Namaz və Huşu Aprel 24, 2010
Posted by fayuu in Mənəviyyat.Tags: Allah, axiret, axirət, din, ferz ibadetler, fərz ibadətlər, husu, ibadet, ibadət, mömin, namaz, namazda husu, Quran, semimi, səmimi, teqva, təqva
2 comments
Hər gün müəyyən vaxtlarda nizamlı şəkildə yerinə yetirilməsi fərz sayılan ibadətlər var. Lakin həmin ibadətlərin daim yerinə yetirilməsini möminlər yalnız vərdiş halını alan ibadətlər qismində nəzərdən keçirməməlidirlər. Tam əksinə, Allah üçün yerinə yetirdiyi bu ibadət möminə hər dəfə yeni həyəcan və şövq verməlidir. Namaz da bu şəkildə daim yerinə yetirilən ibadətlərdəndir. Quranda möminlərin namazlarını huşu ilə qıldıqları bildirilir:
«Həqiqətən, möminlər nicat tapmışlar! Onlar namazlarında müti olub Ona boyun əyərlər!» («Muminun» surəsi, 1-2). (davamı…)
Həsəd Etməyin! Aprel 24, 2010
Posted by fayuu in Mənəviyyat.Tags: Allah, axiret, axirət, dünya, gözəllik, günah, hesed, həsəd, Hz.Adəm, imanlı insan, imtahan, insanin imtahani, maddi nemetler, maddi nemətlər, mal-mulk, mömin, münafiq, müşrik, nefs, nəfs, paxıllıq, qisqancliq, Quran, tekebbur, teqva, təkəbbür, təqva, zənginlik, şeytan
add a comment
İman gətirmiş insan digər insanlardan üstün davranışa malik olur. Lakin bu onun imtahanının sona çatması demək deyil. Möminin də bütün insanlar kimi nəfsi var.
Allah imtahanın bir zərurəti kimi ona günahlardan və pis əməllərdən çəkinməsini ilham etdiyini Quranda bildirmişdir («Şəms» surəsi, 8). Paxıllıq, həsəd kimi mənfi əxlaq xüsusiyyətləri də günahlara daxildir və bu, bütün insanların nəfslərində var:
«…Ancaq nəfslərdə xəsislik həmişə mövcuddur. Əgər siz yaxşı dolanıb (dava-dalaşdan, kobud rəftardan) çəkinsəniz bu sizin üçün daha yaxşı olar. Şübhəsiz ki, Allah etdiyiniz hər bir işdən xəbərdardır!» («Nisa» surəsi, 128). (davamı…)
Başqalarına Nəsihət Verib Özünü Unutma! Aprel 17, 2010
Posted by fayuu in Mənəviyyat.Tags: Allahın hökmləri, Allahin dini, Allahin hokmleri, axiret, axirət, dinle bagli, dinlə bağlı, ibret, ibret almaq, ibrət, ibrət almaq, ikiüzlülük, ikiuzluluk, insanin sehvi, insanın günahları, insanın səhvi, kitab, mömin, nöqsan, nesihet, qeyri-semimilik, qeyri-səmimilik, Quran, sehv, semimi, səhv, səmimi, tesviq, təşviq, xeberdarliq, xəbərdarlıq, yaxsiliq, zekalı insan, zəkalı insan
add a comment
«Siz insanlara yaxşı işlər görmələrini əmr etdiyiniz halda, özünüzü unudursunuz? Halbuki özünüz kitab oxuyursunuz. Məgər başa düşmürsünüz?» («Bəqərə» surəsi, 44).
Quranı yaxşı bilən zəkalı və təcrübəli bir insan başqalarının dinlə bağlı səhv və nöqsanlarını ən kiçik incəliyinə qədər düzəldə, bu məsələdə onlara nəsihət verə, xəbərdarlıq edə bilər. Bu, müsbət bir haldır, lakin bu, insana həmin səhv və günahları özünün də etməsinə haqq qazandıra bilməz. Əksinə, insan başqalarına verdiyi nəsihətdən özü də ibrət almalı və həmin səhvləri etməməyə diqqət yetirməlidir. Yoxsa başqalarına verdiyi nəsihət əcr deyil, axirətdə onun əleyhinə bir dəlil kimi çıxar.
