jump to navigation

Maye İçində Üzən Beynimiz November 6, 2011

Posted by fayuu in Elm Nə Deyir?.
Tags: , , ,
add a comment

Həm həssas quruluşu, həm də çox əhəmiyyətli funksiyaları olan beynimiz hərtərəfli müdafiə edilmişdir. Bunlardan ən maraqlısı beynimizin maye içində üzməsidir.

Hiss etmə, hərəkət etmə, eşitmə, görmə, dad və qoxu hiss etmə, ürəyin döyünməsi, nəfəs alma kimi həyati funksiyaların hamısını beynimiz reallaşdırır. Bundan əlavə, beyin hormon sintez edərək bədənin ehtiyaclarını tənzimləyir. Çox həssas sistemə sahib olan bu orqanımız elektrik siqnalları ilə fəaliyyət göstərən sinir hüceyrələri, bunları nizamlayan və qidalanmalarına kömək edən köməkçi hüceyrələr və qan damarlarından ibarətdir. (davamı…)

Bədənimizdəki İdarə Mərkəzi: Beyin Fevral 26, 2011

Posted by fayuu in Elm Nə Deyir?.
Tags: , , , , , ,
1 comment so far

Həm həssas quruluşu, həm də çox əhəmiyyətli funksiyaları olan beyin hərtərəfli müdafiə edilmişdir. Bunlardan ən maraqlısı beynimizin maye içərisində üzməsidir.

Beynimizin Suyun İçində Üzdüyünü Bilirdinizmi?

Hiss etmək, hərəkət etmək, eşitmə, görmə, dad və qoxu hiss etmə, ürəyin döyünməsi, nəfəs alma kimi həyati funksiyaların hamısını beynimiz reallaşdırır. Bundan əlavə hormon sintez edərək bədənin ehtiyaclarını tənzimləyir. Çox həssas sistemə sahib olan bu orqanımız elektrik siqnalları ilə çalışan sinir hüceyrələri, bunları nizamlayan və qidalanmalarına kömək edən dəstək hüceyrələri və qan damarlarından meydana gəlir.

Beynin çəkisi təxminən 1,5 kq-dır. Əgər beyin mayenin içində olmasaydı və birbaşa kəllə ilə təmas etsəydi öz ağırlığının altında əzilərdi. Bu da beyindəki həyati mərkəzlərdə təzyiq meydana gəlməsinə səbəb olub ölümlə nəticələnə bilərdi. Ancaq bu cür problemlə xəstəlik halları istisna olmaqla qarşılaşmırıq. Çünki beynimizin öz ağırlığı üzdüyü mayenin içində olarkən 1400 kq-dan 50 q-a qədər azalır. Yəni, beyində ağırlığı otuz dəfə azaldan sistem var. Bu sistem belə çalışır: (davamı…)

Zəka və Ağıl Arasındakı Fərq Nədir? İyul 20, 2010

Posted by fayuu in Elm Nə Deyir?.
Tags: , , , , , , , , , ,
2 comments

Zəka, ən çox tanınan mənada insanın düşünmə, həqiqətləri hiss etmə, mühakimə etmə və nəticə çıxarma bacarıqlarının cəmidir. İlk dəfə qarşılaşılan və ani şəkildə əmələ gələn hadisələrə uyğunlaşma, anlama, öyrənmə, təhlil etmə bacarığı, beş hissin, diqqətin və düşüncənin cəmlənməsi, incəliklərə diqqət verilməsi zəka vasitəsilə həyata keçirilir. Zəkanın fərqli təriflərinin olmasına baxmayaraq, zəkaya aid nəzəriyyələrin hamısında zəkanın hamısında zəkanın insanın anadangəlmə malik olduğu, adətən irsi yolla nəsildən-nəsilə keçən və mərkəzi sinir sisteminin funksiyalarından ibarət öyrənmə və ətraf təsirlərlə formalaşan məfhum olduğu bildirilir. (davamı…)

Zamansızlıq və Qədər Gerçəyi Aprel 23, 2010

Posted by fayuu in Elm Nə Deyir?, Maddə və Xəyal, Mənəviyyat.
Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , ,
4 comments

ZAMAN NƏDİR?

