Quranda İslam Əxlaqının Dünya Hakimiyyətinə İşarə Edən Ayələr Fevral 8, 2010
Posted by fayuu in Axır Zaman.Tags: Allah, axirət, Axır Zaman, ayə, batil, dünya hakimiyyəti, din, əməlisaleh, əxlaq, haqq, hidayət, kafir, müşrik, Musa, nur, Peyğəmbər, Quran, Quran əxlaqı, Qızıl Dövr, varis, şərik, İslam
add a comment
Quranda İslam əxlaqının dünya hakimiyyətinə işarə edən bir çox ayə var. Bu ayələr Peyğəmbərimizin (səv) axır zamanın son mərhələsi olan Qızıl Dövrü təsvir edən hədisləri ilə çox paralellik təşkil edir. Belə bir hadisə bu günə qədər reallaşmadığına görə, Quran ayələrində xəbər verilən geniş miqyaslı hakimiyyətin, Peyğəmbərimizin (səv) xəbər verdiyi axır zamana işarə etdiyi də son dərəcə açıqdır. Quran əxlaqına sahib qullara güc və iqtidar verilməsiylə bağlı ayələrdən bəziləri bunlardır:
Allah belə yazmışdır: “Mən və elçilərim hökmən qalib gələcəyik!” Həqiqətən, Allah Qüvvətlidir, Qüdrətlidir. (Mücadilə surəsi, 21)
Onlar Allahın nurunu öz ağızları ilə söndürmək istəyirlər. Allah isə – kafirlərin xoşuna gəlməsə də, öz nurunu tamamlayacaqdır. Müşriklərin xoşuna gəlməsə də, onu (İslamı) bütün dinlərdən üstün etmək üçün Öz Peyğəmbərini hidayət və haqq dinlə göndərən Odur! (Saff surəsi, 8-9)
Onlar ağızları ilə Allahın nurunu söndürmək istəyirlər. Allah isə (buna) yol verməz, kafirlərin xoşuna gəlməsə də, O, Öz nurunu tamamlayar. Müşriklərin xoşuna gəlməsə də, İslamı bütün dinlərdən üstün etmək üçün Öz Elçisini doğru yol göstərən rəhbərlə və haqq din ilə göndərən Odur. (Tövbə Surəsi, 32-33)
Günahkarlar istəməsələr də Allah Öz kəlmələri ilə haqqı bərqərar edəcək. (Yunus Surəsi, 82) (davamı…)
İslami Mənbələrdə “Axır Zaman” Fevral 8, 2010
Posted by fayuu in Axır Zaman.Tags: Allah, Axır Zaman, degenerasiya, din, əxlaq, əxlaqsızlıq, hədis, Hz. Mehdi, Hz. İsa, ibadət, müjdə, müqəddəs, nemət, Peyğəmbər, qiyamət, qul, Quran, qurtuluş, son dövr, zühur, şərik, İslam, İslam əxlaqı
1 comment so far
Axır zaman, “son dövr” mənasını verir və İslama görə Qiyamətə yaxın bir zamanda, Quran əxlaqının hakim olacağı və din əxlaqının insanlar arasında geniş şəkildə yaşanacağı dövrü ifadə edir. Bu dövrdə insanların hüzur və güvən içində yaşamaları üçün lazım olan hər cür şərait mövcud olacaq, əvvəlki dövrlərdə yaşanan hər cür çətinliyin əvəzinə bolluq, bərəkət və ədalət hakim olacaq, əxlaqsızlıq, saxtakarlıq və degenerasiyanın hər növü ortadan qalxacaqdır.
Bu dövr, bütün inanan insanların əsrlərdir həsrətlə gözlədikləri İslam əxlaqının hakim olduğu müqəddəs bir dövrdür.
