jump to navigation

Musəvi Mənbələrdə Hz. Mehdinin (ə.s.) Çıxış Əlamətləri Oktyabr 31, 2010

Posted by fayuu in Axır Zaman.
Tags: , , , , , ,
add a comment

Ateizmin yayılması:

(Mehdinin) gələcəyi nəsildə… bütün dövlətlər Minim dinini (ateizmi) qəbul edəcək və verilən öyüdlərdən üz çevirəcək… (Talmud, Sanhedrin 11:97a)

Dindarların xor görülməsi:

Davud oğlunun (Hz. Mehdinin (ə.s.)) gəldiyi nəsildə… Allahdan qorxan insanlar xor görüləcək. (Talmud, Sanhedrin 97a)

Din əxlaqından uzaqlaşılması:

(Mehdinin) gələcəyi nəsildə… Haqqdan uzaqlaşcaqlar… (Talmud, Sanhedrin 97a)

Hökumətlərin din əxlaqından uzaqlaşması:

Məsihin (Hz. Mehdinin (ə.s.)) dövründən əvvəlki müddətdə… dövlət başçıları dalalətə düşəcək (dini inanclara qarşı çıxacaq) və onları qınayan kimsə olmayacaq… (Talmud, Sota 49b) (davamı…)

Hz. Mehdinin (ə.s) Gəlişini Göstərən Yüzlərlə Əlaməti Görməməzliyə Vuranlar, Hz. Mehdi (ə.s) İlə Birlikdə Mələklərin Gəldiyini Görsələr Belə İnanmazlar Oktyabr 31, 2010

Posted by fayuu in Axır Zaman.
Tags: , ,
1 comment so far

Axır zamanda hansı hadisələrin baş verəcəyi, hansı vəziyyətlərin ortaya çıxacağı Peyğəmbərimizin (s.ə.v) hədislərində heyrətamiz təfərrüatla xəbər verilmişdir və bu xəbərlərin hamısı bir-bir reallaşmışdır. Peyğəmbərimizin (s.ə.v) bundan 1400 il əvvəl xəbər verdiyi hadisələrin, hal-hazırda tam təsvir etdiyi şəkildə reallaşması, Allahın Peyğəmbərimizə (s.ə.v.) lütf etdiyi möcüzədir. Hicri təqvimlə 1400-cü ildən etibarən, son 30 ildə Peyğəmbərimizinin (s.ə.v.) bildirdiyi 150-dən çox hadisənin hər biri baş vermiş, yəni Peyğəmbərimizin (s.ə.v.) 150-dən çox möcüzəsi, Allahın lütfüylə, reallaşmışdır.

Peyğəmbərimizin (s.ə.v.) bu möcüzələrini ixtisarla qeyd etsək: tam Özünün dediyi şəkildə hicri təqvimlə 1400-cü ilin başlaması ilə birlikdə Fərat çayının suyu kəsilmiş, İran-İraq Müharibəsi baş vermiş, Kəbədə qanlı basqın olmuş, Ramazan ayında 15 gün fasilə ilə Ay və Günəş tutulmaları olmuş, Əfqanıstan işğal edilmiş, (davamı…)

Axır Zamanda Unutdurulmağa Çalışılan Axır Zaman Mövzuları Oktyabr 5, 2010

Posted by fayuu in Axır Zaman.
Tags: , , ,
add a comment

Axır zamanda gələcək şəxslər və bu dövrdə yaşanacaq hadisələr insanlığın əsrlərdir böyük maraqla gözlədiyi əhəmiyyətli mövzulardandır. Ancaq son dövrdə bəzi insanlar tərəfindən axır zamanla bağlı əlamətlər, xəbər və müjdələr qulaqardına vurulur, bu gerçəklər insanlardan gizlədilməyə və ya unutdurulmağa çalışılır.

Peyğəmbərimiz Hz. Məhəmmədin (s.ə.v.) hədislərində ətraflı şəkildə bildirilən axır zaman əlamətlərinə görə axır zaman iki dövrdən ibarətdir. Bu müqəddəs zamanın ilk dövrü pozulmaların, degenerasiyanın, fəlakətlərin, qarşıdurmaların, müharibələrin, yoxsulluqların yaşanacağı  dövrdür. Axır zamanın ikinci dövrü isə Hz. İsanın yenidən yer üzünə gəlişi və Hz. Mehdinin ortaya çıxması ilə birlikdə yer üzünə sülhün, dincliyin, azadlığın hakim olduğu, bolluğun və bərəkətin yaşandığı, insanların hər baxımdan məmnun olduqları gözəlliklərlə dolu bir dövrdür. (davamı…)

Dəccaliyyət Haqqı Batil, Batili Haqq Göstərərək İnsanları Aldadır Oktyabr 4, 2010

Posted by fayuu in Axır Zaman, İdeologiyalar.
Tags: , , , , , , , , , , , , , , ,
add a comment

Kommunizmin, İctimai Ədalət və Qardaşlıq anlayışlarından istifadə etməsi yanlış fikirdir.

