jump to navigation

“Ana Təbiət” Kimdir? Yanvar 1, 2010

Posted by dusunek in Darvinizmin Sonu.
Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , ,
add a comment

Təkamülçülər təbiətin yaradıcı gücə sahib olduğunu fərz edirlər. Bu qəribə fərziyyəyə həm özləri inanır, həm də digər insanları buna inandırmağa çalışırlar. Bu məqsəd üçün əllərindəki bütün imkanları da səfərbər edirlər. Məsələn, televiziyadakı bəzi sənədli filmlərdə, jurnal, qəzet və kitablarda təbiətdəki hər hansı bir gözəllikdən danışarkən “Bu, təbiətin insana hədiyyəsidir”, “Ana Təbiətin möcüzəsidir”, “Təbiət vergisi olaraq qunduzlar özlərinə möhtəşəm bəndlər inşa edirlər” kimi ifadələrdən istifadə edirlər. Bəs təkamülçülərin yaradıcı kimi gördükləri “ana təbiət” kimdir? (davamı…)

Materializmin Elmi Cəhətdən Çöküşü Dekabr 30, 2009

Posted by dusunek in Elm Nə Deyir?, İdeologiyalar.
Tags: , , , , , , , , , , , , , , , , , , ,
add a comment

“Materializmin elmi düşüncə olduğunu artıq heç kim iddia edə bilməz.” Arthur Koestler

İçində yaşadığımız ucsuz-bucaqsız kainat necə yaranıb?

Kainatdakı qüsursuz tarazlıq, ahəng və nizam necə meydana çıxıb?

Bu suallar tarixin əvvəlindən etibarən insanları maraqlandırmışdır. Ağılla bu sualları araşdıran elm adamları və mütəfəkkirlərin gəldikləri nəticə isə həmişə belə olmuşdur: kainatdakı nizam və dizayn bütün kainata hakim olan üstün bir Yaradıcının varlığının isbatıdır.

Ağıl yoluyla əldə etdiyimiz bu nəticə elə həqiqətin özüdür. Allah insanlara yol göstərici olması üçün 14 əsr əvvəl Quranı vəhy etmiş və bu həqiqəti insanlara bildirmişdir. Kainatı yoxdan yaratdığını və müəyyən bir məqsədə görə qurduğunu, kainatdakı bütün sistem və tarazlıqları insan həyatı üçün ən ideal şəkildə yaratdığını xəbər verir. Quranda bildirildiyinə görə insan kainatdakı bütün sistem və tarazlıqların özü üçün Allah tərəfindən yaradıldığını bilməli, bu gerçək barədə düşünməli və nəticə çıxarmalıdır: (davamı…)

Darvinizmin Qanlı Dialektikası: Sol və Sağın Mübarizəsi Dekabr 29, 2009

Posted by dusunek in İdeologiyalar.
Tags: , , , , , , , , , , , , , , , ,
2 comments

Kommunizm, hər ölkədə kapitalizmin və faşizmin əleyhdarı və alternativi olaraq inkişaf etmişdir. Bir-birinə zidd kimi görünən bu tərəflər, ortaq qaynaqdan, yəni darvinizmdən ilham alır. Kapitalizm və faşizm darvinizmin sağ qanadını, kommunizm isə sol qanadını meydana gətirir. Bir ölkədə darvinizmin yayılması, hər iki qanadın birdən yayılması nəticəsini zəruri edir. Bu səbəbdən faşizmi və ya kapitalizmi dəstəkləmək üçün darvinizmdən istifadə edənlər, istər-istəməz kommunizmi də dəstəkləmiş olurlar.

Darvinizmin hakim olduğu bu dinsiz dünya görüşündə, sağ solu, sol da sağı doğurur və bəsləyir. İki tərəf bir-biriylə daimi mübarizədədir. Zatən darvinizm belə mübarizə mühitini cəmiyyətlər üçün uyğun və vacib hesab edir. (davamı…)

Darvinizmin Yayılması və Kommunizm-Kapitalizm Əlaqəsi Dekabr 29, 2009

Posted by dusunek in İdeologiyalar.
Tags: , , , , , , , , , , , , , , , , , ,
add a comment

Darvinizmin siyasi təsirlərini araşdırarkən bir məsələyə diqqət yetirmək lazımdır. Bu nəzəriyyə yalnız bir ideologiya ilə deyil, bir-birindən çox fərqlənən bir çox ideologiya ilə əlaqəlidir. Darvinizmin dəstəklədiyi ideologiyaları araşdırdığımızda, kommunizmlə yanaşı, irqçilik, imperializm, kapitalizm, faşizm kimi bir çox ideologiya ilə qarşılaşırıq. İlk baxışda bir-birindən müstəqil, hətta bir-birinə zidd görünən bu ideologiyaların ortaq xüsusiyyəti isə İlahi dinlərə və onların gətirdiyi əxlaqi dəyərlərə qarşı olmasıdır.

Bu ideologiyaların liderləri dini inancları və dəyərləri özlərinə maneə olaraq görmüş və bu inanc və dəyərləri ortadan qaldırmaq üçün darvinizmdən silah kimi istifadə etmişlər. İşin ən maraqlı tərəfi ondadır ki, bir yandan öz ideologiyalarına bu tərzdə fəaliyyət sahəsi açarkən, digər tərəfdən də özlərinə rəqib olan ideologiyaları gücləndirmişlər. Məsələn, iddialarına görə amansız “həyat mübarizəsi”nin yaşandığı sərbəst bazar mühitini qanuniləşdirmək üçün darvinist əxlaqı lazımlı görüb dəstəkləyən kapitalistlər, bu yolla digər tərəfdən də qarşı olduqları kommunizmi dəstəkləmişlər. (davamı…)

Kommunizm və ya “Təkamül Nəzəriyyəsi” Dekabr 27, 2009

Posted by dusunek in İdeologiyalar.
Tags: , , , , , , , , , , , , , , , , , , , , , ,
add a comment

Darvinin təkamül nəzəriyyəsi Marks və Engelsin nəzəriyyəsini də əhatə edir. Bunu  söyləmək mümkündür, çünki kommunizm də “təkamül nəzəriyyəsi”dir, daha doğrusu təkamül nəzəriyyəsinin tarixə və sosial elmlərə uyğunlaşdırılmasıdır. Bu gerçək 20-ci əsrin əvvəllərində qabaqcıl darvinist-marksist mütəfəkkirlərdən biri olan Anton Pannekukun (Anton Pannekoek) qələmə aldığı Marxism and Darwinism (Marksizm və Darvinizm) adlı kitabda belə ümumiləşdirilir:

Marksizmin və eyni zamanda darvinizmin elmi əhəmiyyəti ondadır ki, onların hər ikisi də təkamül nəzəriyyəsini izləyir. Biri bunu orqanik dünyada- canlılar üzərində etmiş, digəri isə cəmiyyət miqyasında reallaşdırmışdırHəm Darvinin, həm də Marksın təlimləri, yəni təbiət elmləri sahəsində və insan cəmiyyətləri sahəsində inkişaf edən bu iki təlim, təkamül nəzəriyyəsini müsbət elmə çevirmişdir. Bunu etməklə, təkamül nəzəriyyəsini ictimai və bioloji inkişafın təməl anlayışı olaraq kütlələrə tanıtmışlar. (1) (davamı…)

Follow

Get every new post delivered to your Inbox.

Join 4,915 other followers