Zaman, bir anı digər an ilə müqayisə etdiyimizdə meydana gələn anlayışdır. Yəni zaman bizim yaşadığımız hadisələr arasında apardığımız müqayisəyə söykənir. Məsələn, bir insan otağa girir, sonra yerdə olan qələmi görür və əyilib onu götürür. Daha sonra bu qələmi masaya qoyur. Həmin insan, bütün bu hərəkətlər arasında müqayisə edir. Hər biri arasında müəyyən müddət keçdiyini düşünür və beləcə zaman hissini əldə edir.

Yəni, zaman beyində xatirə olaraq saxlanan bəzi məlumatlar, daha doğrusu görüntülər arasında müqayisə aparıldığında var olur. Əgər bir insanın yaddaşı olmasaydı, o insan hal-hazırkı anı yaşayacaq, beyni bu cür şərhlər edə bilməyəcək və dolayısı ilə zaman hissi də meydana gəlməyəcəkdi. (davamı…)

Əmr Mərkəzi: Beyin Fevral 15, 2010

Posted by fayuu in Elm Nə Deyir?.
Tags: , , , , , , , , , , , , , , , , , ,
add a comment

İnsan beyni bir çox işi eyni anda yerinə yetirən sistemə malikdir. Məsələn, bir insan beynindəki qüsursuz quruluş sayəsində bir tərəfdən avtomobili sürərkən, digər tərəfdən maqnitofonu işə sala bilir, o əsnada sükanı da rahatlıqla idarə edə bilirik. Bir çox işi eyni anda yerinə yetirməyimizə baxmayaraq qarşımızdakı avtomobillər və ya piyadalarla toqquşmuruq. Eyni anda ayaqlarımız ilə qaz pedalını idarə edirik. Radio dinləyərkən deyilənləri də tam şəkildə anlayırıq. Söhbətə qaldığımız yerdən davam edir və ən əsas odur ki, bütün bu proseslərin hamısını eyni anda mükəmməl idarə edirik. Qısaca desək, insan (davamı…)

Maddənin Həqiqi Mahiyyəti – 1 Yanvar 20, 2010

Posted by dusunek in Maddə və Xəyal.
Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , ,
2 comments

XƏBƏRDARLIQ!

OXUYACAĞINIZ BU MƏQALƏ, HƏYATIN ÇOX MÜHÜM SİRRİNİ EHTİVA EDİR. MADDİ DÜNYAYA BAXIŞ BUCAĞINIZI KÖKÜNDƏN DƏYİŞDİRƏCƏK BU MÖVZUNU, ÇOX DİQQƏTLİ ŞƏKİLDƏ VƏ DƏRK EDƏRƏK OXUMALISINIZ. BURADA İZAH EDİLƏN MƏSƏLƏLƏR FƏRQLİ DÜNYAGÖRÜŞÜ, FƏRQLİ YANAŞMA VƏ YA HƏR HANSI FƏLSƏFİ DÜŞÜNCƏ DEYİL; DİNƏ İNANAN-İNANMAYAN HƏR KƏSİN QƏBUL EDƏCƏYİ, MÜASİR ELMİN DƏ SÜBUT ETDİYİ QƏTİ HƏQİQƏTDİR.

Dünyanı ağıl və vicdanla müşahidə edən insan kainatdakı canlı-cansız hər şeyin yaradıldığını dərk edər. Bəs bütün bunlar kim tərəfindən yaradılmışdır?

Aydındır ki, kainatın hər zərrəsində özünü göstərən “yaradılış”, kainatın özünün məhsulu ola bilməz. Məsələn, bir böcək öz-özünü var etməmişdir. Günəş sistemi, bitkilər, insanlar, bakteriyalar, qırmızı qan hüceyrələri, kəpənəklər öz-özlərini yaratmamışdır. Bütün bunların “təsadüfən” meydana gəlməsi ehtimalı da yoxdur.

