Yaradılış Dəlilləri Aprel 11, 2010
Posted by fayuu in Elm Nə Deyir?.Tags: Allah, Allahın varlığı, araşdırma, öz-özünə yaranan, böcekler, beden sistemleri, bədən sistemləri, bitkiler, canlı və cansız varlıqlar, cürbəcür canlılar, curbecur canlılar, delil, deniz heyvanları, din, ebedi, Eyfel Qülləsi, Eyfel Qullesi, əbədi, əzəli, harmoniya, heqiqet, insan, kainat, kainatı yaradan, mürəkkəb sistemlər, mentiqsiz, meqsed, məntiqsiz, məqsəd, qoruyucu, Quran, qurucu, quşlar, Rahim, Rahman, resm, ressam, rəsm, rəssam, senet eseri, senetkar, sənət əsəri, sənətkar, sistem, surunenler, tarazlıq, tebietdeki harmoniya, tebietdeki tarazlıq, tek hüceyreli orqanizmler, tesadufen, təbiətdəki harmoniya, tək hüceyrəli orqanizmlər, təsadüfən, vicdan, xebersiz, xəbərsiz, Yaradan, Yaradanın valıgının subutu, yaradilis delilleri, yaradılış dəlilləri, şüurun qaynağı
add a comment
Oturduğunuz yerdən ətrafınıza bir baxın. Olduğunuz otaqdakı hər şeyin “düzəldilmiş” olduğunu görəcəksiniz. Divarlar, döşəmələr, tavan, oturduğunuz stul, əlinizdə tutduğunuz kitab, stolun üstündə duran bir stəkan; sayılmayacaq qədər çox əşya… Bunlardan tək bir dənəsi belə öz başına əmələ gəlib otağınıza gəlməmişdir. Ən adi görünən xalı saçağını belə işləyib hazırlayan vardır; o saçaq oraya öz qərarı ilə, təsadüfən gəlib yerləşməmişdir.
Əlinə bir kitab alan insan da, onun bir yazıçı tərəfindən bəlli bir məqsəd üçün yazıldığını bilir. Bu kitabın təsadüfən ortaya çıxdığını fikrinə belə gətirməz. Eyni halda bir heykələ baxan insan, onun bir sənətkar tərəfindən hazırlandığına heç bir şübhə etməz. Nəinki saysız sənət əsərinin öz-özünə yarandığını düşünmək, hətta üst-üstə duran 2-3 kərpici belə planlı bir hərəkətlə o şəklə gətirən kimsəni olduğunu heç kim inkar etməz. Başqa bir sözlə desək, kiçik ya da böyük, qayda olan yerdə, şübhəsiz bu qaydanın bir qurucusunun və qoruyucusunun olması labüddür. Bir gün biri çıxıb, xam dəmir və kömürün təsadüfən poladı, poladın təsadüfən Eyfel Qülləsini təşkil etdiyini iddia etsə, bu adamın və ona inananların ağıllarına şübhə edilməzmi? (davamı…)
Kainata Xaos Hakimdir, Yoxsa Nizam? Aprel 5, 2010
Posted by fayuu in Elm Nə Deyir?.Tags: təsadüf, kainat, ideologiya, materializm, materialist fəlsəfə, nəzəriyyə, biologiya, maykl denton, elektromaqnetizm, sonsuz, materialist, araşdırma, atom, dünya müharibəsi, nizam, fizika, xaos, məqsəd, iddia, mitoxondri, elmi araşdırma, meqsed, tesaduf, elm dünyası, ateizm, ahəng, xaos nəzəriyyəsi, fiziki təcrübələr, coğrafiya, nezeriyye, kimyəvi araşdırma, kimyevi arasdirma, fəriziyyə, cazibə qüvvəsi, cazibe quvvesi, element, insan heyati, qərb alimləri, qerb alimleri, kosmologiya, teologiya, dindar, dunya muharibesi
1 comment so far
Materialistlər kainatın sonsuz əvvəldən bəri mövcud olduğunu iddia etməklə yanaşı, kainatda müəyyən məqsəd və nizam olmadığını da iddia edirlər. Kainatdakı bütün nizam, ahəng və uyğunluğun sadəcə təsadüflərin nəticəsi olduğunu irəli sürürlər. Bu fikirlər XIX əsrin ikinci yarısından etibarən elm dünyasına hakim olmuş və elmi araşdırmaları istiqamətləndirmişdir.
