Kainat Necə Yaranıb? Aprel 2, 2010
Posted by fayuu in Elm Nə Deyir?.Tags: Albert Eynşteyn, Aleksandr Fredman, Allah, Amerika Milli Kosmik Tədqiqatlar Mərkəzi, Arno Penzias, astranom, astranomiya, ateizm, Böyük Partlayış, Big Bang, canlı, COBE, Corc Lematr (Georges Lemaitre), Dünya, Edvin Habl (Edwin Hubble), efsane, elm adamları, elm dünyası, Entoni Flyu (Anthony Flew), əfsanə, faktor, fəlsəfə, fizika, Georgi Qamov, insan, kainat, karyera, kesf, kəşf, Kosmik Fon Radiasiyası, maddə, materialist, materialist fəlsəfə, materialst, model, NASA, nəzəriyyə, partlayış, peyk, Quran, radiasiya, Robert Uilson (Arno Penzias, Robert Wilson), sabit, sabit kainat modeli, sonsuz, sonsuz kainat, teleskop, Uilyam Leyn Kreyq (William Lane Craig), yoxluq, zaman
1 comment so far
XX əsrin əvvəllərinədək materialistlərin hakim olduğu elm dünyasında geniş yayılmış görüş belə idi: kainatın sonsuz ölçülərə sahibdir, sonsuz əvvəldən bəri mövcuddur və sonsuz gələcəyə qədər də mövcud olacaqdır. “Sabit kainat modeli” adlandırılan bu inanca görə kainatın başlanğıcı və sonu yoxdur, kainat hüdudsuz maddələrin bütövüdür. Materialist fəlsəfənin əsasını təşkil edən bu görüş kainatın yaradıldığını da inkar edirdi.
Materializmə inanmış və ya bu fəlsəfənin təsirinə düşmüş çox sayda alim də sözügedən “sonsuz kainat” modelini elmi fəaliyyətlərində əsas olaraq götürürdülər. Astronomiya və fizika sahələrindəki bütün çalışmalar maddənin sonsuzluqdan bəri mövcud olduğu fərziyyəsinə əsaslanırdı. Qısaca desək, bir çox alim uzun illər boyu boş yerə səy göstərmişdi. Çünki elm çox keçmədən bu əfsanələri məhv edəcəkdi.
Sonsuz kainat modelinin səhv olduğunu görən (davamı…)
Din Elmin Doğru İstiqamətlənməsini Təmin Edir Aprel 1, 2010
Posted by fayuu in Elm Nə Deyir?.Tags: Albert Eynşteyn, alim, Allah, araşdırma, astronomiya, Dünya, elm, elm adamları, elmi, elmi kesf, elmi kəsf, fakt, ferziyye, fərziyyə, Freyd, hipotez, israr, kainat, madde, maddə, maddi, maddi dünya, maddi zerer, maddi zərər, müşahidə, menbe, merhele, mənbə, mərhələ, musahide, nizamlama, paradiqma, planetler, planetologiya, prinsip, proses, qanun, Quran, sübut, tecrube, tedqiq, tekzib, temel, təcrübə, tədqiq, təkzib, təməl, təməl şərtlər, ulduz, vəhy, yer kürəsi, yer kuresi, zaman, zaman itkisi, şüurlu
add a comment
Elm yaşadığımız maddi dünyanın təcrübə və müşahidə yolu ilə tədqiqinə deyilir. Əlbəttə, elm bu tədqiqatları apararkən təcrübə və müşahidə yolu ilə əldə etdiyi faktlara əsaslanaraq və onları nəzərə alaraq nəticə çıxarır. Lakin bununla yanaşı hər bir elm sahəsində araşdırma aparmadan əvvəl qəbul edilən bəzi təməl şərtlər var. Bu şərtlərin hamısına ümumi olaraq “paradiqma” deyilir.
Bu təməl şərtlər aparılacaq elmi araşdırmaların “istiqamətini” müəyyən edir. Elmi araşdırmalardakı ilk addım “hipotez” (fərziyyə) müəyyənləşdirməkdir. Alimlər tədqiq edəcəkləri mövzu haqqında əvvəlcə müəyyən bir hipotez irəli sürürlər. Daha sonra bu hipotez elmi faktlarla sınanır. Əgər aparılan təcrübə və müşahidələr hipotezi təsdiqləyərsə, “hipotez” “sübut edilmiş prinsip və ya qanun” adlandırılır. Əgər hipotez təkzib edilərsə, başqa ehtimallar sınanır və bu proses davam edir.
