jump to navigation

Kosmosdan atom zərrələrinə qədər səyahət Yanvar 3, 2012

Posted by fayuu in Elm Nə Deyir?.
Tags: , , , ,
add a comment

İnsan ucsuz-bucaqsız kainatda nöqtə boyda sahəni belə əhatə etmir. Aşağıdakı şəkilləri araşdırdığınızda bunu daha yaxşı anlayacaqsınız. Allah kosmosdan atomun daxilindəki zərrəciklərə qədər davam edən sistemdə mükəmməl nizam yaratmışdır. Nəhəng qalaktikalarda da, mikroskopik ölçüdəki yarpaq hüceyrəsində də çox incə nizam mövcuddur. Kainatdakı hər şeyi qüsursuz yaradılışla var edən Rəbbimizin sənəti bədənimizdə də, atomlarda da, ulduzlarda da mükəmməl şəkildə təcəlli edir. Bizim üzərimizə düşən məsuliyyət isə həyat üçün belə qüsursuz kainatı yaradan Rəbbimizə şükür etməkdir.

    Everest kimi yüksək zirvələri, Nil kimi uzun çayları, Sakit, Atlantik okean kimi nəhəng okeanları və 6.5 milyarda çatan insanları özündə ehtiva edən dünyaya 100.000 km uzaqdan baxsaq, bir aspirin dərmanı boyda olduğunu görərik.

    Yer kürəsinin Günəşdən qəbul etdiyi bir günlük enerji bütün bəşəriyyətin bir gün ərzində ehtiyacı olan enerjinin təxminən on min mislidir. (davamı…)

Kvant Fizikası Determinizmi Əsassız Edir Yanvar 31, 2011

Posted by dusunek in Elm Nə Deyir?, Maddə və Xəyal.
Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , ,
6 comments

Nyutondan sonra bəzi materialistlər kainatı müəyyən qanunlara görə öz-özünə fəaliyyət göstərən bir saat kimi göstərməyə çalışırdı. Burada əsas məqsəd guya kainatda Allahın müdaxiləsinin olmadığını isbat etməyə çalışmaqdı. Fəlsəfədə determinizm adlandırılan bu hərəkat bir çox insanın Allaha yəqinliklə iman etməsinə mane olmuşdu. Eləcə də materializmin bir çox cəmiyyətdə inkişafı üçün münasib zəmin meydana gətirmişdi. Ancaq bunu bilmək lazımdır ki, bütün səbəb-nəticə əlaqələri Allahın ehtişamlı yaradılış sənətinin nümunələridir. Kainatda səbəblər öz-özünə var olmur, Allahın istəyi nəticəsində mövcud olur. Digər halda isə sonsuz ziddiyyət meydana gəlir. Çünki bizə məlum olan səbəblər də kainatda olduğuna görə onların da səbəbi olmalı, o səbəblərin də başqa səbəbləri olmalıdır. Bu halda bu proses sonsuza qədər davam edər. (davamı…)

“Növlərin Təkamülü” İddiasının Elmə Verdiyi Zərərlər Aprel 12, 2010

Posted by fayuu in Darvinizmin Sonu, Elm Nə Deyir?.
Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , ,
2 comments

Yer üzündə milyonlarla canlı növu var və bu canlı növləri bir-birlərindən bir çox cəhətlərinə görə fərqlənirlər. Atlar, quşlar, ilanlar, kəpənəklər, balıqlar, pişiklər, yarasalar, soxulcanlar, qarışqalar, fillər, ağcaqanadlar, arılar, delfinlər, dəniz ulduzları, meduzalar, dəvələr… Bu canlıların hər birinin fiziki xüsusiyyətləri, yaşadıqları mühit, ov üsulları, müdafiə taktikaları, qidalanma vərdişləri, çoxalmaları, qısaca olaraq, malik olduqları hər cür xüsusiyyətləri arasında böyük fərqlər var.

Bəs bu canlılar necə meydana çıxıblar?

Bu sual üzərində ağlını istifadə edərək düşünən hər kəs bütün canlıların qüsursuz yaradıldıqlarını anlayacaqdır. Hər bir dizayn onu quran dizaynerin varlığını göstərir. Canlılar da kainatdakı digər bütün dizayn nümunələri kimi Allahın varlığını sübut edir.

