jump to navigation

Ləzzət və Gözəlliyin Mənbəyi: Molekullar Fevral 15, 2010

Posted by fayuu in Elm Nə Deyir?.
Tags: , , , , , , , , , , , , , , , , , , , ,
1 comment so far

Bir çox maddə eyni atomlardan təşkil olunmasına baxmayaraq fərqli görünür və fərqli xüsusiyyətləri daşıyır. Sizin fikrinizcə, ətrafınızda gördüyünüz cisimləri bir-birindən fərqli edən şey nədir? Rənglərini, formalarını, qoxularını, dadlarını bir-birindən fərqləndirən, yumşaq və ya bərk edən nədir? Bütün bunların səbəbi məhz atomların molekulları əmələ gətirmək üçün öz aralarında qurduqları fərqli kimyəvi əlaqələrdir.

Maddəni təşkil edən ilk pillə olan atomlardan sonra ikinci pillə molekullardır. Molekullar maddənin kimyəvi xüsusiyyətlərini müəyyən edən ən kiçik vahidlərdir. Bu kiçik formalar iki və ya daha çox atomdan, bəziləri də minlərlə atom qrupundan ibarət olur. Molekulların müxtəlif formalarda birləşmələri nəticəsində də (davamı…)

Qurani Kərimdə Allahın Riyazi Möcüzəsi Fevral 11, 2010

Posted by dusunek in Elm Nə Deyir?, Mənəviyyat.
Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , ,
3 comments

Quran göndərildiyi gündən etibarən hər dövrdə yaşayan insan qrupunun anlaya biləcəyi asan və aydın dilə malikdir. Ədəbi dilinin mükəmməlliyi, bənzərsiz üslub xüsusiyyətləri və ehtiva etdiyi üstün hikmət bunun ən əhəmiyyətli səbəblərindəndir. Bununla yanaşı Quranın Allahın sözü olduğunu isbat edən bir çox möcüzəvi xüsusiyyəti daha var. Bunlardan biri də Quranda diqqəti cəlb edən söz təkrarlarıdır.

Allah bundan 14 əsr əvvəl insanlara yol göstərici kitab olan Quran-ı Kərimi göndərmiş və bütün insanlığı Qurana riayət edərək qurtuluşa çatmağa dəvət etmişdir. Ayədə də bildirildiyi kimi Quran “…aləmlərə bir zikr (öyüd, xatırlatma, hökm və üstün bir şərəf)dən başqa bir şey deyil.” (Qələm Surəsi, 52) Quran göndərildiyi gündən qiyamət gününə qədər insanlığın tək yol göstəricisi olan son İlahi kitab olacaq. Ancaq 20-ci və 21-ci əsr texnologiyası ilə əldə etdiyimiz bəzi elmi gerçəklərin 1400 il əvvəl Quranda bildirilməsi Quranın Allahın sözü olduğunu isbat edən çox sayda möcüzələrdən biridir. Bu xüsusiyyətlərdən biri də ”riyazi möcüzə”lərdir. Bu möcüzəyə bir nümunə isə Qurandakı bəzi söz təkrarlarının verdiyi ortaq ədədi göstərmək olar. Bir-biriylə əlaqədar bəzi sözlər möcüzəvi şəkildə eyni sayda təkrarlanır. Aşağıda bu cür sözlər və Qurandakı təkrarlanma ədədləri verilmişdir.

“Yeddi göy” ifadəsi 7 dəfə keçir. “Göylərin yaradılışı (xəlqi səmavat)” ifadəsi də 7 dəfə təkrarlanır.

“Gün (yəvm)” ifadəsi tək olaraq 365 dəfə keçərkən, çoxluq yəni“günlər (əyyam və yəvməyn)” sözləri 30 dəfə təkrarlanır. “Ay” sözünün təkrar sayı isə 12-dir. (davamı…)

Doğrunu Səhvdən Ayıran Rəhbər Fevral 10, 2010

Posted by fayuu in İdeologiyalar.
Tags: , , , , , , , , , , , , , , , , , , , ,
add a comment

Dünyanı anlamağa çalışarkən özümüzə nəyi rəhbər etməliyik? .. Əslində insanların çoxu bu sual barəsində heç düşünmür. Onların rəhbəri cəmiyyətdir. Cəmiyyətdən öyrəndiyi doğrulara və səhvlərə görə öz həyatlarını qururlar. Cəmiyyət, dünyanın düz olduğuna inanırsa, onlar da elə düşünürlər. Adamyeyən qəbiləsində böyüyülərsə, insan əti yeməyi təbii qarşılayırlar. Nasist Almaniyasında Hitlerə tapınmağı haqlı hesab edirlər. Qısası, çoxluğa uyğunlaşırlar.

