Hz. Mehdinin Zühuru Yaxınlaşdı… Oktyabr 5, 2010
Posted by fayuu in Axır Zaman.Tags: Axır Zaman
add a comment
Axır zamanın ən əhəmiyyətli hadisələrinin başında Hz. Mehdinin ortaya çıxışı və onun liderliyində İslam Birliyinin qurulması durur. Hz. Mehdi Quran əxlaqının yaşanmasına vəsilə olacaq və öz öndərliyində İslam birliyini reallaşdıracaq. Peyğəmbərimiz (s.ə.v.) də bəzi hədislərində Hz. Mehdinin zühur tarixi olaraq açıq şəkildə Hicri 1400-cü ili (Miladi olaraq 1979-1980 illəri) vermiş və bu müqəddəs şəxsin öndərliyini müjdələmişdir. Bu hədislərdən biri belədir:
“İnsanlar 1400-cü ildə Hz. Mehdinin yanında toplanacaqlar. “ (Risaletül Huruc-ül Hz. Mehdi, s. 108) (davamı…)
Qızıl Dövr Oktyabr 3, 2010
Posted by fayuu in Axır Zaman.Tags: Axır Zaman, Qızıl Dövr
add a comment
“Qızıl dövr” dür. Qısacası, Qızıl dövr axır zamanın qarışıqlıq, zülm və haqsızlıqlarla dolu olan dövrünün arxasından gələcəkdir. Bu müqəddəs zamanda hər cür bolluq, bərəkət yaşanacaq, insanlar arasında barış, rifah və sevinc hakim olacaq. Allah axır zamanda ikinci dəfə yer üzünə gələcək Hz. İsanı və axır zamanda zühur edəcək olan Hz. Mehdini bu Qızıl dövrün yaşanması üçün vacib olan şərtlərin meydana gəlməsinə vəsilə edəcək. (davamı…)
Bədiüzzamanın Sözlərini Anlamaq Üçün Risalələr Kifayətdir Sentyabr 30, 2010
Posted by fayuu in Axır Zaman.Tags: Axır Zaman, Bediüzzaman Seid Nursi, Hz. Mehdinin zühuru, risalelerde Hz.Mehdi, İslam exlaqinin dunya hakimiyyeti
add a comment
Bədiüzzaman Səid Nursinin axır zamanda Hz. Mehdinin zühuru və İslam əxlaqının dünya hakimiyyəti haqqında verdiyi izahlar bütün müsəlmanlara yol göstərən məlumatlardır. Ancaq unudulmamalıdır ki, Bədiüzzamanın dediklərinin mənası çox aydındır, bunları anlamaq üçün yenidən təfsir etməyə ehtiyac yoxdur. Sözlərin mənalarını dəyişmək çox yanlışdır. Bədiüzzaman, əsərlərində bu mövzunun əhəmiyyətini bir neçə dəfə vurğulayıb və sözlərinin təfsirə ehtiyacı olmadığını, ehtiyac olsa mətinlər üzərində əlavə izahlar verilməsinin düzgün olduğunu bildirmişdir. Hətta əgər belə bir təfsir edilsə bundan sui-istifadə edilə biləcəyini və bu yolla risalələrdə bəhs edilən həqiqətlərin əsil mənasından uzaqlaşıb dəyişə biləcəyini xatırlatmışdır. (Emirdağ Lâhikası Elyazma, sf. 661) (davamı…)
Axır Zaman Əlamətləri: Fitnələr və Məscidlərin Dağıdılması Fevral 15, 2010
Posted by fayuu in Axır Zaman.Tags: Allah, anarxiya, Axır Zaman, Axır Zaman Mehdisinin Əlamətləri, cəmiyyət, fitnə, hədis, Hz. Mehdi, müasir, müsəlman, mədrəsə, məscid, ordu, qarşıdurma, rüku, səcdə, təhlükəsiz, təzyiq, ticarət, xəlifə, zülm, İslam
2 comments
“Süfyani quru bir vadidən çıxar. Kelp qəbiləsindən abus çöhrəli, sərt ürəkli adamlardan bir ordu qurar və bunlar hər tərəfə zülm edərlər. O, mədrəsə və məscidləri dağıdar, rüku və səcdəyə gedən hər kəsi cəzalandırar. (Əli bin Hüsaməddin Əl Muttaki, Cəlaləddin Suyutinin Təsnifindən Hədislər – Axır Zaman Mehdisinin Əlamətləri, sf. 35)
Hz. Mehdi (ə) Yolların Kəsildiyi Bir Dövrdə Çıxacaq
Müasir dövrdə dünyanın müxtəlif bölgələrində yaşanan qarşıdurmalar, anarxiya və terror (davamı…)
Axır Zaman Əlamətləri: Qadınlar və Uşaqların da Qətl Ediləcəyi Fitnələrin Yaşanması Fevral 15, 2010
Posted by fayuu in Axır Zaman.Tags: Axır Zaman, Cəlaləddin Suyuti, əcəm, ərəb, fitnə, Hz. Mehdi, insan, Mədinə, qadın, qırğın, zühur, şiddət
add a comment
Hz. Mehdinin (ə) çıxışından əvvəl yaşanan fitnə mühitində qadınlar, uşaqlar, yaşlılar da qətl ediləcək, zavallı günahsız insanlar öldürüləcək:
Bu hadisədə bir qadının öldürülməsi, bir qırmancın yellənməsi qədər asandır. Bu hadisə Mədinədən iyirmi dörd mil qədər yayılar. Sonra Hz. Mehdiyə beyət edilər. (Əli bin Hüsaməddin Əl Muttaki, Cəlaləddin Suyutinin Təsnifindən Hədislər – Axır Zaman Mehdisinin Əlamətləri, sf. 34)
