jump to navigation

Bir-Birimizi Müjdələyək Aprel 20, 2010

Posted by fayuu in Mənəviyyat.
Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , ,
add a comment

«Doğ­ru­dan da, Biz sə­ni haq­la müj­də ve­rən və qor­xu­dan bir pey­ğəm­bər ki­mi gön­dər­dik. Elə bir üm­mət yox­dur ki, onun için­dən qor­xu­dan bir el­çi gə­lib get­mə­sin!» («Fa­tir» su­rə­si, 24).

Mü­səl­man­la­rın xə­bər­da­re­di­ci xü­su­siy­yət­lə­ri ilə ya­na­şı, müj­də­ve­ri­ci xü­su­siy­yət­lə­ri də vardır. Çün­ki Quran in­san­la­ra həm xə­bər­dar­lıq, həm də müj­də ki­mi na­zil edil­miş­dir.

Quran­da müs­bət xa­rak­ter­li in­san­lar üçün bir çox müj­də­lər var. Şüb­hə­siz ki, bun­la­rın ən əhə­miy­yət­li­lə­rin­dən bi­ri gö­zəl əx­laq­lı in­san­lar üçün ha­zır­la­nan cən­nət­dir. Al­lah in­san­la­rın səbir­li, sə­mi­mi, əda­lət­li, gö­zəl söz­lü, tə­va­zö­kar, gö­zəl əxlaqlı ola­caq­la­rı təq­dir­də axi­rət­də bir çox mü­ka­fat­lar­la qar­şı­lıq gö­rə­cək­lə­ri­ni bil­dir­miş­dir. (davamı…)

Bilmədiyini Müdafiə Etmə! Aprel 20, 2010

Posted by fayuu in Mənəviyyat.
Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , ,
add a comment

İn­san­la­rın mü­da­fiə, tət­biq və təb­liğ et­dik­lə­ri hər hansı bir fi­krin və ya inan­cın vic­dan sa­rı­dan yüz fa­iz doğ­ru və də­qiq ol­ma­sı qə­naə­ti­nə gəl­mə­lə­ri və bu­na əmin ol­ma­la­rı əsas şərt­dir. Bu­nun ək­si, yə­ni in­san­la­rın doğ­ru ol­ma­sı­na vic­da­nən əmin ol­ma­dı­ğı və haq­qın­da mə­lu­ma­tı ol­ma­dı­ğı hər han­sı bir fik­rin, in­sa­nın və ya ha­di­sə­nin ar­dın­ca get­mə­lə­ri Quran­da qa­da­ğan edil­miş­dir. Al­lah Quran­da in­san­la­rın doğ­ru­lu­ğu­nu təs­diq edib ar­dın­ca get­dik­lə­ri hər bir fi­kir üçün axi­rət­də göz­lə­ri, qu­laq­la­rı və qəlb­lə­ri ilə he­sab ve­rə­cək­lə­ri­ni bil­dir­miş­dir:

«Bil­mə­di­yin bir şe­yin ar­dın­ca get­mə. Çün­ki qu­laq, göz və ürək – bun­la­rın ha­mı­sı sor­ğu-su­al olu­na­caq­dır» («İs­ra» su­rə­si, 36).

Mən­bə­yi sağ­lam olan və doğ­ru­lu­ğu qə­ti şə­kil­də bi­li­nən ye­ga­nə fi­kir sis­te­mi isə Al­la­hın doğ­ru ol­du­ğu­nu bil­dir­di­yi sis­tem­dir. Bu da Quran­da hər bir təfərrüatı  ilə bil­di­ri­lib. Bu­na gö­rə də mü­səl­man­lar vic­dan­la­rı­na uy­ğun ol­ma­yan və Quran­da bil­di­ril­mə­yən heç bir dü­şün­cə­ni qə­bul və təs­diq et­məz­lər. (davamı…)

İnkarçıların Həyat Tərzinə Rəğbət Bəsləməyək! Aprel 19, 2010

Posted by fayuu in Mənəviyyat.
Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , ,
add a comment

«Ka­fir­lə­rin bə­zi züm­rə­lə­ri­nə ver­di­yi­mi­zə fa­ni dün­ya ma­lı­na rəğ­bət gö­zü ilə bax­ma…» («Hicr» su­rə­si, 88).

