Qüsursuz Yırtıcı Quş: Qartal Fevral 15, 2010
Posted by fayuu in Elm Nə Deyir?.Tags: Allah, bədən, canlı, dizayn, əzələ, göz qapağı, güclü, hava, hava axını, həqiqət, ideal, keçəl kərkəs, mükəmməl, niktitant pərdə, ov, qanad, qartal, qüsursuz uçuş, quş, quşlar, sümük, sürətlə, skelet, tük, tədbir, uçmaq, yüngül
add a comment
Quşları nəzərdən keçirdikdə bədənlərindəki bütün xüsusiyyətlərin uçuş üçün xüsusi dizayn edildiyini görərik. Məsələn, göy üzündə ən yaxşı hərəkət etmə qabiliyyətinə malik olan quşlardan olan qartalların da bədən quruluşları hər cəhətdən qüsursuzdur. Qartallar həm yerdən havaya qalxmaq üçün yüngül olmalı, həm də ovlarını tutduqda rahatlıqla daşımaq üçün güclü olmalıdırlar. Bir keçəl kərkəsin (qartalın) 7000-dən çox tükü var, ancaq bu tüklərin hamısının ağırlığı təxminən 500 qram edir. Bundan başqa qartalların bədənlərinin daha yüngül olması üçün sümüklərinin içi də boşdur. Bu sümüklərin bir çox yerində havadan başqa bir şey yoxdur. Bir keçəl kərkəsin skeletinin bütövlükdə ağırlığı 272 qramdan bir az çoxdur. Qısası, qartalların ağırlığı uçmaq üçün son dərəcə idealdır.
Bir qartal uçarkən özünə lazım olan gücün çoxunu qanadlarını çırpma əsnasında, qanadının aşağıya doğru hərəkətindən alır. Buna görə qartalın (davamı…)
Delfinlərdəki Üstün Yaradılış Fevral 15, 2010
Posted by fayuu in Elm Nə Deyir?.Tags: Allah, avtomatik, canlı, delfin, dəlik, elastik, elm, enerji, gəmi, girdab, heyvan, hidrodinamik quruluş, iradəli, müasir, məməli, nəfəs almaq, nəzarət, nizamlı, orqanizm, plastik, qüsursuz, refleks, süngərəbənzər, sürətlə, təbəqə, tədbir, tədqiqat, təzyiq, yarımkürə
1 comment so far
Delfinlər üçün nəfəs almaq insanlarda və ya digər quruda yaşayan məməlilərdə olduğu kimi bir refleks deyil, iradəli hərəkətdir. (Betty Mamane, Le Surdoue du Grand Bleu, Science et Vie Juniour, Avqust 1998, s.79-84)
Yəni biz necə yeriməyə qərar veririksə, delfinlər də nəfəs almağa qərar verir. Bu, heyvanın suda yatarkən boğularaq ölməməsi üçün görülmüş tədbirdir. Delfin yatdıqda beyninin sağ və sol yarımkürələrini təqribən on beş dəqiqə fasilə ilə işlədir. Bir yarımkürə yatarkən, digər yarımkürə nəzarət edərək heyvanın suyun səthinə çıxmasını təmin edir.
Delfinlər balıqlar kimi su içində nəfəs alıb-verə bilmirlər. Bu səbəbdən (davamı…)
Mikrodünyanın Canlıları: Planktonlar Fevral 15, 2010
Posted by fayuu in Elm Nə Deyir?.Tags: Allah, atmosfer, üzvi maddə, balıq, bitki, canlı, dəniz, dəniz axınları, dəniz canlıları, Diatom, Dinoflagellatlar, fitoplanktonlar, fotosintez, günəş enerjisi, geometrik forma, heyvan, həyat, kabondioksid, mikroskopik, mitrometr, onurğasız heyvanlar, plankton, qidalanma zənciri, sürfə, silisium oksid, su yosunu, tarazlayıcı, tarazlıq, tək hüceyrəli canlı, xüsusiyyət
1 comment so far
Planktonlar dəniz altındakı həyat zəncirinin ən mühüm, ən vacib halqalarından biridir. Bu canlıların ölçüsü bir neçə mikrometrədən çox deyil. Bir mikrometrin bir metrin milyonda biri olduğu nəzərə alındıqda, bu canlıların gözlə görünməyəcək qədər kiçik olduğu başa düşülür. Bəs gözlə görülməyəcək qədər kiçik olan bu canlıları bu qədər əhəmiyyətli, hətta həyatın davamlılığı üçün lazımlı edən hansı xüsusiyyətdir?
