Təsəvvürünüzdə “İdeal İnsan” Canlandırın və Siz də Məhz O Cür İnsan Olun Yanvar 4, 2012
Posted by fayuu in Mənəviyyat.add a comment
Hər bir insanın təsəvvüründə “ideal insan modeli” var. Sevdiyi, birlikdə vaxt keçirdiyi, dostluq etdiyi bütün insanlarda bu modeli görmək istəyir. Ancaq bir şeyi nəzərindən qaçırır: ətrafındakı insanlar da onda eynilə həmin ideal insan modelini axtarırlar.
Hər kəs qarşısındakı insanın ağıllı, qətiyyətli, fədakar, vəfalı, anlayışlı, səmimi olmasını istəyir. Nə baş verirsə versin, hirslənməsin, özündən çıxmasın, acılamasın, güzəştə getsin, səbirli olsun, bağışlasın. Çətin anlarında onu tək qoymasın, əlindən gəldiyi qədər kömək etsin, lakin əsla minnət etməsin, çox fədakar olsun, lazım gələrsə, heç düşünmədən özünü belə fəda etsin. Olduqca ağıllı, vicdanlı, ədalətli, mərhəmətli, mülayim, səmimi, gözəl sözlü, gözəl üslublu, incə düşüncəli olsun, özünü qarşı tərəfin yerinə qoyub düşünə bilsin, qarşısındakının vəziyyətini anlasın. Üstünlüyü özünə deyil, daima sevdiyinə versin, sevdiyi insanların xoşbəxtliyini, rahatlığını, dincliyini və istəklərini özününkündən üstün tutsun. Öz haqqını deyil, sevdiklərinin haqqını müdafiə etsin, öz qürurunun, mənliyinin tərəfində olmasın, daima qarşı tərəfi ön plana çəksin, qarşısındakı insana hörmət etsin, ehtiram göstərsin. (davamı…)
Bərəkətin Qarşısını Alan Böyük Yanılma: Mal Yığmaq Ehtirası Yanvar 4, 2012
Posted by fayuu in Mənəviyyat.add a comment
Mal yığıb-toplamaq din əxlaqını yaşamayan insanların həyatları boyu məşğul olduğu və onları ən çox qayğılandıran mövzulardan biridir. Dünyada və axirətdə insana fayda verməsə də, malı yığıb-toplamaq niyə bəzi insanlar üçün gözəl əxlaqa sahib olmaqdan daha vacibdir?
Allahın rizasını və cənnəti qazanmaq üçün mallardan necə istifadə etmək lazımdır?
Allah Quranda insanları dünyaya ehtirasla bağlayan mövzuların olduğunu xəbər vermiş və onları bunlarla sınadığını bildirmişdir. Uca Allahın bildirdiyi imtahan mövzularından biri də mal sevgisidir. Şübhəsiz, mal sahibi olmaq Quran əxlaqına uyğundur və hər müsəlmanın qanuni haqqıdır. Ancaq Quranda Allahın xəbər verdiyi təhlükə adamın, əslində, Allaha aid olan bütün malı və mülkü sahiblənərək imkanı olduğu halda köməyə ehtiyacı olan insanlara kömək etməməsi, bu var-dövləti yığaraq ehtirasla dünya həyatına bağlanmasıdır. Quran əxlaqından uzaq olan insanların mala olan sevgisi, ondan istifadə edilməməsi, pulun xərclənməməsi onları dünyaya bağlayan xəstəliyə çevrilir. Çünki artıq bu pul və mala çoxaltma istəyi də əlavə olunur. Bu istək ehtiras şəklində həyatlarının sonuna qədər davam edir. Uca Allah bir Quran ayəsində bu həqiqəti belə xəbər verir:
Çoxluğa hərisliyiniz başınızı o qədər qatdı ki, qəbirləri ziyarət etdiniz (ölənə qədər bu halınızda davam etdiniz). (Təkasur surəsi, 1–2) (davamı…)
Xoşbəxtliyin Sirri Yanvar 4, 2012
Posted by fayuu in Mənəviyyat.add a comment
İman gətirən insan bu dünyanın həqiqi mahiyyətini, öz yaradılış məqsədini, Uca Allahın onu sınadığını və Ona qulluq etməklə məsul olduğunu dərk edir. Ona görə həyatı boyu Allahın rizasını, rəhmətini qazanmağa çalışır və möminlərin əsl yurdu olan cənnətə daxil olmaq üçün cəhd edir.