Al­lah var-döv­lə­ti həm mü­səl­man­la­ra, həm də ka­fir­lə­rə ve­rə bi­lər. Quran da bu­nu açıq şə­kil­də bil­di­rir. La­kin ayə­lə­rə ba­xan­da mə­lum olur ki, zən­gin­li­yin hər iki tə­rə­fə ve­ril­mə­sin­in məq­səd­ləri fərq­li­dir.

Mü­səl­man­la­ra ve­ri­lən zən­gin­li­yin sə­bə­bi gö­zəl əx­laq­la­rı­nın əvə­zi ola­raq Al­la­hın on­la­ra gö­zəl hə­yat tər­zi vəd et­mə­si­dir. Al­lah mü­səl­man­la­rı yer üzü­nün mülk­lə­ri­nə va­ris edə­cə­yi­ni bil­dir­miş­dir. Be­lə ki, pey­ğəm­bər­lə­rin hə­ya­tı­na ba­xan­da on­la­rın hə­ya­tın­da or­taq dəyişikliyin ol­du­ğu­nu gö­rü­rük. Bu dəyişiklik pey­ğəm­bər­lə­rin hə­yat­la­rı­nın baş­lan­ğı­cın­da mad­di çə­tin­lik için­də ya­şa­ma­la­rı­na bax­ma­ya­raq, on­la­rın bir müd­dət son­ra bö­yük zən­gin­lik­lə­rə qo­vuş­ma­sı­dır. (davamı…)

Din Əxlaqına Gözəl Öyüd-Nəsihətlə Dəvət Edək Aprel 19, 2010

Posted by fayuu in Mənəviyyat.
Tags: , , , , , , , , , , , , , , , , , ,
1 comment so far

«İn­san­la­rı hik­mət­lə, gö­zəl öyüd-nə­si­hət ilə Rəb­bi­nin yo­lu­na də­vət et, on­lar­la ən gö­zəl su­rət­də mü­ba­hi­sə et. Hə­qi­qə­tən, Rəb­bin yo­lun­dan azan­la­rı da, haqq yol­da olan­la­rı da da­ha yax­şı ta­nı­yır!» («Nəhl» su­rə­si, 125).

İs­lam di­ni­nin xü­su­siy­yə­ti bu di­nin in­sa­nın onu yal­nız öz da­xi­lin­dən gə­lə­rək və qəl­bən qə­bul edə­rək ya­şa­ma­sı ilə Al­lah dər­ga­hın­da qə­bul edi­lən bir inanc sis­te­mi ol­ma­sı­dır. Al­lah di­nin bu xü­su­siy­yə­ti­ni Quranın bir çox ayə­lə­rin­də izah et­miş­dir. Mə­sə­lən, na­maz qı­lan bir in­san na­ma­zı­nı Al­lah üçün is­tə­yə­rək və se­və­rək qıl­ma­lı­dır. Həm­çi­nin mal-döv­lə­tin­dən Al­lah yo­lun­da xərc­lə­yən bir in­sa­nın hə­min iba­də­ti­nin Al­lah dər­ga­hın­da qə­bu­le­di­lən ol­ma­sı onun ver­di­yi bu sə­də­qə­ni is­tə­yə­rək və se­və­rək ver­mə­si­nə bağ­lı­dır.

Bir in­san mü­səl­man ol­maq üçün (davamı…)

Allahın Rəhmindən Ümidini Üzmə! Aprel 19, 2010

Posted by fayuu in Mənəviyyat.
Tags: , , , , , , , , , , , , , , , , , , , , , , ,
add a comment

«Mən­dən on­la­ra de: «Ey Mə­nim öz­lə­ri­nə zülm et­mək­də həd­di aş­mış bən­də­lə­rim! Al­la­hın rəh­min­dən ümid­siz ol­ma­yın. Al­lah bü­tün gü­nah­la­rı ba­ğış­la­yar. Hə­qi­qə­tən, O ba­ğış­la­yan­dır, rəhm edən­dir!» («Zu­mər» su­rə­si, 53).

