Kvant Fizikası Determinizmi Əsassız Edir Yanvar 31, 2011
Posted by dusunek in Elm Nə Deyir?, Maddə və Xəyal.Tags: Allah, cisim, Dünya, Determinizm, elektron, felsefe, fəlsəfə, fizika, indeterminist, Isaak Nyuton, kainat, Kvant Fizikası, materialist, materialist alimlər, materializm, müasir fizika, nyuton, Qeyri müəyyənlik prinsipi, səbəb-nəticə, səbəbiyyət, sonsuz, surət, tekamül nezeriyyesi, təkamül nəzəriyyəsi, Verner Hayzenberq
6 comments
Nyutondan sonra bəzi materialistlər kainatı müəyyən qanunlara görə öz-özünə fəaliyyət göstərən bir saat kimi göstərməyə çalışırdı. Burada əsas məqsəd guya kainatda Allahın müdaxiləsinin olmadığını isbat etməyə çalışmaqdı. Fəlsəfədə determinizm adlandırılan bu hərəkat bir çox insanın Allaha yəqinliklə iman etməsinə mane olmuşdu. Eləcə də materializmin bir çox cəmiyyətdə inkişafı üçün münasib zəmin meydana gətirmişdi. Ancaq bunu bilmək lazımdır ki, bütün səbəb-nəticə əlaqələri Allahın ehtişamlı yaradılış sənətinin nümunələridir. Kainatda səbəblər öz-özünə var olmur, Allahın istəyi nəticəsində mövcud olur. Digər halda isə sonsuz ziddiyyət meydana gəlir. Çünki bizə məlum olan səbəblər də kainatda olduğuna görə onların da səbəbi olmalı, o səbəblərin də başqa səbəbləri olmalıdır. Bu halda bu proses sonsuza qədər davam edər. (davamı…)
Allah Üçün Nə Qədər Vaxt Ayırırsınız? May 1, 2010
Posted by fayuu in Mənəviyyat.Tags: Allah, Allah yolunda calisma, boş vaxt, ibadət, iman, mömin, Quran, vaxt ayirmaq
1 comment so far
Quran ayələrinə baxdığımız zaman mömin üçün boş vaxt anlayışının olmadığını görürük. Möminin hər gün vaxtlı-vaxtında yerinə yetirəcəyi ibadətlərin çox vaxtını aparmaması, qalan vaxtını öz istək və həvəslərinə uyğun boş işlərə sərf edə bilər mənasını vermir. Allah iman gətirənlərin üzərinə bütün həyatları boyu həm öz nəfsləri ilə, həm də inkar edənlərin əxlaqına qarşı fikir mübarizəsi aparmaq vəzifəsi qoyub.
Bunun üçün möminin yerinə yetirməli olduğu bir çox hazırlıqlar, saysız-hesabsız vəzifələr var. Onun bu səmimi və ixlaslı səylərinin həddi-hüdudu, fasiləsi yoxdur. Bu səbəbdən yerinə yetirilən iş, tamamlanan vəzifə, başa çatdırılan hazırlıq işlərinə ara vermək üçün səbəb deyil, tam əksinə, yeni fəaliyyətə başlamağın bir nişanəsidir. (davamı…)
Şübhə Etmədən İman Etməliyik Aprel 29, 2010
Posted by fayuu in Mənəviyyat.Tags: Allah, Allahın elçisi, imanda tereddud, qelben iman, semimi iman, tereddud, tərəddüd
1 comment so far
Mömin insan Allahın və Onun elçisinin əmrlərini qəlbən və boyun əyərək yerinə yetirir, onun sözlərinə itaət edərkən qəlbində ən kiçik bir sıxıntı və şübhə hissi keçirməz. Mömin insan Allahın və Onun elçisinin hökm etdiyi hər şeyin ən doğru, ən yaxşı və ən xeyirli olduğunu bilir. Bəzən şeytan elçinin dediyindən fərqli işlər yerinə yetirməsini əmr etsə də, mömin ən xeyirli yolun öz elçisinin əmr etdiyi yol olduğunu bilərək hərəkət edir. Bu qəlbdən gələn səmimi münasibət isə möminin imanından qaynaqlanır.
Əks halda, yəni zahirən itaət edib qəlbən tam səmimiyyətin olmaması isə ayələrdə bildirildiyinə görə, həmin insanın əslində iman gətirmədiyinin sübutudur: (davamı…)
İslamla Şərəflənək Aprel 29, 2010
Posted by fayuu in Mənəviyyat.Tags: Allah, din, elçi, seref, şərəf, İslam, İslama xidmet, İslami qebul etmek, İslamı qəbul etmək
1 comment so far
Allah Öz ayələrində müsəlman olduqlarına görə özlərini qiymətli bir varlıq kimi görənlərdən, müsəlman olmalarını İslam dini və elçi üçün böyük bir qazanc, Allahın bir lütfü kimi göstərənlərdən bəhs edir:
«Onlar islamı qəbul etdiklərinə görə sənə minnət qoyurlar. De: «Müsəlman olduğunuzla mənə minnət qoymayın! Xeyr, əgər doğru deyirsinizsə, bilin ki, sizi imana müvəffəq etməklə əslində Allah sizin boynunuza minnət qoymuş olur!»« («Hucurat» surəsi, 17).