(davamı…)

Allahın Kainatı Yaratmasının Elmi Sübutu: Big Bang Aprel 12, 2010

Posted by fayuu in Elm Nə Deyir?.
Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , ,
5 comments

İn­san­lar yü­zil­lər­dir ki, «kai­nat ne­cə ya­ran­ıb?» sua­lı­na ca­vab ax­ta­rır­lar. Ta­rix bo­yun­ca bu­nun­la bağ­lı min­lər­lə mo­del ortaya atılıb. La­kin biraz araşdıranda bəl­li olur ki, bu nəzəriyyələrin ha­mı­sı tə­məl­də iki mo­del­dən bi­ri­nin üzə­rin­də qu­ru­lmuşdur. Bun­lar­dan bi­ri ar­tıq heç bir el­mi da­ya­ğı və əsa­sı qal­ma­yan «son­suz kai­nat», ikin­ci­si isə ha­zır­da bü­tün el­mi çev­rə­lər­də qə­bul olu­nan «bö­yük part­la­yış» mo­de­li­dir. Bi­rin­ci mo­del kai­na­tı­n baş­lan­ğı­cı və so­nunun ol­ma­dı­ğı­nı, ikin­ci­si isə ək­si­nə kainatın bö­yük bir part­la­ma nə­ti­cə­sin­də ya­ran­dı­ğı­nı və fasiləsiz olaraq ge­niş­lən­di­yi­ni nə­zər­də tu­tur. Ar­tıq etibarlılığını iti­ri­miş bi­rin­ci mo­del kai­na­tın hü­dud­suz, əzə­li və əbə­di ol­du­ğu­nu, hə­mi­şə də bu vəziyyətdə qa­la­ca­ğı­nı nə­zər­də tu­tur. Bu nə­zə­riy­yə Qədim Yu­na­nıs­tan­da ya­ran­mış, da­ha son­ra Av­ro­pa İn­ti­ba­hı dövründə ye­ni­dən gün­də­mə gəl­miş ma­te­ria­list fəl­sə­fə­nin əsa­sın­da qurulmuşdu. Əs­lin­də İn­ti­bah elə qədim yu­nan fi­lo­sof­la­rı­nı araşdırmaq məqsədi güdürdü. Be­lə­cə, ma­te­ria­list fəl­sə­fə və onun dəs­tək­lə­di­yi son­suz kai­nat an­la­yı­şı fəl­sə­fə və ideo­lo­gi­ya­nın toz­lu rəf­lə­rin­dən çı­xa­rı­la­raq, el­mi ger­çək ki­mi in­san­la­ra təq­dim olun­du.

Karl Marks, Frid­rix En­gels ki­mi ma­te­ria­list fi­lo­sof­lar öz fi­kir­lə­ri­ni məhz bu zə­min­də for­ma­laş­dı­rmışdılar və bu sə­bəb­dən də «son­suz kai­nat» ide­ya­sı XX əs­rə gə­lib çıx­mış­dı. Ötən əs­rin ilk ya­rı­sı­na qə­dər gün­dəm­də olan bu mo­de­lə gö­rə kai­nat yox­dan var edil­mə­yib və heç vaxt da yox ol­ma­ya­caq. Gu­ya kai­na­tın sabit (sta­tik) qu­ru­lu­şu var. Hal­bu­ki, el­min in­ki­şa­fı nə­ti­cə­sin­də əl­də edilən nailiyyətlər bu nə­zə­riy­yə­nin tamamilə susdurdu. Bəl­li ol­du ki, kai­nat son­suz de­yil – kainatın başlanğıcı və sonu vardı. (davamı…)

Yaradılış Dəlilləri Aprel 11, 2010

Posted by fayuu in Elm Nə Deyir?.
Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , ,
add a comment

Oturduğunuz yerdən ətrafınıza bir baxın. Olduğunuz otaqdakı hər şeyin “düzəldilmiş” olduğunu görəcəksiniz. Divarlar, döşəmələr, tavan, oturduğunuz stul, əlinizdə tutduğunuz kitab, stolun üstündə duran bir stəkan; sayılmayacaq qədər çox əşya… Bunlardan tək bir dənəsi belə öz başına əmələ gəlib otağınıza gəlməmişdir. Ən adi görünən xalı saçağını belə işləyib hazırlayan vardır; o saçaq oraya öz qərarı ilə, təsadüfən gəlib yerləşməmişdir.

