Quran Oxuyarkən Şeytandan Allaha Sığının! Aprel 17, 2010
Posted by fayuu in Mənəviyyat.Tags: Allah, Quran, iman, inkarçı, şeytan, hökm, zərər, tevekkul, seytanin vesvesesi, şeytanın vəsvəsəsi, iman derecesi, iman dərəcəsi, təvəkkül, Rəbbimiz, zerer, Quran oxumaq, Allahin sozu
1 comment so far
Allah bir sınaq olaraq şeytanı insanların düşüncələrinə gizli təlqinlər edən xüsusiyyətdə yaradıb. Bu təlqin də insanların iman dərəcələrinə görə dəyişir. Şeytanın inkarçılar qarşısında hər istədiyini etdirəcək bir qüvvəsi olduğu halda, səmimi möminlərin imanına zərər verə biləcək heç bir qüvvəsi və təsiri yoxdur («Hicr» surəsi, 39-40). Lakin şeytanın Allahın xalis qullarını azdırmaq qabiliyyətinə tam malik ola bilməsədə, o, insanların nəzərlərini yayındırmaq, unutqanlıq vermək, diqqətlərini toplamağa imkan verməmək kimi zərərlər verməyə çalışır. Şübhəsiz ki, şeytanın təsiri ilə hərəkət edən insanlar öz sözləri, danışıqları, davranış və hərəkətləri ilə möminləri narahat edirlər. Bunun kimi şeytan da özünün görünməzliyi ilə bu cür narahatlığı verməyə çalışır. Bununla da şeytan möminlərin düşüncələrini məşğul edib diqqətlərini yayındırmaqla onların xeyirli əməllərinə mane olmaq istəyir.
Şeytanın bəhs etdiyimiz bu üsulla çatmaq istədiyi məqsədlərdən biri də möminlərin Allahın sözü olan Quranı oxuyub dərk etmələrinin və ondan gözəl şəkildə istifadə etmələrinin qarşısını almaqdır. Çünki möminlər (davamı…)
Allaha Etimad Və Təslimiyyət Aprel 10, 2010
Posted by fayuu in Mənəviyyat.Tags: Allah, canlı, dünyanın sirri, Dünya, güven, güvənmək, guvenmek, ilahilesdirmek, ilahiləşdirmək, iman, inkarçı, insan, qorxmaq, Quran, sağlamlıq, tesaduf, tevekkul, təsadüf, təvəkkül, xaos
add a comment
İmanın ən önəmli göstəricilərindən biri insanın Allaha olan etibarı və təslimiyyətidir. Quranda «təvəkkül» olaraq təqdim edilən bu xüsusiyyət həqiqətən də iman gətirən insanla iman gətirməyən insan arasındakı ən böyük fərqlərdən biridir.
İnkarçı insan üçün bütün dünya xaosdur. O, özünün təsadüfən var olduğunu, ətrafındakı dünyanın da təsadüflər nəticəsində yarandığını zənn edər. Bu vəziyyətdə heç bir zaman həqiqi arxayınlıq və sakitlik hiss etməz. Çünki hər an başına bir şey gələ bilər və onu üzəcək hadisələr ola bilər. Vaxtının önəmli bir hissəsini gələcəklə bağlı hiss etdiyi həyəcanlarla keçirir. Onun xoşbəxtliyinə təsir göstərən yüzlərcə, minlərcə bir-birindən asılı olmayan amil vardır ki, bunların hər hansı biri «təsadüfən» pisliyə uğrayıb həyatını məhv edə bilər. Məsələn, sağlamlığını itirə bilər, işdən çıxarıla bilər ya da sevdiyi bir insan ölə bilər. Bütün bu səbəbləri müstəqil və nəzarətsiz zənn etdiyindən hər biri üçün ayrı-ayrılıqda narahat olar. Bu, yüzlərcə müstəqil amilin ilahiləşdirilməsi mənasını verir. Çünki bir şeydən qorxmaq ya da ona güvənmək, Quranda bildirildiyinə görə, onu ilahiləşdirmək mənasını verir.
Amma mömin dünyanın sirrini dərk etmişdir. Bu sirr (davamı…)
Səbr Etmək Aprel 2, 2010
Posted by fayuu in Mənəviyyat.Tags: Allah, Quran, İslam, mömin, inkarçı, imtahan, şövq, səbir, dözüm, həyəcan, həyat tərzi, kədər, haq, səbr, sebr
2 comments
Həyatını İslama uyğun şəkildə qurmaq və bu həyat tərzi ilə üst-üstə düşməyən davranışlardan özünü uzaq tutmaq möminin gerçəkləşdirə biləcəyi ibadətdir. Bu barədə qətiyyətli olmaq, güzəştə getməmək və zamanın yorucu təsirindən qorunmaq üçün səbr etmək lazımdır.
