jump to navigation

Maddənin Həqiqi Mahiyyəti – 6 (Son) Yanvar 20, 2010

Posted by dusunek in Maddə və Xəyal.
Tags: , , , , , , , , , , , , , , , , , , , , ,
add a comment

Hisslərin Beyində Meydana Gəlməsi Fəlsəfə Deyil, Elmi Həqiqətdir

Materialistlər, burada izah etdiklərimizin fəlsəfi görüş olduğunu iddia edirlər. Halbuki bizim “xarici dünya” dediyimiz şeyin hisslər cəmi olduğu, fəlsəfə deyil, elmi gerçəkdir. Görüntünün və hisslərin beyində necə meydana gəldiyi bütün tibb fakültələrində təfərrüatlı şəkildə öyrədilir. Müasir fizika başda olmaqla 20-ci əsr elminin ortaya qoyduğu gerçəklər, maddənin konkret həqiqətə sahib olmadığını, açıq-aydın hər kəsin “beynindəki ekranı” izlədiyini göstərir. Bunu, istər ateist olsun, istər budist olsun, istər başqa düşüncəyə sahib olsun, elmə inanan hər kəs qəbul etmək məcburiyyətindədir. Bir materialist öz aləmində Allahın varlığını inkar edə bilər, amma bu elmi gerçəyi inkar edə bilməz.

Yaşadıqları dövrün elm anlayışı və elmi imkanları kifayət qədər olmasa da, Karl Marks, Fridrix Engels, Corc Politzer və digərlərinin bu qədər asan və açıq gerçəyi qavraya bilməmələri çox qəribədir. Amma müasir dövrdə elmin və texnologiyanın imkanları hədsiz dərəcədə inkişaf etmişdir və bu imkanlar onsuz da çox açıq olan bu gerçəyin qavranılmasını daha da asanlaşdırır. Materialistlər isə qismən də olsa bu mövzunu qavramağın və ümumiyyətlə bu mövzunun öz fəlsəfələrini necə çökdürdüyünü anlamağın verdiyi böyük qorxu içindədirlər. (davamı…)

Qədərə Təslimiyyət Yanvar 19, 2010

Posted by dusunek in Maddə və Xəyal, Mənəviyyat.
Tags: , , , , , , , , , , , , , , , , , , ,
add a comment

Dünya həyatındakı imtahanın çox mühüm bir sirri var. Bu sirri bilən möminlər çətinliklərə qarşı böyük şövq və sevinclə səbir göstərirlər. Bu sirrin əsasında “qədər” gerçəyi dayanır. Müsəlman, Allahın hər şeyi qədər ilə yaratdığını və qarşılaşdığı hadisələrin də ancaq Allahın istəyi ilə reallaşdığını bilir. İnsan həyatını bütün incəliklərinə qədər yaradan Allahdır. Ənam Surəsində dünyada meydana gələn kiçik-böyük bütün hadisələrin Allahın istəyi ilə reallaşdığı belə ifadə edilir:

Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru (şey) yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın. (Ənam Surəsi, 59)

İnsan zamana tabe olan və hadisələri ancaq yaşadığı andan baxaraq qiymətləndirməyi bacaran varlıqdır. İnsan gələcəyini bilmədiyi üçün qarşılaşdığı hadisələrdəki uzunmüddətli hikmətləri, gözəllikləri və xeyirləri də həmişə görə bilmir. Lakin zamana tabe olmayan və zamanı yaradan Allah zamana tabe olan bütün varlıqların həyatını “zamanın xaricindən” görür və bilir. Elə burada qədər gerçəyi ilə qarşılaşırıq. Qədər Allahın keçmişdə baş vermiş və gələcəkdə olacaq bütün hadisələri tək bir an olaraq bilməsidir. Yəni “nəticəsi bilinməyən hadisələr” yalnız bizim üçün “bilinməz”dir. Allah bizim bilmədiyimiz hadisələrin hamısını bilir. Buna görə də əslində insanın imtahanı, əvvəli və sonu müəyyən olan imtahandır. Keçmiş, gələcək və yaşadığımız an Allah Qatında birdir və hamısı olub bitmişdir. Biz isə bu hadisələri ancaq yaşayaraq öyrənirik. (davamı…)

Maddənin Ardındakı Möhtəşəm Elm Yanvar 1, 2010

Posted by dusunek in Maddə və Xəyal.
Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , ,
add a comment

Düşünmək və araşdırmaq insanın bilmədiklərini öyrənməsini, “baxıb görə bilmədiklərini” görməsini, dünya həyatının gerçəyini kəşf etməsini təmin edir. Ancaq əsas olan insanın səmimi düşüncə ilə əldə etdiyi gerçəklərdən qaçmaması, kəşf etdiyi gerçəklərə uyğun yeni bir həyata başlayacaq iradəni göstərə bilməsidir. Bu yazıda bu günə qədər heç vaxt rast gəlmədiyiniz, heyrətamiz, həyata baxışınızı tamamilə dəyişdirən bir elm izah ediləcək. Bu elm, tarix boyunca böyük İslam alimlərinin diqqət çəkdiyi, müasir elmin qəti şəkildə sübut etdiyi həqiqətdir. İnsan, həyatının ilk çağlarından etibarən içində yaşadığı dünyanın mütləq maddi həqiqət olduğuna şərtlənmişdir. İnsan bu şərtlənmə daxilində böyüyür və bütün həyatını bu dünyagörüşü üzərində qurur. Ancaq müasir elmin nail olduğu nəticələr düşünüldüyündən daha fərqli və daha mühüm bir gerçəyi ortaya çıxarmışdır. Allahın yaratma sənətindəki ən əhəmiyyətli gerçəklərdən biri olan bu elm, insanın həm özünə, həm ətrafına, həm həyata, həm də hadisələrə baxışını tamamilə dəyişdirəcək səviyyədədir. Bu maddənin, kainatın və onun içindəki hər şeyin xəyal, “hisslər aləmi” olduğu həqiqətindən qaynaqlanır. Bu heyrətamiz həqiqəti anlamaq üçün ilk növbədə maddə zənn etdiyimiz varlıqları bizə tanıdan duyğularımızın və beynimizin necə işlədiyinə nəzər salaq. (davamı…)

Follow

Get every new post delivered to your Inbox.

Join 4,915 other followers