Dünyanın Ən Böyük Paylama Şəbəkəsi: Qan Dövranı Sisitemi İyul 19, 2010
Posted by fayuu in Elm Nə Deyir?.Tags: ürək, hüceyrə, huceyre, insan orqanizmi, qan dövranı, urek
add a comment
100 trilyon evdən ibarət bir şəhər təsəvvür edək. Sizcə bu şəhərdəki evlərin hər birinin istəklərini bir anda yerinə yetirən bir paylama şirkəti ola bilər? Bir çoxunuz buna “əlbəttə, ola bilməz” cavabını verəcəksiniz. Ancaq buna bənzər bir sistem hər insanın orqanizmində mövcuddur. İnsanın orqanizmindəki evlər hüceyrələrdir, paylama şirkəti isə saysız-hesabsız işçisi olan qan dövranı sistemidir. Qan dövranı sistemi işçiləri insan bədənindəki təxminən 100 trilyon hüceyrəni bir-bir gəzir. Bu sistemin ən vacib işçisi ürəkdir. Ürək çirkli və təmiz qanın bir-birinə qarışmadan orqanizmin müxtəlif yerlərinə pompalanmasını təmin edən dörd fərqli kamerası, təhlükəsizlik vəzifəsini görən qapaqcıqları ilə son dərəcə həssas qurulmuş bir nizama malikdir.
Ürəyi tədqiq etdikdə onun yalnız bir pompadan ibarət olmadığını, (davamı…)
Təkamül Nəzəriyyəsinin Süqutu və İdeoloji Səbəbləri Fevral 15, 2010
Posted by fayuu in Darvinizmin Sonu.Tags: Allah, amin turşusu, arxeoloji, Çarlz Darvin, bəşəriyyət, biokimya, biologiya, canlı, düşüncə, DNT molekulu, ehtimal, elm, elmi qanun, endoplazmatik şəbəkə, enerji, fantaziya, fosil, Frensis Krik, genetika, hüceyrə, hüceyrə qılafı, heyvan, holci kompleksi, ibtidai, ideologiya, ideoloji, laboratoriya, lizosom, materialist, materialist fəlsəfə, Mənəviyyat, mikrobiologiya, mitoxondri, nobel mükafatı, orqanoid, paleontologiya, primitiv, protein, quruluş, ribosom, riyazi, texnologiya, təbii şərtlər, təkamül nəzəriyyəsi, təsadüf, yaradılış, zülal, zoologiya, şifrə
1 comment so far
Təkamül nəzəriyyəsi yer üzündəki canlıların təsadüflər nəticəsində təbii şərtlər daxilində öz-özünə meydana gəlməsini müdafiə edir. Bu nəzəriyyə elmi qanun, sübut edilmiş həqiqət deyil, elmilik pərdəsi altında cəmiyyətlərə qəbul etdirilməyə çalışılan materialist düşüncə tərzidir. Müasir elm tərəfindən hər sahədə təkzib edilən bu nəzəriyyənin ən böyük əsasları hiylə, saxtakarlıq, təhrif, yalanlardan ibarət təlqin və təbliğat üsullarıdır.
XIX əsrin bəsit elmi məlumatları ilə xəyali fərziyyə kimi irəli sürülən təkamül nəzəriyyəsi bu günə qədər heç bir elmi fakt və ya təcrübə vasitəsilə sübut edilə bilinməmişdir. Əksinə, nəzəriyyənin iddialarını əsaslandırmaq üçün istifadə edilən bütün üsullar belə bir nəzəriyyənin əsassızlığını sübut etmişdir.