Dünyanı anlamaq üçün bir də cəmiyyətdən üz çevirib “dahi”lərin icadlarına yönəlmək olar. İdeologiyalara ümid edib, ideoloqların düşüncələrinə bel bağlamaq olar. Məsələn, Marksın bütün dünyanın, hətta kainatın necə yarandığını, hansı qanunlara görə işlədiyini, gələcəyin necə olacağını kəşf etdiyinə inanmaq olar. Bu gedişlə Marksın ən böyük tələbəsi olan Leninin “o möhtəşən beyni” mühafizə edilib “insanların istifadəsi” üçün saxlamaq da olar.

(davamı…)

Kainatdakı Cisimlərin Uzaqlıqları Necə Ölçülür? Fevral 8, 2010

Posted by fayuu in Elm Nə Deyir?.
Tags: , , , , , , , , , , , ,
1 comment so far

Yaşadığımız dünyada hər şeyi metr, kilometr kimi ölçü vahidləriylə ölçürük. Qarışqa 5 millimetr, golf topu 5 santimetr, zürafə 5,5 metr, Çin Səddi 6,400 kilometr və Yer kürəsinin ekvatorunun uzunluğu 40.000 kilometrdir. Ancaq, Uca Rəbbimizin qüsursuz yaradılış dəlilləriylə təchiz etdiyi kosmosun böyüklüyünü anlaya bilmək üçün çox böyük uzaqlıq ölçü vahidlərinə ehtiyacımız var. “İşıq ili” bu vahidlərdən biridir.

İşıq ili, kainatdakı bir-birindən çox uzaq cisimlərin arasındakı məsafəni tapmaq üçün istifadə edilən uzaqlıq vahididir və işığın bir ildə getdiyi yolu ifadə edir. İşıq bir saniyədə 300.000 kilometr yol qət edə bilir. Bir ildə isə təxminən 9,461,000,000,000 kilometr yol gedə bilər.

Bizə ən yaxın ulduz 4.22 işıq ili uzağımızdadır.

Dünyamızın yerləşdiyi Südyolu (Samanyolu) qalaktikası təxminən 100.000 işıq ili böyüklükdədir.

İçində 200 milyard ulduz olan Südyolu qalaktikasının kosmosdakı sürəti saatda 950.000 kmdir.

Kainatda Südyolu kimi təxminən 350 milyard qalaktika var. (davamı…)

Maddənin Həqiqi Mahiyyəti – 1 Yanvar 20, 2010

Posted by dusunek in Maddə və Xəyal.
Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , ,
2 comments

XƏBƏRDARLIQ!

OXUYACAĞINIZ BU MƏQALƏ, HƏYATIN ÇOX MÜHÜM SİRRİNİ EHTİVA EDİR. MADDİ DÜNYAYA BAXIŞ BUCAĞINIZI KÖKÜNDƏN DƏYİŞDİRƏCƏK BU MÖVZUNU, ÇOX DİQQƏTLİ ŞƏKİLDƏ VƏ DƏRK EDƏRƏK OXUMALISINIZ. BURADA İZAH EDİLƏN MƏSƏLƏLƏR FƏRQLİ DÜNYAGÖRÜŞÜ, FƏRQLİ YANAŞMA VƏ YA HƏR HANSI FƏLSƏFİ DÜŞÜNCƏ DEYİL; DİNƏ İNANAN-İNANMAYAN HƏR KƏSİN QƏBUL EDƏCƏYİ, MÜASİR ELMİN DƏ SÜBUT ETDİYİ QƏTİ HƏQİQƏTDİR.

Dünyanı ağıl və vicdanla müşahidə edən insan kainatdakı canlı-cansız hər şeyin yaradıldığını dərk edər. Bəs bütün bunlar kim tərəfindən yaradılmışdır?

Aydındır ki, kainatın hər zərrəsində özünü göstərən “yaradılış”, kainatın özünün məhsulu ola bilməz. Məsələn, bir böcək öz-özünü var etməmişdir. Günəş sistemi, bitkilər, insanlar, bakteriyalar, qırmızı qan hüceyrələri, kəpənəklər öz-özlərini yaratmamışdır. Bütün bunların “təsadüfən” meydana gəlməsi ehtimalı da yoxdur.

