Quran Asan Olana Yönəldir Aprel 22, 2012
Posted by fayuu in Mənəviyyat.add a comment
Allah bütün insanlara doğru olanı tapmaq, dəqiq məlumata və gözəl əxlaqa yiyələnmək üçün müqəddəs kitabları və onları çatdıran və açıqlayan peyğəmbərlər göndərmişdir. Allahın insanlara yol göstərici olaraq endirdiyi son kitab isə Qurandır.
Quran qiyamətə qədər qüvvədədir
Quranın qiyamətə qədər qüvvədə olduğunu və qorunacağını bilən möminlər bunun rahatlığını və etibarını yaşayırlar. Quran insanın hər hökmündən, hər əmrindən qəti əmin olduğu, vicdanının isə azad və rahat şəkildə tabe olduğu kitabdır. İnsanların bu cür yol göstəricisinin olması Allah qatından verilmiş böyük nemət və rəhmətdir. Allah Quranın möminlər üçün əhəmiyyətini bir ayəsində belə xəbər verir:
…Biz Kitabı sənə hər şey üçün bir izah, müsəlmanlara da doğru yolu göstərən rəhbər, mərhəmət və müjdə olaraq nazil etdik. (Nəhl surəsi, 89) (davamı…)
PEYĞƏMBƏRİMİZİN (S.Ə.V) ŞƏHİD EDİLMƏMƏSİ ALLAHIN BÖYÜK MÖCÜZƏSİDİR Aprel 22, 2012
Posted by fayuu in Mənəviyyat.add a comment
Peyğəmbərimizin (s.ə.v) haqqa və doğruya dəvəti haqsızlıq və zülmdən mənfəət əldə edən, mövqelərini itirməkdən qorxan bəzilərinin Peyğəmbərimizə (s.ə.v) və onunla birlikdə olan möminlərə müxtəlif tələlər qurmasına səbəb olmuşdur. Çünki Peyğəmbərimizin (s.ə.v) açıqladığı həqiqətlərlə əllərində olan dünyəvi mənfəətlərin böyük əksəriyyəti bir anda dəyərini itirmişdir. Təkəbbürlü olduqlarına görə, o vaxta qədər sitayiş etdikləri bütlərə bağlılıqda israr etmiş, batil inanclarından əl çəkmək istəməmişlər. Əksinə, Peyğəmbərimizi (s.ə.v) ya din əxlaqından uzaqlaşdırmaq, ya da şəhid etmək üçün birlikdə plan qurmuşlar. Halbuki, iman gətirməyənlər Peyğəmbərimizi (s.ə.v) uca Allahın qoruduğunu bilmirdilər. (davamı…)
MÖMİN İÇİNDƏN GƏLƏN HƏR HİSSƏ TƏSLİM OLMAZ Aprel 22, 2012
Posted by fayuu in Mənəviyyat.1 comment so far
Möminlər nə üçün içlərindən gələn hər hissə təslim olmazlar?
İnsan nəfsinin mənfi təlqinlərini və vicdanının səsini necə ayırd edə bilər?
Möminlər bu mənfi təlqinlərə və içlərindən gələn hər hissə təslim olmamaq üçün nə edərlər?
Bəzi insanlar içlərindən hansı hiss gəlsə, heç düşünmədən ona təslim olurlar. Fikirlərindən nə keçsə, dərhal onu düşünmədən söyləyirlər. Davranışlarının və ya dedikləri sözlərin nəticəsini ölçüb-biçmirlər. Qəzəbləndikdə əsəblərini cilovlamırlar. Daxilən küskün olanda bunu üzə vururlar. Narahat olduqda qarşı tərəfə bunu dərhal hiss etdirirlər. İçlərindən ağlamaq hissi gələndə ağlayırlar. Kədərlənmək, ümidsizliyə qapılmaq və ya inciklik təlqinləri gəldikdə dərhal bu əhvala düşürlər. Ancaq möminlər belə vəziyyətlərdə tamamilə fərqli davranırlar. (davamı…)
Şeytanın Təlqini: Boş Vaxt Mart 22, 2012
Posted by fayuu in Mənəviyyat.Tags: asan ve lazimsiz dusunceler, boş vaxt, heqiqetin suurunda olmaq, seytanin insana verdiyi telqin, vaxt oldurmek
add a comment
Boş vaxt keçirməyi gözəl görmək şeytanın insanlara verdiyi təlqinlərdən biridir. Din əxlaqının yaşanmadığı cəmiyyətlərdə bəzi insanlar üçün boş vaxt keçirmək, yəni “vaxtı öldürmək” normal qarşılanır. Lakin möminlər Allahın onlara lütf etdiyi vaxtın hər anını Allaha olan yaxınlıqlarını artıraraq, daha dərin düşünərək və İslam yolunda fikri mübarizə apararaq keçirərlər.