Əlinə bir kitab alan insan da, onun bir yazıçı tərəfindən bəlli bir məqsəd üçün yazıldığını bilir. Bu kitabın təsadüfən ortaya çıxdığını fikrinə belə gətirməz. Eyni halda bir heykələ baxan insan, onun bir sənətkar tərəfindən hazırlandığına heç bir şübhə etməz. Nəinki saysız sənət əsərinin öz-özünə yarandığını düşünmək, hətta üst-üstə duran 2-3 kərpici belə planlı bir hərəkətlə o şəklə gətirən kimsəni olduğunu heç kim inkar etməz. Başqa bir sözlə desək, kiçik ya da böyük, qayda olan yerdə, şübhəsiz bu qaydanın bir qurucusunun və qoruyucusunun olması labüddür. Bir gün biri çıxıb, xam dəmir və kömürün təsadüfən poladı, poladın təsadüfən Eyfel Qülləsini təşkil etdiyini iddia etsə, bu adamın və ona inananların ağıllarına şübhə edilməzmi? (davamı…)

Kainata Xaos Hakimdir, Yoxsa Nizam? Aprel 5, 2010

Posted by fayuu in Elm Nə Deyir?.
Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , ,
1 comment so far

Materialistlər kainatın sonsuz əvvəldən bəri mövcud olduğunu iddia etməklə yanaşı, kainatda müəyyən məqsəd və nizam olmadığını da iddia edirlər. Kainatdakı bütün nizam, ahəng və uyğunluğun sadəcə təsadüflərin nəticəsi olduğunu irəli sürürlər. Bu fikirlər XIX əsrin ikinci yarısından etibarən elm dünyasına hakim olmuş və elmi araşdırmaları istiqamətləndirmişdir.

Məsələn, kainatda müəyyən nizam olmadığını göstərmək məqsədilə “xaos nəzəriyyəsi” adlı bir fərziyyə ortaya atılmışdır. Bu nəzəriyyə vasitəsilə xaosun (qarışıqlığın) içindən öz-özünə nizam əmələ gələcəyi iddia edilmiş və bu iddianı dəstəkləmək üçün saysız-hesabsız elmi çalışmalar edilmişdir. Riyazi hesablamalar, nəzəri fizika çalışmaları, fiziki təcrübələr və kimyəvi araşdırmalar daim “kainatın müəyyən xaosun nəticəsi olduğu necə göstərilə bilər” sualına cavab almaq üçün davam etdirilmişdir.

Əslində isə aparılan hər yeni araşdırma, (davamı…)

Kainat Necə Yaranıb? Aprel 2, 2010

Posted by fayuu in Elm Nə Deyir?.
Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , ,
1 comment so far

XX əsrin əvvəllərinədək materialistlərin hakim olduğu elm dünyasında geniş yayılmış görüş belə idi: kainatın sonsuz ölçülərə sahibdir, sonsuz əvvəldən bəri mövcuddur və sonsuz gələcəyə qədər də mövcud olacaqdır. “Sabit kainat modeli” adlandırılan bu inanca görə kainatın başlanğıcı və sonu yoxdur, kainat hüdudsuz maddələrin bütövüdür. Materialist fəlsəfənin əsasını təşkil edən bu görüş kainatın yaradıldığını da inkar edirdi.

Materializmə inanmış və ya bu fəlsəfənin təsirinə düşmüş çox sayda alim də sözügedən “sonsuz kainat” modelini elmi fəaliyyətlərində əsas olaraq götürürdülər. Astronomiya və fizika sahələrindəki bütün çalışmalar maddənin sonsuzluqdan bəri mövcud olduğu fərziyyəsinə əsaslanırdı. Qısaca desək, bir çox alim uzun illər boyu boş yerə səy göstərmişdi. Çünki elm çox keçmədən bu əfsanələri məhv edəcəkdi.

Sonsuz kainat modelinin səhv olduğunu görən (davamı…)

Din Elmin Doğru İstiqamətlənməsini Təmin Edir Aprel 1, 2010

Posted by fayuu in Elm Nə Deyir?.
Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , ,
add a comment

Elm yaşadığımız maddi dünyanın təcrübə və müşahidə yolu ilə tədqiqinə deyilir. Əlbəttə, elm bu tədqiqatları apararkən təcrübə və müşahidə yolu ilə əldə etdiyi faktlara əsaslanaraq və onları nəzərə alaraq nəticə çıxarır. Lakin bununla yanaşı hər bir elm sahəsində araşdırma aparmadan əvvəl qəbul edilən bəzi təməl şərtlər var. Bu şərtlərin hamısına ümumi olaraq “paradiqma” deyilir.

