jump to navigation

Axır Zaman Əlamətləri: Fitnələr və Məscidlərin Dağıdılması Fevral 15, 2010

Posted by fayuu in Axır Zaman.
Tags: , , , , , , , , , , , , , , , , , , , , ,
2 comments

“Süfyani quru bir vadidən çıxar. Kelp qəbiləsindən abus çöhrəli, sərt ürəkli adamlardan bir ordu qurar və bunlar hər tərəfə zülm edərlər. O, mədrəsə və məscidləri dağıdar, rüku və səcdəyə gedən hər kəsi cəzalandırar. (Əli bin Hüsaməddin Əl Muttaki, Cəlaləddin Suyutinin Təsnifindən Hədislər – Axır Zaman Mehdisinin Əlamətləri, sf. 35)

Hz. Mehdi (ə) Yolların Kəsildiyi Bir Dövrdə Çıxacaq

Müasir dövrdə dünyanın müxtəlif bölgələrində yaşanan qarşıdurmalar, anarxiya və terror (davamı…)

Hz. Mehdinin Çıxış Əlamətlərindən: Dünyanı Xaosun, Hərc-mərcliyin Bürüməsi Fevral 8, 2010

Posted by fayuu in Axır Zaman.
Tags: , , , , , , , , , , , , , ,
add a comment

“Dünya hərc-mərclik içində olduğunda, fitnələr zühur etdiyində, yollar kəsildiyində, bəziləri digərlərinə hücum etdiyində, böyüklər kiçiyə mərhəmət etmədikdə və yaşlılara təmkinli davranmadığında Allah, bu zaman onlarda ədavətin (düşmənliyin) kökünü kəsərək dəlalət qalalarını fəth edəcək və əvvəlcə mənim dəstək olduğum kimi, axır zamanda dinə dəstək olacaq, zülmlə dolu olan dünyanı ədalətlə dolduracaq birini (Hz. Mehdini) göndərəcəkdir.” (Kitab-ül Burhan Fi Əlaməti-əl Mehdiyy-il Axır Zaman)

Hədisdə konkret bir yer təsvir edilməmiş və qarışıqlığın dünyanın hər tərəfində yayılacağına işarə edilmişdir. Həqiqətən də hədisin təsvir etdiyi şəkildə, bu gün dünyanın beş qitəsində böyük qarışıqlıqlar, müharibələr, qırğınlar və terror hadisələri davam edir. Hər gün yüzlərlə insan səbəbsiz yerə öldürülür, yurdlarından çıxarılır və sürgün edilir.

Hz. Mehdinin Çıxışından Əvvəl Kütləvi Qırğınlar Olacaq Fevral 8, 2010

Posted by fayuu in Axır Zaman.
Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , ,
add a comment

Hədislərdə Hz. Mehdinin (ə) çıxışından əvvəl dünyanın böyük əksəriyyətini təsiri altına alan şiddət və qarışıqlığın yaşanacağı, qan töküləcəyi bildirilir:

Bu hadisələr meydana gəlmədikcə qiyamət qopmayacaq… Ölümlər və qırğınlar kütləviləşəcək. (Camiü’s-Sagir, 3:211, Müsnəd, 2:492, 4:391, 392)

Şəvvalda müharibə nərələri, Zilhiccədə hərb və müharibə olar. Yenə Zilhiccədə hacılar talana uğrayar, hətta küçələr qandan keçilməz olar… Hərc-mərclik çoxalaraq davam edər. (Əli bin Hüsaməddin Əl Muttaki, Cəlaləddin Suyutinin Təsnifindən Hədislər – Axır Zaman Mehdisinin Əlamətləri, sf. 37)

(davamı…)

Hz. Mehdinin Çıxış Əlamətlərinin Ardıcıl Meydana Gəlməsi Fevral 8, 2010

Posted by fayuu in Axır Zaman.
Tags: , , , , , , , , , , , , , , , , , ,
add a comment

Hz. Mehdinin (ə) çıxış əlamətlərinin bildirildiyi hədislərdə, bu əlamətlərin “təsbeh dənələrinin” düzülüşü kimi, ardıcıl şəkildə meydana gələcəyi ifadə edilir. Həqiqətən də bu əlamətlər bir-birinin ardınca və Peyğəmbərimizin (s) bildirdiyi şəkildə meydana gəlməkdədir. Hədislərdə ifadə edildiyi kimi dünyanın dörd bir tərəfində xaos və anarxiya artır, ardıcıl şəkildə fitnələr meydana gəlir, qırğınlar və böyük fəlakətlər yaşanır, yoxsulluq və aclıq artır, insanlar böyük çətinliklərlə üzləşirlər. Bütün bu əlamətlərin ardıcıl şəkildə və müəyyən bir dövr ərzində reallaşması, müsəlmanların əsrlərdir zühurunu gözlədikləri mübarək şəxsin gəldiyinin göstəriciləridir.

(davamı…)

Hz. Mehdi (ə) Əsrin Əvvəllərində Çıxacaq Fevral 8, 2010

Posted by fayuu in Axır Zaman.
Tags: , , , , , , ,
add a comment

Hədislərdə Hz. Mehdinin (ə) əsrin əvvəllərində gələcəyi bildirilir.

