jump to navigation

İslamla Şərəflənək Aprel 29, 2010

Posted by fayuu in Mənəviyyat.
Tags: , , , , , , , ,
1 comment so far

Al­lah Öz ayə­lə­rin­də mü­səl­man ol­duq­la­rı­na gö­rə öz­lə­ri­ni qiy­mət­li bir var­lıq ki­mi gö­rən­lər­dən, mü­səl­man ol­ma­la­rı­nı İs­lam dini və el­çi üçün bö­yük bir qa­zanc, Al­la­hın bir lüt­fü ki­mi gös­tə­rən­lər­dən bəhs edir:

«On­lar is­la­mı qə­bul et­dik­lə­ri­nə gö­rə sə­nə min­nət qo­yur­lar. De: «Mü­səl­man ol­du­ğu­nuz­la mə­nə min­nət qoy­ma­yın! Xeyr, əgər doğ­ru de­yir­si­niz­sə, bi­lin ki, si­zi ima­na mü­vəf­fəq et­mək­lə əs­lin­də Al­lah si­zin boy­nu­nu­za min­nət qoy­muş olur!»« («Hu­cu­rat» su­rə­si, 17).

Ayə­də də qeyd edil­di­yi ki­mi, əs­lin­də bu mə­sə­lə in­san­la­rın dü­şün­dük­lə­ri­nin tam ək­si­nə­dir: İs­la­ma da­xil olan bir in­san İs­la­mı şə­rəf­lən­dir­məz, ək­si­nə, İs­lam ona şə­rəf ve­rər. (davamı…)

Nələrdən İmtina Edə Bilərsiz? Aprel 17, 2010

Posted by fayuu in Mənəviyyat.
Tags: , , , , , , ,
add a comment

Sə­mi­mi şə­kil­də Al­la­hın razılığından kə­nar heç bir məq­səd və əvəz güd­mə­dən infak etmək, yəni Al­lah yo­lun­da mal-döv­lət sərf et­mək ima­nın gös­tə­ri­ci­si­dir. Al­lah yo­lun­da mal-döv­lət sərf edən mö­min­lər bir çox ayə­lər­də mədh edil­miş və müj­də­lən­miş­lər. La­kin «Ali-İm­ran» su­rə­si­nin 92-ci ayə­sin­də Al­lah yo­lun­da mal-döv­lət sərf et­mək­lə bağ­lı çox in­cə və mü­hüm bir meyar ve­ril­miş­dir: «Sev­di­yi­niz şey­lər­dən (haqq yo­lun­da) sərf et­mə­yin­cə sa­va­ba çat­maz­sı­nız». Ayə­də be­lə buy­ru­lur:

«Sev­di­yi­niz şey­lər­dən (haqq yo­lun­da) sərf et­mə­yin­cə sa­va­ba çat­maz­sı­nız. Şüb­hə­siz ki, Al­lah xərc­lə­di­yi­niz hər bir şe­yi bi­lən­dir!» («Ali-İm­ran» su­rə­si, 92).

İn­sa­nın bir ada­ma və ya bir şe­yə ver­di­yi də­yər onu əl­də et­mək üçün fə­da et­dik­lə­ri­nin öl­çü­sü ilə düz mü­tə­na­sib­dir. Əgər in­san bə­zi şey­lə­ri fə­da et­mir­sə, (davamı…)

Əhəmiyyət Verilməyən Quran Hökmləri Aprel 13, 2010

Posted by fayuu in Mənəviyyat.
Tags: , , , , , , , , , , , , , , , , , , , , , , ,
add a comment

Bə­zi in­san­lar di­nə inan­dıq­la­rı və Quranı de­mək olar ki, hər gün oxu­duq­la­rı hal­da Quranın bə­zi ayə­lə­ri­ni qu­la­qar­dı­na vu­rur, on­la­ra etinasız münasibət gös­tə­rir­lər. Bə­zi­lə­ri bu səh­və mə­lu­mat­sız­lıq və ya şü­ur­suz­luq uc­ba­tın­dan yol ver­di­yi hal­da, di­gər­lə­ri hə­min hökm­lə­rə qur­du­qları Quran­dan kə­nar mən­tiq­lə­ri­nin tə­si­ri al­tın­da bi­lə­rək­dən əhə­miy­yət ver­mir­lər. Bu zaman onlar Quran hökm­lə­ri­nə bi­lə­rək­dən eti­na­sız­lıq­la ya­naş­ma­ğın Al­lah dər­ga­hın­da on­la­ra nə qə­dər bö­yük mə­su­liy­yət yü­klənəcəyini və on­la­rı Al­lah ri­za­sın­dan ne­cə uzaq­laş­dı­ra­ca­ğını isə əs­la fi­kir­ləş­mir­lər. Hal­bu­ki Al­la­hın hökm­lə­ri­nə diq­qət­lə ya­naş­ma­yan in­san­la­rın axi­rət­də əzab­la qar­şı­la­şa­ca­ğı Quran ayə­lə­rin­də xü­su­si şə­kil­də vur­ğu­la­nır.

