İşıq Saçan Canlılardakı Ehtişam Fevral 15, 2010
Posted by fayuu in Elm Nə Deyir?.Tags: Allah, atəşböcəkləri, canlı, elm, elm adamları, enerji, həşərat, istehsal, istilik, işıq, kimyəvi, kimyəvi reaksiya, maksimum, növ, temperatur, texnologiya, tədqiqat
2 comments
İşıq saçan canlıların ən çox məlum olan növləri atəşböcəkləridir. Elm adamları illərlə davam edən araşdırmalar və fəaliyyətlərilə atəşböcəkləri kimi məhsuldar işıq istehsal etməyə çalışırlar. Maksimum işıq verən və demək olar ki, enerji itkisinə yol verməyən atəşböcəkləri bu xüsusiyyətlərinə görə illərlə tədqiqat hədəfi olmuşlar. Əslində bir canlının işıq verməsi eyni zamanda bu işığın istiliyinin ona təsir etməməsi son dərəcə təəccüblüdür. Çünki məlum olduğu kimi, dövrümüzün texnologiyası ilə həyata keçirilən işıq istehsalında istilik ayrılır və bu istilik istilik enerjisinə çevrilir. Ona görə də işıq verən canlıların özləri də bu yüksək temperaturdan zərər görməlidirlər. Lakin işıq verən canlılar işıq verdikdə çox istilik ayrılmır. Soyuq işıq adlanan bir cür işıq verirlər. Orqanizmləri buna uyğun olaraq qurulmuşdur.
Elmi Nailiyyətlər və Yaradılışı Müdafiə Edən Alimlər Fevral 15, 2010
Posted by fayuu in Elm Nə Deyir?.Tags: Albert Eynşteyn, anlayış, dəyişiklik, elm, elm adamları, inkişaf, irəliləyiş, müdafiə, tarix, təkamülçü, yaradılış gerçəyi, yenilik
add a comment
Təkamülçülər nə qədər özlərini yenilik, dəyişiklik, inkişaf kimi anlayışlarla tanıtmağa çalışsalar da, hər dövrdə elmin, irəliləyişin, yenilik və inkişafın əsl qabaqcılları yaradılış gerçəyini müdafiə edən elm adamları olduğunu tarix göstərmişdir.
Elmi inkişafın hər anında imanlı elm adamlarının imzası var. Astronomiyada iz qoyan Leonardo da Vinçi, Kopernik, Kepler, Qaliley, paleontolotiyanın banisi Kuvier, botanika və zoologiyanın əsasını qoyan Linney, yerin cazibə qüvvəsini kəşf edən Nyuton, qalaktikaları və kainatın genişlənməsini kəşf edən Edvin Habl və daha bir çox elm adamı Allahın varlığına, kainatı və canlıları Onun yaratdığına inanan alimlər idi.
XX əsrin ən böyük alimlərindən biri kimi qəbul edilən Albert Eynşteyn isə iman barəsində belə deyir:
Tarixdən Nümunə: Səlahəddin Əyyubinin İslam Birliyi Fevral 9, 2010
Posted by fayuu in İslam Birliyi.Tags: Avropa, çəkişmə, bölünmə, din, dini təşkilat, dirçəliş, elm, Encyclopedia Britannica, əmirlik, əxlaq, fəth, güc, işğal, işğalçı, müsəlman, mədəniyyət, ordu, Qüds, Quran, qırğın, Səlahəddin Əyyubi, Səlib yürüşü, siyasi, texnologiya, təşviq, xaçlı, Xaçlı Krallığı, xaos, xoşgörüş (tolerantlıq), Yaxın Şərq, zəfər, İslam, İslam Birliyi
1 comment so far
1096-cı ildə başladılan birinci Səlib yürüşü zamanı xaçlı orduları Yaxın Şərqə çatdığında müsəlmanlar, aralarında müxtəlif anlaşılmazlıqlar və çəkişmələr yaşanan əmirliklərə bölünmüşdülər. Bu səbəbdən Avropadan gələn barbar işğalçılara qarşı müqavimət göstərə bilmədilər. 1099-cu ildə Qüdsdə dəhşətli qırğın törədildikdən sonra qurulan Xaçlı Krallığı uzun illər müsəlmanların bölünməsindən faydalanmışdı. Ancaq böyük İslam sərkərdəsi Səlahəddin Əyyubinin müsəlman əmirliklərini öz hakimiyyəti altına alaraq birləşdirməsi ilə müsəlmanlar, xaçlı işğalçılara qarşı mübarizə aparmaq gücünə sahib oldular.
