Allaha İnam Alimlərə Hədsiz Şövq və Həyəcan Verir Mart 31, 2010
Posted by fayuu in Elm Nə Deyir?.Tags: Albert Eynşteyn, alim, Allah, ağıl, darvinizm, delil, dəlil, din, dinsiz, dizayn, elm, elm adamları, elmi araşdırma, fəza, göz, iman, insan, Iohan Kepler, Isaak Nyuton, kainat, kompleks, materialist fəlsəfə, motivasiya, Qalaktika, sir, tarazlıq, tədqiqat, təkamül nəzəriyyəsi, ulduz, vicdan, Yaradıcı, şikəst
7 comments
“Dinsiz elm şikəstdir.” Albert Eynşteyn
Din insanları elmə həvəsləndirir. Elmlə məşğul olan ağıl və vicdan sahibləri Allahın varlığının dəlillərinə çox yaxından şahid olduqları üçün eyni zamanda güclü bir imana da malik olurlar. Çünki bu insanlar hər tədqiqatda, hər yeni kəşfdə Allahın yaratdığı mükəmməl bir sistem, qüsursuz incəliklərlə qarşılaşırlar.
Məsələn, gözü tədqiq edən bir alim təkcə insan gözündəki kompleks sistemi görərək, bunun əsla təsadüflərlə, mərhələli şəkildə meydana gələ bilməyəcəyini anlayar. Bir az da dərindən nəzərdən keçirəndə gözü təşkil edən hər detalın möcüzəvi bir yaradılışa malik olduğuna şahid olar. Gözün bir-birinə uyğun onlarla ayrı-ayrı hissədən ibarət olduğunu görər və onu yaratmış Allaha olan heyranlığı qat-qat artar.
Eyni şəkildə kainatı tədqiq edən bir alim özünü bir anda minlərlə möcüzəvi tarazlıqla qarşı-qarşıya görər. Hüdudlarını müəyyən etməyin mümkün olmadığı ucsuz-bucaqsız fəzada yerləşən milyardlarla qalaktika və bu qalaktikalardakı milyardlarla ulduzun böyük ahəng içində mövcud olması ona böyük araşdırma şövqü verər.
Bunların nəticəsində (davamı…)
Şirk:Sevgi Mart 30, 2010
Posted by fayuu in Mənəviyyat.Tags: Allah, büt, iman, müşrik, platonik, romantizm, sevgi, səmimi, zülm, şirk
1 comment so far
Şirki formalaşdıran ən önəmli səbəblərdən biri Allahın yaradılışdan verdiyi «sevgi» hissinin yanlış istiqamətləndirilməsidir. Ayədə müşriklərin bütlərinə bəslədikləri möhkəm sevgidən belə bəhs edilir:
«İnsanların içərisində Allahdan qeyrilərini şərik qoşub, onları Allahı sevən kimi sevənlər də vardır. Halbuki iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir. Əgər zülm edənlərin vaxtında görəcəkləri əzabdan xəbərləri olsaydı, onlar bütün qüdrətin Allaha məxsus olduğunu və Allahın əzabının şiddətli olacağını bilərdilər» («Bəqərə» surəsi, 165).
Ayədən anlaşıldığı kimi, «sevgi» şirkin olduğu kimi tövhidin də təməlindəki ən önəmli ünsürdür. Dolayısı ilə, (davamı…)
Qurani Kərimdə Allahın Riyazi Möcüzəsi Fevral 11, 2010
Posted by dusunek in Elm Nə Deyir?, Mənəviyyat.Tags: Allah, axirət, bitki, cəhənnəm, cənnət, Dünya, dəniz, Günəş, iman, insan, küfr, kişi, mələk, nur, qadın, Quran, rüşeym, riyazi, riyazi möcüzə, riyaziyyat, sevgi, xromosom, yaradılış, şürk, şeytan
3 comments
Quran göndərildiyi gündən etibarən hər dövrdə yaşayan insan qrupunun anlaya biləcəyi asan və aydın dilə malikdir. Ədəbi dilinin mükəmməlliyi, bənzərsiz üslub xüsusiyyətləri və ehtiva etdiyi üstün hikmət bunun ən əhəmiyyətli səbəblərindəndir. Bununla yanaşı Quranın Allahın sözü olduğunu isbat edən bir çox möcüzəvi xüsusiyyəti daha var. Bunlardan biri də Quranda diqqəti cəlb edən söz təkrarlarıdır.
