Allah Üçün Nə Qədər Vaxt Ayırırsınız? May 1, 2010
Posted by fayuu in Mənəviyyat.Tags: Allah, Allah yolunda calisma, boş vaxt, ibadət, iman, mömin, Quran, vaxt ayirmaq
1 comment so far
Quran ayələrinə baxdığımız zaman mömin üçün boş vaxt anlayışının olmadığını görürük. Möminin hər gün vaxtlı-vaxtında yerinə yetirəcəyi ibadətlərin çox vaxtını aparmaması, qalan vaxtını öz istək və həvəslərinə uyğun boş işlərə sərf edə bilər mənasını vermir. Allah iman gətirənlərin üzərinə bütün həyatları boyu həm öz nəfsləri ilə, həm də inkar edənlərin əxlaqına qarşı fikir mübarizəsi aparmaq vəzifəsi qoyub.
Bunun üçün möminin yerinə yetirməli olduğu bir çox hazırlıqlar, saysız-hesabsız vəzifələr var. Onun bu səmimi və ixlaslı səylərinin həddi-hüdudu, fasiləsi yoxdur. Bu səbəbdən yerinə yetirilən iş, tamamlanan vəzifə, başa çatdırılan hazırlıq işlərinə ara vermək üçün səbəb deyil, tam əksinə, yeni fəaliyyətə başlamağın bir nişanəsidir. (davamı…)
Namaz və Huşu Aprel 24, 2010
Posted by fayuu in Mənəviyyat.Tags: Allah, axiret, axirət, din, ferz ibadetler, fərz ibadətlər, husu, ibadet, ibadət, mömin, namaz, namazda husu, Quran, semimi, səmimi, teqva, təqva
2 comments
Hər gün müəyyən vaxtlarda nizamlı şəkildə yerinə yetirilməsi fərz sayılan ibadətlər var. Lakin həmin ibadətlərin daim yerinə yetirilməsini möminlər yalnız vərdiş halını alan ibadətlər qismində nəzərdən keçirməməlidirlər. Tam əksinə, Allah üçün yerinə yetirdiyi bu ibadət möminə hər dəfə yeni həyəcan və şövq verməlidir. Namaz da bu şəkildə daim yerinə yetirilən ibadətlərdəndir. Quranda möminlərin namazlarını huşu ilə qıldıqları bildirilir:
«Həqiqətən, möminlər nicat tapmışlar! Onlar namazlarında müti olub Ona boyun əyərlər!» («Muminun» surəsi, 1-2). (davamı…)
Bir-Birimizi Müjdələyək Aprel 20, 2010
Posted by fayuu in Mənəviyyat.Tags: Allah, ümmət, cennet, cənnət, edaletli, elçi, exlaqli insan, ədalətli, əxlaqlı insan, gözəl əxlaqlı, gözəl sözlü, gözellik, gözəlllik, gozel exlaqlı, gozel sozlu, heyecan, həyəcan, ibadet, ibadət, kafir, möhtəşəm, müjdə, münafiq, müsbət xarakterli insanlar, müselman, müselmanlara mujde, müsəlman, mohtesem, mujde, mukafat, musbet xarakterli insanlar, qelb rahatligi, qəlb rahatlığı, Quran, Qurandaki exlaq, Qurandakı əxlaq, sebirli, semimi, səmimi, səbirli, tesviq, tevazokar, təvazökar, təşviq, ummet
add a comment
«Doğrudan da, Biz səni haqla müjdə verən və qorxudan bir peyğəmbər kimi göndərdik. Elə bir ümmət yoxdur ki, onun içindən qorxudan bir elçi gəlib getməsin!» («Fatir» surəsi, 24).
Müsəlmanların xəbərdaredici xüsusiyyətləri ilə yanaşı, müjdəverici xüsusiyyətləri də vardır. Çünki Quran insanlara həm xəbərdarlıq, həm də müjdə kimi nazil edilmişdir.