Çünki onun (Hz. Mehdinin (ə)) əsr əvvəllərində zühur edəcəyi (çıxacağı) bildirilir. (Məktubati Rəbbani)

Əvvəlki məqalələrdə izah edildiyi kimi Ümməti Muhəmmədin ömrü 1500 (min beş yüz) ili keçməyəcəkdir. Hicri 1500-cü ilə çatmağa isə bir əsr əvvəli qalmışdır. O da Hicri 1400-ci ilin əvvəlidir.

Hz. Mehdinin (ə) zühur zamanı ilə bağlı hədisləri araşdırdıqda belə bir ortaq nəticəyə gəlirik ki, Hz. Mehdi (ə) Hicri 14-ci əsrin əvvəllərində çıxmalıdır. Növbəti yazılarda qeyd edəcəyimiz kimi Hz. Mehdinin (ə) çıxış əlamətlərinin də, toplu olaraq Hicri 1400-cü ilin əvvəllərində ardıcıl olaraq reallaşması da bu nəticəni qüvvətli şəkildə təsdiqləyir.

Hədislərə Görə Hz. Mehdi Hicri 1500-dən Əvvəl Gəlməlidir Fevral 8, 2010

Posted by fayuu in Axır Zaman.
Tags: , , , , , , , , , , ,
add a comment

Peyğəmbərimizin (s) bir hədisində ümmətinin ömürünün 1000 ildən çox olacağı, lakin 1500 (min beş yüz) ili aşmayacağı bildirilmişdir:

Bu ümmətin ömrü min (1000) ili keçəcək, lakin min beş yüz (1500) ili keçməyəcək.

(Qiyamət Əlamətləri, s. 299, Cəlaləddin Suyutinin “Əl-Kəşfi Fi Mücazəvəti Hazin əl-Ümməti Əl Əlfə Əlləzi Dəllət Əleyh əl-Əsar” adlı kitabından nəql)

(davamı…)

Hz. Mehdi (ə) Qiyamət Qopmamışdan Əvvəl Mütləq Göndəriləcək Fevral 8, 2010

Posted by fayuu in Axır Zaman.
Tags: , , , , , , , , , , , ,
add a comment

Hədislərdə Hz. Mehdinin (ə) İslam əxlaqını hakim etmək üçün qiyamət qopmamışdan əvvəl yer üzünə mütləq gələcəyi xüsusilə vurğulanır. Bu mövzudakı hədislər belədir:

Hz. Əlidən (ə) nəql edildiyinə görə Rəsulullah (s) belə buyurmuşdur: Qiyamətin qopması üçün ZAMANDA BİR GÜNDƏN BAŞQA VAXT QALMASA DA, ALLAH (CC) MƏNİM ƏHLİ BEYTİMDƏN BİR ŞƏXSİ (HZ. MEHDİNİ (Ə)) GÖNDƏRƏCƏK. (Sünəni Əbu Davud, 5/92)

(davamı…)

İslami Mənbələrdə “Axır Zaman” Fevral 8, 2010

Posted by fayuu in Axır Zaman.
Tags: , , , , , , , , , , , , , , , , , , , , , ,
1 comment so far

Axır zaman, “son dövr” mənasını verir və İslama görə Qiyamətə yaxın bir zamanda, Quran əxlaqının hakim olacağı və din əxlaqının insanlar arasında geniş şəkildə yaşanacağı dövrü ifadə edir. Bu dövrdə insanların hüzur və güvən içində yaşamaları üçün lazım olan hər cür şərait mövcud olacaq, əvvəlki dövrlərdə yaşanan hər cür çətinliyin əvəzinə bolluq, bərəkət və ədalət hakim olacaq, əxlaqsızlıq, saxtakarlıq və degenerasiyanın hər növü ortadan qalxacaqdır.

Bu dövr, bütün inanan insanların əsrlərdir həsrətlə gözlədikləri İslam əxlaqının hakim olduğu müqəddəs bir dövrdür.

(davamı…)

Hər İşdə Xeyrin Olması Yanvar 19, 2010

Posted by dusunek in Mənəviyyat.
Tags: , , , , , ,
add a comment

Allah hər şeyi hikmətlə yaradır. Bu hikmətlərdən biri də Allahın yaratdığı hadisələrin nəticəsinin möminlərə, dinə fayda gətirməsidir. Çünki Allah möminlərlə bərabərdir və möminlərin əleyhinə heç bir şey yaratmaz.

Möminin qarşısına çıxan bəzi hadisələr məsələn, inkarçıların qurduğu tələlər ilk baxışda mənfi hal kimi görünə bilər. Amma Allah mütləq və mütləq bunda da xeyir yaratmışdır. Bu hadisədə hansı xeyirlərin olduğunu isə dərhal və qısa zaman ərzində möminlərə göstərər. Buna görə də möminlər qarşılaşdıqları hər hadisədə mütləq xeyirin olduğunu bilməlidirlər. (davamı…)

Follow

Get every new post delivered to your Inbox.

Join 4,915 other followers