Allah bundan 14 əsr əvvəl insanlara yol göstərici kitab olan Quran-ı Kərimi göndərmiş və bütün insanlığı Qurana riayət edərək qurtuluşa çatmağa dəvət etmişdir. Ayədə də bildirildiyi kimi Quran “…aləmlərə bir zikr (öyüd, xatırlatma, hökm və üstün bir şərəf)dən başqa bir şey deyil.” (Qələm Surəsi, 52) Quran göndərildiyi gündən qiyamət gününə qədər insanlığın tək yol göstəricisi olan son İlahi kitab olacaq. Ancaq 20-ci və 21-ci əsr texnologiyası ilə əldə etdiyimiz bəzi elmi gerçəklərin 1400 il əvvəl Quranda bildirilməsi Quranın Allahın sözü olduğunu isbat edən çox sayda möcüzələrdən biridir. Bu xüsusiyyətlərdən biri də ”riyazi möcüzə”lərdir. Bu möcüzəyə bir nümunə isə Qurandakı bəzi söz təkrarlarının verdiyi ortaq ədədi göstərmək olar. Bir-biriylə əlaqədar bəzi sözlər möcüzəvi şəkildə eyni sayda təkrarlanır. Aşağıda bu cür sözlər və Qurandakı təkrarlanma ədədləri verilmişdir.
“Yeddi göy” ifadəsi 7 dəfə keçir. “Göylərin yaradılışı (xəlqi səmavat)” ifadəsi də 7 dəfə təkrarlanır.
“Gün (yəvm)” ifadəsi tək olaraq 365 dəfə keçərkən, çoxluq yəni“günlər (əyyam və yəvməyn)” sözləri 30 dəfə təkrarlanır. “Ay” sözünün təkrar sayı isə 12-dir. (davamı…)
Ümidsizliyə və Şeytanın Mənfi Təlqinlərinə Fürsət Verməmək Yanvar 19, 2010
Posted by dusunek in Mənəviyyat.Tags: Allah, ümidsizlik, Hz.Yaqub, iman, mömin, Quran, səmimiyyət, təlqin, şeytan
1 comment so far
Ümidsizlik iki cür ola bilər. Birinci halda, insan qarşılaşdığı çətinliklər qarşısında ümidsizliyə qapıla bilər. Ancaq iman etmiş hər insan Allahın nəzarəti altında icra edilən və Onun dəstəkləyəcəyini vəd etdiyi işlərdə hər hansı mənfi halın olmayacağını bilər. Çünki Qurandakı ayələrdə Allahın konkret olaraq möminlərin dəstəkçisi olduğu və onları əsla inkarçılar qarşısında köməksiz buraxmayacağı xəbər verilir.
Ümidsizliyin ikincisi isə etdiyi səhv və ya işlədiyi günah səbəbiylə hər hansı insanın öz imanından ümid kəsməsi, Allahın onu bağışlamayacağına və artıq cəhənnəmlik olduğuna özünü inandırmasıdır. Halbuki bu tamamilə Qurana zidd düşüncədir. Əksinə, Allah səmimi tövbə edənlərin bütün günahlarını bağışlayar. Allaha yönəlmək, Onun rəhmətinə sığınmaq üçün heç vaxt “çox gec” deyil. Allah Quranda qullarına belə səslənir: (davamı…)
Həddi Aşmamaq Yanvar 19, 2010
Posted by dusunek in Mənəviyyat.Tags: ağıllı, cahil, cahiliyyə, cəhalət, iman
add a comment
Mömin insan həddi aşmayaraq yalnız halal dairəsində hərəkət edər. Cəhalətin hakim olduğu mühitdə lazımi davranışları göstərməsi və özünü cahiliyyə mədəniyyətinin təsirinə salmaması, ölçülü və ağıllı davranması vacibdir.
