Allah Üçün Nə Qədər Vaxt Ayırırsınız? May 1, 2010
Posted by fayuu in Mənəviyyat.Tags: Allah, Allah yolunda calisma, boş vaxt, ibadət, iman, mömin, Quran, vaxt ayirmaq
1 comment so far
Quran ayələrinə baxdığımız zaman mömin üçün boş vaxt anlayışının olmadığını görürük. Möminin hər gün vaxtlı-vaxtında yerinə yetirəcəyi ibadətlərin çox vaxtını aparmaması, qalan vaxtını öz istək və həvəslərinə uyğun boş işlərə sərf edə bilər mənasını vermir. Allah iman gətirənlərin üzərinə bütün həyatları boyu həm öz nəfsləri ilə, həm də inkar edənlərin əxlaqına qarşı fikir mübarizəsi aparmaq vəzifəsi qoyub.
Bunun üçün möminin yerinə yetirməli olduğu bir çox hazırlıqlar, saysız-hesabsız vəzifələr var. Onun bu səmimi və ixlaslı səylərinin həddi-hüdudu, fasiləsi yoxdur. Bu səbəbdən yerinə yetirilən iş, tamamlanan vəzifə, başa çatdırılan hazırlıq işlərinə ara vermək üçün səbəb deyil, tam əksinə, yeni fəaliyyətə başlamağın bir nişanəsidir. (davamı…)
Quran Oxuyarkən Şeytandan Allaha Sığının! Aprel 17, 2010
Posted by fayuu in Mənəviyyat.Tags: Allah, Allahin sozu, hökm, iman, iman derecesi, iman dərəcəsi, inkarçı, Quran, Quran oxumaq, Rəbbimiz, seytanin vesvesesi, tevekkul, təvəkkül, zerer, zərər, şeytan, şeytanın vəsvəsəsi
1 comment so far
Allah bir sınaq olaraq şeytanı insanların düşüncələrinə gizli təlqinlər edən xüsusiyyətdə yaradıb. Bu təlqin də insanların iman dərəcələrinə görə dəyişir. Şeytanın inkarçılar qarşısında hər istədiyini etdirəcək bir qüvvəsi olduğu halda, səmimi möminlərin imanına zərər verə biləcək heç bir qüvvəsi və təsiri yoxdur («Hicr» surəsi, 39-40). Lakin şeytanın Allahın xalis qullarını azdırmaq qabiliyyətinə tam malik ola bilməsədə, o, insanların nəzərlərini yayındırmaq, unutqanlıq vermək, diqqətlərini toplamağa imkan verməmək kimi zərərlər verməyə çalışır. Şübhəsiz ki, şeytanın təsiri ilə hərəkət edən insanlar öz sözləri, danışıqları, davranış və hərəkətləri ilə möminləri narahat edirlər. Bunun kimi şeytan da özünün görünməzliyi ilə bu cür narahatlığı verməyə çalışır. Bununla da şeytan möminlərin düşüncələrini məşğul edib diqqətlərini yayındırmaqla onların xeyirli əməllərinə mane olmaq istəyir.
Şeytanın bəhs etdiyimiz bu üsulla çatmaq istədiyi məqsədlərdən biri də möminlərin Allahın sözü olan Quranı oxuyub dərk etmələrinin və ondan gözəl şəkildə istifadə etmələrinin qarşısını almaqdır. Çünki möminlər (davamı…)
Allaha Etimad Və Təslimiyyət Aprel 10, 2010
Posted by fayuu in Mənəviyyat.Tags: Allah, canlı, dünyanın sirri, Dünya, güven, güvənmək, guvenmek, ilahilesdirmek, ilahiləşdirmək, iman, inkarçı, insan, qorxmaq, Quran, sağlamlıq, tesaduf, tevekkul, təsadüf, təvəkkül, xaos
add a comment
İmanın ən önəmli göstəricilərindən biri insanın Allaha olan etibarı və təslimiyyətidir. Quranda «təvəkkül» olaraq təqdim edilən bu xüsusiyyət həqiqətən də iman gətirən insanla iman gətirməyən insan arasındakı ən böyük fərqlərdən biridir.