Hədislərdə xəbər verildiyi kimi, axır zamanda ortaya çıxan dəccal, hər cür pisliyin, qarışıqlığın, hərc-mərcliyin və fitnənin yayılmasında fəaliyyət göstərən, insanların çətinliklərinin qaynağı olacaq. Dəccalın fitnəsi hədisdə belə bildirilib:

Allah, Hz. Adəmi yaratdığı gündən bu günə qədər dəccalın fitnəsi qədər böyük fitnə olmamışdı. (davamı…)

İmam Rəbbani və Mehdinin zühur etmə tarixi Oktyabr 3, 2010

Posted by fayuu in Axır Zaman.
Tags: , , , , , , , ,
3 comments

İmam Rəbbani Hz. Mehdinin Peyğəmbərimizin (səv) vəfatından 1000 (min) il keçdikdən sonra, “min ilə ikinci min il arasında” gələcəyini bildirmişdir:

Ancaq gözlənilən odur ki, min il keçdikdən sonra bu gizli dövlət təcid edilə (yenilənə). Ona bir üstünlük verilib suyu tapması, artırıla… Beləcə kəmalatın (fəzilətlərin, mükəmməlliklərin) əsli zühur edib onun zillətini örtə.. Və uca bağlılığa dəyər verən Hz. Mehdi gəlsin. Allah ondan razı olsun. (Məktubatı Rəbbani, 1/569)

Şəriətin təsdiqi, milləti tecdidi (yenilənməsi) bu ikinci mindədir. Bu iddianın doğruluğuna ədalətli şahid: İsanın (ə.s.) Hz. Mehdinin (r.ə.) bu min içində gəlməsidir. (Məktubatı Rəbbani, 1/611) (davamı…)

İnsanlıq Tarixi Və Haqq Dinin Başlanğıcı Oktyabr 3, 2010

Posted by fayuu in Axır Zaman.
Tags: , , , , ,
add a comment

Peyğəmbərimiz Hz. Məhəmməd (s.ə.v.), qiyamətdən öncə reallaşacaq olan hadisələri 1400 il bundan əvvəl hədislərdə hər tərəfli olaraq təsvir etmişdir. Hədislərə əsasən müharibələr, anarxiya, yoxsulluq, təbii fəlakətlər artacaq, insanlar gözəl əxlaqdan uzaqlaşacaq, saxta peyğəmbərlər ortaya çıxacaq. Dünya tarixi Allahın yaratdığı qədərə əsasən davam edəcək və Allah, axır zamanda zühur edəcək Hz. Mehdi və ikinci dəfə yer üzünə gələcək Hz. İsanı, Qızıl dövrün yaşanması üçün lazım olan şərtlərin meydana gəlməsinə səbəb edəcək. (davamı…)

Hz. Mehdi (ə) Heç Kimin Anlayıb-Qavramayacağı Bir Ruh Deyil, Peyğəmbərimizin (s.ə.v.) Xəbər Verdiyi Yüzlərlə Əlaməti Özündə Cəmləşdirən Mübarək Bir İnsandır Oktyabr 3, 2010

Posted by fayuu in Axır Zaman.
Tags: , , , , ,
add a comment

Peyğəmbər Əfəndimizin (s.ə.v.) hədislərində və İmam Rəbbani, Cəlaləddin Suyuti, Bədiüzzaman Səid Nursi kimi böyük İslam alimlərinin izahlarında Hz. Mehdinin (ə) fiziki və əxlaqi xüsusiyyətləri, harada ortaya çıxacağı, çıxışının əlamətlərinin nələr olduğu, ona necə beyət ediləcəyi təfərrüatlı şəkildə təsvir edimişdir. MEHDİYƏTİ İZAH EDƏN MİNLƏRLƏ HƏDİSDƏ HZ. MEHDİ (ə) BİR ŞƏXS, ALLAHIN ÜSTÜN ELMLƏR VERDİYİ BİR BƏŞƏR OLARAQ BİLDİRİLİR. HEÇ BİR HƏDİSDƏ HZ. MEHDİNİN (ə) RUH OLDUĞU BİLDİRİLMƏYİB. BELƏ BİR EYHAM, BİR İŞARƏ YOXDUR.

1400 ildir İslam dünyasından heç kim Hz. Mehdinin (ə) ruh olaraq gələcəyini iddia etməyib. Peyğəmbərimizin (s.ə.v.) bütün xüsusiyyətləriylə xəbər verdiyi bu mübarək şəxsin gəlişini həyəcanla gözləyən təxminən 1,5 milyardlıq İslam aləmi də ruh və ya mücərrəd bir varlıq gözləmir. Bütün İslam dünyası müsəlmanların mənəvi lideri olacaq, onları birləşdirəcək Hz. İsa (ə) ilə birlikdə İslam əxlaqını dünyaya hakim edəcək, dünyada Əsri-Səadət dövrü kimi gözəl bir dövrə vəsilə olacaq bu mübarək şəxsi həyəcanla gözləyir. (davamı…)