Ayə­də bil­di­ril­di­yi ki­mi, in­san­lar bə­zən bi­lə­rək­dən və ya bil­mə­yə­rək­dən səhv­lər edir­lər. Bu möv­zu ilə bağ­lı ayə­nin xi­ta­bın­dan da mə­lum ol­du­ğu ki­mi, bu­ra­da Al­la­hın rəh­mə­ti­ni uman in­san­la­ra üz tu­tu­lur. Yə­ni ayə­də bil­di­ri­lən öz əleyh­lə­ri­nə ol­maq­la həd­di aşan in­san­lar Al­la­ha iman gə­ti­rən in­san­lar­dır. Bu­na gö­rə də be­lə bir hal de­mək olar ki, mü­səl­man­la­ra da aid­dir.

Al­lah bir çox ayə­lə­rin­də hət­ta təq­va sa­hi­bi olan mü­səl­man­la­rın da səhv edə bi­lə­cək­lə­ri­ni vur­ğu­la­mış­dır. Be­lə açıq­la­ma­lar in­sa­nın qəl­bi­nə fə­rəh ve­rir. Əks hal­da bilərək və ya bilməyərək səhv edən mü­səl­man bö­yük bir sı­xın­tı  və ya vic­da­n əzabı çəkə  bi­lər. La­kin mü­səl­man­la­rın (davamı…)

Quran Oxuyarkən Şeytandan Allaha Sığının! Aprel 17, 2010

Posted by fayuu in Mənəviyyat.
Tags: , , , , , , , , , , , , , , , ,
1 comment so far

Al­lah bir sınaq olaraq şey­ta­nı in­san­la­rın dü­şün­cə­lə­ri­nə giz­li təl­qin­lər edən xü­su­siy­yət­də ya­ra­dıb. Bu təl­qin də in­san­la­rın iman də­rə­cə­lə­ri­nə gö­rə də­yi­şir. Şey­ta­nın in­kar­çı­lar qar­şı­sın­da hər is­tə­di­yi­ni et­di­rə­cək bir qüv­və­si ol­du­ğu hal­da, sə­mi­mi mö­min­lə­rin ima­nı­na zə­rər ve­rə bi­lə­cək heç bir qüv­və­si və tə­si­ri yox­dur («Hicr» su­rə­si, 39-40). La­kin şey­ta­nın Al­la­hın xa­lis qul­la­rı­nı az­dır­maq qabiliyyətinə tam malik ola bilməsədə, o, in­san­la­rın nə­zər­lə­ri­ni ya­yın­dır­maq, unut­qan­lıq ver­mək, diq­qət­lə­ri­ni top­la­ma­ğa im­kan ver­mə­mək ki­mi zə­rər­lər ver­mə­yə ça­lı­şır. Şüb­hə­siz ki, şey­ta­nın tə­si­ri ilə hə­rə­kət edən in­san­lar öz söz­lə­ri, da­nı­şıq­la­rı, dav­ra­nış və hə­rə­kət­lə­ri ilə mö­min­lə­ri na­ra­hat edir­lər. Bu­nun ki­mi şey­tan da özü­nün gö­rün­məz­li­yi ilə bu cür na­ra­hat­lı­ğı ver­mə­yə ça­lı­şır. Bununla da şeytan  möminlərin dü­şün­cə­lə­rini məş­ğul edib diq­qət­lə­rini  ya­yın­dı­rmaqla onların xe­yir­li əməl­lə­ri­nə ma­ne ol­maq is­tə­yir.

Şey­ta­nın bəhs et­di­yi­miz bu üsul­la çat­maq is­tə­di­yi məq­səd­lər­dən bi­ri də mö­min­lə­rin Al­la­hın söz­ü olan Quranı oxu­yub dərk et­mə­lə­ri­nin və on­dan gö­zəl şə­kil­də is­ti­fa­də et­mə­lə­ri­nin qar­şı­sı­nı al­maq­dır. Çün­ki mö­min­lər (davamı…)

Allah Üçün Xərcləyən Zaman Niyyəti Təmiz Tutaq Aprel 17, 2010

Posted by fayuu in Mənəviyyat.
Tags: , , , , , ,
1 comment so far

Al­la­hın ra­zı qal­ma­dı­ğı bir dav­ra­nış da mal-dövləti özü­nü gös­tər­mək naminə xərclənməsidir. Özü­nü ca­maa­ta gös­tər­mək məq­sə­di­lə xərc­lə­mək in­kar­çı­la­ra xas olan bir xü­su­siy­yət­dir:

«Öz mal­la­rı­nı xal­qa gös­tər­mək xa­ti­ri­nə xərc­lə­yən­lə­ri, Al­la­ha və axi­rət gü­nü­nə inan­ma­yan­la­rı da Al­lah sev­məz. Şey­tan­la yol­daş­lıq edən­lə­rin yol­da­şı ne­cə də pis­dir!» («Ni­sa» su­rə­si, 38).

