Allaha İnam Alimlərə Hədsiz Şövq və Həyəcan Verir Mart 31, 2010
Posted by fayuu in Elm Nə Deyir?.Tags: Albert Eynşteyn, alim, Allah, ağıl, darvinizm, delil, dəlil, din, dinsiz, dizayn, elm, elm adamları, elmi araşdırma, fəza, göz, iman, insan, Iohan Kepler, Isaak Nyuton, kainat, kompleks, materialist fəlsəfə, motivasiya, Qalaktika, sir, tarazlıq, tədqiqat, təkamül nəzəriyyəsi, ulduz, vicdan, Yaradıcı, şikəst
7 comments
“Dinsiz elm şikəstdir.” Albert Eynşteyn
Din insanları elmə həvəsləndirir. Elmlə məşğul olan ağıl və vicdan sahibləri Allahın varlığının dəlillərinə çox yaxından şahid olduqları üçün eyni zamanda güclü bir imana da malik olurlar. Çünki bu insanlar hər tədqiqatda, hər yeni kəşfdə Allahın yaratdığı mükəmməl bir sistem, qüsursuz incəliklərlə qarşılaşırlar.
Məsələn, gözü tədqiq edən bir alim təkcə insan gözündəki kompleks sistemi görərək, bunun əsla təsadüflərlə, mərhələli şəkildə meydana gələ bilməyəcəyini anlayar. Bir az da dərindən nəzərdən keçirəndə gözü təşkil edən hər detalın möcüzəvi bir yaradılışa malik olduğuna şahid olar. Gözün bir-birinə uyğun onlarla ayrı-ayrı hissədən ibarət olduğunu görər və onu yaratmış Allaha olan heyranlığı qat-qat artar.
Eyni şəkildə kainatı tədqiq edən bir alim özünü bir anda minlərlə möcüzəvi tarazlıqla qarşı-qarşıya görər. Hüdudlarını müəyyən etməyin mümkün olmadığı ucsuz-bucaqsız fəzada yerləşən milyardlarla qalaktika və bu qalaktikalardakı milyardlarla ulduzun böyük ahəng içində mövcud olması ona böyük araşdırma şövqü verər.
Bunların nəticəsində (davamı…)
Quran Elmə Yol Göstərir Mart 31, 2010
Posted by dusunek in Elm Nə Deyir?.Tags: Albert Eynşteyn, Allah, araşdırma, canlı, dinsiz, elm, elmi araşdırma, heqiqet, həqiqət, insan, kainat, kesf, kəşf, meqsed, metod, məqsəd, Quran, senet, sonsuz, tesviq, təşviq etmək, yaradılmış, yaratma sənəti
add a comment
Quranda insanlar göylərin, yerin, dağların, ulduzların, bitkilərin, toxumların, heyvanların, gecə ilə gündüzün əmələ gəlməsi, öz doğuluşu, yağışın və yaradılmış daha bir çox varlığın üzərində düşünməyə və bu varlıqları tədqiq etməyə dəvət edilir. Bunları nəzərdən keçirən insan isə bütün varlıqlarda Allahın yaratma sənətini görərək, özünü və bütün kainatı yoxdan yaradan Rəbbimizi tanıma imkanı əldə edir.
Kainatı və içindəki bütün varlıqları tədqiq etməyin və Allahın yaratma sənətini kəşf edərək insanlara açıqlamağın yollarından biri isə elmdir. Dolayısı ilə elmi Allahın yaratma sənətindəki incəliklərinə çatmaqda bir metod kimi qəbul edən din elmlə məşğul olmağa insanları həvəsləndirir. (davamı…)
Proton və Neytronlar Arasındakı Müvazinət Fevral 15, 2010
Posted by fayuu in Elm Nə Deyir?.Tags: Allah, atom, canlı, elektrik yükü, elektron, fövqəltəbii, fizika, göy cisimləri, hissəcik, kainat, müsbət, müvazinət, mənfi, mərkəzdənqaçma qüvvəti, nüvə, neytron, nizam, proton, tarazlıq, zərrəcik
4 comments
Məlumdur ki, hər atom bir nüvə və nüvənin ətrafındakı orbitlərdə fırlanan elektronlardan ibarətdir. Nüvənin özü isə proton və neytron adlı hissəcikərdən meydana gəlmişdir. Elektronlar malik olduqları elektrik yükünə görə nüvənin ətrafında davamlı şəkildə fırlanırlar. Bütün elektronlar mənfi (-), bütün protonlar isə müsbət (+) elektrik yüklüdürlər və atomun nüvəsindəki müsbət yük elektronları özünə doğru çəkir. Bu səbəbdən elektronlar sürətlərinin onlara verdiyi mərkəzdənqaçma gücünə baxmayaraq nüvənin ətrafından ayrılmırlar.