Məsələn, kainatda müəyyən nizam olmadığını göstərmək məqsədilə “xaos nəzəriyyəsi” adlı bir fərziyyə ortaya atılmışdır. Bu nəzəriyyə vasitəsilə xaosun (qarışıqlığın) içindən öz-özünə nizam əmələ gələcəyi iddia edilmiş və bu iddianı dəstəkləmək üçün saysız-hesabsız elmi çalışmalar edilmişdir. Riyazi hesablamalar, nəzəri fizika çalışmaları, fiziki təcrübələr və kimyəvi araşdırmalar daim “kainatın müəyyən xaosun nəticəsi olduğu necə göstərilə bilər” sualına cavab almaq üçün davam etdirilmişdir.
Əslində isə aparılan hər yeni araşdırma, (davamı…)
Qətiyyət Aprel 4, 2010
Posted by fayuu in Mənəviyyat.Tags: Allah, Allahın rızası, çətinlik, önəmli, cetinlik, exlaq, ezmkar, əxlaq, əzmkar, heyecan, heyecanli, həyəcan, həyəcanlı, ifrat, kafir, mömin, münafiq, meqsed, məqsəd, onemli, peyğəmbər, plan, qətiyyətli, Quran, sebr, səbr, sınaq, xüsusiyyet, xüsusiyyət, xelife, xəlifə, şövq
add a comment
Möminin ən mühüm xüsusiyyətlərindən biri də son dərəcə qətiyyətli olmasıdır. O, heç zaman şövq və həyəcanını itirməz. Onun məqsədi yalnız Allahın razılığını qazanmaqdır. Buna görə heç bir çətinlik onu yolundan döndərə bilməz. İnsanların onun haqqında nə düşündükləri də önəmli deyildir. Yeganə istəyi Allahın rızasıdır; bütün həyatını bu hədəfə görə plandaşdırır.
Allah möminlərin qətiyyətli olmalarını müxtəlif formalarda sınaqdan keçirir. Məsələn, Allah möminlərə bir müddət sıxıntı verə bilər; onları tərbiyə etmək üçün çətinlik verə bilər. Quranda bu vəziyyət belə açıqlanır:
«Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can və məhsul qıtlığı ilə imtahan edərik. Səbir edən şəxslərə müjdə ver!» («Bəqərə» surəsi, 155).
Qəti düşüncəyə sahib olan mömin, ayədə bildirildiyi kimi, ona qarşı gələn bütün çətinliklərə səbr edər. Quranda möminlərin bu davranışı belə bildirilmişdir:
Fitnə Mart 31, 2010
Posted by fayuu in Mənəviyyat.Tags: azərbaycan dili, Dünya, dua, ereb dili, ezerbaycan dili, ərəb dili, ferqli, fərqli, fitne, fitnə, hidayət, Hz.Musa, iman, imtahan, meqsed, məqsəd, Quran, sıxıntı, var-dövlət, var-dovlet, xestelik, xəstəlik
1 comment so far
Ərəb dilində bəzi kəlmələr hər dildə olduğu kimi bir çox mənalarda işlənmişdir. Azərbaycan dilində bəzi kəlmələrin fərqli mənaları olduğu kimi, ərəb dilindəki «fitnə» kəlməsinin də fərqli mənaları vardır.
Fitnə əslində «qızılın digər yad metallardan ayrılması məqsədi ilə qaynadılması üsulu» üçün istifadə olunan bir kəlmədir. Quranın bir çox ayəsində fitnə sözün kökünə bağlı olaraq möminlərlə inkarçıların və ya münafiqlərin bir-birindən ayrılması üçün yaradılan imtahanlara verilən addır. Bu imtahanların əsas xüsusiyyəti özündə azdırıcı ünsürləri də daşımasıdır. Yəni insanın doğru yoldan azması və ya hidayətə tabe olması bu imtahan qarşısında göstərdiyi davranışa bağlıdır. Hz.Musanın Quranda xəbər verilən duası fitnənin həm azdırıcı, həm də hidayətə çatdıran xüsusiyyətlərinin olduğunu göstərir. Ayədə belə buyurulur:
«Musa Bizim təyin etdiyimiz vaxt üçün öz tayfasından yetmiş adam seçmişdi. Onları sarsıntı yaxalayanda Musa dedi: «Ey Rəbbim! Əgər istəsəydin, bundan qabaq onları da, məni də məhv edərdin. Aramızdakı səfehlərin törətdiyi günahlar üzündən bizi məhvmi edəcəksən? Bu Sənin sınağından başqa bir şey deyildir. Sən onunla istədiyini zəlalətə düçar edər, istədiyini doğru yola salarsan. Sən bizim hamimizsən. Bizi bağışla və rəhm et. Axı Sən bağışlayanların ən yaxşısısan!» («Əraf» surəsi, 155).