Ayədə də qeyd edildiyi kimi, əslində bu məsələ insanların düşündüklərinin tam əksinədir: İslama daxil olan bir insan İslamı şərəfləndirməz, əksinə, İslam ona şərəf verər. (davamı…)
Namaz və Huşu Aprel 24, 2010
Posted by fayuu in Mənəviyyat.Tags: Allah, axiret, axirət, din, ferz ibadetler, fərz ibadətlər, husu, ibadet, ibadət, mömin, namaz, namazda husu, Quran, semimi, səmimi, teqva, təqva
2 comments
Hər gün müəyyən vaxtlarda nizamlı şəkildə yerinə yetirilməsi fərz sayılan ibadətlər var. Lakin həmin ibadətlərin daim yerinə yetirilməsini möminlər yalnız vərdiş halını alan ibadətlər qismində nəzərdən keçirməməlidirlər. Tam əksinə, Allah üçün yerinə yetirdiyi bu ibadət möminə hər dəfə yeni həyəcan və şövq verməlidir. Namaz da bu şəkildə daim yerinə yetirilən ibadətlərdəndir. Quranda möminlərin namazlarını huşu ilə qıldıqları bildirilir:
«Həqiqətən, möminlər nicat tapmışlar! Onlar namazlarında müti olub Ona boyun əyərlər!» («Muminun» surəsi, 1-2). (davamı…)
Həsəd Etməyin! Aprel 24, 2010
Posted by fayuu in Mənəviyyat.Tags: Allah, axiret, axirət, dünya, gözəllik, günah, hesed, həsəd, Hz.Adəm, imanlı insan, imtahan, insanin imtahani, maddi nemetler, maddi nemətlər, mal-mulk, mömin, münafiq, müşrik, nefs, nəfs, paxıllıq, qisqancliq, Quran, tekebbur, teqva, təkəbbür, təqva, zənginlik, şeytan
add a comment
İman gətirmiş insan digər insanlardan üstün davranışa malik olur. Lakin bu onun imtahanının sona çatması demək deyil. Möminin də bütün insanlar kimi nəfsi var.
Allah imtahanın bir zərurəti kimi ona günahlardan və pis əməllərdən çəkinməsini ilham etdiyini Quranda bildirmişdir («Şəms» surəsi, 8). Paxıllıq, həsəd kimi mənfi əxlaq xüsusiyyətləri də günahlara daxildir və bu, bütün insanların nəfslərində var:
«…Ancaq nəfslərdə xəsislik həmişə mövcuddur. Əgər siz yaxşı dolanıb (dava-dalaşdan, kobud rəftardan) çəkinsəniz bu sizin üçün daha yaxşı olar. Şübhəsiz ki, Allah etdiyiniz hər bir işdən xəbərdardır!» («Nisa» surəsi, 128). (davamı…)
Allahı Zikr Etmək Aprel 24, 2010
Posted by fayuu in Mənəviyyat.Tags: Allah, hemd, hemd etmek, həmd etmək, mömin, namaz, Quran, subh namazi, sukr etmek, zikr etmek, zikr etmək, şükür, şükr etmək
add a comment
Həmd və zikr etmək möminin həyatının bir hissəsidir. Həmd (şükür) hər növ mədh, ucaltma və iltifata yalnız Allahın layiq olduğunu, zikr isə Allahın ağıla gələn hər cür qüsur və səhvdən uzaq olduğunu həm dildə, həm də qəlbən təsdiq etməkdir.
Həmd və zikrin yalnız möminlərin deyil, bütün kainatın bir ibadəti olduğu ayələrdə belə xəbər verilir:
«Yeddi göy, yer və onlarda olanlar Allahı təqdis edir. Elə bir şey yoxdur ki, Allaha tərif deyib Ona şükür etməsin, lakin siz onların təqdisini anlamazsınız, Allah həqiqətən, həlimdir, bağışlayandır!» («İsra» surəsi, 44). (davamı…)
İnsaAllah Demək Vacibdir Aprel 22, 2010
Posted by fayuu in Mənəviyyat.Tags: Allah, alın yazısı, gelecek zaman, gələcək zaman, indiki zaman, insan, insanın yaradılışı, keçmiş zaman, mekan, məkan, zaman
add a comment
Allah insanları zaman və məkana bağlı şəkildə yaratmışdır. Lakin zamanı və məkanı yaradan Allah isə onların fövqündədir və onlardan asılı deyil, həmçinin onların hər ikisini dörd bir tərəfdən əhatə edir. İnsan öz yaradılışı baxımından zaman və məkan daxilində yaşamaq məcburiyyətindədir. O, heç bir zaman və heç bir formada bu vəziyyətini dəyişdirə bilməz. Lakin Allah zamanı və məkanı həm daxildən, həm də xaricdən görür və Öz nəzarəti altında saxlayır.
Bunu belə izah etmək olar: Allah insanın yaşadığı həyatın əvvəlini, axırını, ortasını və sonunu eyni anda görür və bilir. Allah üçün (davamı…)



FACEBOOK'da bizi izləyin