Quranda müsbət xarakterli insanlar üçün bir çox müjdələr var. Şübhəsiz ki, bunların ən əhəmiyyətlilərindən biri gözəl əxlaqlı insanlar üçün hazırlanan cənnətdir. Allah insanların səbirli, səmimi, ədalətli, gözəl sözlü, təvazökar, gözəl əxlaqlı olacaqları təqdirdə axirətdə bir çox mükafatlarla qarşılıq görəcəklərini bildirmişdir. (davamı…)
Dinin Hökmünü Yerinə Yetirməyi Ticarət və ya Əyləncədən Üstün Tutmamaq Aprel 13, 2010
Posted by fayuu in Mənəviyyat.Tags: Allah, Allahı zikr etmək, alış-veriş, arzulanan. daxili rahatlıq, avtomobil, cahil cemiyyet, cahil cəmiyyət, cahiliyye dovru, cahilliyə dövrü, cənnət, Dünya, dünya əyləncəsi, dünyəvi, dünyəvi mənfəət, din exlaqi, din əxlaqı, dinin hökmleri, dinin hökmləri, dunya eylencesi, dunyevi, dunyevi menfeet, ebedi, ehtiras, ev, exlaqi danranis, eylence, əbədi, əxlaqi davranış, əyləncə, fayda, geyim, hesret cekmek, heves, həsrət çəkmək, həvəs, ibadet, ibadət, imkan, insan, insanlarin zeif cehetleri, insanların zəif cəhətləri, ləl-cəvahirat, maddi menfeet, maddi mənfəət, maddi zenginlik, maddi zənginlik, mal-mulk, müqayisə, mənzərə, namaz, ortaq, problemleri hell etmek, problemləri həll etmək, Quran, ruh sixintisi, ruzi, savab, sehrli qüvvə, sehrli quvve, sənət əsərləri, tehlukesizlik, təhlükəsizlik, ticaret, ticarət, vicdanlı həyat, vicdan, vicdan ezabi, vicdan əzabı, vicdanli heyat, xeyirli, xoşbəxtlik, yegane guvve, zekat vermek, zəkat vermək, zənginlik
add a comment
«Onlar bir alış-veriş, yaxud bir əyləncə gördükləri zaman səni ayaq üstə qoyub ona tərəf cumdular. De: «Allah dərgahında olan savab əyləncədən də, ticarətdən də xeyirlidir. Allah ruzi verənlərin ən yaxşısıdır!»« («Cümə» surəsi, 11).
Bu ayədə dinlə öz dünyəvi mənfəətləri arasında seçim aparan insanlardan bəhs edilir. Əsasən cahil cəmiyyətlərin din əxlaqına uyğun şəkildə yaşamaqdan yayınmasının bir neçə ortaq səbəbləri var. Ayədə bu səbəblərdən iki ən önəmlisinə – ticarət və əyləncəyə diqqət çəkilir.
Ticarətə diqqət çəkilməsinin səbəbi maddi mənfəət məsələsinin insanların ən zəif cəhətlərindən biri olmasıdır. Belə ki, çox vaxt insanların bir qismi öz maddi mənfəətləri naminə dinin bir çox hökmlərinə məhəl vermirlər. Bu, özünü bəzən namaz kimi zahiri ibadətdə, bəzən əxlaqi davranışlarda, bəzən də dinin başqa bir hökmündə göstərir. İnsanların var-dövlətin artırılması ilə bağlı belə bir həris davranış nümayiş etdirməsinin səbəbi maddi zənginliyin bütün mövcud problemləri həll edəcək sehirli qüvvəyə malik olması inancıdır. İnsanlar əldə edə bilmədikləri və həsrətini çəkdikləri hər bir imkana bu zənginlik sayəsində qovuşa biləcəklərinə inanırlar. Bunların arasında səadət, daxili rahatlıq, əminlik, hətta ölümsüzlük vardır. Belə adamlar elə zənn edirlər ki, zənginlik onların hətta ölümlərini də gecikdirəcək və onları dünyada əbədi edəcəkdir. Bu səbəbdən də (davamı…)
Əhəmiyyət Verilməyən Quran Hökmləri Aprel 13, 2010
Posted by fayuu in Mənəviyyat.Tags: Allah, Allahi tesbih etmek, Allahı təsbih etmək, ceza, cəza, din, heqiqi muselman, həqiqi müsəlman, ibadet, ibadət, inkar, insan, müselman, müsəlman, Quran, Quran ayeleri, Quran ayələri, Quran hökmləri, Quran hokmleri, savab, siddetli ezab, şiddətli əzab, İslam, İslam dini
add a comment
Bəzi insanlar dinə inandıqları və Quranı demək olar ki, hər gün oxuduqları halda Quranın bəzi ayələrini qulaqardına vurur, onlara etinasız münasibət göstərirlər. Bəziləri bu səhvə məlumatsızlıq və ya şüursuzluq ucbatından yol verdiyi halda, digərləri həmin hökmlərə qurduqları Qurandan kənar məntiqlərinin təsiri altında bilərəkdən əhəmiyyət vermirlər. Bu zaman onlar Quran hökmlərinə bilərəkdən etinasızlıqla yanaşmağın Allah dərgahında onlara nə qədər böyük məsuliyyət yüklənəcəyini və onları Allah rizasından necə uzaqlaşdıracağını isə əsla fikirləşmirlər. Halbuki Allahın hökmlərinə diqqətlə yanaşmayan insanların axirətdə əzabla qarşılaşacağı Quran ayələrində xüsusi şəkildə vurğulanır.