Dünyanın bir imtahan yeri olduğu və insanların imanlarının mütləq qaydada sınağa çəkiləcəyi Quranın bir çox ayələrində xatırladılır:
«İnsanlar yalnız: «İman gətirdik!» – demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar? Biz onlardan əvvəlkiləri də imtahana çəkmişdik. Şübhəsiz ki, Allah düzdanışanları da, yalançıları da çox gözəl tanıyar!» («Ənkəbut» surəsi, 2-3).
Quran Elmə Yol Göstərir Mart 31, 2010
Posted by dusunek in Elm Nə Deyir?.Tags: Albert Eynşteyn, Allah, araşdırma, canlı, dinsiz, elm, elmi araşdırma, heqiqet, həqiqət, insan, kainat, kesf, kəşf, meqsed, metod, məqsəd, Quran, senet, sonsuz, tesviq, təşviq etmək, yaradılmış, yaratma sənəti
add a comment
Quranda insanlar göylərin, yerin, dağların, ulduzların, bitkilərin, toxumların, heyvanların, gecə ilə gündüzün əmələ gəlməsi, öz doğuluşu, yağışın və yaradılmış daha bir çox varlığın üzərində düşünməyə və bu varlıqları tədqiq etməyə dəvət edilir. Bunları nəzərdən keçirən insan isə bütün varlıqlarda Allahın yaratma sənətini görərək, özünü və bütün kainatı yoxdan yaradan Rəbbimizi tanıma imkanı əldə edir.
Kainatı və içindəki bütün varlıqları tədqiq etməyin və Allahın yaratma sənətini kəşf edərək insanlara açıqlamağın yollarından biri isə elmdir. Dolayısı ilə elmi Allahın yaratma sənətindəki incəliklərinə çatmaqda bir metod kimi qəbul edən din elmlə məşğul olmağa insanları həvəsləndirir. (davamı…)
Müsəlman Qadının İdealları Böyükdür Fevral 9, 2010
Posted by fayuu in Mənəviyyat.Tags: ailə, Allah, cahiliyyə, cəmiyyət, dünyagörüşü, dəb, həyat tərzləri, ideal, insan, lovğalıq, maddi, müsəlman, müsəlman qadın, mənəvi, məqsəd, məsuliyyət, qadın, qonaqlıq, Quran, təlqin, xarakter, yetim, yolxucu
add a comment
Cahiliyyə əxlaqının insanlara qazandırdığı qadın xarakterinin mühüm xüsusiyyətlərindən biri onların dünyagörüşlərinin, ideallarının, düşüncələrinin və həyat tərzlərinin dar çərçivə ilə məhdudlaşmasıdır. Bu xarakteri mənimsəyən qadınlara cəmiyyət tərəfindən müəyyən vəzifə və məsuliyyətlər yüklənilir. Onlardan gözlənilən əslində yalnız bunları ən gözəl şəkildə yerinə yetirməkdir. Bunlardan başqa fərqli ideallara sahib olmaq, ya da fərqli mövzularda özlərini inkişaf etdirmək üçün ümumiyyətlə qadınlara çox imkan verilmir. Qadınlar ancaq bu vəziyyətin mahiyyətini qavradıqda və həyatlarını daha fərqli və daha böyük ideallar üzərində qurmaq ehtiyacını hiss etdikdə özlərini inkişaf etdirib düşüncələrinin sərhədlərini genişləndirə bilərlər.
Qadın üçün nəzərdə tutulan başlıca məsuliyyət ailəsini, (davamı…)

FACEBOOK'da bizi izləyin