Dəniz altındakı bir çox canlının əsas qidası bitki və heyvan əsaslı olmaqla iki qrupa ayrılan planktonlardır. Bu səbəbdən planktonların azalması balinalardan kiçik dəniz canlılarına qədər bir çox canlı üçün təhlükə yaradır. Bu mikroskopik canlıların əhəmiyyəti sadəcə bununla məhdudlaşmır. Xüsusilə bitki əsaslı planktonlar dünyadakı müxtəlif müvazinətlərin təmin edilməsində mühüm faktordur.
İşıq Saçan Canlılardakı Ehtişam Fevral 15, 2010
Posted by fayuu in Elm Nə Deyir?.Tags: Allah, atəşböcəkləri, canlı, elm, elm adamları, enerji, həşərat, istehsal, istilik, işıq, kimyəvi, kimyəvi reaksiya, maksimum, növ, temperatur, texnologiya, tədqiqat
2 comments
İşıq saçan canlıların ən çox məlum olan növləri atəşböcəkləridir. Elm adamları illərlə davam edən araşdırmalar və fəaliyyətlərilə atəşböcəkləri kimi məhsuldar işıq istehsal etməyə çalışırlar. Maksimum işıq verən və demək olar ki, enerji itkisinə yol verməyən atəşböcəkləri bu xüsusiyyətlərinə görə illərlə tədqiqat hədəfi olmuşlar. Əslində bir canlının işıq verməsi eyni zamanda bu işığın istiliyinin ona təsir etməməsi son dərəcə təəccüblüdür. Çünki məlum olduğu kimi, dövrümüzün texnologiyası ilə həyata keçirilən işıq istehsalında istilik ayrılır və bu istilik istilik enerjisinə çevrilir. Ona görə də işıq verən canlıların özləri də bu yüksək temperaturdan zərər görməlidirlər. Lakin işıq verən canlılar işıq verdikdə çox istilik ayrılmır. Soyuq işıq adlanan bir cür işıq verirlər. Orqanizmləri buna uyğun olaraq qurulmuşdur.
İşıq Verən Dəniz Canlıları Fevral 15, 2010
Posted by fayuu in Elm Nə Deyir?.Tags: atəşböcəkləri, balıq, canlı, Comb Jelly (Ctenophora), dəniz, dəniz anemonları, dəniz heyvanları, dəniz kirpiləri, dəniz ulduzları, heyvan, həssas, işıq verən sistemlər, meduza, mexanizm, mikroskopik bitkilər, ov, tüklü ulduzlar, tikanlı heyvanlar, tilov
1 comment so far
Dəniz canlılarından bir çoxu atəşböcəkləri kimi işıq verən sistemlərə malikdir. Adətən bundan düşmənlərini yanıltmaq və ya qorxutmaq üçün istifadə edirlər. Bunlardan Comb Jelly (Ctenophora) adlı canlı eynilə meduzalar və dəniz anemonları kimi həssas canlılardır. Mikroskopik bitkilər və kiçik dəniz heyvanları ilə qidalanırlar. Bəziləri ovlarını eynilə balıq tilovu kimi suda hərəkət edən yapışqan lamisə orqanları ilə tuturlar. Bu canlının başqa növünün isə çox geniş açılan və digər Comb Jelly canlıları də daxil olmaqla bir çox canlını udan ağızları var. Comb Jelly-nin bədənində sıra ilə düzülmüş incə tüklər var və heyvan bu tüklərini suda özünü irəliyə doğru itələmək üçün istifadə edir. Bunda başqa demək olar ki, bütün Comb Jelly-lərin arxasında eynilə tikiş yerinə bənzəyən zolaqlar formasında işıq verən hüceyrələr yerləşir. Növlərin özlərinin də maraqlı xüsusiyyətləri var. Məsələn, qırmızı Comb Jelly-yə toxunduqda parıldayır. Eyni zamanda suya parıldayan, işıqlı dənəciklər buraxır. Bu düşmənlərindən xilas olmaq üçün istifadə edilən yanıltma üsuludur.