Atomun mərkəzində nə qədər proton varsa, kənarında da o qədər elektron olur. Bu sayədə atomların elektrik yükü tarazlanır. Ancaq (davamı…)
Kosmosdakı Böyüklük Anlayışı Fevral 10, 2010
Posted by fayuu in Elm Nə Deyir?.Tags: Allah, futbol, göy cisimləri, Günəş, insan, kainat, kitab, kosmos, model, nizam, Qalaktika, Süd Yolu, sistem, ulduz, Yer
add a comment
Kainatda saysız-hesabsız sistem işləyir. Allah biz bilmədən belə, məsələn, kitab oxuyarkən, yeriyərkən, yatarkən bütün bu sistemləri nəzarətdə saxlayır. Allah insanların Öz hüdudsuz gücünü qavramaları üçün kainatdakı nizamı saysız-hesabsız incəliklə birlikdə yaratmışdır. Allah Quranda insanlara xitab edir, kaianatdakı nizamın yaradılış səbəbini “Allahın hər şeyə qadir olduğunu, Allahın hər şeyi elm ilə ehtiva etdiyini biləsiniz deyə” (Talaq surəsi, 12) şəklində ifadə edir. Bu nizamda elə incəliklər var ki, insan düşünməyə haradan başlayacağına çaşır.
Məsələn, kosmosun ucsuz-bucaqsız olduğundan (davamı…)
Doğrunu Səhvdən Ayıran Rəhbər Fevral 10, 2010
Posted by fayuu in İdeologiyalar.Tags: Adamyeyən, Allah, Almaniya, cəmiyyət, dahi, Dünya, doğru, Hitler, icad, ideologiya, ideoloq, insan, kainat, Lenin, marks, nasist, qanun, rəhbər, səhv, sual, Yaradan
add a comment
Dünyanı anlamağa çalışarkən özümüzə nəyi rəhbər etməliyik? .. Əslində insanların çoxu bu sual barəsində heç düşünmür. Onların rəhbəri cəmiyyətdir. Cəmiyyətdən öyrəndiyi doğrulara və səhvlərə görə öz həyatlarını qururlar. Cəmiyyət, dünyanın düz olduğuna inanırsa, onlar da elə düşünürlər. Adamyeyən qəbiləsində böyüyülərsə, insan əti yeməyi təbii qarşılayırlar. Nasist Almaniyasında Hitlerə tapınmağı haqlı hesab edirlər. Qısası, çoxluğa uyğunlaşırlar.
Dünyanı anlamaq üçün bir də cəmiyyətdən üz çevirib “dahi”lərin icadlarına yönəlmək olar. İdeologiyalara ümid edib, ideoloqların düşüncələrinə bel bağlamaq olar. Məsələn, Marksın bütün dünyanın, hətta kainatın necə yarandığını, hansı qanunlara görə işlədiyini, gələcəyin necə olacağını kəşf etdiyinə inanmaq olar. Bu gedişlə Marksın ən böyük tələbəsi olan Leninin “o möhtəşən beyni” mühafizə edilib “insanların istifadəsi” üçün saxlamaq da olar.
Kainat Bir Zamanlar Yox idi Fevral 8, 2010
Posted by fayuu in Elm Nə Deyir?.Tags: Big Bang, elm, işıq, kainat, nəzəriyyə, partlayış, Qalaktika, rəsədxana, səma, sonsuz, sonsuz sıxlıq, spektr, sıfır həcm, teleskop, tək nöqtə, ulduz, uzaqlaşmaq, yoxluq
1 comment so far
İnsanlar tarixən yaşadıqları ucsuz-bucaqsız kainat və onun sərhədləri barədə maraqlanmışlar. Alimlər, mütəfəkkirlər əsrlərdir bu mövzuyla bağlı saysız araşdırmalar etmiş, bir çox nəzəriyyələr irəli sürmüşlər. 20-ci əsrə qədər kainatın sonsuzdan bəri var olduğu və sonsuza qədər var olacağına inanılırdı. Lakin daha sonra aparılmış elmi araşdırmalar kainatın başlanğıcının olduğunu, yəni yaradıldığını göstərmişdir. Kainatın başlanğıcının olduğu, yox ikən bir anda böyük partlayışla yaradıldığı, müasir fizika tərəfindən bir çox təcrübə, müşahidə və hesablamayla isbat edilmişdir. (davamı…)
Kainatdakı Cisimlərin Uzaqlıqları Necə Ölçülür? Fevral 8, 2010
Posted by fayuu in Elm Nə Deyir?.Tags: Andromeda, Dünya, kainat, kentilyon, kosmos, kuasar, Qalaktika, Samanyolu, Südyolu Qalaktikası, ulduz, yaradılış, yer kürəsi, İşıq ili
1 comment so far
Yaşadığımız dünyada hər şeyi metr, kilometr kimi ölçü vahidləriylə ölçürük. Qarışqa 5 millimetr, golf topu 5 santimetr, zürafə 5,5 metr, Çin Səddi 6,400 kilometr və Yer kürəsinin ekvatorunun uzunluğu 40.000 kilometrdir. Ancaq, Uca Rəbbimizin qüsursuz yaradılış dəlilləriylə təchiz etdiyi kosmosun böyüklüyünü anlaya bilmək üçün çox böyük uzaqlıq ölçü vahidlərinə ehtiyacımız var. “İşıq ili” bu vahidlərdən biridir.