Deməli, gözümüzlə gördüyümüz hər şey yaradılmışdır… Ancaq, gözümüzlə gördüyümüz şeylərin heç biri “Yaradıcı” deyil. O halda Yaradıcı, gözümüzlə gördüyümüz hər şeydən başqa və üstün bir varlıqdır. Özü görünməyən, lakin yaratdığı hər şeydə Özünün varlığını və xüsusiyyətlərini göstərən üstün gücdür. (davamı…)

Maddənin Həqiqi Mahiyyəti – 3 Yanvar 20, 2010

Posted by dusunek in Maddə və Xəyal.
Tags: , , , , , , , , , , , , , , , , ,
add a comment

Qavrayan Kimdir?

Bura qədər izah etdiklərimizdən aydın olduğu kimi içində yaşadığımızı zənn etdiyimiz və “xarici dünya” olaraq adlandırdığımız maddi dünyanın əslində beynimizdə meydana gəldiyinə şübhə yoxdur. Amma burada mühüm sual ortaya çıxır: Bildiyimiz bütün maddi varlıqlar əslində hissdirsə, o zaman beynimiz nədir? Beynimiz də qolumuz, ayağımız və ya hər hansı digər əşya kimi maddi dünyanın bir parçası olduğuna görə o da digər maddələr kimi bir hiss olmalıdır.

Yuxu ilə bağlı çəkəcəyimiz nümunə mövzunu daha yaxşı açıqlayacaq. İndiyədək izah etdiklərimizə uyğun olaraq beynimizin içində yuxu seyr etdiyimizi düşünək. Bu yuxuda xəyali bədənimiz, xəyali qolumuz, xəyali gözümüz, xəyali beynimiz olacaq. Yuxu əsnasında bizə “harada görürsən?” sualı verilsə, verəcəyimiz cavab “beynimdə görürəm” olar. Amma ortada gerçək beyin yoxdur. Yalnız xəyali bədən, xəyali qafa tası və xəyali beyin var. Yuxunuzdakı görüntünü görən iradə isə yuxudakı xəyali beyin deyil, ondan daha “dərin” varlıqdır.

Yuxudakı mühitlə gerçək həyat dediyimiz mühit arasında hər hansı fiziki fərq olmadığını bilirik. Bu halda, gerçək həyat dediyimiz mühitdə bizə “harada görürsən?” sualı verilsə, yuxarıdakı nümunədə olduğu kimi “beynimdə” cavabını verməyin mənası yoxdur. Hər iki vəziyyətdə də görən və hiss edən iradə ət parçasından ibarət beyin deyil. (davamı…)

Maddənin Həqiqi Mahiyyəti – 4 Yanvar 20, 2010

Posted by dusunek in Maddə və Xəyal.
Tags: , , , ,
add a comment

SAHİB OLDUĞUNU HƏR ŞEY ƏSLİNDƏ HİSSDİR (XƏYALDIR)

“Xarici dünya”nın maddi həqiqətə sahib olmadığı və Allahın davamlı olaraq ruhumuza göstərdiyi görüntülərdən ibarət olduğu elmi və məntiqi həqiqətdir. Bununla yanaşı insanlar ümumiyyətlə “xarici dünya” anlayışına hər şeyi daxil etmir və ya etmək istəmirlər.

Bu mövzuda bir az səmimi və cəsarətlə düşünsəniz, evinizin, əşyalarınızın və ya antikvarlarınızın, bağ evinizin, təzəcə aldığınız avtomobilinizin, ofisinizin, ləl-cəvahiratlarınızın, bankdakı hesabınızın, qarderobunuzun, həyat yoldaşınızın, uşaqlarınızın, iş yoldaşlarınızın və sahib olduğunuz hər şeyin də sizə göstərilən bu “xəyali xarici dünya”ya aid olduğu həqiqətini anlayarsınız. Ətrafınızda gördüyünüz, eşitdiyiniz, iylədiyiniz, bir sözlə, beş duyğu üzvü ilə qavradığınız hər şey bu “xəyali dünya”ya aiddir. Ən sevdiyiniz müğənninin səsi, oturduğunuz oturacağın yumşaqlığı, qoxusu xoşunuza gedən ətir, sizi isidən günəş, rəngləriylə göz oxşayan çiçək, pəncərənizdən çöldə uçan quş, dənizin üzərində sürətlə gedən kater, bol məhsul verən bağçanız, işinizdə istifadə etdiyiniz kompüteriniz… (davamı…)