Kainat Bir Zamanlar Yox idi Fevral 8, 2010
Posted by fayuu in Elm Nə Deyir?.Tags: Big Bang, elm, işıq, kainat, nəzəriyyə, partlayış, Qalaktika, rəsədxana, səma, sonsuz, sonsuz sıxlıq, spektr, sıfır həcm, teleskop, tək nöqtə, ulduz, uzaqlaşmaq, yoxluq
1 comment so far
İnsanlar tarixən yaşadıqları ucsuz-bucaqsız kainat və onun sərhədləri barədə maraqlanmışlar. Alimlər, mütəfəkkirlər əsrlərdir bu mövzuyla bağlı saysız araşdırmalar etmiş, bir çox nəzəriyyələr irəli sürmüşlər. 20-ci əsrə qədər kainatın sonsuzdan bəri var olduğu və sonsuza qədər var olacağına inanılırdı. Lakin daha sonra aparılmış elmi araşdırmalar kainatın başlanğıcının olduğunu, yəni yaradıldığını göstərmişdir. Kainatın başlanğıcının olduğu, yox ikən bir anda böyük partlayışla yaradıldığı, müasir fizika tərəfindən bir çox təcrübə, müşahidə və hesablamayla isbat edilmişdir. (davamı…)
Maddənin Həqiqi Mahiyyəti – 4 Yanvar 20, 2010
Posted by dusunek in Maddə və Xəyal.Tags: Allah, Dünya, elm, ruh, sonsuz
add a comment
SAHİB OLDUĞUNU HƏR ŞEY
ƏSLİNDƏ HİSSDİR (XƏYALDIR)
“Xarici dünya”nın maddi həqiqətə sahib olmadığı və Allahın davamlı olaraq ruhumuza göstərdiyi görüntülərdən ibarət olduğu elmi və məntiqi həqiqətdir. Bununla yanaşı insanlar ümumiyyətlə “xarici dünya” anlayışına hər şeyi daxil etmir və ya etmək istəmirlər.
Bu mövzuda bir az səmimi və cəsarətlə düşünsəniz, evinizin, əşyalarınızın və ya antikvarlarınızın, bağ evinizin, təzəcə aldığınız avtomobilinizin, ofisinizin, ləl-cəvahiratlarınızın, bankdakı hesabınızın, qarderobunuzun, həyat yoldaşınızın, uşaqlarınızın, iş yoldaşlarınızın və sahib olduğunuz hər şeyin də sizə göstərilən bu “xəyali xarici dünya”ya aid olduğu həqiqətini anlayarsınız. Ətrafınızda gördüyünüz, eşitdiyiniz, iylədiyiniz, bir sözlə, beş duyğu üzvü ilə qavradığınız hər şey bu “xəyali dünya”ya aiddir. Ən sevdiyiniz müğənninin səsi, oturduğunuz oturacağın yumşaqlığı, qoxusu xoşunuza gedən ətir, sizi isidən günəş, rəngləriylə göz oxşayan çiçək, pəncərənizdən çöldə uçan quş, dənizin üzərində sürətlə gedən kater, bol məhsul verən bağçanız, işinizdə istifadə etdiyiniz kompüteriniz… (davamı…)
İslam: Dünyanı Aydınladan İşıq Yanvar 3, 2010
Posted by dusunek in Mənəviyyat, İslam Birliyi.Tags: büt, bütpərəst, döyüş, Dünya, düşüncə, düşünmək, din, elm, ədalət, ərəb qəbiləsi, əsr-i səadət, əxlaq, Hz. Muhəmməd, insan, Kəbə, müharibə, müqəddəs, müsəlman, mədəniyyət, Mədinə, Məkkə, Peyğəmbərimiz, qan, Rəbb, sənət, surəsi, tolerantlıq, universitet, xoşgörüş, Yaradan, Ərəbistan, İslam, İslam əxlaqı
add a comment
İslamın yarandığı 7-ci əsrin əvvəllərində Ərəbistan dünyanın ən mürəkkəb bölgələrindən biri idi. Bu torpaqlarda bir çox fərqli qəbilə yaşayır, hər biri ayrı bir bütə sitayiş edirdi. Azğın dinləri və bütlərinə görə bir-birləri ilə vuruşur, qan tökür, hətta uşaqlarını öldürəcək qədər vəhşiləşirdilər. Bu batil sistemdə sevgi, mərhəmət, həlim xasiyyət deyil, mərhəmətsizlik, nifrət və şiddət məqbul qarşılanırdı. Qadınlar aşağı varlıqlar sayılır, kasıblar və kölələr alçaldılırdı.