Günahsız insanlar öldürülmədən Hz. Mehdi çıxmaz… (davamı…)
Hz. Mehdinin (ə.) Çıxış Əlamətlərindən: Ramazan Ayında Ay və Günəş Tutulmaları Fevral 8, 2010
Posted by fayuu in Axır Zaman.Tags: Axır Zaman, Ay, Ölüm-Qiyamət-Axirət və Axır Zaman Əlamətləri, əlamət, Günəş, Günəş tutulması, hindistan, Hz. Mehdi, Kitab-ül Burhan Fi Əlaməti-el Mehdiyy-il Axır Zaman, oruc, Ramazan, rəvayət, Əl-Kavlu'l Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər
add a comment
“Hz. Mehdi (ə.) üçün 2 əlamət var: … Bunun 1-si, Ramazanın birinci gecəsi Ayın, 2-ci isə ortasında Günəşin tutulmasıdır.” (Əl-Kavlu’l Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, s. 47)
“Hz. Mehdinin (ə.) çıxışından əvvəl Ramazan ayı içində Günəş iki dəfə tutulacaq.” (Ölüm-Qiyamət-Axirət və Axır Zaman Əlamətləri, s. 440)
“… Günəşin oruc ayının ortasında, Ayın isə sonunda tutulması…”(Kitab-ül Burhan Fi Əlaməti-el Mehdiyy-il Axır Zaman, s. 37)
“Hz. Mehdinin (ə.) gəlişi Ramazan ayında Ayın iki dəfə tutulmasına səbəb olacaq.” (Qiyamət Əlamətləri, s. 200)
Hz. Mehdinin Çıxışından Əvvəl Kütləvi Qırğınlar Olacaq Fevral 8, 2010
Posted by fayuu in Axır Zaman.Tags: Axır Zaman, çıxış, ölü, Cəlaləddin Suyutinin Təsnifindən Hədislər - Axır Zaman Mehdisinin Əlamətləri, əlamət, fitnə, hacı, hədis, hərb, hərc-mərclik, Hz. Mehdi, internet, kommunikasiya, müharibə, Mina, qan, qiyamət, qırğın, texnologiya, zühur, zülm, Zilhiccə, şəvval, şiddət, Əl-Kavlu'l Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, Əli bin Hüsaməddin Əl Muttaki
add a comment
Hədislərdə Hz. Mehdinin (ə) çıxışından əvvəl dünyanın böyük əksəriyyətini təsiri altına alan şiddət və qarışıqlığın yaşanacağı, qan töküləcəyi bildirilir:
Bu hadisələr meydana gəlmədikcə qiyamət qopmayacaq… Ölümlər və qırğınlar kütləviləşəcək. (Camiü’s-Sagir, 3:211, Müsnəd, 2:492, 4:391, 392)
Şəvvalda müharibə nərələri, Zilhiccədə hərb və müharibə olar. Yenə Zilhiccədə hacılar talana uğrayar, hətta küçələr qandan keçilməz olar… Hərc-mərclik çoxalaraq davam edər. (Əli bin Hüsaməddin Əl Muttaki, Cəlaləddin Suyutinin Təsnifindən Hədislər – Axır Zaman Mehdisinin Əlamətləri, sf. 37)
Quranda İslam Əxlaqının Dünya Hakimiyyətinə İşarə Edən Ayələr Fevral 8, 2010
Posted by fayuu in Axır Zaman.Tags: Allah, axirət, Axır Zaman, ayə, batil, dünya hakimiyyəti, din, əməlisaleh, əxlaq, haqq, hidayət, kafir, müşrik, Musa, nur, Peyğəmbər, Quran, Quran əxlaqı, Qızıl Dövr, varis, şərik, İslam
add a comment
Quranda İslam əxlaqının dünya hakimiyyətinə işarə edən bir çox ayə var. Bu ayələr Peyğəmbərimizin (səv) axır zamanın son mərhələsi olan Qızıl Dövrü təsvir edən hədisləri ilə çox paralellik təşkil edir. Belə bir hadisə bu günə qədər reallaşmadığına görə, Quran ayələrində xəbər verilən geniş miqyaslı hakimiyyətin, Peyğəmbərimizin (səv) xəbər verdiyi axır zamana işarə etdiyi də son dərəcə açıqdır. Quran əxlaqına sahib qullara güc və iqtidar verilməsiylə bağlı ayələrdən bəziləri bunlardır:
Allah belə yazmışdır: “Mən və elçilərim hökmən qalib gələcəyik!” Həqiqətən, Allah Qüvvətlidir, Qüdrətlidir. (Mücadilə surəsi, 21)
Onlar Allahın nurunu öz ağızları ilə söndürmək istəyirlər. Allah isə – kafirlərin xoşuna gəlməsə də, öz nurunu tamamlayacaqdır. Müşriklərin xoşuna gəlməsə də, onu (İslamı) bütün dinlərdən üstün etmək üçün Öz Peyğəmbərini hidayət və haqq dinlə göndərən Odur! (Saff surəsi, 8-9)
Onlar ağızları ilə Allahın nurunu söndürmək istəyirlər. Allah isə (buna) yol verməz, kafirlərin xoşuna gəlməsə də, O, Öz nurunu tamamlayar. Müşriklərin xoşuna gəlməsə də, İslamı bütün dinlərdən üstün etmək üçün Öz Elçisini doğru yol göstərən rəhbərlə və haqq din ilə göndərən Odur. (Tövbə Surəsi, 32-33)
Günahkarlar istəməsələr də Allah Öz kəlmələri ilə haqqı bərqərar edəcək. (Yunus Surəsi, 82) (davamı…)


FACEBOOK'da bizi izləyin