Fitnə Ünsürləri Aprel 10, 2010
Posted by fayuu in Mənəviyyat.Tags: adet-enene, adət-ənənə, Allah, cemiyyet, Dünya, dünya həyatı, din, dunya heyati, ehtiras, fitne, fitnə, ibadət, imtahan, insan, islamda ovlad, istek, istək, mal-dovlet, mömin, müsəlman, nefsin istekleri, nəfsin istəkləri, Quran, İslam
3 comments
Möminin dünya həyatında necə yaşamalı olduğunu hər şeyin yaradıcısı olan Allah ən incə təfsilatına qədər bildirmişdir. Ancaq insan istək və ehtiraslarını ölçü olaraq götürdüyündə, nəfsinin arzu və istəklərini dinin mənfəətlərindən və Allahın razılığından üstün tuta bilir və nəticədə qəflət dolu bir ruh halına girir. Belə olduğu təqdirdə Allahın vacib buyurduqlarını tamamilə danır, ciddi şəkildə cəhd etməsi lazım olan hallarda səhlənkar və məsuliyyətsiz münasibət göstərmiş olur.
Allahın dünya nemətlərinin ötəri olduğunu və dünyanın bir imtahan yeri olduğunu dəfələrlə bildirməsinə baxmayaraq, bu cür insanlar dünyanı özlərinə «əsl yurd» seçməklə axirətdən tamamilə üz çevirirlər.
Quranı nəzərə almayan bir insan sadəcə dünyaya yönəlmiş məqsədlər seçməklə, imtahan üçün yaradılan hadisələr içərisində boğulur. Allah mal-dövlətin və eləcə də uşaqların fitnə olacağını bir ayəsində belə xəbər verir:
«Həqiqətən, mal-dövlətiniz və oğul-uşağınız ancaq bir imtahandır (fitnədir). Ən böyük mükafat isə Allah dərgahındadır!» («Təğabun» surəsi, 15).
Ərəb dilində «imtahan» kəlməsinin başqa mənaları olmasına baxmayaraq, bunlar üçün «fitnə» kəlməsinin işlədilməsi olduqca diqqət çəkir. Çünki insan dünyadakı vəzifəsini anlamadan «mütləq evlənməliyəm», « ailəm, uşaqlarım olmalıdır», «mal-mülk sahibi olmalıyam» deyə düşünərək (davamı…)
Fitnə Mart 31, 2010
Posted by fayuu in Mənəviyyat.Tags: azərbaycan dili, Dünya, dua, ereb dili, ezerbaycan dili, ərəb dili, ferqli, fərqli, fitne, fitnə, hidayət, Hz.Musa, iman, imtahan, meqsed, məqsəd, Quran, sıxıntı, var-dövlət, var-dovlet, xestelik, xəstəlik
1 comment so far
Ərəb dilində bəzi kəlmələr hər dildə olduğu kimi bir çox mənalarda işlənmişdir. Azərbaycan dilində bəzi kəlmələrin fərqli mənaları olduğu kimi, ərəb dilindəki «fitnə» kəlməsinin də fərqli mənaları vardır.
Fitnə əslində «qızılın digər yad metallardan ayrılması məqsədi ilə qaynadılması üsulu» üçün istifadə olunan bir kəlmədir. Quranın bir çox ayəsində fitnə sözün kökünə bağlı olaraq möminlərlə inkarçıların və ya münafiqlərin bir-birindən ayrılması üçün yaradılan imtahanlara verilən addır. Bu imtahanların əsas xüsusiyyəti özündə azdırıcı ünsürləri də daşımasıdır. Yəni insanın doğru yoldan azması və ya hidayətə tabe olması bu imtahan qarşısında göstərdiyi davranışa bağlıdır. Hz.Musanın Quranda xəbər verilən duası fitnənin həm azdırıcı, həm də hidayətə çatdıran xüsusiyyətlərinin olduğunu göstərir. Ayədə belə buyurulur:
«Musa Bizim təyin etdiyimiz vaxt üçün öz tayfasından yetmiş adam seçmişdi. Onları sarsıntı yaxalayanda Musa dedi: «Ey Rəbbim! Əgər istəsəydin, bundan qabaq onları da, məni də məhv edərdin. Aramızdakı səfehlərin törətdiyi günahlar üzündən bizi məhvmi edəcəksən? Bu Sənin sınağından başqa bir şey deyildir. Sən onunla istədiyini zəlalətə düçar edər, istədiyini doğru yola salarsan. Sən bizim hamimizsən. Bizi bağışla və rəhm et. Axı Sən bağışlayanların ən yaxşısısan!» («Əraf» surəsi, 155).
Dünyanın bir imtahan yeri olduğu və insanların imanlarının mütləq qaydada sınağa çəkiləcəyi Quranın bir çox ayələrində xatırladılır:
«İnsanlar yalnız: «İman gətirdik!» – demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar? Biz onlardan əvvəlkiləri də imtahana çəkmişdik. Şübhəsiz ki, Allah düzdanışanları da, yalançıları da çox gözəl tanıyar!» («Ənkəbut» surəsi, 2-3).