Xoşbəxtlik isə Uca Allahın saleh qullarına səmimi imanlarına və bağlılıqlarına görə həm dünyada, həm də cənnətdə verdiyi çox böyük nemətdir. Möminlərin xoşbəxtliyinin və rahatlığının mənbəyi isə sadəcə imanlarıdır. Allah səmimi imanlarının əvəzində onların qəlbinə xoşbəxtlik və rahatlıq vermişdir. Möminlər şəraitdən asılı olaraq xoşbəxt olmurlar, bu, Allaha və axirətə iman gətirməyin qazandırdığı mənəvi xoşbəxtlikdir. Bu anlayışdan uzaq yaşayan insanlar isə iman gətirmədikcə həqiqi xoşbəxtlikdən uzaq qalırlar. Sonsuz güc sahibi Allah din əxlaqına uyğun yaşamadıqlarına görə bu insanların qəlblərinə sıxıntı verəcəyini bir Quran ayəsində belə bildirmişdir:
Allah kimi doğru yola yönəltmək istəsə, onun köksünü İslam üçün açar, kimi azdırmaq istəsə, onun köksünü, sanki o, göyə çıxırmış kimi daraldar və sıxıntılı edər. Allah iman gətirməyənləri beləcə rəzalətə salar. (Ənam surəsi, 125) (davamı…)
Müsəlmanın Danışıq Üslubu Yanvar 4, 2012
Posted by fayuu in Mənəviyyat.add a comment
Qullarıma de ki, ən gözəl sözləri danışsınlar. Çünki şeytan onların arasına ədavət sala bilər. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir. (İsra surəsi, 53)
Allah Quranda insanlara bir-birlərinə ən gözəl sözləri deməyi əmr etmişdir. İnsan düşünmədən, vərdiş etdiyi şəkildə danışdığı kimi, sözləri diqqətlə seçərək gözəl şəkildə danışmağa da cəhd etməlidir. Allah qatında məqbul olan və insana Allahın rizasını qazandıran ikinci amil isə insanın bacardığı qədər vicdanlı danışmasıdır.
Bu mövzunu belə bir misalla izah edə bilərik: insan başqa bir şəxsin gözəl davranışını görməməzlikdən gələrək bu barədə heç nə deməyə bilər, laqeyd şəkildə gördüyü işin isə gözəl davranış olduğunu deyə bilər, ya da əksinə, nə qədər gözəl əxlaq göstərdiyini və nümunəvi davrandığını bütün səmimiyyətilə qarşı tərəfə açıqlaya bilər. (davamı…)
İnsanlar Nə Üçün Haqsızlığa Məruz Qaldıqlarını Düşünürlər? Yanvar 4, 2012
Posted by fayuu in Mənəviyyat.add a comment
Adətən, insanların çoxunda haqsızlığa məruz qaldıqlarına dair psixologiya formalaşır. Bu, bəzən baş verən gündəlik hadisələrdə, bəzən də keçmişdə baş vermiş hadisənin insanın yadına düşərək onu daxilən narahat etməsi ilə üzə çıxır. Hər iki halda, insana həm fiziki, həm də mənəvi cəhətdən zərər verir. Bu hissə qapılan insan şeytanın hər cür tələsinə düşə bilər. Bu fikirdən çəkinməsə, bu hal insanı Allahın razı olmadığı düşüncə və davranışlara təşviq edən şeytani məntiqə çevrilər.
İnsanlara haqsızlığa məruz qaldıqlarını düşündürən səbəblər nələrdir?