Əlbəttə yalnız cahiliyyə mühitində deyil, möminlər arasında da incə düşüncəli ağıllı davranışları tələb edən vəziyyətlər var. İman edən insan hər an ağılından istifadə edərək həddindən artıq və kəskin hərəkətlərdən uzaq dayanmasının vacibliyini bilər. Hadisələr qarşısında həyəcanlanmayan, heç bir zaman soyuqqanlılığını itirməyən xarakterə sahib olmaq üçün hər zaman diqqətli olar. İmanın verdiyi bu soyuqqanlılıq ilə ağıldan uzaqlaşmayan, ani kədər və ya sevincə qapılmayan xarakterə sahib olar və sabitliyini hər hərəkətində göstərər.
Diqqətli Olmaq Yanvar 19, 2010
Posted by dusunek in Mənəviyyat.Tags: Allah, Ayn-əl yəqin, diqqət, Elm-əl yəqin, Haqq-əl yəqin, hikmət, iman, inkarçı, kainat, mömin, təfəkkür
add a comment
Təfəkkürün əhəmiyyətli bir hissəsini diqqət təşkil edir. Allah bütün kainatı və kainatın hər hissəsini Öz varlığının dəlillərini göstərmək üçün yaratmışdır. Ancaq inkarçılar bu gerçəyi qavraya bilməzlər. Çünki bu incəliyi qavrayacaq “görmə” qabiliyyətinə sahib deyildirlər. Quranda ifadə edildiyi kimi “… gözləri vardır bununla görməzlər…”. (Əraf Surəsi, 179) Gözləriylə gördükləri maddi kainatın üzərindəki incə pərdəni qaldırıb, arxasındakı böyük həqiqəti fərq edəcək ağıla və qavrayışa sahib deyildirlər.
Mömin isə Allahın kainatı hikmətlə və məqsədli şəkildə yaratdığını qəbul edir və bununla da gözləri olduğu halda görməyən qrupdan fərqlənir. Ancaq bu imanın ilk mərhələsidir. İman və ona paralel olaraq ağıl inkişaf etdikcə, mömin qəbul etdiyi bu böyük gerçəkliyi qarşısına çıxan hər təfərrüatda yoxlamağa başlayır. (davamı…)
Seçilmişlik Yanvar 19, 2010
Posted by dusunek in Mənəviyyat.Tags: Allah, cənnət, əxlaq, Hadi, Hz.Musa, iman, insan, mömin, qədər, qəflət, Rəbb, surəsi, tale
add a comment
Allah hər insan üçün bir qədər (tale) təyin etmişdir və bu qədəri hər hansı bir insanın ya da hadisənin dəyişdirməsi mümkün deyil. İnsanın hansı tarixdə, hansı cəmiyyətdə, hansı ailəyə mənsub olacağını təsbit edən, həyatı boyunca da nələrlə qarşılaşacağına qərar verən ancaq Allahdır. İnsana sahib olduğu ağılı, fikrindən keçirdiyi düşüncələri ilham edən də yenə Allahdır.
Bu səbəbdən bir insanın iman etməsi, sahib olduğu hər hansı xüsusiyyətdən qaynaqlanmaz. İmanı verən ancaq və ancaq Allahdır. Allah “Hadi”dir, yəni hidayət verəndir, eləcə də “Rəbb”dir, yəni öyrədib yetişdirəndir. İstədiyi qulunu doğruya yönəldər. Quranda bu gerçək Hz. Musanın sözləri ilə belə xəbər verilir:
“(Musa) dedi: “Rəbbimiz hər şeyə öz xilqətini verən, sonra da (ona) doğru yolu göstərəndir!” (Taha Surəsi, 50) (davamı…)
FACEBOOK'da bizi izləyin