Axır Zaman Əlamətləri: Fitnələr və Məscidlərin Dağıdılması Fevral 15, 2010
Posted by fayuu in Axır Zaman.Tags: Allah, anarxiya, Axır Zaman, Axır Zaman Mehdisinin Əlamətləri, cəmiyyət, fitnə, hədis, Hz. Mehdi, müasir, müsəlman, mədrəsə, məscid, ordu, qarşıdurma, rüku, səcdə, təhlükəsiz, təzyiq, ticarət, xəlifə, zülm, İslam
2 comments
“Süfyani quru bir vadidən çıxar. Kelp qəbiləsindən abus çöhrəli, sərt ürəkli adamlardan bir ordu qurar və bunlar hər tərəfə zülm edərlər. O, mədrəsə və məscidləri dağıdar, rüku və səcdəyə gedən hər kəsi cəzalandırar. (Əli bin Hüsaməddin Əl Muttaki, Cəlaləddin Suyutinin Təsnifindən Hədislər – Axır Zaman Mehdisinin Əlamətləri, sf. 35)
Hz. Mehdi (ə) Yolların Kəsildiyi Bir Dövrdə Çıxacaq
Müasir dövrdə dünyanın müxtəlif bölgələrində yaşanan qarşıdurmalar, anarxiya və terror (davamı…)
Axır Zaman Əlamətləri: Qadınlar və Uşaqların da Qətl Ediləcəyi Fitnələrin Yaşanması Fevral 15, 2010
Posted by fayuu in Axır Zaman.Tags: Axır Zaman, Cəlaləddin Suyuti, əcəm, ərəb, fitnə, Hz. Mehdi, insan, Mədinə, qadın, qırğın, zühur, şiddət
add a comment
Hz. Mehdinin (ə) çıxışından əvvəl yaşanan fitnə mühitində qadınlar, uşaqlar, yaşlılar da qətl ediləcək, zavallı günahsız insanlar öldürüləcək:
Bu hadisədə bir qadının öldürülməsi, bir qırmancın yellənməsi qədər asandır. Bu hadisə Mədinədən iyirmi dörd mil qədər yayılar. Sonra Hz. Mehdiyə beyət edilər. (Əli bin Hüsaməddin Əl Muttaki, Cəlaləddin Suyutinin Təsnifindən Hədislər – Axır Zaman Mehdisinin Əlamətləri, sf. 34)
Günahsız insanlar öldürülmədən Hz. Mehdi çıxmaz… (davamı…)
Hz. Mehdinin Çıxış Əlamətlərindən: Dünyanı Xaosun, Hərc-mərcliyin Bürüməsi Fevral 8, 2010
Posted by fayuu in Axır Zaman.Tags: Allah, azır zaman, din, ədavət, fəth, fitnə, hədis, hərc-mərclik, Hz. Mehdi, Kitab-ül Burhan Fi Əlaməti-əl Mehdiyy-il Axır Zaman, müharibə, mərhəmət, terror, zühur, zülm
add a comment
“Dünya hərc-mərclik içində olduğunda, fitnələr zühur etdiyində, yollar kəsildiyində, bəziləri digərlərinə hücum etdiyində, böyüklər kiçiyə mərhəmət etmədikdə və yaşlılara təmkinli davranmadığında Allah, bu zaman onlarda ədavətin (düşmənliyin) kökünü kəsərək dəlalət qalalarını fəth edəcək və əvvəlcə mənim dəstək olduğum kimi, axır zamanda dinə dəstək olacaq, zülmlə dolu olan dünyanı ədalətlə dolduracaq birini (Hz. Mehdini) göndərəcəkdir.” (Kitab-ül Burhan Fi Əlaməti-əl Mehdiyy-il Axır Zaman)
Hədisdə konkret bir yer təsvir edilməmiş və qarışıqlığın dünyanın hər tərəfində yayılacağına işarə edilmişdir. Həqiqətən də hədisin təsvir etdiyi şəkildə, bu gün dünyanın beş qitəsində böyük qarışıqlıqlar, müharibələr, qırğınlar və terror hadisələri davam edir. Hər gün yüzlərlə insan səbəbsiz yerə öldürülür, yurdlarından çıxarılır və sürgün edilir.
Hz. Mehdinin Çıxışından Əvvəl Kütləvi Qırğınlar Olacaq Fevral 8, 2010
Posted by fayuu in Axır Zaman.Tags: Axır Zaman, çıxış, ölü, Cəlaləddin Suyutinin Təsnifindən Hədislər - Axır Zaman Mehdisinin Əlamətləri, əlamət, fitnə, hacı, hədis, hərb, hərc-mərclik, Hz. Mehdi, internet, kommunikasiya, müharibə, Mina, qan, qiyamət, qırğın, texnologiya, zühur, zülm, Zilhiccə, şəvval, şiddət, Əl-Kavlu'l Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, Əli bin Hüsaməddin Əl Muttaki
add a comment
Hədislərdə Hz. Mehdinin (ə) çıxışından əvvəl dünyanın böyük əksəriyyətini təsiri altına alan şiddət və qarışıqlığın yaşanacağı, qan töküləcəyi bildirilir:
Bu hadisələr meydana gəlmədikcə qiyamət qopmayacaq… Ölümlər və qırğınlar kütləviləşəcək. (Camiü’s-Sagir, 3:211, Müsnəd, 2:492, 4:391, 392)
Şəvvalda müharibə nərələri, Zilhiccədə hərb və müharibə olar. Yenə Zilhiccədə hacılar talana uğrayar, hətta küçələr qandan keçilməz olar… Hərc-mərclik çoxalaraq davam edər. (Əli bin Hüsaməddin Əl Muttaki, Cəlaləddin Suyutinin Təsnifindən Hədislər – Axır Zaman Mehdisinin Əlamətləri, sf. 37)

FACEBOOK'da bizi izləyin