Deməli, gözümüzlə gördüyümüz hər şey yaradılmışdır… Ancaq, gözümüzlə gördüyümüz şeylərin heç biri “Yaradıcı” deyil. O halda Yaradıcı, gözümüzlə gördüyümüz hər şeydən başqa və üstün bir varlıqdır. Özü görünməyən, lakin yaratdığı hər şeydə Özünün varlığını və xüsusiyyətlərini göstərən üstün gücdür. (davamı…)

Maddənin Həqiqi Mahiyyəti – 2 Yanvar 20, 2010

Posted by dusunek in Maddə və Xəyal.
Tags: , , , , , , , , , , , , , , ,
3 comments

Beynimizin İçində Yaranan “Xarici Dünya”

Bura qədər izah etdiyimiz fiziki həqiqətlər bizi mübahisə edilməz nəticəyə gətirir: gördüyümüz, toxunduğumuz, eşitdiyimiz və adına “maddə”, “dünya” ya da “kainat” dediyimiz anlayışlar, yalnız və yalnız beynimizdə yaranan elektrik siqnallarıdır.

Məsələn, meyvə yeyən bir insan meyvənin əslini deyil, beyinindəki kopiyasını hiss edir. Bir insanın “meyvə” deyə adlandırdığı şey, meyvənin ölçüsü, dadı, qoxusu və yumşaqlığına aid elektrik sinallarından ibarət informasiyanın beyində qavranılmasından ibarətdir. Əgər beyinə gedən görmə sinirini kəssəniz, meyvə görüntüsü də o anda yox olar. Və ya burundakı qəbul edicilərdən beyinə gedən sinirlərdə meydana gələn hər hansı qüsur qoxu hissinizi tamamilə ortadan qaldırar. Çünki, meyvə bir sıra elektrik siqnallarının beyin tərəfindən şərhindən başqa bir şey deyil.

Uzaqlıq hissi də düşünülməsi vacib olan digər məsələlərdən biridir. Əlinizdə bir kitabın olduğunu düşünək. Uzaqlıq deyəndə bu kitabla aranızdakı məsafə nəzərdə tutulur və bu beyninizdə meydana gələn boşluq hissidir. Bir insanın özündən çox uzaqda hesab etdiyi maddələr də əslində beyninin içindədir. Məsələn, insan göyə baxıb ulduzları seyr edir və bunların milyonlarla işıq ili uzaqda olduqlarını hesab edir. Halbuki ulduzlar onun içində, beyinindəki görüntü mərkəzindədir. Bu yazıları oxuyarkən içində olduğunu hesab etdiyiniz otağın da əslində içində deyilsiniz; əksinə otaq sizin içinizdədir. Bədəninizi görməyiniz sizi otağın içində olduğunuza inandırır. Ancaq bunu unutmayın ki, bədəniniz də beyninizdə yaranan görünütüdür. (davamı…)

Maddənin Həqiqi Mahiyyəti – 3 Yanvar 20, 2010

Posted by dusunek in Maddə və Xəyal.
Tags: , , , , , , , , , , , , , , , , ,
add a comment

Qavrayan Kimdir?

Bura qədər izah etdiklərimizdən aydın olduğu kimi içində yaşadığımızı zənn etdiyimiz və “xarici dünya” olaraq adlandırdığımız maddi dünyanın əslində beynimizdə meydana gəldiyinə şübhə yoxdur. Amma burada mühüm sual ortaya çıxır: Bildiyimiz bütün maddi varlıqlar əslində hissdirsə, o zaman beynimiz nədir? Beynimiz də qolumuz, ayağımız və ya hər hansı digər əşya kimi maddi dünyanın bir parçası olduğuna görə o da digər maddələr kimi bir hiss olmalıdır.

Yuxu ilə bağlı çəkəcəyimiz nümunə mövzunu daha yaxşı açıqlayacaq. İndiyədək izah etdiklərimizə uyğun olaraq beynimizin içində yuxu seyr etdiyimizi düşünək. Bu yuxuda xəyali bədənimiz, xəyali qolumuz, xəyali gözümüz, xəyali beynimiz olacaq. Yuxu əsnasında bizə “harada görürsən?” sualı verilsə, verəcəyimiz cavab “beynimdə görürəm” olar. Amma ortada gerçək beyin yoxdur. Yalnız xəyali bədən, xəyali qafa tası və xəyali beyin var. Yuxunuzdakı görüntünü görən iradə isə yuxudakı xəyali beyin deyil, ondan daha “dərin” varlıqdır.