Bu səbəbdən səbir və dözüm anlayışları fərqlidir. Dözüm, müəyyən sıxıntı və kədərə tab gətirməkdir. Halbuki möminin malik olduğu səbir anlayışı fərqlidir; səbir edən mömin başına gələn sıxıntılara görə qəm çəkməz, əksinə, Allaha olan yaxınlığı daha da artar və dolayısı ilə sevinci, həyəcanı və şövqü daha da yüksək olar. Quranın bir çox ayəsində səbr etmək əmr edilmişdir:
«Sən səbr et. Şübhəsiz ki, Allahın vədi haqdır. Qoy qəti inanmayanlar səni səni etinasızlığa sövq etməsinlər.!» («Rum» surəsi, 60).
« Ey iman gətirənlər! Səbir edin, dözümlü olun, (sərhəd boyu) növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!» («Ali-İmran» surəsi, 200).
Allahın Möminlərə Dəstəyi Fevral 10, 2010
Posted by fayuu in Mənəviyyat.Tags: Allah, üstün, cahiliyyə, cəmiyyət, dua, elçi, əməli dua, güc, güvən, hökm, hidayət, Hz.Musa, inkarçı, insan, ixlas, kafir, mömin, münafiq, mütləq, müvəffəqiyyət, Mədinə, məşhur, nəfs, nizam, sədaqət, sirr, zəngin, zərər
add a comment
Cahiliyyə cəmiyyətindəki insanlar xarakterlərini sahib olduqları güc və mövqelərinə görə formalaşdırırlar. Özlərinə güvənməkləri üçün mütləq ya zəngin, ya məşhur, ya çox gözəl və ya yaraşıqlı olmalıdırlar. Ancaq mömin yalnız Allaha güvənərək yaşayar və möminin özünə güvənməsi üçün inkarçıların ehtiyac duyduğu maddi meyarların heç birinə ehtiyacı yoxdur. Çünki Allah daim möminlərlədir. Allah, “And olsun ki, Mən və elçilərim hökmən qalib gələcəyik!” (Mücadilə Surəsi, 21) hökmünün sirri ilə elçilərini və onlara tabe olan möminləri hər zaman qalib edər. Mömin bütün dünyanın qarşısında tək başına olsa belə üstün gələr. Allah rəsuluna belə bildirir:
Əgər onlar səni aldatmaq istəsələr, (bil ki,) sənə Allah yetər. O, səni həm Öz köməyi ilə, həm də möminlərlə qüvvətləndirdi. (Ənfal Surəsi, 62)
Unudulmamalıdır ki, insanlara yolları açan, müvəffəqiyyət qazandıran, onları inkişaf etdirən, gücləndirən Allahdır. İnsanın öz müvəffəqiyyəti üçün düşündüyü səbəblər bu müvəffəqiyətin əldə olunması üçün kifayət deyil. (davamı…)
Diqqətli Olmaq Yanvar 19, 2010
Posted by dusunek in Mənəviyyat.Tags: Allah, kainat, təfəkkür, mömin, iman, hikmət, inkarçı, Elm-əl yəqin, Ayn-əl yəqin, Haqq-əl yəqin, diqqət
add a comment
Təfəkkürün əhəmiyyətli bir hissəsini diqqət təşkil edir. Allah bütün kainatı və kainatın hər hissəsini Öz varlığının dəlillərini göstərmək üçün yaratmışdır. Ancaq inkarçılar bu gerçəyi qavraya bilməzlər. Çünki bu incəliyi qavrayacaq “görmə” qabiliyyətinə sahib deyildirlər. Quranda ifadə edildiyi kimi “… gözləri vardır bununla görməzlər…”. (Əraf Surəsi, 179) Gözləriylə gördükləri maddi kainatın üzərindəki incə pərdəni qaldırıb, arxasındakı böyük həqiqəti fərq edəcək ağıla və qavrayışa sahib deyildirlər.
Mömin isə Allahın kainatı hikmətlə və məqsədli şəkildə yaratdığını qəbul edir və bununla da gözləri olduğu halda görməyən qrupdan fərqlənir. Ancaq bu imanın ilk mərhələsidir. İman və ona paralel olaraq ağıl inkişaf etdikcə, mömin qəbul etdiyi bu böyük gerçəkliyi qarşısına çıxan hər təfərrüatda yoxlamağa başlayır. (davamı…)


FACEBOOK'da bizi izləyin