Kainata Xaos Hakimdir, Yoxsa Nizam? Aprel 5, 2010
Posted by fayuu in Elm Nə Deyir?.Tags: təsadüf, kainat, ideologiya, materializm, materialist fəlsəfə, nəzəriyyə, biologiya, maykl denton, elektromaqnetizm, sonsuz, materialist, araşdırma, atom, dünya müharibəsi, nizam, fizika, xaos, məqsəd, iddia, mitoxondri, elmi araşdırma, meqsed, tesaduf, elm dünyası, ateizm, ahəng, xaos nəzəriyyəsi, fiziki təcrübələr, coğrafiya, nezeriyye, kimyəvi araşdırma, kimyevi arasdirma, fəriziyyə, cazibə qüvvəsi, cazibe quvvesi, element, insan heyati, qərb alimləri, qerb alimleri, kosmologiya, teologiya, dindar, dunya muharibesi
1 comment so far
Materialistlər kainatın sonsuz əvvəldən bəri mövcud olduğunu iddia etməklə yanaşı, kainatda müəyyən məqsəd və nizam olmadığını da iddia edirlər. Kainatdakı bütün nizam, ahəng və uyğunluğun sadəcə təsadüflərin nəticəsi olduğunu irəli sürürlər. Bu fikirlər XIX əsrin ikinci yarısından etibarən elm dünyasına hakim olmuş və elmi araşdırmaları istiqamətləndirmişdir.
Məsələn, kainatda müəyyən nizam olmadığını göstərmək məqsədilə “xaos nəzəriyyəsi” adlı bir fərziyyə ortaya atılmışdır. Bu nəzəriyyə vasitəsilə xaosun (qarışıqlığın) içindən öz-özünə nizam əmələ gələcəyi iddia edilmiş və bu iddianı dəstəkləmək üçün saysız-hesabsız elmi çalışmalar edilmişdir. Riyazi hesablamalar, nəzəri fizika çalışmaları, fiziki təcrübələr və kimyəvi araşdırmalar daim “kainatın müəyyən xaosun nəticəsi olduğu necə göstərilə bilər” sualına cavab almaq üçün davam etdirilmişdir.
Əslində isə aparılan hər yeni araşdırma, (davamı…)
Şirk Nədir? Mart 30, 2010
Posted by fayuu in Mənəviyyat.Tags: Allah, ateist, üstün, bəyənmək, düşüncə, dünyagörüşü, dəyər, dinsiz, ərəb dili, əxlaq anlayışı, ideologiya, inam, müsəlman, müşrik, ortaqlıq, qulluq, Quran, səviyyə, tanrı, xristian, yaşayış tərzi, yanlış, yəhudi, şərik qoşmaq, şirk
add a comment
«Şirk» ərəb dilində «şəriklik, ortaqlıq» mənasını daşıyır. Quranda isə şirk hər hansı bir şeyi və ya hər hansı bir kimsəni, ya da hər hansı bir anlayışı üstün tutmaq, dəyər vermək, önəm vermək, daha artıq bəyənmək baxımından Allahla bərabər və ya daha üstün bir səviyyədə görmək və bu yanlış dünyagörüşü ilə hərəkət etmək şəklində göstərilir.
Şirk Quran açıqlamalarında «tay qoşmaq», «şərik qoşmaq» kimi tərcumə edilir. Quranda Allaha şərik qoşmaq «Allahdan başqa tanrı seçmək», «Allahdan başqasına qulluq etmək» kimi də ifadə olunur.
Ən geniş mənada isə şirk inam, düşüncə, əxlaq anlayışı, yaşayış tərzi və dəyər baxımından Allahın Quranda bildirdiyi ölçülərdən və mütləq doğrulardan fərqli meyarlar seçmək və həyatını bu meyarlara görə qurmaqdır. (davamı…)
Təkamül Nəzəriyyəsinin Süqutu və İdeoloji Səbəbləri Fevral 15, 2010
Posted by fayuu in Darvinizmin Sonu.Tags: təkamül nəzəriyyəsi, genetika, canlı, təsadüf, Allah, fosil, laboratoriya, arxeoloji, yaradılış, hüceyrə, ideologiya, Çarlz Darvin, materialist fəlsəfə, biologiya, elm, primitiv, materialist, düşüncə, texnologiya, zülal, şifrə, heyvan, enerji, riyazi, elmi qanun, zoologiya, paleontologiya, biokimya, mikrobiologiya, təbii şərtlər, quruluş, ideoloji, bəşəriyyət, Mənəviyyat, ehtimal, amin turşusu, protein, mitoxondri, ribosom, lizosom, hüceyrə qılafı, holci kompleksi, endoplazmatik şəbəkə, orqanoid, fantaziya, DNT molekulu, Frensis Krik, nobel mükafatı, ibtidai
1 comment so far
Təkamül nəzəriyyəsi yer üzündəki canlıların təsadüflər nəticəsində təbii şərtlər daxilində öz-özünə meydana gəlməsini müdafiə edir. Bu nəzəriyyə elmi qanun, sübut edilmiş həqiqət deyil, elmilik pərdəsi altında cəmiyyətlərə qəbul etdirilməyə çalışılan materialist düşüncə tərzidir. Müasir elm tərəfindən hər sahədə təkzib edilən bu nəzəriyyənin ən böyük əsasları hiylə, saxtakarlıq, təhrif, yalanlardan ibarət təlqin və təbliğat üsullarıdır.