Bu qaranlıq və qanlı dünya İslam əxlaqıyla birlikdə tamamilə dəyişdi. Yalnız ərəblər deyil, daha bir çox millət İslam əxlaqının işığıyla aydınlandı. İslamın gəlişi ilə elmdə, mədəniyyətdə, düşüncədə və sənətdə əvvəllər az rast gəlinən yüksəliş baş verdi. (davamı…)
“Ana Təbiət” Kimdir? Yanvar 1, 2010
Posted by dusunek in Darvinizmin Sonu.Tags: Allah, ana təbiət, animizm, Çarlz Darvin, canlı, cəfəngiyyat, cins, darvin, darvinist, darvinist nəzəriyyə, darvinizm, elm, harvard universiteti, neodarvinizm, paleontoloq, paqan, primitiv, qunduz, ruh, sonsuz, təbiət, təbii seleksiya, təfəkkür, təkamül, təkamülçü, şüur, şüursuz
add a comment
Təkamülçülər təbiətin yaradıcı gücə sahib olduğunu fərz edirlər. Bu qəribə fərziyyəyə həm özləri inanır, həm də digər insanları buna inandırmağa çalışırlar. Bu məqsəd üçün əllərindəki bütün imkanları da səfərbər edirlər. Məsələn, televiziyadakı bəzi sənədli filmlərdə, jurnal, qəzet və kitablarda təbiətdəki hər hansı bir gözəllikdən danışarkən “Bu, təbiətin insana hədiyyəsidir”, “Ana Təbiətin möcüzəsidir”, “Təbiət vergisi olaraq qunduzlar özlərinə möhtəşəm bəndlər inşa edirlər” kimi ifadələrdən istifadə edirlər. Bəs təkamülçülərin yaradıcı kimi gördükləri “ana təbiət” kimdir? (davamı…)
Materializmin Elmi Cəhətdən Çöküşü Dekabr 30, 2009
Posted by dusunek in Elm Nə Deyir?, İdeologiyalar.Tags: böyük partlama, Böyük Partlayış, Big Bang, darvinizm, dizayn, elektromaqnetizm, elementlər, elm, fizika qanunları, kainat, kepler, materialist fəlsəfə, materializm, mütəfəkkir, nyuton, qaliley, Qədim Yunanıstan, sonsuzluq, təkamül nəzəriyyəsi, təsadüf
add a comment
“Materializmin elmi düşüncə olduğunu artıq heç kim iddia edə bilməz.” Arthur Koestler
İçində yaşadığımız ucsuz-bucaqsız kainat necə yaranıb?
Kainatdakı qüsursuz tarazlıq, ahəng və nizam necə meydana çıxıb?
Bu suallar tarixin əvvəlindən etibarən insanları maraqlandırmışdır. Ağılla bu sualları araşdıran elm adamları və mütəfəkkirlərin gəldikləri nəticə isə həmişə belə olmuşdur: kainatdakı nizam və dizayn bütün kainata hakim olan üstün bir Yaradıcının varlığının isbatıdır.
Ağıl yoluyla əldə etdiyimiz bu nəticə elə həqiqətin özüdür. Allah insanlara yol göstərici olması üçün 14 əsr əvvəl Quranı vəhy etmiş və bu həqiqəti insanlara bildirmişdir. Kainatı yoxdan yaratdığını və müəyyən bir məqsədə görə qurduğunu, kainatdakı bütün sistem və tarazlıqları insan həyatı üçün ən ideal şəkildə yaratdığını xəbər verir. Quranda bildirildiyinə görə insan kainatdakı bütün sistem və tarazlıqların özü üçün Allah tərəfindən yaradıldığını bilməli, bu gerçək barədə düşünməli və nəticə çıxarmalıdır: (davamı…)


FACEBOOK'da bizi izləyin