Bu dü­şün­cə­yə ma­lik olan in­san­lar öz­lə­ri­nin Quran­dan kə­nar mən­tiq­lə­ri­nə əsas­la­na­raq, Al­la­hın hökm­lə­ri ara­sın­da bir növ əhə­miy­yət­li­lik və bi­rin­ci­lik sı­ra­la­ma­sı qu­rur, hət­ta bə­zi hökm­lə­ri öz hə­yat­la­rın­dan ta­ma­mi­lə çı­xa­ra­raq on­la­rı bir kə­na­ra atır­lar. Be­lə bir yan­lış din an­la­yı­şı yü­zil­lər ər­zin­də üst-üs­tə yı­ğıl­mış adət­lər şək­lin­də nə­sil­dən-nə­s­lə ötü­rü­lə­rək döv­rü­mü­zə qə­dər gə­lib çat­mış­dır. Din haqqında ge­niş ya­yıl­mış yanlış təsəvvürlərə gö­rə, bi­rin­ci yer­ə layiq görülüb, xü­su­si əhə­miy­yət ve­ri­lən hökm­lər ara­dan qal­dı­rıl­dı­ğı za­man in­san da­xi­lən vic­da­n əzabı ke­çi­rə bi­lər. Buna baxmayaraq, Quran­da yer alıb, ey­ni də­rə­cə­də əhə­miy­yət ve­ril­mə­yən əmr və qa­da­ğa­lar ara­dan qal­dı­rıl­dı­ğı za­man in­san heç bir na­ra­hat­­lıq his­si keçirməz. Quran­da fərz (vacib) ol­du­ğu açıq şə­kil­də bil­di­ri­lən bir çox möv­zu «ye­ri­nə ye­tir­sən sa­vab­dır, ye­tir­mə­sən də heç bir şey ol­maz» mən­ti­qi ilə qiy­mət­lən­di­ri­lir. İn­san­la­rın qor­xub çə­kin­mə­li ol­du­ğu qa­da­ğa­lar isə «Al­lah ba­ğış­la­yar» mən­ti­qi ilə asan­lıq­la po­zu­lur.

Hal­bu­ki Quranın heç bir ayə­sin­də be­lə bir meyardan bəhs edil­mir. Na­maz və oruc iba­dət­ləri Al­la­hın qə­ti əm­ri ol­du­ğu ki­mi, Quran­da gös­tə­ri­lən baş­qa əmr və qa­da­ğa­lar da ey­ni­lə bü­tün mö­min­lə­rin ta­be olmaları vacib olan qə­ti hökm­lər­dir. (davamı…)

Fitnə Ünsürləri Aprel 10, 2010

Posted by fayuu in Mənəviyyat.
Tags: , , , , , , , , , , , , , , , , , , , , , , ,
3 comments

Mö­mi­nin dün­ya hə­ya­tın­da ne­cə ya­şa­ma­lı olduğunu hər şe­yin ya­ra­dıcısı olan Al­lah ən in­cə təf­si­la­tı­na qə­dər bil­dir­miş­dir. Ancaq insan istək və ehtiraslarını ölçü olaraq götürdüyündə, nəfsinin arzu və istəklərini dinin mənfəətlərindən və Allahın razılığından üstün tuta bilir və nəticədə qəflət dolu bir ruh halına girir.  Be­lə olduğu təqdirdə Al­la­hın vacib bu­yur­duq­la­rı­nı ta­ma­mi­lə dan­ır, ciddi şəkildə cəhd etməsi lazım olan hallarda səh­lən­kar və məsuliyyətsiz mü­na­si­bət göstərmiş olur.

Al­lahın dün­ya ne­mət­lə­ri­nin ötə­ri ol­du­ğu­nu və dün­ya­nın bir im­ta­han ye­ri ol­du­ğu­nu də­fə­lər­lə bil­dir­mə­si­nə bax­ma­ya­raq, bu cür in­sanlar dün­ya­nı özlərinə «əsl yurd» seç­mək­lə axi­rət­dən ta­ma­mi­lə üz çe­virirlər.