Diqqətli Nəzarətçi: Hüceyrə Qılafı Fevral 15, 2010
Posted by fayuu in Elm Nə Deyir?.Tags: Allah, canlı, dövrümüzün texnologiyası, elektron mikroskopu, güclü, hüceyrə, hüceyrə qılafı, kompüter, müdaxilə, nəzarət, orqanizm, orqanoid, sistem, texnologiya, təhlükəsizlik tədbirləri, Yağ, zülal, zərərli
2 comments
Çox güclü təhlükəsizlik tədbirləri görülən, zərərli heç bir şeyin qapıdan içəri qoyulmadığı, içəri giriş üçün çox dəqiq yoxlamaların edildiyi və gələnlərin ancaq bu şəkildə içəri buraxıldığı bir bina düşünün. Ancaq bütün bunları binanın özü etsin. Bayırdan heç bir müdaxilə, heç bir kömək almadan bina canlı kimi hərəkət etsin. Binanın düşünürmüş kimi hərəkət etməsi, yəni təhlükəsizlik yoxlamalarını kompüterin köməyilə etməsi, şəxsiyyətin yoxlamasını aparması dövrümüzün texnologiyası ilə mümkün ola bilər. Bəs belə bir sistemin 1 millimetrin 100 mində biri qədər yerə yerləşdirildiyini desək nə düşünərsiniz? (davamı…)
Heyvan Gözlərindəki Müxtəliflik Fevral 15, 2010
Posted by fayuu in Elm Nə Deyir?.Tags: balıq, canlı, görmə, göz, göz qapağı, mürəkkəb, orqan, quş, şəffaf
add a comment
Balıqlar su altında, quşlar isə uçarkən onlara görmə imkanı verən göz quruluşlarına malikdirlər. Bunlar kimi digər canlıların da göz quruluşları ehtiyaclarına görə yaradılmışdır. Bu, doğru dəyərləndirdikdə insana çox şey qazandıracaq məlumatdır. Göz kimi qarışıq və mürəkkəb quruluşda olan bir orqanın müxtəlif xüsusiyyətlərə malik hər canlıda öz-özünə olmayacağı aydındır. Bununla bağlı nümunələri araşdıran, ağıl və vicdanla düşünən hər insan canlıların Allah tərəfindən yaradıldıqları həqiqətini dərhal anlayacaq. Aşağıda verilən nümunələr bu həqiqəti düşünmək üçün bir yoldur.
Quşlar insanlardan daha sürətli görmə gücünə malikdir və daha geniş sahəni çox aydın görə bilirlər. Bir quş (davamı…)
Meyvə və Tərəvəzlərdəki Bənzərsiz Sənət Fevral 10, 2010
Posted by fayuu in Elm Nə Deyir?.Tags: Allah, üzüm, bitki, canlı, dad, düşünək, dizayn, enerji, heyvan, insan, kimyəvi, kivi, ləzzət, meyvə, mineral, nemət, nəsihət, nizam, qida, qoxu, su, tərəvəz, torpaq, vitamin
1 comment so far
Eyni quru torpaqdan çıxan, eyni su ilə sulanan meyvələr və tərəvəzlər inanılmaz müxtəlifliyə malikdir. Meyvələrin və tərəvəzlərin ləzzətlərini, qoxularını və dadlarını düşündükdə bu cür müxtəlifliyin necə ortaya çıxması ağıla gəlir. Eyni torpaqdakı eyni su və minerallardan istifadə edərək fərqli dad və qoxuları əsrlərdən bəri heç səhvə yol vermədən və bir-birlərinə qarışmadan saxlayanlar, əlbəttə, üzümlərin, qarpızların, qovunların, kivilərin, ananasların özləri deyil. Bu bənzərsiz ləzzəti, görünüş və dadı onlara Allah verir.