Bu təməl şərtlər aparılacaq elmi araşdırmaların “istiqamətini” müəyyən edir. Elmi araşdırmalardakı ilk addım “hipotez” (fərziyyə) müəyyənləşdirməkdir. Alimlər tədqiq edəcəkləri mövzu haqqında əvvəlcə müəyyən bir hipotez irəli sürürlər. Daha sonra bu hipotez elmi faktlarla sınanır. Əgər aparılan təcrübə və müşahidələr hipotezi təsdiqləyərsə, “hipotez” “sübut edilmiş prinsip və ya qanun” adlandırılır. Əgər hipotez təkzib edilərsə, başqa ehtimallar sınanır və bu proses davam edir.

Diqqətlə baxılsa, bu prosesin ilk mərhələsi olan hipotezin müəyyənləşdirilməsi elm adamlarının qəbul etdiyi tamamilə yanlış görüş ilə əlaqədardır. Məsələn, elm adamları bu səhv görüşləri səbəbindən “maddənin hər hansı bir şüurlu nizamlama olmadan, öz-özünü nizamlamaq qabiliyyətinə malik olması” kimi bir hipotez irəli sürə bilərlər. Sonra (davamı…)

İman Edən Alimlərin “Dinə Xidmət Şövqü” Aprel 1, 2010

Posted by fayuu in Elm Nə Deyir?.
Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , ,
1 comment so far

Allahın varlığına və böyüklüyünə iman gətirmiş elm adamlarının dünyaya aid məqam, mövqe, şöhrət və ya pul kimi həvəsləri olmadığı üçün elmi araşdırmalarda göstərdikləri cəhdləri də son dərəcə səmimi olur. Bu insanlar bilirlər ki, kainatla bağlı kəşf etdikləri hər sirr bütün insanlara Allahı tanıdacaq, insanlara Allahın sonsuz gücünü və elmini göstərəcəkdir. İnsanlara Allahın varlığını anlatmaq, yaradılış gerçəyini tanıtmaq iman edən bir insan üçün, şübhəsiz, vacib bir ibadətdir.

Elə bu səmimi düşüncələrə sahib olan imanlı alimlər bütün həyatları boyu böyük bir şövqlə kainatdakı qanunları, təbiətdəki möcüzəvi sistemləri, canlılardakı qüsursuz mexanizmləri, ağıllı davranışları kəşf etmək üçün mühüm araşdırmalar edirlər. Apardıqları tədqiqatlardan da son dərəcə faydalı nəticələr alır, böyük nailiyyətlər əldə edirlər. Bu yolda çətinliklərlə qarşılaşmaq onları geri çəkilməyə vadar etməz və ya insanlardan bir qarşılıq görməsələr də həvəslərini itirməzlər. Çünki onlar etdikləri ilə məhz Allahın razılığını qazanmaq məqsədi güdürlər. (davamı…)

Din Elmə və Düşünməyə Təkan Verir Mart 31, 2010

Posted by fayuu in Elm Nə Deyir?.
Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , ,
1 comment so far

İslam dini ağıl və vicdan dinidir. İnsan ağlı ilə Allahın bildirdiyi həqiqətləri görür və vicdanından istifadə edərək gördüklərindən nəticə çıxarır. Məsələn, ağıl və vicdan sahibi olan bir insan heç bir məlumatı olmasa da, məhdud biliyə malik olmasına baxmayaraq, kainatdakı hər hansı bir varlığın xüsusiyyətlərini nəzərdən keçirərək onu üstün bir Ağıl, Elm və Güc sahibinin yaratdığını anlayar. Dünyada həyatın meydana gəlməsi üçün vacib olan minlərlə şərtdən bir neçəsini görməsi də Yer kürəsinin insanların yaşaya bilməsi üçün xüsusi yaradılmış planet olduğunu başa düşməsinə kifayət edər. Ağıl və vicdan sahibi olan bu insan dünyanın təsadüfən əmələ gəldiyi iddiasının məntiqsiz olduğunu asanlıqla anlayar. Qısaca desək, ağıl və vicdanından istifadə edərək düşünən hər insan Allahın varlığının dəlillərini aşkar şəkildə görə bilər. Allah bu insanlar haqqında bir ayədə belə xəbər verir:

«O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünərlər: “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından qoru!” («Ali-Imran» surəsi, 191).

Bu səbəbdən (davamı…)

Follow

Get every new post delivered to your Inbox.

Join 55 other followers