Yuxudakı mühitlə gerçək həyat dediyimiz mühit arasında hər hansı fiziki fərq olmadığını bilirik. Bu halda, gerçək həyat dediyimiz mühitdə bizə “harada görürsən?” sualı verilsə, yuxarıdakı nümunədə olduğu kimi “beynimdə” cavabını verməyin mənası yoxdur. Hər iki vəziyyətdə də görən və hiss edən iradə ət parçasından ibarət beyin deyil. (davamı…)

Maddənin Həqiqi Mahiyyəti – 5 Yanvar 20, 2010

Posted by dusunek in Maddə və Xəyal.
Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , ,
add a comment

MATERİALİSTLƏRİN MƏNTİQ ÇATIŞMAZLIĞI

Bu hissənin əvvəlindən etibarən maddənin materialistlərin iddia etdikləri kimi mütləq varlıq olmadığı, əksinə Allah tərəfindən yaradılan qavrayışlar cəmindən ibarət olduğu elmi cəhətdən izah edildi. Materialistlər isə bütün fəlsəfələrini yox edən bu aşkar həqiqətə qarşı son dərəcə doqmatik şəkildə müqavimət göstərir və əsassız məntiqi mühakimələr irəli sürürlər.

Məsələn, materialist fəlsəfənin 20-ci əsrdəki ən böyük müdafiəçilərindən biri olan qatı marksist düşüncəli Corc Politzer maddənin varlığının “böyük dəlili” olaraq “avtobus nümunəsi”ni vermişdir. Politzerə görə maddənin qavrayış olduğunu müdafiə edən mütəfəkkirlər də şosedə avtobus gördükləri zaman əzilməmək üçün qaçırlar və bu maddənin obyektiv varlığının isbatıdır. (1)

Bir başqa məşhur materialist alim Consona (Johnson) maddənin qavrayışlar cəmi olduğu izah edildikdə isə daşlara təpik vuraraq onların fiziki varlığını “sübut etməyə” çalışmışdır. (2)

Başqa nümunə isə Politzerin müəllimi və dialektik materializmin Marksla birlikdə qurucusu olan Fridrix Engels (Friedrich Engels) tərəfindən verilmişdir. Engels “əgər yediyimiz tortlar bir hiss, qavrayış olsaydı, aclığımızı yox etməzdilər” deyə yazmışdır. (3) (davamı…)

Maddənin Həqiqi Mahiyyəti – 6 (Son) Yanvar 20, 2010

Posted by dusunek in Maddə və Xəyal.
Tags: , , , , , , , , , , , , , , , , , , , , ,
add a comment

Hisslərin Beyində Meydana Gəlməsi Fəlsəfə Deyil, Elmi Həqiqətdir

Materialistlər, burada izah etdiklərimizin fəlsəfi görüş olduğunu iddia edirlər. Halbuki bizim “xarici dünya” dediyimiz şeyin hisslər cəmi olduğu, fəlsəfə deyil, elmi gerçəkdir. Görüntünün və hisslərin beyində necə meydana gəldiyi bütün tibb fakültələrində təfərrüatlı şəkildə öyrədilir. Müasir fizika başda olmaqla 20-ci əsr elminin ortaya qoyduğu gerçəklər, maddənin konkret həqiqətə sahib olmadığını, açıq-aydın hər kəsin “beynindəki ekranı” izlədiyini göstərir. Bunu, istər ateist olsun, istər budist olsun, istər başqa düşüncəyə sahib olsun, elmə inanan hər kəs qəbul etmək məcburiyyətindədir. Bir materialist öz aləmində Allahın varlığını inkar edə bilər, amma bu elmi gerçəyi inkar edə bilməz.

Yaşadıqları dövrün elm anlayışı və elmi imkanları kifayət qədər olmasa da, Karl Marks, Fridrix Engels, Corc Politzer və digərlərinin bu qədər asan və açıq gerçəyi qavraya bilməmələri çox qəribədir. Amma müasir dövrdə elmin və texnologiyanın imkanları hədsiz dərəcədə inkişaf etmişdir və bu imkanlar onsuz da çox açıq olan bu gerçəyin qavranılmasını daha da asanlaşdırır. Materialistlər isə qismən də olsa bu mövzunu qavramağın və ümumiyyətlə bu mövzunun öz fəlsəfələrini necə çökdürdüyünü anlamağın verdiyi böyük qorxu içindədirlər. (davamı…)

Follow

Get every new post delivered to your Inbox.

Join 55 other followers