Hz. Süleyman, Hz. Zülkarneyn Və Hz. Mehdi… Bu Üç Müqəddəs Şəxsin Axır Zamanı İşıqlandıran Bənzərlikləri Oktyabr 2, 2010

Posted by fayuu in Axır Zaman, İslam Birliyi.
Tags: , , , , , , , , , ,
add a comment

Hz. Süleyman (ə.s.) və Hz. Zülkarneyn (ə.s.), Allahın sərhədlərini qoruyan, İslam əxlaqını dünyaya hakim etmək üçün ciddi  səy göstərən və bu səylərinin dünyadakı qarşılığını güclü hakimiyyətlə alan iki mübarək şəxsdir. Hz. Süleyman və Hz. Zülkarneyn dövründəki dünya hakimiyyətindən əlavə bu iki dövrün ortaq cəhəti var. Peyğəmbərimizin (s.ə.v.) hədislərində, bu dövrlərdə yaşanan dünya hakimiyyəti ilə Hz. Mehdi dövründə yaşanacaq hakimiyyətin bənzərlikləri olacağına diqqət çəkilərək müsəlmanlara böyük müjdə verilir.

Hz. Süleyman (ə.s.), Hz. Nuhun (ə.s.) nəslindən gələn, Allah Qatından ona hidayət və yüksək elm verilən mübarək  peyğəmbərdir. Allah, Hz. Süleymanı (ə.s.) atası Hz. Davud (ə.s.) kimi İsrail oğullarına peyğəmbər olaraq göndərmişdir. Onu böyük səltənət, zənginlik, cinlər və quşlarla dəstəkləmiş və ona çox güclü ordular və üstün elmlər lütf etmişdir. Həyatı boyunca yaşadığı torpaqlarda ədalətlə hökm etmiş, yüksək idarəçilik və hakimlik xüsusiyyəti ilə fərqli birlikləri hakimiyyəti altına almışdır. (davamı…)

Bədiüzzaman hər əsrdə Hz. Mehdi Mövzusundan Bəhs Etməyin Vacib Olduğunu Bildirmiş, Hz. Mehdi Mövzusunu Gizlətməyə Ehtiyac Olmadığını Açıqlamışdır Sentyabr 30, 2010

Posted by fayuu in Axır Zaman.
Tags: , , ,
add a comment

Bütün bunlara baxmayaraq, müəyyən şəxslər tərəfindən Bədiüzzamanın əsərlərində geniş yer alan Mehdiyyət mövzusundan açıq şəkildə bəhs edilməsinin yanlış olduğu deyilir. Halbuki, Mehdiyyət məsələsi gizlədilməli deyil, müjdələnməlidir. Hz. Mehdinin gəlişi Peyğəmbərimiz (s.ə.v.) tərəfindən müjdələnmişdir və Peyğəmbərimizin (s.ə.v.) bu mövzuda səhih qəbul edilən çox sayda hədisi vardır. Peyğəmbərimiz (s.ə.v.) bir hədisində “HZ. MEHDİ İLƏ MÜJDƏLƏNİN. O Qüreyşdən və Əhli Beytimdən olan biridir” (Kitab-ul Burhan Fi Alamet-il Ahir zaman, s.13) sözləri ilə bu mövzunun müsəlmanlar üçün müjdə olduğunu bildirmişdir. Peyğəmbərimiz (s.ə.v.) başqa bir hədisində “Hz. Mehdi zühur edər, hər kəs sadəcə Ondan danışar, Onun sevgisini içər və Ondan başqa heç nədən bəhs etməzlər” (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 33) sözləri ilə Hz. Mehdinin zühur edəcəyi dövrdə hamının bu mübarək şəxsdən bəhs edəcəyini xəbər vermişdir. Peyğəmbərimizin (s.ə.v.) bildirdiyi bu hədislər hal-hazırkı dövrdə reallaşmağa başlayıb. Hamı Hz. Mehdidən bəhs edir. (davamı…)

Axır Zaman Əlamətləri: Fitnələr və Məscidlərin Dağıdılması Fevral 15, 2010

Posted by fayuu in Axır Zaman.
Tags: , , , , , , , , , , , , , , , , , , , , ,
2 comments

“Süfyani quru bir vadidən çıxar. Kelp qəbiləsindən abus çöhrəli, sərt ürəkli adamlardan bir ordu qurar və bunlar hər tərəfə zülm edərlər. O, mədrəsə və məscidləri dağıdar, rüku və səcdəyə gedən hər kəsi cəzalandırar. (Əli bin Hüsaməddin Əl Muttaki, Cəlaləddin Suyutinin Təsnifindən Hədislər – Axır Zaman Mehdisinin Əlamətləri, sf. 35)

Hz. Mehdi (ə) Yolların Kəsildiyi Bir Dövrdə Çıxacaq

Müasir dövrdə dünyanın müxtəlif bölgələrində yaşanan qarşıdurmalar, anarxiya və terror (davamı…)

Follow

Get every new post delivered to your Inbox.

Join 4,915 other followers