Başqasının səhvini üzə çıxara bilən bir insanın (davamı…)
Saleh Əməl Aprel 4, 2010
Posted by fayuu in Mənəviyyat.Tags: Allah, Quran, insan, müsəlman, iman, axirət, səbir, gözəl, doğru, sədaqət, səmimi, saleh əməl, xeyirli, islah etmək, iş, yaxsi, məna, mena, axiret, müselman, qətiyyət
1 comment so far
Quranda tez-tez rast gəlinən terminlərdən biri «saleh əməl»dir. «Saleh» kəlməsi “gözəl, doğru, xeyirli” mənalarını verir. «İslah etmək» feli də eyni kökdən törəmişdir və «saleh vəziyyətə gətirmək» deməkdir. «Əməl» kəlməsinin Azərbaycan dilinə ən yaxın qarşılığı isə «iş»dir. Ümumiyyətlə, saleh əməl, yaxşı və xeyirli iş mənasını verir ki, bu da Quranda Allahın rizasına və göndərdiyi dinə uyğun hər cür əməl və hərəkəti ifadə edir.
İnsanın axirətini xilas edən şey isə yalnız iman gətirməsi deyil, eyni zamanda o imana uyğun saleh işlər görməsidir. Çünki saleh əməl səmimi imanın göstəricisidir. Bunun əksinə, yalnız «iman gətirdim» deyib bu imanın tələblərini yerinə yetirməmək insanı xilas etməz. Allah bu mövzuda belə buyurur:
«İnsanlar yalnız: «İman gətirdik!» – demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar? Biz onlardan əvvəlkiləri də imtahana çəkmişdik. Şübhəsiz ki, Allah düzdanışanları da, yalançıları da çox gözəl tanıyar!» («Ənkəbut» surəsi, 2-3).
Allahın «iman gətirdik» deyənləri sınamasının önəmli qismi saleh əməllərlə olur. Çünki bu əməllər, onları yerinə yetirməyə borclu olan müsəlmanların səbirlərini, qətiyyətlərini, sədaqətlərini, qısası, imanlarındakı fərasətlərini ortaya çıxarır. (davamı…)
Müşriklərin Xüsusiyyətləri Mart 30, 2010
Posted by fayuu in Mənəviyyat.Tags: aciz, Allah, axirət, üstün, büt, inkar, izzət, müşrik, Quran, sonsuz, tanrı, zənn, zərər, şərəf, şərik
add a comment
Müşriklərin Allaha şərik qoşduqları, tanrı bildikləri şeylərin heç bir tanrılıq xüsusiyyətləri yoxdur. Bunların insana nə xeyir, nə də zərər verə bilməyəcəklərini («Yunus» surəsi, 18), heç bir şey etməyə və yaratmağa güclərinin çatmadığını («Yunus» surəsi, 34; «Əraf» surəsi, 191), nə özlərinə, nə də başqalarına kömək edə bilməyəcəklərini («Əraf» surəsi, 192), doğru yola yönəldə bilməyəcəklərini («Yunus» surəsi, 35) Allah ayələrində bildirmişdir. Vəziyyət bu qədər bəlli olduğu halda müşriklərin belə aciz varlıqları tanrı seçmələrinin, bütləşdirmələrinin səbəbi, həqiqətdə Allahın Özünə aid olan bəzi xüsusiyyətlərin bu varlıqların üzərində təzahür etməsidir.