Qu­ra­nı nə­zə­rə al­ma­yan bir in­san sa­də­cə dün­ya­ya yö­nəl­miş məq­səd­lər seç­məklə, im­ta­han üçün ya­ra­dı­lan ha­di­sə­lər içə­ri­sin­də bo­ğul­ur. Al­lah mal-döv­lə­tin və eləcə də uşaq­la­rın fit­nə ola­ca­ğı­nı bir ayə­sin­də be­lə xə­bər ve­rir:

«Hə­qi­qə­tən, mal-döv­lə­ti­niz və oğul-uşa­ğı­nız an­caq bir im­ta­han­dır (fit­nə­dir). Ən bö­yük mü­ka­fat isə Al­lah dər­ga­hın­da­dır!» («Tə­ğa­bun» su­rə­si, 15).

Ərəb di­lin­də «im­ta­han» kəl­mə­si­nin baş­qa mə­na­la­rı ol­ma­sı­na bax­ma­ya­raq, bun­lar üçün «fit­nə» kəl­mə­si­nin iş­lə­dil­mə­si ol­duq­ca diq­qət çək­ir. Çün­ki in­san dün­ya­da­kı və­zi­fə­si­ni an­la­ma­dan «müt­ləq ev­lən­mə­li­yəm», « ai­ləm, uşaq­la­rım ol­ma­lı­dır», «mal-mülk sa­hi­bi ol­ma­lı­yam» de­yə dü­şü­nə­rək (davamı…)

Səbr Etmək Aprel 2, 2010

Posted by fayuu in Mənəviyyat.
Tags: , , , , , , , , , , , , , ,
2 comments

Hə­ya­tı­nı İs­la­ma uy­ğun şə­kil­də qur­maq və bu hə­yat tərzi ilə üst-üstə düşməyən dav­ra­nış­lar­dan özü­nü uzaq tut­maq mö­mi­nin ger­çək­ləş­di­rə bi­lə­cə­yi iba­dət­dir. Bu barədə qə­tiyyətli ol­maq, gü­zəş­tə get­mə­mək və za­ma­nın yo­ru­cu tə­si­rin­dən qo­run­maq üçün səbr etmək lazımdır.

Bu sə­bəb­dən səbir və dö­züm anlayışları fərqlidir. Dö­züm, müəyyən sı­xın­tı və kə­dərə tab gətirməkdir. Hal­bu­ki mö­mi­nin ma­lik ol­du­ğu səbir anlayışı fərq­li­dir; səbir edən mö­min ba­şı­na gə­lən sı­xın­tı­la­ra gö­rə qəm çək­məz, ək­si­nə, Al­la­ha olan ya­xın­lı­ğı da­ha da ar­tar və do­la­yı­sı i­lə se­vin­ci, hə­yə­ca­nı və şöv­qü da­ha da yük­sək olar. Qu­ra­nın bir çox ayə­sin­də səbr etmək əmr edil­miş­dir:

«Sən səbr et. Şüb­hə­siz ki, Al­la­hın və­di haq­dır. Qoy qə­ti inan­ma­yan­lar sə­ni səni etinasızlığa sövq etməsinlər.!» («Rum» su­rə­si, 60).

« Ey iman gətirənlər! Səbir edin, dözümlü olun, (sərhəd boyu) növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!» («Ali-İm­ran» su­rə­si, 200).

(davamı…)

Din Elmə və Düşünməyə Təkan Verir Mart 31, 2010

Posted by fayuu in Elm Nə Deyir?.
Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , ,
1 comment so far

İslam dini ağıl və vicdan dinidir. İnsan ağlı ilə Allahın bildirdiyi həqiqətləri görür və vicdanından istifadə edərək gördüklərindən nəticə çıxarır. Məsələn, ağıl və vicdan sahibi olan bir insan heç bir məlumatı olmasa da, məhdud biliyə malik olmasına baxmayaraq, kainatdakı hər hansı bir varlığın xüsusiyyətlərini nəzərdən keçirərək onu üstün bir Ağıl, Elm və Güc sahibinin yaratdığını anlayar. Dünyada həyatın meydana gəlməsi üçün vacib olan minlərlə şərtdən bir neçəsini görməsi də Yer kürəsinin insanların yaşaya bilməsi üçün xüsusi yaradılmış planet olduğunu başa düşməsinə kifayət edər. Ağıl və vicdan sahibi olan bu insan dünyanın təsadüfən əmələ gəldiyi iddiasının məntiqsiz olduğunu asanlıqla anlayar. Qısaca desək, ağıl və vicdanından istifadə edərək düşünən hər insan Allahın varlığının dəlillərini aşkar şəkildə görə bilər. Allah bu insanlar haqqında bir ayədə belə xəbər verir:

«O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünərlər: “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından qoru!” («Ali-Imran» surəsi, 191).