Atmosferin Xüsusi Quruluşu Fevral 10, 2010
Posted by fayuu in Elm Nə Deyir?.Tags: Allah, arqon, atmosfer, azot, ölüm, bədən, canlı, detal, hava, heyvan, insan, karbondioksid, nəfəs, nəzarətsiz, nizam, oksigen, partlayış, proses, qaz, qüsursuz, tarazlıq, təhlükəli, yer kürəsi
add a comment
Nəfəs almaq sizin üçün sadəcə havanı içinizə çəkmək və sonra nəfəs verərək bayıra buraxmaqdan ibarət ola bilər, ancaq əslində bu proses üçün hərtərəfli qüsursuz nizam qurulmuşdur. Belə ki, insanın nəfəs almaq üçün ən kiçik səy göstərməsinə belə ehtiyac yoxdur. Hətta bu mövzu çoxunun ağlına da gəlmir. Hər insan doğulduğu andan ölənə qədər heç dayanmadan nəfəs alır. Çünki həm əhatəsindəki, həm də öz bədənindəki bütün şərtləri Allah rahat nəfəs alacağı şəkildə yaratmışdır.
Hər şeydən əvvəl insanın nəfəs ala bilməsi üçün atmosferdəki qazların tarazlığının çox yaxşı nizamlanması şərtdir. Bu tarazlıqda kiçik dəyişikliklərin meydana gəlməsi insanın ölümünə səbəb olan təhlükəli nəticələr doğurar. Onsuz da bu cür çatışmazlıqlar heç vaxt baş verməz. Çünki atmosfer həyat üçün lazımlı son dərəcə xüsusi şərtlər birləşdirilərək nizamlanmış qeyri-adi tərkibdir və qüsursuz işləyir.
Fossillər Təkamülü Təkzib Edir Yanvar 1, 2010
Posted by dusunek in Darvinizmin Sonu.Tags: ara keçid forması, Çarlz Darvin, canlı, darvin, darvinizm, fosil, fossil, Növlərin Mənşəyi, sürünənlər, təbiət, təkamül, təkamül nəzəriyyəsi, təkamülçü
add a comment
Təkamül nəzəriyyəsi, bütün canlıların bir-birlərindən törədiklərini iddia edir. Buna görə əvvəldən var olan canlı növü zaman keçdikcə digərinə çevrilmiş və bütün növlər bu şəkildə ortaya çıxmışdır. Nəzəriyyəyə görə bu çevrilmə yüz milyonlarla illik dövr ərzində baş vermiş və mərhələ-mərhələ irəliləmişdir.
Bu halda, bir canlının digərinə iddia edilən uzun çevrilmə prosesi zamanı saysız aralıq növlərin meydana gəlmiş və yaşamış olmaları lazımdır. Bu iddiaya görə keçmişdə balıq xüsusiyyətlərini daşımasına baxmayaraq, bir tərəfdən də bəzi sürünən xüsusiyyətləri qazanmış yarı balıq-yarı sürünən canlılar yaşamalıdır. Və yaxud sürünən xüsusiyyətlərini daşımaqla yanaşı, həmçinin bəzi quş xüsusiyyətləri qazanmış sürünən-quşlar meydana çıxmalıdır. Bunlar keçid dövründə olduqları üçün də şikəst, natamam, qüsurlu canlılar olmalıdır. Təkamülçülər keçmişdə yaşadıqlarını fərz etdikləri bu xəyali canlıları “aralıq-keçid forması” adlandırırlar. (davamı…)

FACEBOOK'da bizi izləyin