Bu səbəblər çox mürəkkəb deyil. İnsanların böyük əksəriyyəti bu psixologiyaya gətirib çıxaran xüsusiyyətlərin əxlaqi zəifliklərindən irəli gəldiyini anlamaq istəmir. Halbuki bu həqiqətdən qaçmağın insana heç bir faydası yoxdur. Bunun üçün ön mühakimə etmədən vəziyyəti dəyərləndirib həll yolunu tapmaq lazımdır. Bu təqdirdə insan qısa müddətdə keçirdiyi sıxıntıdan xilas olar. İndi isə bu səbəbləri təhlil edək: (davamı…)
Hadisələrin Zahiri, Batini və Əsli Yanvar 4, 2012
Posted by fayuu in Mənəviyyat.add a comment
İman etməyən insanlar özlərini Allahdan müstəqil varlıq kimi görürlər. Bu səbəbdən, hadisələri özlərinin idarə etdiyini düşündüklərindən daima bunun gərginliyini yaşayırlar. Hər hadisənin Allahın istəyi ilə qədərlərində (talelərində) yaradıldığını, hər məsələdə Allahı vəkil edib dinc və təvəkküllü yaşayacaqlarını bilmədiklərindən çox çətin və əsəbi həyat tərzi keçirirlər. Məsələn, həyatını özünün idarə etdiyini düşünən bir insanın xəyallarını reallaşdırmaq üçün, adətən, silsilə planları olur. Rahat yaşamaq istəyir. Lakin bunun üçün pula ehtiyacı olur. Pul qazanmaq üçün yaxşı təhsil alıb peşə sahibi olmalıdır. İllərlə işləyib istədiyi pulu əldə etdiyində isə ailə qurmaq təlaşına düşür. Düşüncələrindəki hər şey tamamlandığı zaman isə bu dəfə də ailəsini, ətrafını, malını, işini və bunun kimi həyatına hakim bir çox faktoru əlində tutmaq üçün çalışır. Həmişə öz kontrolu ilə həyatını yönləndirdiyini düşündüyü üçün qədərin rahatlığını yaşaya bilmir. Məsələn, qazandığı pulla avtomobil alır, amma avtomobildə qəzaya düşməsini, yaralanmasını, qəzadan sonra xəstəxana xərclərini və ya öldükdə cənazə proseduralarının nizamlanmasını təfərrüatlı şəkildə düşünüb gərginlik içində yaşayar. (davamı…)
Əsl Xoşbəxtlik Ancaq Allaha Səmimi Qəlblə Yönəlməklə Mümkündür Yanvar 4, 2012
Posted by fayuu in Mənəviyyat.add a comment
İnsanların əksəriyyəti xoşbəxtliyi əldə etmək həsrəti ilə yaşayırlar. Öz məntiqlərinə əsasən, onları xoşbəxt edən hər şeyin arxasınca var gücləri ilə qaçırlar. Onlar xoşbəxtliyi və rahatlığı tanışları ilə müxtəlif ictimai fəaliyyətlərdə iştirak edərək, iş həyatında müvəffəqiyyət əldə edərək, məktəbdə əlaçı olaraq, səyahət edərək, sevdikləri işlərlə əylənərək, yaxşı karyera quraraq, müxtəlif hədiyyələr alaraq və bunun kimi dəyərləri qazanaraq əldə edəcəklərini hesab edirlər. Halbuki xoşbəxtliyi müvəqqəti və çox qısa olan dünya həyatına yönələn məqsədlərdə axtaran insanlar nə etsələr də, hansı yollara baş vursalar da, həsrətini çəkdikləri xoşbəxtliyə heç cür qovuşa bilməzlər. İnsanların bir çoxu xəyal etdikləri xoşbəxtliyi bu dəyərlərlə qazanmağın mümkün olmadığını görə bilmirlər. Həyatları həmişə əldə etməyə çalışdıqları xoşbəxtliyin arxasınca qaçarkən qəflətən sona çatır. “İstədiyim hər şeyi əldə etdim, amma hələ də xoşbəxt deyiləm”, “Bütün xəyallarıma qovuşdum, niyə xoşbəxt ola bilmirəm?”, “Xoşbəxtliyə nail olmaq bu qədər çətindirmi?” -deyə soruşur, amma çox vaxt bu sualın cavabını tapa bilmirlər. (davamı…)
Hər İşimizdə Allaha Necə Yönələ Bilərik? Yanvar 3, 2012
Posted by fayuu in Mənəviyyat.add a comment
Allah imtahanın tələbi olaraq dünya həyatını çox rəngarəng, zənginliklərlə dolu, həmişə davam edəcəkmiş kimi bir hiss oyandıran, bir hadisə bitdiyində davamlı olaraq yeni hadisələrin başladığı, söhbət etdikcə bitməyəcək gözəlliklərlə yaratmışdır. Əlbəttə, dünya həyatının bu cür görünməsi Allahın sonsuz yaratma sənətinin təzahürüdür.
