğa, elektron, fizika, həqiqət, işıq, kainat, maddə, proton, qoxu hissi, qıcıq, siqnal, uzaqlıq hissi
Beynimizin İçində Yaranan “Xarici Dünya”
Bura qədər izah etdiyimiz fiziki həqiqətlər bizi mübahisə edilməz nəticəyə gətirir: gördüyümüz, toxunduğumuz, eşitdiyimiz və adına “maddə”, “dünya” ya da “kainat” dediyimiz anlayışlar, yalnız və yalnız beynimizdə yaranan elektrik siqnallarıdır.
Məsələn, meyvə yeyən bir insan meyvənin əslini deyil, beyinindəki kopiyasını hiss edir. Bir insanın “meyvə” deyə adlandırdığı şey, meyvənin ölçüsü, dadı, qoxusu və yumşaqlığına aid elektrik sinallarından ibarət informasiyanın beyində qavranılmasından ibarətdir. Əgər beyinə gedən görmə sinirini kəssəniz, meyvə görüntüsü də o anda yox olar. Və ya burundakı qəbul edicilərdən beyinə gedən sinirlərdə meydana gələn hər hansı qüsur qoxu hissinizi tamamilə ortadan qaldırar. Çünki, meyvə bir sıra elektrik siqnallarının beyin tərəfindən şərhindən başqa bir şey deyil.
Uzaqlıq hissi də düşünülməsi vacib olan digər məsələlərdən biridir. Əlinizdə bir kitabın olduğunu düşünək. Uzaqlıq deyəndə bu kitabla aranızdakı məsafə nəzərdə tutulur və bu beyninizdə meydana gələn boşluq hissidir. Bir insanın özündən çox uzaqda hesab etdiyi maddələr də əslində beyninin içindədir. Məsələn, insan göyə baxıb ulduzları seyr edir və bunların milyonlarla işıq ili uzaqda olduqlarını hesab edir. Halbuki ulduzlar onun içində, beyinindəki görüntü mərkəzindədir. Bu yazıları oxuyarkən içində olduğunu hesab etdiyiniz otağın da əslində içində deyilsiniz; əksinə otaq sizin içinizdədir. Bədəninizi görməyiniz sizi otağın içində olduğunuza inandırır. Ancaq bunu unutmayın ki, bədəniniz də beyninizdə yaranan görünütüdür. (davamı…)
Like this:
Be the first to like this post.
Posted by dusunek in Maddə və Xəyal.
Tags: atom, beyin, bədən, Dünya, elm, hiss, maddə, maddi dünya, mütləq varlıq, neyron, qavramaq, qavrayış, Quran, ruh, xəyal, Yaradıcı, yunan mədəniyyəti, şüur
Qavrayan Kimdir?
Bura qədər izah etdiklərimizdən aydın olduğu kimi içində yaşadığımızı zənn etdiyimiz və “xarici dünya” olaraq adlandırdığımız maddi dünyanın əslində beynimizdə meydana gəldiyinə şübhə yoxdur. Amma burada mühüm sual ortaya çıxır: Bildiyimiz bütün maddi varlıqlar əslində hissdirsə, o zaman beynimiz nədir? Beynimiz də qolumuz, ayağımız və ya hər hansı digər əşya kimi maddi dünyanın bir parçası olduğuna görə o da digər maddələr kimi bir hiss olmalıdır.
Yuxu ilə bağlı çəkəcəyimiz nümunə mövzunu daha yaxşı açıqlayacaq. İndiyədək izah etdiklərimizə uyğun olaraq beynimizin içində yuxu seyr etdiyimizi düşünək. Bu yuxuda xəyali bədənimiz, xəyali qolumuz, xəyali gözümüz, xəyali beynimiz olacaq. Yuxu əsnasında bizə “harada görürsən?” sualı verilsə, verəcəyimiz cavab “beynimdə görürəm” olar. Amma ortada gerçək beyin yoxdur. Yalnız xəyali bədən, xəyali qafa tası və xəyali beyin var. Yuxunuzdakı görüntünü görən iradə isə yuxudakı xəyali beyin deyil, ondan daha “dərin” varlıqdır.
Yuxudakı mühitlə gerçək həyat dediyimiz mühit arasında hər hansı fiziki fərq olmadığını bilirik. Bu halda, gerçək həyat dediyimiz mühitdə bizə “harada görürsən?” sualı verilsə, yuxarıdakı nümunədə olduğu kimi “beynimdə” cavabını verməyin mənası yoxdur. Hər iki vəziyyətdə də görən və hiss edən iradə ət parçasından ibarət beyin deyil. (davamı…)
Like this:
Be the first to like this post.