XIX əsrin bəsit elmi məlumatları ilə xəyali fərziyyə kimi irəli sürülən təkamül nəzəriyyəsi bu günə qədər heç bir elmi fakt və ya təcrübə vasitəsilə sübut edilə bilinməmişdir. Əksinə, nəzəriyyənin iddialarını əsaslandırmaq üçün istifadə edilən bütün üsullar belə bir nəzəriyyənin əsassızlığını sübut etmişdir.
Ancaq bir çox insan, (davamı…)
Doğrunu Səhvdən Ayıran Rəhbər Fevral 10, 2010
Posted by fayuu in İdeologiyalar.Tags: Adamyeyən, Allah, Almaniya, cəmiyyət, dahi, Dünya, doğru, Hitler, icad, ideologiya, ideoloq, insan, kainat, Lenin, marks, nasist, qanun, rəhbər, səhv, sual, Yaradan
add a comment
Dünyanı anlamağa çalışarkən özümüzə nəyi rəhbər etməliyik? .. Əslində insanların çoxu bu sual barəsində heç düşünmür. Onların rəhbəri cəmiyyətdir. Cəmiyyətdən öyrəndiyi doğrulara və səhvlərə görə öz həyatlarını qururlar. Cəmiyyət, dünyanın düz olduğuna inanırsa, onlar da elə düşünürlər. Adamyeyən qəbiləsində böyüyülərsə, insan əti yeməyi təbii qarşılayırlar. Nasist Almaniyasında Hitlerə tapınmağı haqlı hesab edirlər. Qısası, çoxluğa uyğunlaşırlar.
Dünyanı anlamaq üçün bir də cəmiyyətdən üz çevirib “dahi”lərin icadlarına yönəlmək olar. İdeologiyalara ümid edib, ideoloqların düşüncələrinə bel bağlamaq olar. Məsələn, Marksın bütün dünyanın, hətta kainatın necə yarandığını, hansı qanunlara görə işlədiyini, gələcəyin necə olacağını kəşf etdiyinə inanmaq olar. Bu gedişlə Marksın ən böyük tələbəsi olan Leninin “o möhtəşən beyni” mühafizə edilib “insanların istifadəsi” üçün saxlamaq da olar.
Bolşevik Vəhşiliyin Tarixi Fevral 7, 2010
Posted by fayuu in İdeologiyalar.Tags: əmək düşərgəsi, ideologiya, karl marks, kommunist, Kommunizm, Lenin, müharibə, nüvə silahı, nəzəriyyəçi, partizan, soyqırım, tarix
add a comment
20-ci əsr insanlıq tarixinin ən qanlı dövrüdür. Bu əsr əvvəlki əsrlərdə olmayan və görülməmiş dünya müharibələri, soyqırımlar, ölümcül əmək düşərgələri, kimyəvi silahlar, nüvə silahları, bombardmanlar, partizan döyüşləri, terror əməliyyatları kimi vəhşiliklərlə doludur. Bu əsrdə saydığımız üsullarla öldürülən insanların sayı yüz milyonlarladır.
20-ci əsrin bu qədər qanlı olmasının iki mühüm səbəbi var. Birincisi, inkişaf edən texnologiya köhnə silahlarla müqayisədə daha çox məhvetmə gücünə malik silahların istehsalına imkan vermişdir. Daha əhəmiyyətli olan ikinci səbəb isə bu silahların qorxunc vəhşiliklə istifadə edilməsinə şərait yaradan ideologiyalar mövcud olmuşdur. Təməlləri 19-cu əsrdə atılan müxtəlif “izm”lərin qanlı nəticəsi əsasən 20-ci əsrdə görülmüşdür.