Allaha iman edən bir insan bu qarışıqlıq və ehtişamlı zənginlik içində bütün diqqətini Allaha və Allahın razılığını qazanmağa yönəltməlidir. Allahdan qorxan və həyatını Quran əxlaqına görə davam etdirən bir insan Allahın razılığını dünyadakı hər şeydən üstün tutar. Belə imani dərinliyə çatmış insan hər işində, hər danışığında, hər rəftarında bütün diqqətini Allaha və Allahın ən bəyənəcəyi əxlaqı yaşamağa verər. Zehnində mütəmadi olaraq “hansı rəftarı göstərsəm, Allahı razı edərəm?” düşüncəsi olar. (davamı…)
Ümidvar Olmaq Mömin Əlamətidir Yanvar 3, 2012
Posted by fayuu in Mənəviyyat.add a comment
“Bacardığınız qədər özünüzü dünya işlərinə verməyin. İbadət üçün özünüzə vaxt ayırın. Çünki kimin məqsədi sırf dünya olsa, Allah onun işlərini çətinləşdirər, yoxsulluq qorxusu hər zaman onu təqib edər. Kimin məqsədi axirət olsa, Allah işlərini sahmana salar, rahatlığını artırar, zənginliyi qəlbinə yerləşdirər, xeyirli olan hər şeyi sürətlə ona yaxınlaşdırar”. (Hz. Muhəmməd)
İman gətirən bir şəxs hər şeyini itirsə belə, ümidsizliyə qapılmadan səbir və şövqlə hər şeyə başdan başlaya bilər. Sahib olduğu bu şövq imanından, Allaha olan sevgi və etibarından, Quran əxlaqını mənimsəməsindən və dünya həyatının keçiciliyini qavramasından qaynaqlanır. Gələcəyindən həmişə ümidvar olması, hadisələrin həmişə gözəl tərəflərini görməyi bacarması həyatı boyu qarşılaşdığı bütün hadisələrdə özünü büruzə verər. (davamı…)
Kamil iman sahibinin duası Yanvar 3, 2012
Posted by fayuu in Mənəviyyat.Tags: dua nece edilmelidir
add a comment
- hər şeydə Allaha yönələrək,
- yalnız Allaha dua edərək və yalnız Ondan kömək diləyərək,
- Allahın hər duaya cavab verdiyini bilərək,
- Allahın ona şah damarından daha yaxın olduğunu və hər düşündüyünü həmin an eşitdiyini bilərək,
- Allahı ən gözəl adları ilə təsbih edərək və bu adlarının mənalarını dərin-dərin düşünərək,
- dua edərkən Allahdan istəyinə sərhəd qoymayaraq,
- duanın qəlibləşmiş forması olmadığını, Allahın rizasını qazanmaq üçün edilən hər hərəkətin bir dua olduğunu bilərək,
- dua etmək üçün xüsusi bir məkan və yerə gərək olmadığını, hər zaman, hər yerdə dua edə biləcəyini bilərək,
- Allaha ən hörmətli şəkildə dua edər,
- yalnız çətinlik və ehtiyac içində olarkən deyil, bolluq və nemət içində olarkən də dua edər, (davamı…)

FACEBOOK'da bizi izləyin