Posted by dusunek in Maddə və Xəyal.
Tags: Allah, beyin, conson, corc politzer, Das Kapital, david hume, doqma, doqmatik, fəlsəfə, fridrix engels, insan, insan beyni, insan sinirləri, karl marks, Lenin, maddə, maddi, materialist, materialist fəlsəfə, materializm, mütləq, paralel, sinir, yuxu, zehin
MATERİALİSTLƏRİN MƏNTİQ ÇATIŞMAZLIĞI
Bu hissənin əvvəlindən etibarən maddənin materialistlərin iddia etdikləri kimi mütləq varlıq olmadığı, əksinə Allah tərəfindən yaradılan qavrayışlar cəmindən ibarət olduğu elmi cəhətdən izah edildi. Materialistlər isə bütün fəlsəfələrini yox edən bu aşkar həqiqətə qarşı son dərəcə doqmatik şəkildə müqavimət göstərir və əsassız məntiqi mühakimələr irəli sürürlər.
Məsələn, materialist fəlsəfənin 20-ci əsrdəki ən böyük müdafiəçilərindən biri olan qatı marksist düşüncəli Corc Politzer maddənin varlığının “böyük dəlili” olaraq “avtobus nümunəsi”ni vermişdir. Politzerə görə maddənin qavrayış olduğunu müdafiə edən mütəfəkkirlər də şosedə avtobus gördükləri zaman əzilməmək üçün qaçırlar və bu maddənin obyektiv varlığının isbatıdır. (1)
Bir başqa məşhur materialist alim Consona (Johnson) maddənin qavrayışlar cəmi olduğu izah edildikdə isə daşlara təpik vuraraq onların fiziki varlığını “sübut etməyə” çalışmışdır. (2)
Başqa nümunə isə Politzerin müəllimi və dialektik materializmin Marksla birlikdə qurucusu olan Fridrix Engels (Friedrich Engels) tərəfindən verilmişdir. Engels “əgər yediyimiz tortlar bir hiss, qavrayış olsaydı, aclığımızı yox etməzdilər” deyə yazmışdır. (3) (davamı…)
Like this:
Be the first to like this post.
Posted by dusunek in Maddə və Xəyal.
Tags: Allah, beyin, dadbilmə, elektrik siqnalı, eşitmə, foton, görmə, hiss, imam rəbbani, impuls, iyləmə, kompüter, maddə, materialist, materialist fəlsəfə, materializm, mələk, Molekul, nizami gəncəvi, qiyamət, rəng, ruh, televiziya, toxunma, uzaqlıq, xarici dünya, xəyal, yuxu
Düşünmək və araşdırmaq insanın bilmədiklərini öyrənməsini, “baxıb görə bilmədiklərini” görməsini, dünya həyatının gerçəyini kəşf etməsini təmin edir. Ancaq əsas olan insanın səmimi düşüncə ilə əldə etdiyi gerçəklərdən qaçmaması, kəşf etdiyi gerçəklərə uyğun yeni bir həyata başlayacaq iradəni göstərə bilməsidir. Bu yazıda bu günə qədər heç vaxt rast gəlmədiyiniz, heyrətamiz, həyata baxışınızı tamamilə dəyişdirən bir elm izah ediləcək. Bu elm, tarix boyunca böyük İslam alimlərinin diqqət çəkdiyi, müasir elmin qəti şəkildə sübut etdiyi həqiqətdir. İnsan, həyatının ilk çağlarından etibarən içində yaşadığı dünyanın mütləq maddi həqiqət olduğuna şərtlənmişdir. İnsan bu şərtlənmə daxilində böyüyür və bütün həyatını bu dünyagörüşü üzərində qurur. Ancaq müasir elmin nail olduğu nəticələr düşünüldüyündən daha fərqli və daha mühüm bir gerçəyi ortaya çıxarmışdır. Allahın yaratma sənətindəki ən əhəmiyyətli gerçəklərdən biri olan bu elm, insanın həm özünə, həm ətrafına, həm həyata, həm də hadisələrə baxışını tamamilə dəyişdirəcək səviyyədədir. Bu maddənin, kainatın və onun içindəki hər şeyin xəyal, “hisslər aləmi” olduğu həqiqətindən qaynaqlanır. Bu heyrətamiz həqiqəti anlamaq üçün ilk növbədə maddə zənn etdiyimiz varlıqları bizə tanıdan duyğularımızın və beynimizin necə işlədiyinə nəzər salaq. (davamı…)
Like this:
Be the first to like this post.