Münafiqlərin Aldatma Üsulları Oktyabr 2, 2010
Posted by fayuu in Mənəviyyat, İslam Birliyi.Tags: axir zaman dovrunun munafiqleri, fitne, munafiq xususiyyetleri, munafiqler kimdi, Quranda munafiqler
add a comment
Yaxşılıq etmək istədiklərini bildirirlər, ancaq müsəlmanlara zərər vermək üçün ayrı məscid tikirlər:
“Zərər vurmaq, küfr etmək, möminlər arasına təfriqə salmaq məqsədilə, əvvəllər Allaha və Onun Peyğəmbərinə qarşı müharibə edən kimsədən göz-qulaq olmaq üçün məscid düzəldən və: “Biz yaxşılıqdan başqa bir şey istəmədik”, – deyə and içənlərin, həqiqətən, yalançı olmaları barədə Allah Özü şahidlik edəcəkdir!” (Tövbə surəsi, 107)
Fitnə çıxarmalarına baxmayaraq, islah edici olduqlarını iddia edirlər:
“Onlara : “Yer üzündə fəsad törətməyin!” -dedikdə: “Bizim işimiz ancaq yaxşılıq etməkdir”,-deyə cavab verirlər. Bilin ki, onlar fəsad törədəndirlər, lakin dərk etmirlər.” (Bəqərə surəsi, 11-12) (davamı…)
İslam Aləminin Qurtuluşu Üçün Allahın Quranda Bildirdiyi Həll Yollarını Tətbiq Etmək Lazımdır. Oktyabr 2, 2010
Posted by fayuu in İslam Birliyi.Tags: Allahin emri, fitne, Islamin qurtulusu
add a comment
Allah Quranda müsəlmanların həyatlarının hər anında , baş verən hər hadisə qarşısında necə davranmalı olduqlarını xəbər vermişdir. Əgər bir müsəlman baş verən hər hansı bir hadisə qarşısında Allahın Quranda buyurduğu həll yoluna görə deyil, öz ağlına,məntiqinə görə hərəkət edərsə Allah bu yolda o insana müvəffəqiyyət nəsib etməz. İslam aləminə də müvəffəqiyyət qazanmaq üçün, maddi – mənəvi gözəlliyə xidmət edən güc sahibi olmaq, rahatlığa çıxmaq, inkişaf etmək üçün, əzilməmək və məğlub olmamaq üçün yol göstərmişdir.
Allahın göstərdiyi bu yol – əzablar, axan qanlar, zülmlər, təzyiqlər, haqsızlıqlar sona çatanadək, yəni yer üzündə fitnə qalmayana qədər – din Allahın olana qədər, yəni Quran əxlaqı dünyanın dörd bir tərəfinə hakim olana və Peyğəmbərimizin (s.ə.v.) dövründəki kimi yaşanana qədər elmlə, mədəniyyətlə, fəlsəfəylə, sənətlə, fikirlə Allah yolunda mübarizə etməkdir: (davamı…)
Münafiqlər Dini Çətinləşdirmək İstəyirlər, Allahın Dini Asandır Sentyabr 30, 2010
Posted by fayuu in Axır Zaman, İslam Birliyi.Tags: dindeki asanliqlar, islam dininin asanliqlari
add a comment
Allah yolunda layiqincə cihad edin. O, SİZİ SEÇDİ VƏ DİNDƏ SİZİN ÜÇÜN HEÇ BİR ÇƏTİNLİK YERİ QOYMADI – ATANIZ İBRAHİMİN DİNİ KIMI. Allah bundan əvvəl də, bunda da sizə müsəlman adını verdi ki, Peyğəmbər sizə, siz də insanlara şahid olasınız. Elə isə namaz qılın, zəkat verin və Allaha sığının. (Allah) sizin ixtiyar sahibinizdir. O nə yaxşı ixtiyar sahibi, necə də gözəl imdada yetəndir! (Həcc surəsi, 78) (davamı…)
Münafiqlər Cəhd Etmək -Yəni İslam Əxlaqının Hakim Olması Üçün Fikri Mübarizə Aparmaq- İstəmirlər Sentyabr 30, 2010
Posted by fayuu in Axır Zaman, İslam Birliyi.Tags: axir zaman dovrunun munafiqleri, axir zaman munafiqleri, Quranda munafiqler
add a comment
Onlar dedilər: “Ya Musa, orada nəhəng (qüvvətli) adamlar vardır. ONLAR ORADAN ÇIXMAYINCA BİZ ORA GİRMƏYƏCƏYİK. Əgər onlar oradan çıxsalar, biz ora daxil olarıq”. (Maidə surəsi, 22)
Dedilər: “Ey Musa, nə qədər ki, onlar oradadırlar, biz ora girməyəcəyik. SƏN VƏ RƏBBİN GEDİB ONLARLA VURUŞUN. BİZ İSƏ BURADA OTURACAĞIQ”. (Maidə surəsi, 24)
ARXADA QALANLAR (MÜNAFQİLƏR) ALLAHIN RƏSULUNA QARŞI ÇIXARAQ (EVDƏ) OTURUB QALMALARINA SEVİNDİLƏR, Allah yolunda malları və canları ilə cihad etmək istəmədilər və (möminlərə): “Bu istidə döyüşə çıxmayın!” – dedilər. De: “Cəhənnəm odu daha istidir!” Kaş biləydilər! (Tövbə surəsi, 81) (davamı…)
Müsəlmanlar və Elm 2 Avqust 17, 2010
Posted by fayuu in Elm Nə Deyir?, İslam Birliyi.Tags: Abdullətif əl-Bağdadi, Biruni, elm ve din, elm ve muselmanlar, ibn sina, Müsəlman həkimlər, Xarizmi, Zəkəriyya Qəzvini, Əbu Cəfər İbn Cəzzar, Əli bin İsanın, Əndəlus, İbn Cülcül
add a comment
Materialistlər elm qarşısındakı məğlubiyyətlərini gizlətmək üçün hər zaman müxtəlif təbliğat üsullarını işə salırlar. Bunların önündə materialist mətbu orqanlarının əsas mövzusuna çevrilən “elm-din qarşıdurması” iddiası gəlir. Bu iddianı dilə gətirən mənbələrdə, dinin tarix boyu elmə qarşı olduğu, elmin ancaq din tərk edildikdə inkişaf edə biləcəyi kimi, həqiqətdən kənar hekayələr danışılır.