Ancaq bir çox insan, (davamı…)
Miniatür Məlumat Bankı: DNT Fevral 15, 2010
Posted by fayuu in Elm Nə Deyir?.Tags: Allah, DNT, elm, fiziki, genetik, hafizə, hüceyrə, insan, insan orqanizmi, məlumat, məlumat bankl, Molekul, nöqsansız, nüvə, plan, qan təzyiqi, səs tonu
1 comment so far
DNT insan orqanizminin məlumat bankıdır. Ətrafınızdakı insanlara baxın və nə cür xüsusiyyətlərinin olduğunu bir anlıq düşünün. Bu insanlara aid göz rəngi, boyun uzunluğu, saç tipi və rəngi, səs tonu, dəri rəngi və s. kimi bütün məlumatlar DNT-lərində qeyd edilmişdir. Bu məlumat bankı həm içində yerləşdiyi hüceyrənin, həm də bədəndəki digər bütün hüceyrələrin quruluşları və ehtiyacları haqqında hər cür məlumatı da içində saxlayır. İnsan bədəni bir binaya bənzədilsə, bədənin ən incə təfərrüatına qədər nöqsansız plan və layihəsi, bütün texniki detalı ilə hər hüceyrənin nüvəsindəki DNT-də mövcuddur.
DNT hüceyrənin mərkəzində yerləşən nüvədə ciddi şəkildə qorunur. İnsan orqanizmində sayı 100 trilyona çatan hüceyrələrin diametrinin təxminən “millimetrin yüzdə biri” olduğu nəzərə alınsa, nə qədər kiçik yerdən bəhs edildiyi daha yaxşı başa düşülər. Bu möcüzəvi molekul Allahın yaratma sənətindəki mükəmməllik və fövqəltəbiiliyin açıq dəlilidir.
DNT-dəki bu məlumatlar sadəcə fiziki xüsusiyyətləri müəyyənləşdirmir. Eyni zamanda (davamı…)
Diqqətli Nəzarətçi: Hüceyrə Qılafı Fevral 15, 2010
Posted by fayuu in Elm Nə Deyir?.Tags: Allah, canlı, dövrümüzün texnologiyası, elektron mikroskopu, güclü, hüceyrə, hüceyrə qılafı, kompüter, müdaxilə, nəzarət, orqanizm, orqanoid, sistem, texnologiya, təhlükəsizlik tədbirləri, Yağ, zülal, zərərli
2 comments
Çox güclü təhlükəsizlik tədbirləri görülən, zərərli heç bir şeyin qapıdan içəri qoyulmadığı, içəri giriş üçün çox dəqiq yoxlamaların edildiyi və gələnlərin ancaq bu şəkildə içəri buraxıldığı bir bina düşünün. Ancaq bütün bunları binanın özü etsin. Bayırdan heç bir müdaxilə, heç bir kömək almadan bina canlı kimi hərəkət etsin. Binanın düşünürmüş kimi hərəkət etməsi, yəni təhlükəsizlik yoxlamalarını kompüterin köməyilə etməsi, şəxsiyyətin yoxlamasını aparması dövrümüzün texnologiyası ilə mümkün ola bilər. Bəs belə bir sistemin 1 millimetrin 100 mində biri qədər yerə yerləşdirildiyini desək nə düşünərsiniz? (davamı…)
Saniyədə 500 Dəfə Çırpınan Qanadlar Dekabr 25, 2009
Posted by dusunek in Elm Nə Deyir?.Tags: Allah, ağcaqanad, hüceyrə, insan, oksigen, qanad, qüsursuz mexanizm, Sani, Sənətçi, surəsi
add a comment
Ağcaqanad, qanadlarını “saniyədə” təxminən “500 dəfə” çırpır. İnsan, öz qollarıyla bu hərəkəti olduqca məhdud sayda reallaşdıra bildiyi halda, o bunu bir saniyədə 500 dəfə edir. Saniyədə 500 dəfə fasiləsiz hərəkət edən belə güclü mexanizm süni olaraq yaradıla bilməz. Müxtəlif vasitələrlə yaradılan buna bənzər mexanizmlər, sürtünmənin şiddətindən qısa müddət sonra yanır. Amma ağcaqanad, həyatı boyunca uçduğu hər saniyədə qanadlarını bu tezliklə çırpır və heç bir problem yaşamır. Hətta bu üstün xüsusiyyətli qanadlar ona yüksək sürətdə, istədiyi istiqamətə, istədiyi məsafəyə uçma imkanı verir, eyni zamanda manevr və eniş qabiliyyətlərini də ən mükəmməl şəkildə reallaşdırmasını təmin edir.


FACEBOOK'da bizi izləyin