Səmimi şəkildə Allaha inanan şəxs şeytanın dünya həyatında insanlara cəlbedici göstərdiyi boş işlərdən özünü tamamilə uzaq tutmalıdır. İnsan ancaq bu şəkildə açıq zehinlə lazımi kimi dərin düşünə bilər. Quranda möminlərin boş işlərdən üz çevirdikləri belə bildirilmişdir:
O kəslər ki, lağlağıdan (lüzumsuz şeylərdən, qadağan olunmuş əməllərdən) üz döndərərlər. (Muminun surəsi, 3) (davamı…)
Fədakar İnsan Dünyanın Ən Ağıllı və Ən Qazanclı İnsanıdır Mart 22, 2012
Posted by fayuu in Mənəviyyat.Tags: axirete inanmayanlar, din exlaqina gore yasamayanlar, en agillive en qazancli insan, fedakar insan, oz menfeetini gudmek
add a comment
Din əxlaqından uzaq həyat tərzi keçirən insanlar arasında fədakarlıq bir növ ağılsızlıq hesab edilir. Onların fikrinə görə, insan öz mənfəətini nə qədər yaxşı güdürsə, bir o qədər ağıllıdır. Ətrafındakı insanların imkanlarından nə qədər çox istifadə edə bilirsə, özündən isə nə qədər az istifadə etdirirsə, insanlara nə qədər az mənfəət verirsə, deməli, bu adam ağlından maksimum istifadə edə bilir.
Əlbəttə ki, bu insanlar yanılırlar. Axirətə inanmayanlar üçün başqa insana mənfəət vermək, onun rahatlığını təmin etmək, üstəlik, bunları özünün rahatlığından keçərək etmək ağılsızlıq kimi qəbul edilə bilər. Ancaq axirətə inanan bir insan bunları yalnız Allahın razılığını qazanmaq üçün edirsə, dünyanın ən ağıllı insanıdır. (davamı…)
İncə Düşüncəli Olmaq Mart 21, 2012
Posted by fayuu in Mənəviyyat.Tags: cennet ehlinin xususiyyeti, diger mominleri dusunmek, ince dusunmek, kobud dusuncesiz davranislar
1 comment so far
Quran əxlaqı möminlərin öz haqlarından keçərək digər mömin bacı-qardaşlarını özlərindən üstün tutmağı tələb edir. Həqiqi iman, təslimiyyət və qardaşlıq budur. Möminin digər möminləri özündən üstün tutması təkcə onları daha çox maddi imkanla təmin etməsi ilə məhdudlaşmır. Mömin digər möminlərin ehtiyaclarını da özündən çox düşünməlidir.
Kobud, düşüncəsiz davranışlar insanın imanının kamilləşmədiyini göstərir. Etdiyi hərəkətin digər möminlərə necə təsir edəcəyini düşünməyən, ancaq öz istəklərini və öz bildiyini edən bir insan Allahın tərif etdiyi mömin modelindən uzaqdır. Quranda incə düşüncəyə və düşüncəsizliyə dair nümunələr verilir. İncə düşüncənin əhəmiyyəti bir ayədə belə vurğulanır:
Ey iman gətirənlər! Peyğəmbərin evlərinə sizə yeməyə icazə verilmədən girib onun bişməsini gözləməyin. Lakin dəvət olunduqda girin və yemək yedikdən sonra bir-birinizlə söhbətə dalmadan dağılışın. Çünki bu, Peyğəmbəri narahat edir və o, sizdən utanır. Allah isə sözün açığını (sizə bəyan etməkdən) utanmır… (Əhzab surəsi, 53) (davamı…)
Quranda Hər Mövzu Açıqlanmışdır Mart 20, 2012
Posted by fayuu in Mənəviyyat.Tags: Allahin rizasini qazanmagin yollari, fiziki ve menevi cehetden saglam olmagin yollari, gozel exlaqin terifi, həll yolu Quran, ibadet formalari, insanlarin ne ucun niye yaradildigi
add a comment
Allah bütün insanların qaranlıqdan nura çıxması üçün hər mövzunun açıqlamasını və həll yolunu Quranda bildirmişdir. “Nəhl” surəsində Rəbbimiz Quran haqqında belə buyurur:
… Biz Kitabı sənə hər şey üçün bir izah, müsəlmanlara da doğru yolu göstərən rəhbər, mərhəmət və müjdə olaraq nazil etdik. (Nəhl surəsi, 89)
“Ənam” surəsində isə: “… Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq. Sonra onlar Rəbbinin hüzuruna toplanılacaqlar. (Ənam surəsi, 38)” – şəklində bildirilmişdir. Quranda hər şey ən mükəmməl, ən hikmətli tərzdə hərtərəfli açıqlanmışdır. Bu, Allahın qullarına olan rəhmətinin təzahürüdür. (davamı…)
Müsəlmanların Rəhbəri Qurani-Kərim və Peyğəmbərimizin (s.ə.v.) Sünnəsidir Mart 20, 2012
Posted by fayuu in Mənəviyyat.Tags: Allaha teslim olmaq, mominlerin Allaha olan imanlari ve bagliliqlari, qetiyyetli olmaq, Quranda momin xususiyyeti, vicdanla ve Quran exlaqina uygun davranmaq
add a comment
Müsəlman əksəriyyətin səhv davrandığı mühitdə Allahın əmr etdiyi kimi vicdanla və Quran əxlaqına uyğun davranmalıdır. Buna görə, əksəriyyətin Quran əxlaqına uyğun olmayan həyat tərzini seçməsi, gündəlik həyatda buna uyğun qərar verib bu cür düşünməsi cəmiyyətdə yaşayan digər şəxslərə təsir etməməlidir.
Müsəlmanlar harada olsalar da, nə etsələr də, qəlblərində və söhbətlərində daima Allaha olan imanlarını və bağlılıqlarını əsas götürürlər. Həyatlarının məqsədi Allahın rizasını, rəhmətini və cənnətini qazanmaq olduğu üçün hər an bu məqsədə uyğun hərəkət edirlər. Hər işdə Quranda bildirildiyi kimi, Allaha təslim olurlar. Bu əxlaqlarına görə, çoxluq içində Quran əxlaqına uyğun hərəkət edən yeganə insan olsalar da, bu onları əsla zəiflətməz. Əksinə, daha diqqətli davranar və Allahın razı olmadığı davranışlardan çəkinərlər. Allahın iznilə, heç bir şərait və mühit onları gözəl əxlaqdan, Allahı və axirəti düşündürməkdən uzaqlaşdırmaz. Rəbbimiz Quranda möminlərin bu xüsusiyyətini belə bildirmişdir: (davamı…)
Əsl Sevgini Əldə Etməyin Yolları Mart 4, 2012
Posted by fayuu in Mənəviyyat.Tags: Allah sevgisi, əsl sevgi, islamda sevgi, sevgi nədir, sevgini necə əldə etmək olar
add a comment
Qəzetlərdə, jurnallarda, televizor kanallarında və ya ətrafımızda tez-tezbir bir-birilərini nə qədər çox sevdiklərini söyləyən insanların əyləncə yerlərində çəkilmiş rəsmlərini görürük.Bir müddətdən sonar həmin insanların dostluqlarının və ya evliliklərinin bitməsi ilə bağlı xəbərlərlə üzləşirik. Bir müddət əvvəl bir-birini sevdiyini, bir-birinə dəyər verdiyini, “bizim sevgimiz çox fərqlidir” söyləyənlər dava-dalaş edərək, cəmiyyətin qarşısında bir-birinə bəzən kobud sözlərsöyləyərək, böhtanlar ataraq, qarşı tərəfi məhkəməyə verərək ayrılırlar.
Bu şəxslər qəzetlərdən, televizor kanallarından bir-birini ittiham edərək sevgilərinin bitdiyini söyləyir, bir-birini günahlandırır, bir-birindən böyük məbləğdə maddi təzminat tələb edirlər.
İnsanlar arasındakı evlilik, iş ortaqlığı, dostluq kimi əlaqələrin qopması bu və ya buna bənzər şəkillərdə baş verir. Məhkəmə dəhlizləri bir-birilə dalaşan, mübahisə edən, nifrətindən bir-birinin üzünə belə baxa bilməyən insanlarla dolub-daşır.
Bir müddət əvvəl sevdiklərini bildirən bu insanlar bir-birini alçaldaraq, nifrət edərək ayrılırlar. (davamı…)

FACEBOOK'da bizi izləyin