Kommunizm bu “izm”lərin ən qanlısı, ən mərhəmətsizi və ən geniş miqyaslısıdır. 20-ci əsrdə kommunist rejimlər və ya təşkilatlar tərəfindən öldürülən insan sayı təxminən 120 milyondur. 120 milyon insan sırf bu ideologiya uğrunda edam edilmiş, konslagerlərdə ölənədək işlədilib qətlə yetirilmiş, “sürgün” edilərək Sibir səhralarında məhv edilmiş, qəsdən təşkil edilən qıtlıqlarla acından öldürülmüş, ən qorxunc həbsxanalarda ən qorxunc işgəncələrə məruz qalmış, beyni yuyulmuş kommunist hərbçilər tərəfindən güllələnmiş, boğulmuş və məhv edilmişdir. 1917-ci ildə Rusiyada reallaşan qanlı Bolşevik İnqilabı ilə başlayan vəhşilik, ilk əvvəl yeni qurulan Sovet İttifaqına, daha sonra Şərqi Avropaya, Çinə, Koreyaya, Vyetnama, Kambocaya, Latın Amerikasına, Kubaya və Afrikaya yayılmışdır.
İndi isə bu qırmızı vəhşiliyin tarixini araşdıracağıq… (davamı…)
İslam Dünyasında Parçalanmanın Səbəbləri Yanvar 4, 2010
Posted by dusunek in İslam Birliyi.Tags: müxtəliflik, Allah, ideologiya, fəlsəfə, irqçilik, din, Avropa, İslam əxlaqı, müharibə, müsəlman, qərb, xristian, Quran əxlaqı, ərəb, İslam Dünyası, imperiya, radikal, milliyətçilik, müstəmləkə, etnik, iran, iraq, millət, vətən, sevgi, mömin, müsəlman cəmiyyət, irq, cinsiyyət, dil, tayfa, əcəm, Yaxış şərq, məzhəb, nizam, hərc-mərclik, despot, strategiya
3 comments
İslam dünyasının parçalanması 20-ci əsrin əvvəllərində ortaya çıxmışdır. Bundan əvvəl isə fərqli məzhəb, irq və dillərdən olan müsəlmanlar müxtəlif İslam imperiyalarının rəhbərliyi altında bir yerdə dinc və təhlükəsiz şəraitdə yaşayırdılar. Ən vacibi isə bu halda onlar daha güclü idilər.
Ancaq 19-cu əsrin ən dağıdıcı axınlarından biri olan radikal milliyyətçilik İslam dünyasında da təsirini göstərdi. Müsəlmanların bir qisimi qərb ideyalarının təsiri altında qalaraq özlərinə təlqin edilən ideologiyanı mənimsədilər. Bu əsnada İslam imperiyalarının zəifləməsi ilə müsəlmanların böyük əksəriyyəti qərbli güclərin müstəmləkəsinə çevrilmişdi. Müstəmləkəçi güclər İslam torpaqlarından çəkilərkən də bu torpaqları süni sərhədlərlə bölüb müxtəlif dövlətlər meydana gətirdilər. Bu vəziyyət bəzi müsəlmanlar arasında yayılan radikal milliyyətçilik hərəkatları ilə birləşərək ortaya olduqca qarışıq vəziyyət çıxartmışdı.
Kommunizm – Ölüm Quyusu Dekabr 25, 2009
Posted by dusunek in İdeologiyalar.Tags: ölüm quyusu, ideologiya, kommunist, Kommunizm, Kommunizm pusqudadır, partizan qrupları, terror
add a comment
Kommunizm 20-ci əsrə damğasını vurmuş ideologiyadır. Amma bu damğa yalnız zülm, qan və gözyaşlarıyla doludur. Hesablamalara görə yalnız bu ideologiya səbəbiylə 20-ci əsr boyunca 120 milyon insan öldürülmüşdür. Bunlar, bir müharibə əsnasında cəbhədə ölən əsgərlər deyil, kommunist dövlətlərin öz xalqlarından öldürdükləri vətəndaşlardır. 100 milyon kişi, qadın, yaşlı, körpə, yalnız “kommunizm” deyilən bu soyuq, sərt və vəhşi ideologiya səbəbiylə həlak olmuşdur. Bundan əlavə kommunist rejimlər tərəfindən konstitusional hüquq və azadlıqlarından məhrum edilən, sürgün edilən, sistemli olaraq qıtlıqla üz-üzə gətirilən, həbs edilən, fəhlə düşərgələrində kölə kimi istifadə edilən on milyonlarla insan vardır. Milyonlarla insan da kommunist partizan qrupların, terror təşkilatlarının gülləsinə hədəf olmuş və ya hədəf olmaq qorxusu altında yaşamışdır. (davamı…)
FACEBOOK'da bizi izləyin