İşıq ili, kainatdakı bir-birindən çox uzaq cisimlərin arasındakı məsafəni tapmaq üçün istifadə edilən uzaqlıq vahididir və işığın bir ildə getdiyi yolu ifadə edir. İşıq bir saniyədə 300.000 kilometr yol qət edə bilir. Bir ildə isə təxminən 9,461,000,000,000 kilometr yol gedə bilər.
Bizə ən yaxın ulduz 4.22 işıq ili uzağımızdadır.
Dünyamızın yerləşdiyi Südyolu (Samanyolu) qalaktikası təxminən 100.000 işıq ili böyüklükdədir.
İçində 200 milyard ulduz olan Südyolu qalaktikasının kosmosdakı sürəti saatda 950.000 kmdir.
Kainatda Südyolu kimi təxminən 350 milyard qalaktika var. (davamı…)
Diqqətli Olmaq Yanvar 19, 2010
Posted by dusunek in Mənəviyyat.Tags: Allah, Ayn-əl yəqin, diqqət, Elm-əl yəqin, Haqq-əl yəqin, hikmət, iman, inkarçı, kainat, mömin, təfəkkür
add a comment
Təfəkkürün əhəmiyyətli bir hissəsini diqqət təşkil edir. Allah bütün kainatı və kainatın hər hissəsini Öz varlığının dəlillərini göstərmək üçün yaratmışdır. Ancaq inkarçılar bu gerçəyi qavraya bilməzlər. Çünki bu incəliyi qavrayacaq “görmə” qabiliyyətinə sahib deyildirlər. Quranda ifadə edildiyi kimi “… gözləri vardır bununla görməzlər…”. (Əraf Surəsi, 179) Gözləriylə gördükləri maddi kainatın üzərindəki incə pərdəni qaldırıb, arxasındakı böyük həqiqəti fərq edəcək ağıla və qavrayışa sahib deyildirlər.
Mömin isə Allahın kainatı hikmətlə və məqsədli şəkildə yaratdığını qəbul edir və bununla da gözləri olduğu halda görməyən qrupdan fərqlənir. Ancaq bu imanın ilk mərhələsidir. İman və ona paralel olaraq ağıl inkişaf etdikcə, mömin qəbul etdiyi bu böyük gerçəkliyi qarşısına çıxan hər təfərrüatda yoxlamağa başlayır. (davamı…)
Hər Hadisənin Quran Əxlaqına Uyğun Şəkildə Qiymətləndirilməsi Yanvar 19, 2010
Posted by dusunek in Mənəviyyat.Tags: hikmət, insan, kainat, mömin, münafiq, müsəlman, müşrik, Quran, xristian, yəhudi
add a comment
Möminin həyatının məqsədi Allaha qulluq etməkdən başqa bir şey deyil. İnsan öz ehtiraslarına görə yaşamaq, ehtiraslarının arxasında qaçmaq ya da başqa insanlara xidmət etmək üçün deyil, yalnız və yalnız Allaha qulluq etmək üçün yaradılmışdır.
Allaha qulluğun yolu isə insanın Quranı özünə rəhbər etməsidir. Mömin üçün əsas məqsəd var gücüylə Quranın hər hökmünə uyğun şəkildə yaşamaqdır.
Qurana baxdığımızda isə möminin yalnız namaz, oruc, həcc kimi möhkəm ibadətlərlə deyil, həmçinin tətbiq edilməsi araşdırma tələb edən ibadətlərlə də məsul olduğunu görürük. Məsələn bir ayədə “İnsanları hikmətlə, gözəl öyüd-nəsihət ilə Rəbbinin yoluna dəvət et, onlarla ən gözəl şəkildə mücadilə et…” (Nəhl Surəsi, 125) əmri verilir. (davamı…)

FACEBOOK'da bizi izləyin