Müsəlmanlar və Elm Yanvar 3, 2010
Posted by dusunek in Mənəviyyat, İslam Birliyi.Tags: kainat, Dünya, Avropa, təbiət, ruh, İslam, xristian, Quran əxlaqı, ərəb, Yaxın Şərq, islam mədəniyyəti, Bağdad, Hikmət evi, elm adamı, alim, araşdırma, Ay, müsəlman alimlər, astronomiya, riyazi düstur, arxitektura, tibb, xəstəlik, mikrop, xəstə, xəstəxana, ruhi xəstəlik, BBC, İslam Dünyası, atom, gigiyenik, dərman, müsəlman cərrah, kitab, təhsil, məktəb, göz, ibn əl heytəm, katarakta, ibn sina
1 comment so far
İslam əxlaqının insanlığa yönəltdiyi işıqlardan biri də elmi düşüncədir. İslamdan əvvəl ərəblər və digər Yaxın Şərq cəmiyyətləri kainatın və təbiətin necə var olması və hərəkəti barədə heç maraqlanmırdılar. Bu suallar üzərində düşünməyi, bunların cavablarını araşdırmağı ilk dəfə Qurandan öyrənmişdilər. Allah Quranda inananlara, göylərin və yerin necə var olduğunu araşdırmalarını əmr etmişdir:
O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından qoru! (Ali- İmran Surəsi, 191) (davamı…)
İslam Əxlaqının Xoşgörüşü, Ədaləti və Mərhəməti Yanvar 3, 2010
Posted by dusunek in Mənəviyyat, İslam Birliyi.Tags: Allah, Avropa, din, fanatizm, hindistan, Hz. Muhəmməd, Hz.Ömər, inkvizisiya, ispaniya, katolik kilsəsi, kilsə, Kitab Əhli, müqəddəs, müsəlman, mezopotamiya, mədəniyyət, məscid, namaz, Osmanlı, qübbət-üs səhra, Qüds, qərb, Quran, Quran əxlaqı, sinaqoq, tolerantlıq, xəlifə, xoşgörüş, xristian, yəhudi, Şam, şüur, şərq, Əl-Əqsa, Əməvi, Ərəbistan, İslam, İslam əxlaqı, İslam İmperiyası
add a comment
Hz. Muhəmmədin (səv) vəfatından sonra İslamın yayılması surətlənmişdi. İslam, bir neçə on il ərzində bütün Mezopotamiyaya, Şimali Afrikaya yayıldı. Qərbdə İspaniyaya, Şərqdə isə Hindistana qədər irəliləmişdi.
Bir neçə on il əvvəl Ərəbistan çöllərində heyvandarlıqla məşğul olan ərəblər, İslamın onlara qazandırdığı ağıl, mədəniyyət və şüurla böyük imperiyanın idarəçilərinə çevrilmişdilər. Bu, tarixdə misli görülməmiş yüksəliş idi. 100 il ərzində İslam İmperiyası çox böyük əraziyə yayıldı və çox güclü administrasiyaya sahib oldu.
Bu geniş ərazilərdə xristian və yəhudilər əsas olmaqla, bir çox fərqli dini icma yaşayırdı. Müsəlmanlar fəth etdikləri torpaqlardakı bütün fərqli inanc sistemlərinə böyük hörmətlə yanaşırdılar. Rəbbimizin, “Dində məcburiyyət yoxdur…” (Bəqərə Surəsi, 256) hökmünə əsasən heç kim dininin dəyişdirilməsi üçün məcbur edilmir, hər kəsin vicdan azadlığına hörmət edilirdi. Kilsələr və sinaqoqlar həssaslıqla qorunurdu. Zorla din dəyişdirmənin geniş yayıldığı dövrdə müsəlmanların bu tolerantlığının bənzəri yox idi. (davamı…)
İslam: Dünyanı Aydınladan İşıq Yanvar 3, 2010
Posted by dusunek in Mənəviyyat, İslam Birliyi.Tags: büt, bütpərəst, döyüş, Dünya, düşüncə, düşünmək, din, elm, ədalət, ərəb qəbiləsi, əsr-i səadət, əxlaq, Hz. Muhəmməd, insan, Kəbə, müharibə, müqəddəs, müsəlman, mədəniyyət, Mədinə, Məkkə, Peyğəmbərimiz, qan, Rəbb, sənət, surəsi, tolerantlıq, universitet, xoşgörüş, Yaradan, Ərəbistan, İslam, İslam əxlaqı
add a comment
İslamın yarandığı 7-ci əsrin əvvəllərində Ərəbistan dünyanın ən mürəkkəb bölgələrindən biri idi. Bu torpaqlarda bir çox fərqli qəbilə yaşayır, hər biri ayrı bir bütə sitayiş edirdi. Azğın dinləri və bütlərinə görə bir-birləri ilə vuruşur, qan tökür, hətta uşaqlarını öldürəcək qədər vəhşiləşirdilər. Bu batil sistemdə sevgi, mərhəmət, həlim xasiyyət deyil, mərhəmətsizlik, nifrət və şiddət məqbul qarşılanırdı. Qadınlar aşağı varlıqlar sayılır, kasıblar və kölələr alçaldılırdı.
Bu qaranlıq və qanlı dünya İslam əxlaqıyla birlikdə tamamilə dəyişdi. Yalnız ərəblər deyil, daha bir çox millət İslam əxlaqının işığıyla aydınlandı. İslamın gəlişi ilə elmdə, mədəniyyətdə, düşüncədə və sənətdə əvvəllər az rast gəlinən yüksəliş baş verdi. (davamı…)

FACEBOOK'da bizi izləyin