İnkarçı insan üçün bütün dünya xaosdur. O, özünün təsadüfən var olduğunu, ətrafındakı dünyanın da təsadüflər nəticəsində yarandığını zənn edər. Bu vəziyyətdə heç bir zaman həqiqi arxayınlıq və sakitlik hiss etməz. Çünki hər an başına bir şey gələ bilər və onu üzəcək hadisələr ola bilər. Vaxtının önəmli bir hissəsini gələcəklə bağlı hiss etdiyi həyəcanlarla keçirir. Onun xoşbəxtliyinə təsir göstərən yüzlərcə, minlərcə bir-birindən asılı olmayan amil vardır ki, bunların hər hansı biri «təsadüfən» pisliyə uğrayıb həyatını məhv edə bilər. Məsələn, sağlamlığını itirə bilər, işdən çıxarıla bilər ya da sevdiyi bir insan ölə bilər. Bütün bu səbəbləri müstəqil və nəzarətsiz zənn etdiyindən hər biri üçün ayrı-ayrılıqda narahat olar. Bu, yüzlərcə müstəqil amilin ilahiləşdirilməsi mənasını verir. Çünki bir şeydən qorxmaq ya da ona güvənmək, Quranda bildirildiyinə görə, onu ilahiləşdirmək mənasını verir.
Amma mömin dünyanın sirrini dərk etmişdir. Bu sirr (davamı…)
Saleh Əməl Aprel 4, 2010
Posted by fayuu in Mənəviyyat.Tags: Allah, axiret, axirət, doğru, gözəl, iman, insan, islah etmək, iş, müselman, müsəlman, mena, məna, qətiyyət, Quran, saleh əməl, səbir, sədaqət, səmimi, xeyirli, yaxsi
1 comment so far
Quranda tez-tez rast gəlinən terminlərdən biri «saleh əməl»dir. «Saleh» kəlməsi “gözəl, doğru, xeyirli” mənalarını verir. «İslah etmək» feli də eyni kökdən törəmişdir və «saleh vəziyyətə gətirmək» deməkdir. «Əməl» kəlməsinin Azərbaycan dilinə ən yaxın qarşılığı isə «iş»dir. Ümumiyyətlə, saleh əməl, yaxşı və xeyirli iş mənasını verir ki, bu da Quranda Allahın rizasına və göndərdiyi dinə uyğun hər cür əməl və hərəkəti ifadə edir.
İnsanın axirətini xilas edən şey isə yalnız iman gətirməsi deyil, eyni zamanda o imana uyğun saleh işlər görməsidir. Çünki saleh əməl səmimi imanın göstəricisidir. Bunun əksinə, yalnız «iman gətirdim» deyib bu imanın tələblərini yerinə yetirməmək insanı xilas etməz. Allah bu mövzuda belə buyurur:
«İnsanlar yalnız: «İman gətirdik!» – demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar? Biz onlardan əvvəlkiləri də imtahana çəkmişdik. Şübhəsiz ki, Allah düzdanışanları da, yalançıları da çox gözəl tanıyar!» («Ənkəbut» surəsi, 2-3).
Allahın «iman gətirdik» deyənləri sınamasının önəmli qismi saleh əməllərlə olur. Çünki bu əməllər, onları yerinə yetirməyə borclu olan müsəlmanların səbirlərini, qətiyyətlərini, sədaqətlərini, qısası, imanlarındakı fərasətlərini ortaya çıxarır. (davamı…)
Dua Aprel 3, 2010
Posted by fayuu in Mənəviyyat.Tags: aciz, Allah, dua, elamet, əlamət, Hz. Zəkəriyyə, ilham, iman, insan, itaet, itaət, mömin, nemet, nemət, qul, Quran, Rəbb, saf, səbirli, temiz, təmiz, zeif, zəif
add a comment
Bir insanın Allaha iman gətirdiyini göstərən önəmli əlamətlərdən biri də duadır. Dua edən insan özünün aciz və zəif qul olduğunu, istədiklərini özü tək yerinə yetirə bilməyəcəyini və bunları ona ancaq Allahın verə biləcəyini qəbul etmiş olur. Dua Allaha qul olmağın ən saf, ən təmiz, ən səmimi ifadələrindəndir. Quranda da möminlərin əsas xüsusiyyətlərindən birinin «gecə-gündüz səbir edərək Allaha dua etmək» olduğu belə xəbər verilir:
«Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona ibadət edənlərlə birlikdə özünü səbirli apar. Fani dünyanın bər-bəzəyini arzu edib nəzərlərini onlardan çevirmə. Qəlbini Bizi xatırlamaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və işində ifrata varan bir kimsəyə itaət etmə!» («Kəhf» surəsi, 28).