Məsələn, bir insanın sahib olduğu güc, əzəmət, iqtidar, sərvət, cah-cəlal kimi özəlliklərin hamısı əslində Allaha aiddir. Allah özündə sonsuz olan bu xüsusiyyətlərin yalnız bir qismini imtahan olaraq bu dünyada insanda müəyyən dərəcə təcəssüm etdirmişdir. Bu xüsusiyyətləri o insanın özünə aid zənn edərək ondan qorxmaq, onun Allaha qarşı gələn əmrlərinə inanmaq, bir sözlə, onu Allaha şərik qoşmaq həmin yanlış zənnə uymaqdan irəli gəlir. (davamı…)
Qurani Kərimdə Allahın Riyazi Möcüzəsi Fevral 11, 2010
Posted by dusunek in Elm Nə Deyir?, Mənəviyyat.Tags: Allah, axirət, bitki, cəhənnəm, cənnət, Dünya, dəniz, Günəş, iman, insan, küfr, kişi, mələk, nur, qadın, Quran, rüşeym, riyazi, riyazi möcüzə, riyaziyyat, sevgi, xromosom, yaradılış, şürk, şeytan
3 comments
Quran göndərildiyi gündən etibarən hər dövrdə yaşayan insan qrupunun anlaya biləcəyi asan və aydın dilə malikdir. Ədəbi dilinin mükəmməlliyi, bənzərsiz üslub xüsusiyyətləri və ehtiva etdiyi üstün hikmət bunun ən əhəmiyyətli səbəblərindəndir. Bununla yanaşı Quranın Allahın sözü olduğunu isbat edən bir çox möcüzəvi xüsusiyyəti daha var. Bunlardan biri də Quranda diqqəti cəlb edən söz təkrarlarıdır.
Allah bundan 14 əsr əvvəl insanlara yol göstərici kitab olan Quran-ı Kərimi göndərmiş və bütün insanlığı Qurana riayət edərək qurtuluşa çatmağa dəvət etmişdir. Ayədə də bildirildiyi kimi Quran “…aləmlərə bir zikr (öyüd, xatırlatma, hökm və üstün bir şərəf)dən başqa bir şey deyil.” (Qələm Surəsi, 52) Quran göndərildiyi gündən qiyamət gününə qədər insanlığın tək yol göstəricisi olan son İlahi kitab olacaq. Ancaq 20-ci və 21-ci əsr texnologiyası ilə əldə etdiyimiz bəzi elmi gerçəklərin 1400 il əvvəl Quranda bildirilməsi Quranın Allahın sözü olduğunu isbat edən çox sayda möcüzələrdən biridir. Bu xüsusiyyətlərdən biri də ”riyazi möcüzə”lərdir. Bu möcüzəyə bir nümunə isə Qurandakı bəzi söz təkrarlarının verdiyi ortaq ədədi göstərmək olar. Bir-biriylə əlaqədar bəzi sözlər möcüzəvi şəkildə eyni sayda təkrarlanır. Aşağıda bu cür sözlər və Qurandakı təkrarlanma ədədləri verilmişdir.
“Yeddi göy” ifadəsi 7 dəfə keçir. “Göylərin yaradılışı (xəlqi səmavat)” ifadəsi də 7 dəfə təkrarlanır.