Bu düşüncəyə malik olan insanlar özlərinin Qurandan kənar məntiqlərinə əsaslanaraq, Allahın hökmləri arasında bir növ əhəmiyyətlilik və birincilik sıralaması qurur, hətta bəzi hökmləri öz həyatlarından tamamilə çıxararaq onları bir kənara atırlar. Belə bir yanlış din anlayışı yüzillər ərzində üst-üstə yığılmış adətlər şəklində nəsildən-nəslə ötürülərək dövrümüzə qədər gəlib çatmışdır. Din haqqında geniş yayılmış yanlış təsəvvürlərə görə, birinci yerə layiq görülüb, xüsusi əhəmiyyət verilən hökmlər aradan qaldırıldığı zaman insan daxilən vicdan əzabı keçirə bilər. Buna baxmayaraq, Quranda yer alıb, eyni dərəcədə əhəmiyyət verilməyən əmr və qadağalar aradan qaldırıldığı zaman insan heç bir narahatlıq hissi keçirməz. Quranda fərz (vacib) olduğu açıq şəkildə bildirilən bir çox mövzu «yerinə yetirsən savabdır, yetirməsən də heç bir şey olmaz» məntiqi ilə qiymətləndirilir. İnsanların qorxub çəkinməli olduğu qadağalar isə «Allah bağışlayar» məntiqi ilə asanlıqla pozulur.
Halbuki Quranın heç bir ayəsində belə bir meyardan bəhs edilmir. Namaz və oruc ibadətləri Allahın qəti əmri olduğu kimi, Quranda göstərilən başqa əmr və qadağalar da eynilə bütün möminlərin tabe olmaları vacib olan qəti hökmlərdir. (davamı…)
Fitnə Ünsürləri Aprel 10, 2010
Posted by fayuu in Mənəviyyat.Tags: adet-enene, adət-ənənə, Allah, cemiyyet, Dünya, dünya həyatı, din, dunya heyati, ehtiras, fitne, fitnə, ibadət, imtahan, insan, islamda ovlad, istek, istək, mal-dovlet, mömin, müsəlman, nefsin istekleri, nəfsin istəkləri, Quran, İslam
3 comments
Möminin dünya həyatında necə yaşamalı olduğunu hər şeyin yaradıcısı olan Allah ən incə təfsilatına qədər bildirmişdir. Ancaq insan istək və ehtiraslarını ölçü olaraq götürdüyündə, nəfsinin arzu və istəklərini dinin mənfəətlərindən və Allahın razılığından üstün tuta bilir və nəticədə qəflət dolu bir ruh halına girir. Belə olduğu təqdirdə Allahın vacib buyurduqlarını tamamilə danır, ciddi şəkildə cəhd etməsi lazım olan hallarda səhlənkar və məsuliyyətsiz münasibət göstərmiş olur.
Allahın dünya nemətlərinin ötəri olduğunu və dünyanın bir imtahan yeri olduğunu dəfələrlə bildirməsinə baxmayaraq, bu cür insanlar dünyanı özlərinə «əsl yurd» seçməklə axirətdən tamamilə üz çevirirlər.