Ancaq duanın nə demək olduğunu və necə edildiyini yaxşı bilmək lazımdır. Çünki Qurandan kənar qaynaqlardan (məsələn, ata-anadan, ətrafdan, ənənələrdən) öyrənilən dua anlayışı adətən Quranda bildirilən həqiqi dua anlayışına uyğun gəlmir. Buna görə də Quranda bu mövzuda verilən nöqteyi-nəzəri və ruhi halı yaxşı dərk etmək lazımdır.
Allaha Etimad və Təslimiyyət Aprel 2, 2010
Posted by fayuu in Mənəviyyat.Tags: Allah, amil, güvənmək, gelecek, gələcək, guvenmek, heqiqi, həqiqi, iman, insan, qorxmaq, Quran, tesaduf, teslimiyyet, tevekkul, təsadüf, təslimiyyət, təvəkkül, xoşbəxt
1 comment so far
İmanın ən önəmli göstəricilərindən biri insanın Allaha olan etibarı və təslimiyyətidir. Quranda «təvəkkül» olaraq təqdim edilən bu xüsusiyyət həqiqətən də iman gətirən insanla iman gətirməyən insan arasındakı ən böyük fərqlərdən biridir.
İnkarçı insan üçün bütün dünya bir xaosdur. O, özünün təsadüfən var olduğunu, ətrafındakı dünyanın da təsadüflər nəticəsində yarandığını zənn edər. Bu vəziyyətdə heç bir zaman həqiqi arxayınlıq və sakitlik hiss etməz. Çünki hər an başına bir şey gələ bilər və onu kədərləndirəcək hadisələr ola bilər. Vaxtının önəmli bir hissəsini gələcəklə bağlı hiss etdiyi həyəcanlarla keçirir. Onun xoşbəxtliyinə təsir göstərən yüzlərcə, minlərcə bir-birindən asılı olmayan amil vardır ki, bunların hər hansı biri «təsadüfən» pisliyə uğrayıb həyatını məhv edə bilər. Məsələn, sağlığını itirə bilər, işdən çıxarıla bilər ya da sevdiyi bir insan ölə bilər. Bütün bu səbəbləri müstəqil və nəzarətsiz zənn etdiyindən hər biri üçün ayrı-ayrılıqda narahat olar. Bu, yüzlərcə müstəqil amilin ilahiləşdirilməsi mənasını verir. Çünki bir şeydən qorxmaq ya da ona güvənmək, Quranda bildirildiyinə görə, onu ilahiləşdirmək mənasını verir.
İman Edən Alimlərin “Dinə Xidmət Şövqü” Aprel 1, 2010
Posted by fayuu in Elm Nə Deyir?.Tags: alim, Allah, ağıllı, cəhd, elm adamları, fayda, faydalı, heves, həvəs, iman, imkan, inkişaf, kainat, karyera, kesf, kəşf, mövqe, menfeet, mənfəət, pul, səmimi, sonsuz, tebiet, tedqiqat, təbiət, tədqiqat, vacib, yaradılış, yaradılış gerçəyi, şöhrət
1 comment so far
Allahın varlığına və böyüklüyünə iman gətirmiş elm adamlarının dünyaya aid məqam, mövqe, şöhrət və ya pul kimi həvəsləri olmadığı üçün elmi araşdırmalarda göstərdikləri cəhdləri də son dərəcə səmimi olur. Bu insanlar bilirlər ki, kainatla bağlı kəşf etdikləri hər sirr bütün insanlara Allahı tanıdacaq, insanlara Allahın sonsuz gücünü və elmini göstərəcəkdir. İnsanlara Allahın varlığını anlatmaq, yaradılış gerçəyini tanıtmaq iman edən bir insan üçün, şübhəsiz, vacib bir ibadətdir.