Diqqətlə baxılsa, bu prosesin ilk mərhələsi olan hipotezin müəyyənləşdirilməsi elm adamlarının qəbul etdiyi tamamilə yanlış görüş ilə əlaqədardır. Məsələn, elm adamları bu səhv görüşləri səbəbindən “maddənin hər hansı bir şüurlu nizamlama olmadan, öz-özünü nizamlamaq qabiliyyətinə malik olması” kimi bir hipotez irəli sürə bilərlər. Sonra (davamı…)
İman Edən Alimlərin “Dinə Xidmət Şövqü” Aprel 1, 2010
Posted by fayuu in Elm Nə Deyir?.Tags: alim, Allah, ağıllı, cəhd, elm adamları, fayda, faydalı, heves, həvəs, iman, imkan, inkişaf, kainat, karyera, kesf, kəşf, mövqe, menfeet, mənfəət, pul, səmimi, sonsuz, tebiet, tedqiqat, təbiət, tədqiqat, vacib, yaradılış, yaradılış gerçəyi, şöhrət
1 comment so far
Allahın varlığına və böyüklüyünə iman gətirmiş elm adamlarının dünyaya aid məqam, mövqe, şöhrət və ya pul kimi həvəsləri olmadığı üçün elmi araşdırmalarda göstərdikləri cəhdləri də son dərəcə səmimi olur. Bu insanlar bilirlər ki, kainatla bağlı kəşf etdikləri hər sirr bütün insanlara Allahı tanıdacaq, insanlara Allahın sonsuz gücünü və elmini göstərəcəkdir. İnsanlara Allahın varlığını anlatmaq, yaradılış gerçəyini tanıtmaq iman edən bir insan üçün, şübhəsiz, vacib bir ibadətdir.
Elə bu səmimi düşüncələrə sahib olan imanlı alimlər bütün həyatları boyu böyük bir şövqlə kainatdakı qanunları, təbiətdəki möcüzəvi sistemləri, canlılardakı qüsursuz mexanizmləri, ağıllı davranışları kəşf etmək üçün mühüm araşdırmalar edirlər. Apardıqları tədqiqatlardan da son dərəcə faydalı nəticələr alır, böyük nailiyyətlər əldə edirlər. Bu yolda çətinliklərlə qarşılaşmaq onları geri çəkilməyə vadar etməz və ya insanlardan bir qarşılıq görməsələr də həvəslərini itirməzlər. Çünki onlar etdikləri ilə məhz Allahın razılığını qazanmaq məqsədi güdürlər. (davamı…)
Allaha İnam Alimlərə Hədsiz Şövq və Həyəcan Verir Mart 31, 2010
Posted by fayuu in Elm Nə Deyir?.Tags: Albert Eynşteyn, alim, Allah, ağıl, darvinizm, delil, dəlil, din, dinsiz, dizayn, elm, elm adamları, elmi araşdırma, fəza, göz, iman, insan, Iohan Kepler, Isaak Nyuton, kainat, kompleks, materialist fəlsəfə, motivasiya, Qalaktika, sir, tarazlıq, tədqiqat, təkamül nəzəriyyəsi, ulduz, vicdan, Yaradıcı, şikəst
7 comments
“Dinsiz elm şikəstdir.” Albert Eynşteyn
Din insanları elmə həvəsləndirir. Elmlə məşğul olan ağıl və vicdan sahibləri Allahın varlığının dəlillərinə çox yaxından şahid olduqları üçün eyni zamanda güclü bir imana da malik olurlar. Çünki bu insanlar hər tədqiqatda, hər yeni kəşfdə Allahın yaratdığı mükəmməl bir sistem, qüsursuz incəliklərlə qarşılaşırlar.
Məsələn, gözü tədqiq edən bir alim təkcə insan gözündəki kompleks sistemi görərək, bunun əsla təsadüflərlə, mərhələli şəkildə meydana gələ bilməyəcəyini anlayar. Bir az da dərindən nəzərdən keçirəndə gözü təşkil edən hər detalın möcüzəvi bir yaradılışa malik olduğuna şahid olar. Gözün bir-birinə uyğun onlarla ayrı-ayrı hissədən ibarət olduğunu görər və onu yaratmış Allaha olan heyranlığı qat-qat artar.
Eyni şəkildə kainatı tədqiq edən bir alim özünü bir anda minlərlə möcüzəvi tarazlıqla qarşı-qarşıya görər. Hüdudlarını müəyyən etməyin mümkün olmadığı ucsuz-bucaqsız fəzada yerləşən milyardlarla qalaktika və bu qalaktikalardakı milyardlarla ulduzun böyük ahəng içində mövcud olması ona böyük araşdırma şövqü verər.