“Gün (yəvm)” ifadəsi tək olaraq 365 dəfə keçərkən, çoxluq yəni“günlər (əyyam və yəvməyn)” sözləri 30 dəfə təkrarlanır. “Ay” sözünün təkrar sayı isə 12-dir. (davamı…)
Quranda İslam Əxlaqının Dünya Hakimiyyətinə İşarə Edən Ayələr Fevral 8, 2010
Posted by fayuu in Axır Zaman.Tags: Allah, axirət, Axır Zaman, ayə, batil, dünya hakimiyyəti, din, əməlisaleh, əxlaq, haqq, hidayət, kafir, müşrik, Musa, nur, Peyğəmbər, Quran, Quran əxlaqı, Qızıl Dövr, varis, şərik, İslam
add a comment
Quranda İslam əxlaqının dünya hakimiyyətinə işarə edən bir çox ayə var. Bu ayələr Peyğəmbərimizin (səv) axır zamanın son mərhələsi olan Qızıl Dövrü təsvir edən hədisləri ilə çox paralellik təşkil edir. Belə bir hadisə bu günə qədər reallaşmadığına görə, Quran ayələrində xəbər verilən geniş miqyaslı hakimiyyətin, Peyğəmbərimizin (səv) xəbər verdiyi axır zamana işarə etdiyi də son dərəcə açıqdır. Quran əxlaqına sahib qullara güc və iqtidar verilməsiylə bağlı ayələrdən bəziləri bunlardır:
Allah belə yazmışdır: “Mən və elçilərim hökmən qalib gələcəyik!” Həqiqətən, Allah Qüvvətlidir, Qüdrətlidir. (Mücadilə surəsi, 21)
Onlar Allahın nurunu öz ağızları ilə söndürmək istəyirlər. Allah isə – kafirlərin xoşuna gəlməsə də, öz nurunu tamamlayacaqdır. Müşriklərin xoşuna gəlməsə də, onu (İslamı) bütün dinlərdən üstün etmək üçün Öz Peyğəmbərini hidayət və haqq dinlə göndərən Odur! (Saff surəsi, 8-9)
Onlar ağızları ilə Allahın nurunu söndürmək istəyirlər. Allah isə (buna) yol verməz, kafirlərin xoşuna gəlməsə də, O, Öz nurunu tamamlayar. Müşriklərin xoşuna gəlməsə də, İslamı bütün dinlərdən üstün etmək üçün Öz Elçisini doğru yol göstərən rəhbərlə və haqq din ilə göndərən Odur. (Tövbə Surəsi, 32-33)
Günahkarlar istəməsələr də Allah Öz kəlmələri ilə haqqı bərqərar edəcək. (Yunus Surəsi, 82) (davamı…)
Qədərə Təslimiyyət Yanvar 19, 2010
Posted by dusunek in Maddə və Xəyal, Mənəviyyat.Tags: Allah, Dünya, sonsuz, təfəkkür, müsəlman, mömin, qədər, cənnət, Lövhi Məhfuz, zaman, hadisə, qədər elmi, iman edənlər, axirət, şükr, imtahan, stress, panika, qorxu, şövq
add a comment
Dünya həyatındakı imtahanın çox mühüm bir sirri var. Bu sirri bilən möminlər çətinliklərə qarşı böyük şövq və sevinclə səbir göstərirlər. Bu sirrin əsasında “qədər” gerçəyi dayanır. Müsəlman, Allahın hər şeyi qədər ilə yaratdığını və qarşılaşdığı hadisələrin də ancaq Allahın istəyi ilə reallaşdığını bilir. İnsan həyatını bütün incəliklərinə qədər yaradan Allahdır. Ənam Surəsində dünyada meydana gələn kiçik-böyük bütün hadisələrin Allahın istəyi ilə reallaşdığı belə ifadə edilir:
Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru (şey) yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın. (Ənam Surəsi, 59)
İnsan zamana tabe olan və hadisələri ancaq yaşadığı andan baxaraq qiymətləndirməyi bacaran varlıqdır. İnsan gələcəyini bilmədiyi üçün qarşılaşdığı hadisələrdəki uzunmüddətli hikmətləri, gözəllikləri və xeyirləri də həmişə görə bilmir. Lakin zamana tabe olmayan və zamanı yaradan Allah zamana tabe olan bütün varlıqların həyatını “zamanın xaricindən” görür və bilir. Elə burada qədər gerçəyi ilə qarşılaşırıq. Qədər Allahın keçmişdə baş vermiş və gələcəkdə olacaq bütün hadisələri tək bir an olaraq bilməsidir. Yəni “nəticəsi bilinməyən hadisələr” yalnız bizim üçün “bilinməz”dir. Allah bizim bilmədiyimiz hadisələrin hamısını bilir. Buna görə də əslində insanın imtahanı, əvvəli və sonu müəyyən olan imtahandır. Keçmiş, gələcək və yaşadığımız an Allah Qatında birdir və hamısı olub bitmişdir. Biz isə bu hadisələri ancaq yaşayaraq öyrənirik. (davamı…)
FACEBOOK'da bizi izləyin