Elə bu səmimi düşüncələrə sahib olan imanlı alimlər bütün həyatları boyu böyük bir şövqlə kainatdakı qanunları, təbiətdəki möcüzəvi sistemləri, canlılardakı qüsursuz mexanizmləri, ağıllı davranışları kəşf etmək üçün mühüm araşdırmalar edirlər. Apardıqları tədqiqatlardan da son dərəcə faydalı nəticələr alır, böyük nailiyyətlər əldə edirlər. Bu yolda çətinliklərlə qarşılaşmaq onları geri çəkilməyə vadar etməz və ya insanlardan bir qarşılıq görməsələr də həvəslərini itirməzlər. Çünki onlar etdikləri ilə məhz Allahın razılığını qazanmaq məqsədi güdürlər. (davamı…)
Fitnə Mart 31, 2010
Posted by fayuu in Mənəviyyat.Tags: azərbaycan dili, Dünya, dua, ereb dili, ezerbaycan dili, ərəb dili, ferqli, fərqli, fitne, fitnə, hidayət, Hz.Musa, iman, imtahan, meqsed, məqsəd, Quran, sıxıntı, var-dövlət, var-dovlet, xestelik, xəstəlik
1 comment so far
Ərəb dilində bəzi kəlmələr hər dildə olduğu kimi bir çox mənalarda işlənmişdir. Azərbaycan dilində bəzi kəlmələrin fərqli mənaları olduğu kimi, ərəb dilindəki «fitnə» kəlməsinin də fərqli mənaları vardır.
Fitnə əslində «qızılın digər yad metallardan ayrılması məqsədi ilə qaynadılması üsulu» üçün istifadə olunan bir kəlmədir. Quranın bir çox ayəsində fitnə sözün kökünə bağlı olaraq möminlərlə inkarçıların və ya münafiqlərin bir-birindən ayrılması üçün yaradılan imtahanlara verilən addır. Bu imtahanların əsas xüsusiyyəti özündə azdırıcı ünsürləri də daşımasıdır. Yəni insanın doğru yoldan azması və ya hidayətə tabe olması bu imtahan qarşısında göstərdiyi davranışa bağlıdır. Hz.Musanın Quranda xəbər verilən duası fitnənin həm azdırıcı, həm də hidayətə çatdıran xüsusiyyətlərinin olduğunu göstərir. Ayədə belə buyurulur:
«Musa Bizim təyin etdiyimiz vaxt üçün öz tayfasından yetmiş adam seçmişdi. Onları sarsıntı yaxalayanda Musa dedi: «Ey Rəbbim! Əgər istəsəydin, bundan qabaq onları da, məni də məhv edərdin. Aramızdakı səfehlərin törətdiyi günahlar üzündən bizi məhvmi edəcəksən? Bu Sənin sınağından başqa bir şey deyildir. Sən onunla istədiyini zəlalətə düçar edər, istədiyini doğru yola salarsan. Sən bizim hamimizsən. Bizi bağışla və rəhm et. Axı Sən bağışlayanların ən yaxşısısan!» («Əraf» surəsi, 155).
Dünyanın bir imtahan yeri olduğu və insanların imanlarının mütləq qaydada sınağa çəkiləcəyi Quranın bir çox ayələrində xatırladılır:
«İnsanlar yalnız: «İman gətirdik!» – demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar? Biz onlardan əvvəlkiləri də imtahana çəkmişdik. Şübhəsiz ki, Allah düzdanışanları da, yalançıları da çox gözəl tanıyar!» («Ənkəbut» surəsi, 2-3).


FACEBOOK'da bizi izləyin