Bunların nəticəsində (davamı…)
Arı Yeyən Quşların Ağıllı Taktikaları Fevral 15, 2010
Posted by fayuu in Elm Nə Deyir?.Tags: arı, arı yeyən, öldürücü, bədən xüsusiyyətləri, cins, dimdik, elm adamları, həşərat, koloniya, maraqlı, meropidae, ovlamaq, pəncə, qumdaşı, quş, ram, səmt, sivri, təhlükəli, tunel, yuva, zəhər, zərərsizləşdirmə
1 comment so far
Bəzi quşlar qeyri-mümkün görünməsinə baxmayaraq, daşı belə qaza bilirlər. Möhkəm qayaları oyarkən istifadə etdikləri bir alətləri var: dimdikləri… Arı yeyən quş bu quşlardan biridir.
Arı yeyən quş (meropidae) yuvasını qumdaşı uçurumlarının üstünə və ya çayın sahilindəki bərkimiş palçıqlara dimdiyilə davamlı şəkildə vurub oyuqlar açaraq qurur. Oyuq açma prosesinə 90-100 sm uzunluğunda dar tunel açana qədər davam edir. Yuvanın kənarlarını açmaq üçün inşaat vasitəsi kimi dimdiyindən istifadə edən arı yeyən quşun qısa və güclü pəncələri də qazma işinə kömək edir. Yuvanın içində toplanan torpağı pəncəsilə bayıra boşaldır. Arı yeyən quşların bəzi növləri 1000 və ya daha çox quşdan ibarət koloniyalar halından yaşayırlar. Elm adamları bu qədər çox yuvanın içində hər quşun öz yuvasını necə tapdığını açıqlaya bilmirlər. (David Attenborough, The Trials of Life, s.137)
Arı yeyən quşların maraqlı xüsusiyyətlərindən biri də (davamı…)
İşıq Saçan Canlılardakı Ehtişam Fevral 15, 2010
Posted by fayuu in Elm Nə Deyir?.Tags: Allah, atəşböcəkləri, canlı, elm, elm adamları, enerji, həşərat, istehsal, istilik, işıq, kimyəvi, kimyəvi reaksiya, maksimum, növ, temperatur, texnologiya, tədqiqat
2 comments
İşıq saçan canlıların ən çox məlum olan növləri atəşböcəkləridir. Elm adamları illərlə davam edən araşdırmalar və fəaliyyətlərilə atəşböcəkləri kimi məhsuldar işıq istehsal etməyə çalışırlar. Maksimum işıq verən və demək olar ki, enerji itkisinə yol verməyən atəşböcəkləri bu xüsusiyyətlərinə görə illərlə tədqiqat hədəfi olmuşlar. Əslində bir canlının işıq verməsi eyni zamanda bu işığın istiliyinin ona təsir etməməsi son dərəcə təəccüblüdür. Çünki məlum olduğu kimi, dövrümüzün texnologiyası ilə həyata keçirilən işıq istehsalında istilik ayrılır və bu istilik istilik enerjisinə çevrilir. Ona görə də işıq verən canlıların özləri də bu yüksək temperaturdan zərər görməlidirlər. Lakin işıq verən canlılar işıq verdikdə çox istilik ayrılmır. Soyuq işıq adlanan bir cür işıq verirlər. Orqanizmləri buna uyğun olaraq qurulmuşdur.
Elmi Nailiyyətlər və Yaradılışı Müdafiə Edən Alimlər Fevral 15, 2010
Posted by fayuu in Elm Nə Deyir?.Tags: Albert Eynşteyn, anlayış, dəyişiklik, elm, elm adamları, inkişaf, irəliləyiş, müdafiə, tarix, təkamülçü, yaradılış gerçəyi, yenilik
add a comment
Təkamülçülər nə qədər özlərini yenilik, dəyişiklik, inkişaf kimi anlayışlarla tanıtmağa çalışsalar da, hər dövrdə elmin, irəliləyişin, yenilik və inkişafın əsl qabaqcılları yaradılış gerçəyini müdafiə edən elm adamları olduğunu tarix göstərmişdir.
Elmi inkişafın hər anında imanlı elm adamlarının imzası var. Astronomiyada iz qoyan Leonardo da Vinçi, Kopernik, Kepler, Qaliley, paleontolotiyanın banisi Kuvier, botanika və zoologiyanın əsasını qoyan Linney, yerin cazibə qüvvəsini kəşf edən Nyuton, qalaktikaları və kainatın genişlənməsini kəşf edən Edvin Habl və daha bir çox elm adamı Allahın varlığına, kainatı və canlıları Onun yaratdığına inanan alimlər idi.
XX əsrin ən böyük alimlərindən biri kimi qəbul edilən Albert Eynşteyn isə iman barəsində belə deyir:
FACEBOOK'da bizi izləyin