Bu səbəbdən (davamı…)

Axır Zaman Əlamətləri: Fitnələr və Məscidlərin Dağıdılması Fevral 15, 2010

Posted by fayuu in Axır Zaman.
Tags: , , , , , , , , , , , , , , , , , , , , ,
2 comments

“Süfyani quru bir vadidən çıxar. Kelp qəbiləsindən abus çöhrəli, sərt ürəkli adamlardan bir ordu qurar və bunlar hər tərəfə zülm edərlər. O, mədrəsə və məscidləri dağıdar, rüku və səcdəyə gedən hər kəsi cəzalandırar. (Əli bin Hüsaməddin Əl Muttaki, Cəlaləddin Suyutinin Təsnifindən Hədislər – Axır Zaman Mehdisinin Əlamətləri, sf. 35)

Hz. Mehdi (ə) Yolların Kəsildiyi Bir Dövrdə Çıxacaq

Müasir dövrdə dünyanın müxtəlif bölgələrində yaşanan qarşıdurmalar, anarxiya və terror (davamı…)

Tarixdən Nümunə: Səlahəddin Əyyubinin İslam Birliyi Fevral 9, 2010

Posted by fayuu in İslam Birliyi.
Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , ,
1 comment so far

1096-cı ildə başladılan birinci Səlib yürüşü zamanı xaçlı orduları Yaxın Şərqə çatdığında müsəlmanlar, aralarında müxtəlif anlaşılmazlıqlar və çəkişmələr yaşanan əmirliklərə bölünmüşdülər. Bu səbəbdən Avropadan gələn barbar işğalçılara qarşı müqavimət göstərə bilmədilər. 1099-cu ildə Qüdsdə dəhşətli qırğın törədildikdən sonra qurulan Xaçlı Krallığı uzun illər müsəlmanların bölünməsindən faydalanmışdı. Ancaq böyük İslam sərkərdəsi Səlahəddin Əyyubinin müsəlman əmirliklərini öz hakimiyyəti altına alaraq birləşdirməsi i müsəlmanlar, xaçlı işğalçılara qarşı mübarizə aparmaq gücünə sahib oldular.

(davamı…)

Hədislərə Görə Hz. Mehdi Hicri 1500-dən Əvvəl Gəlməlidir Fevral 8, 2010

Posted by fayuu in Axır Zaman.
Tags: , , , , , , , , , , ,
add a comment

Peyğəmbərimizin (s) bir hədisində ümmətinin ömürünün 1000 ildən çox olacağı, lakin 1500 (min beş yüz) ili aşmayacağı bildirilmişdir:

Bu ümmətin ömrü min (1000) ili keçəcək, lakin min beş yüz (1500) ili keçməyəcək.

(Qiyamət Əlamətləri, s. 299, Cəlaləddin Suyutinin “Əl-Kəşfi Fi Mücazəvəti Hazin əl-Ümməti Əl Əlfə Əlləzi Dəllət Əleyh əl-Əsar” adlı kitabından nəql)

(davamı…)

Hz. Mehdi (ə) Qiyamət Qopmamışdan Əvvəl Mütləq Göndəriləcək Fevral 8, 2010

Posted by fayuu in Axır Zaman.
Tags: , , , , , , , , , , , ,
add a comment

Hədislərdə Hz. Mehdinin (ə) İslam əxlaqını hakim etmək üçün qiyamət qopmamışdan əvvəl yer üzünə mütləq gələcəyi xüsusilə vurğulanır. Bu mövzudakı hədislər belədir:

Hz. Əlidən (ə) nəql edildiyinə görə Rəsulullah (s) belə buyurmuşdur: Qiyamətin qopması üçün ZAMANDA BİR GÜNDƏN BAŞQA VAXT QALMASA DA, ALLAH (CC) MƏNİM ƏHLİ BEYTİMDƏN BİR ŞƏXSİ (HZ. MEHDİNİ (Ə)) GÖNDƏRƏCƏK. (Sünəni Əbu Davud, 5/92)

(davamı…)

Follow

Get every new post delivered to your Inbox.

Join 55 other followers