La­kin mö­min də bu səhv­lər­də özün­dən ra­zı ol­ma­ma­lı, ma­lı xərc­lə­yər­kən şüu­ral­tı da ol­sa, niy­yə­ti­nə Al­lah razılığından kə­nar məq­səd­lə­rin qa­rış­ma­ma­sı­na diq­qət et­mə­li­dir. Mö­min «xərc­lə­mə­di, az ver­di de­mə­sin­lər», «mə­zəm­mət et­mə­sin­lər», «ca­nı­nı və ma­lı­nı sat­mış iman sa­hi­bi de­sin­lər», «ən çox xərc­lə­yən de­sin­lər», «ən üs­tün ima­na sa­hib olan de­sin­lər», «da­ha çox eti­­bar et­sin­lər, sev­sin­lər və hör­mət et­sin­lər», «yer, və­zi­fə, im­kan ver­sin­lər» ki­mi şey­ta­ni təl­qin­lə­rin hiss et­mə­dən niy­yə­ti­nə qa­rı­şıb əmə­li­ni şir­kə çe­vir­mə­si­nə, axi­rə­ti üçün təh­lü­kə ya­rat­ma­sı­na əs­la im­kan ver­mə­mə­li­dir.

Quran Oxunanda Susaraq Onu Dinləmək Fərzdir ! Aprel 17, 2010

Posted by fayuu in Mənəviyyat.
Tags: , ,
add a comment

«Quran oxu­nan za­man onu din­lə­yin və su­sun ki, si­zə rəhm olun­sun!» («Əraf» su­rə­si, 204).

Ayə­də qə­ti şə­kil­də ifa­də edil­di­yi ki­mi, Quran oxu­nar­kən su­sa­raq onu din­lə­mək yal­nız gö­zəl bir dav­ra­nış for­ma­sı de­yil, ey­ni za­man­da Al­la­hın fərz qıl­dı­ğı əməl­dir. Ayə­nin ar­dın­da da ifa­də edil­di­yi ki­mi, bu əm­rə göstərilən diq­qət­ mö­min­lə­rə rəhm olunmasına sə­bəb ola bi­lə­r.

Quran Al­la­hın sö­zü­dür. Bu­na gö­rə də Al­la­ha gös­tə­ril­mə­li olan haşyət, yəni qor­xu do­lu hörmət Al­la­hın sö­zü­nə qar­şı da gös­tə­ril­mə­li­dir. Bu hörmətin ilk mər­hə­lə­si isə Al­la­hın sö­zü­nü eşit­di­yi za­man su­sub, o sö­zə qu­laq as­maq­dır. Quran is­tər ərəb, is­tər­sə də türk di­lin­də və ya baş­qa dil­lər­də oxun­du­ğu za­man ona hə­min hör­mə­tin gös­tə­ril­mə­si əsas şərt­dir. (davamı…)

Nələrdən İmtina Edə Bilərsiz? Aprel 17, 2010

Posted by fayuu in Mənəviyyat.
Tags: , , , , , , ,
add a comment

Sə­mi­mi şə­kil­də Al­la­hın razılığından kə­nar heç bir məq­səd və əvəz güd­mə­dən infak etmək, yəni Al­lah yo­lun­da mal-döv­lət sərf et­mək ima­nın gös­tə­ri­ci­si­dir. Al­lah yo­lun­da mal-döv­lət sərf edən mö­min­lər bir çox ayə­lər­də mədh edil­miş və müj­də­lən­miş­lər. La­kin «Ali-İm­ran» su­rə­si­nin 92-ci ayə­sin­də Al­lah yo­lun­da mal-döv­lət sərf et­mək­lə bağ­lı çox in­cə və mü­hüm bir meyar ve­ril­miş­dir: «Sev­di­yi­niz şey­lər­dən (haqq yo­lun­da) sərf et­mə­yin­cə sa­va­ba çat­maz­sı­nız». Ayə­də be­lə buy­ru­lur:

«Sev­di­yi­niz şey­lər­dən (haqq yo­lun­da) sərf et­mə­yin­cə sa­va­ba çat­maz­sı­nız. Şüb­hə­siz ki, Al­lah xərc­lə­di­yi­niz hər bir şe­yi bi­lən­dir!» («Ali-İm­ran» su­rə­si, 92).

İn­sa­nın bir ada­ma və ya bir şe­yə ver­di­yi də­yər onu əl­də et­mək üçün fə­da et­dik­lə­ri­nin öl­çü­sü ilə düz mü­tə­na­sib­dir. Əgər in­san bə­zi şey­lə­ri fə­da et­mir­sə, (davamı…)

Dinin Hökmünü Yerinə Yetirməyi Ticarət və ya Əyləncədən Üstün Tutmamaq Aprel 13, 2010

Posted by fayuu in Mənəviyyat.
Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , ,
add a comment

«On­lar bir alış-ve­riş, ya­xud bir əy­lən­cə gör­dük­lə­ri za­man sə­ni ayaq üs­tə qo­yub ona tə­rəf cum­du­lar. De: «Al­lah dər­ga­hın­da olan sa­vab əy­lən­cə­dən də, ti­ca­rət­dən də xe­yir­li­dir. Al­lah ru­zi ve­rən­lə­rin ən yax­şı­sı­dır!»« («Cü­mə» su­rə­si, 11).

Bu ayə­də din­lə öz dün­yə­vi mən­fə­ət­lə­ri ara­sın­da se­çim apa­ran in­san­lar­dan bəhs edi­lir. Əsa­sən ca­hil cə­miy­yət­lə­rin din əx­la­qı­na uy­ğun şə­kil­də ya­şa­maq­dan ya­yın­ma­sı­nın bir ne­çə or­taq sə­bə­bləri var. Ayə­də bu sə­bəb­lər­dən iki ən önəm­li­si­nə – ti­ca­rət və əy­lən­cə­yə diq­qət çə­ki­lir.

Ti­ca­rə­tə diq­qət çə­kil­mə­si­nin sə­bə­bi mad­di mən­fə­ət mə­sə­lə­si­nin in­san­la­rın ən zə­if cəhətlərindən bi­ri ol­ma­sı­dır. Be­lə ki, çox vaxt in­san­la­rın bir qis­mi öz mad­di mən­fə­ət­lə­ri na­mi­nə di­nin bir çox hökm­lə­ri­nə məhəl vermirlər. Bu, özü­nü bə­zən na­maz ki­mi za­hi­ri iba­dət­də, bə­zən əx­la­qi dav­ra­nış­larda, bə­zən də di­nin baş­qa bir hök­mün­də gös­tə­rir. İn­san­la­rın var-döv­lə­tin ar­tı­rıl­ma­sı ilə bağ­lı be­lə bir hə­ris dav­ran­ış nümayiş etdirməsinin sə­bə­bi mad­di zən­gin­li­yin bü­tün möv­cud prob­lem­lə­ri həll edəcək sehir­li qüv­vəyə malik olması inan­cı­dır. İn­san­lar əl­də edə bil­mə­dik­lə­ri və həs­rə­ti­ni çək­dik­lə­ri hər bir im­ka­na bu zən­gin­lik sa­yə­sin­də qo­vu­şa bi­lə­cək­lə­ri­nə ina­nır­lar. Bun­la­rın ara­sın­da səa­dət, da­xi­li ra­hat­lıq, əmin­lik, hət­ta ölüm­süz­lük var­dır. Be­lə adam­lar elə zənn edir­lər ki, zən­gin­lik on­la­rın hət­ta ölüm­lə­ri­ni də ge­cik­di­rə­cək və on­la­rı dün­ya­da əbə­di edə­cəkdir. Bu sə­bəb­dən də (davamı…)

Follow

Get every new post delivered to your Inbox.

Join 4,915 other followers