Quranı nəzərə almayan bir insan sadəcə dünyaya yönəlmiş məqsədlər seçməklə, imtahan üçün yaradılan hadisələr içərisində boğulur. Allah mal-dövlətin və eləcə də uşaqların fitnə olacağını bir ayəsində belə xəbər verir:
«Həqiqətən, mal-dövlətiniz və oğul-uşağınız ancaq bir imtahandır (fitnədir). Ən böyük mükafat isə Allah dərgahındadır!» («Təğabun» surəsi, 15).
Ərəb dilində «imtahan» kəlməsinin başqa mənaları olmasına baxmayaraq, bunlar üçün «fitnə» kəlməsinin işlədilməsi olduqca diqqət çəkir. Çünki insan dünyadakı vəzifəsini anlamadan «mütləq evlənməliyəm», « ailəm, uşaqlarım olmalıdır», «mal-mülk sahibi olmalıyam» deyə düşünərək (davamı…)
Münafiqlər Aprel 8, 2010
Posted by fayuu in Mənəviyyat.Tags: Allah, cehennem, cennet, cəhənnəm, cənnət, davranış, din, dindar, fani, halal, hökm, ibadet, ibadət, ikiüzlü, insan, maraq, münafiq, mefeet, mentiq, mənfəət, məntiq, nemet, nemət, Peyğəmbər, qeyri-semimi, qeyri-səmimi, Quran, razılıq, rehmet, rəhmət, riza, tebeqe, təbəqə, zidd
add a comment
İnsan dinə yaxınlaşarkən «Bu işin içində necə bir mənfəət əldə edə bilərəm?» kimi azdırıcı məntiqlə deyil, «Allaha necə ibadət edə bilərəm, Ona necə itaət edib razılığını qazana bilərəm?» məntiqini düşünməlidir. Buna zidd olan davranış isə səmimiyyətsizlik olar. Quran bu cür davranışları mənimsəyənləri «münafiq» olaraq tanıtmışdır. Bunlar bir sıra mənfəətləri naminə dindar görünən, qeyri-səmimi, ikiüzlü insanlardır və Allahın qəzəbinə ən çox uğrayan, cəhənnəmin ən alt təbəqəsinə atılacaq olanlar da onlardır. Quranda bu insanların vəziyyəti belə bildirilir:
«Onlar: «Allaha, Peyğəmbərə iman gətirdik, itaət etdik!» – deyər, bundan sonra isə onlardan bir dəstə üz çevirər. Belələri mömin deyillər. Aralarında hökm etmək üçün Allahın və Peyğəmbərin yanına çağırıldıqda onlardan bir dəstə dərhal üz çevirər. Əgər haqq onların tərəfində olsa, itaət edib onun yanına gələrlər» («Nisa» surəsi, 47-49).
Göründüyü kimi, (davamı…)
İslami Mənbələrdə “Axır Zaman” Fevral 8, 2010
Posted by fayuu in Axır Zaman.Tags: Allah, Axır Zaman, degenerasiya, din, əxlaq, əxlaqsızlıq, hədis, Hz. Mehdi, Hz. İsa, ibadət, müjdə, müqəddəs, nemət, Peyğəmbər, qiyamət, qul, Quran, qurtuluş, son dövr, zühur, şərik, İslam, İslam əxlaqı
1 comment so far
Axır zaman, “son dövr” mənasını verir və İslama görə Qiyamətə yaxın bir zamanda, Quran əxlaqının hakim olacağı və din əxlaqının insanlar arasında geniş şəkildə yaşanacağı dövrü ifadə edir. Bu dövrdə insanların hüzur və güvən içində yaşamaları üçün lazım olan hər cür şərait mövcud olacaq, əvvəlki dövrlərdə yaşanan hər cür çətinliyin əvəzinə bolluq, bərəkət və ədalət hakim olacaq, əxlaqsızlıq, saxtakarlıq və degenerasiyanın hər növü ortadan qalxacaqdır.
Bu dövr, bütün inanan insanların əsrlərdir həsrətlə gözlədikləri İslam əxlaqının hakim olduğu müqəddəs bir dövrdür.

FACEBOOK'da bizi izləyin