Qədərə Təslimiyyət Yanvar 19, 2010

Posted by dusunek in Maddə və Xəyal, Mənəviyyat.
Tags: , , , , , , , , , , , , , , , , , , ,
add a comment

Dünya həyatındakı imtahanın çox mühüm bir sirri var. Bu sirri bilən möminlər çətinliklərə qarşı böyük şövq və sevinclə səbir göstərirlər. Bu sirrin əsasında “qədər” gerçəyi dayanır. Müsəlman, Allahın hər şeyi qədər ilə yaratdığını və qarşılaşdığı hadisələrin də ancaq Allahın istəyi ilə reallaşdığını bilir. İnsan həyatını bütün incəliklərinə qədər yaradan Allahdır. Ənam Surəsində dünyada meydana gələn kiçik-böyük bütün hadisələrin Allahın istəyi ilə reallaşdığı belə ifadə edilir:

Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru (şey) yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın. (Ənam Surəsi, 59)

İnsan zamana tabe olan və hadisələri ancaq yaşadığı andan baxaraq qiymətləndirməyi bacaran varlıqdır. İnsan gələcəyini bilmədiyi üçün qarşılaşdığı hadisələrdəki uzunmüddətli hikmətləri, gözəllikləri və xeyirləri də həmişə görə bilmir. Lakin zamana tabe olmayan və zamanı yaradan Allah zamana tabe olan bütün varlıqların həyatını “zamanın xaricindən” görür və bilir. Elə burada qədər gerçəyi ilə qarşılaşırıq. Qədər Allahın keçmişdə baş vermiş və gələcəkdə olacaq bütün hadisələri tək bir an olaraq bilməsidir. Yəni “nəticəsi bilinməyən hadisələr” yalnız bizim üçün “bilinməz”dir. Allah bizim bilmədiyimiz hadisələrin hamısını bilir. Buna görə də əslində insanın imtahanı, əvvəli və sonu müəyyən olan imtahandır. Keçmiş, gələcək və yaşadığımız an Allah Qatında birdir və hamısı olub bitmişdir. Biz isə bu hadisələri ancaq yaşayaraq öyrənirik. (davamı…)

Müsəlmanlar və Elm Yanvar 3, 2010

Posted by dusunek in Mənəviyyat, İslam Birliyi.
Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , ,
1 comment so far

İslam əxlaqının insanlığa yönəltdiyi işıqlardan biri də elmi düşüncədir. İslamdan əvvəl ərəblər və digər Yaxın Şərq cəmiyyətləri kainatın və təbiətin necə var olması və hərəkəti barədə heç maraqlanmırdılar. Bu suallar üzərində düşünməyi, bunların cavablarını araşdırmağı ilk dəfə Qurandan öyrənmişdilər. Allah Quranda inananlara, göylərin və yerin necə var olduğunu araşdırmalarını əmr etmişdir:

O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından qoru! (Ali- İmran Surəsi, 191) (davamı…)

İslam: Dünyanı Aydınladan İşıq Yanvar 3, 2010

Posted by dusunek in Mənəviyyat, İslam Birliyi.
Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , ,
add a comment

İslamın yarandığı 7-ci əsrin əvvəllərində Ərəbistan dünyanın ən mürəkkəb bölgələrindən biri idi. Bu torpaqlarda bir çox fərqli qəbilə yaşayır, hər biri ayrı bir bütə sitayiş edirdi. Azğın dinləri və bütlərinə görə bir-birləri ilə vuruşur, qan tökür, hətta uşaqlarını öldürəcək qədər vəhşiləşirdilər. Bu batil sistemdə sevgi, mərhəmət, həlim xasiyyət deyil, mərhəmətsizlik, nifrət və şiddət məqbul qarşılanırdı. Qadınlar aşağı varlıqlar sayılır, kasıblar və kölələr alçaldılırdı.

Bu qaranlıq və qanlı dünya İslam əxlaqıyla birlikdə tamamilə dəyişdi. Yalnız ərəblər deyil, daha bir çox millət İslam əxlaqının işığıyla aydınlandı. İslamın gəlişi ilə elmdə, mədəniyyətdə, düşüncədə və sənətdə əvvəllər az rast gəlinən yüksəliş baş verdi. (davamı…)

Follow

Get every new post delivered to your Inbox.

Join 4,915 other followers