Əslində isə elm tarixinə bir az nəzər salmaq bütün bu iddiaların yalan olduğunu görmək üçün kifayət edir. (davamı…)
Müsəlmanlara Ayrılmaq Haram, Birləşmək Vacibdir Fevral 10, 2010
Posted by fayuu in İslam Birliyi.Tags: aktiv, Allah, anlaşılmazlıq, ağıl, ümumi dəyərlər, beynəlxalq siyasət, birlik, dəlil, din, haqq, həmrəylik, inanc birliyi, ittifaq, ixtilaf, katolik, mömin, müsəlman, mənfəət, məzhəb, Qalaktika, Quran, Quran əxlaqı, səmimi, siyasi, təcəlli, tələbat, vicdan, xoşgörüş, ƏHLİ BEYT
add a comment
Müsəlmanların birliyi yalnız mövcud gərgin vəziyyətin sona çatması üçün lazım olan siyasi tələbat deyil, eyni zamanda müsəlman olmağın tələblərindən biridir. Müsəlmanlar həyatlarının hər anında olduğu kimi daxili və beynəlxalq siyasətdə də Quran əxlaqına uyğun hərəkət etməlidirlər. Quran əxlaqı isə İslam dünyasının ittifaq etməsini tələb edir. Quran əxlaqının prinsip olaraq mənimsənilməsi bu ittifaqın daimi olmasını və gözlənilən aktiv rolu yerinə yetirməsini təmin edəcəkdir.
İslam əxlaqı müsəlmanların daim bir yerdə olmasını, (davamı…)
Tarixdən Nümunə: Səlahəddin Əyyubinin İslam Birliyi Fevral 9, 2010
Posted by fayuu in İslam Birliyi.Tags: Avropa, çəkişmə, bölünmə, din, dini təşkilat, dirçəliş, elm, Encyclopedia Britannica, əmirlik, əxlaq, fəth, güc, işğal, işğalçı, müsəlman, mədəniyyət, ordu, Qüds, Quran, qırğın, Səlahəddin Əyyubi, Səlib yürüşü, siyasi, texnologiya, təşviq, xaçlı, Xaçlı Krallığı, xaos, xoşgörüş (tolerantlıq), Yaxın Şərq, zəfər, İslam, İslam Birliyi
1 comment so far
1096-cı ildə başladılan birinci Səlib yürüşü zamanı xaçlı orduları Yaxın Şərqə çatdığında müsəlmanlar, aralarında müxtəlif anlaşılmazlıqlar və çəkişmələr yaşanan əmirliklərə bölünmüşdülər. Bu səbəbdən Avropadan gələn barbar işğalçılara qarşı müqavimət göstərə bilmədilər. 1099-cu ildə Qüdsdə dəhşətli qırğın törədildikdən sonra qurulan Xaçlı Krallığı uzun illər müsəlmanların bölünməsindən faydalanmışdı. Ancaq böyük İslam sərkərdəsi Səlahəddin Əyyubinin müsəlman əmirliklərini öz hakimiyyəti altına alaraq birləşdirməsi ilə müsəlmanlar, xaçlı işğalçılara qarşı mübarizə aparmaq gücünə sahib oldular.
İslam Dünyasında Parçalanmanın Səbəbləri Yanvar 4, 2010
Posted by dusunek in İslam Birliyi.Tags: Allah, Avropa, cinsiyyət, despot, dil, din, etnik, əcəm, ərəb, fəlsəfə, hərc-mərclik, ideologiya, imperiya, iran, iraq, irq, irqçilik, mömin, müharibə, müsəlman, müsəlman cəmiyyət, müstəmləkə, müxtəliflik, məzhəb, millət, milliyətçilik, nizam, qərb, Quran əxlaqı, radikal, sevgi, strategiya, tayfa, vətən, xristian, Yaxış şərq, İslam Dünyası, İslam əxlaqı
3 comments
İslam dünyasının parçalanması 20-ci əsrin əvvəllərində ortaya çıxmışdır. Bundan əvvəl isə fərqli məzhəb, irq və dillərdən olan müsəlmanlar müxtəlif İslam imperiyalarının rəhbərliyi altında bir yerdə dinc və təhlükəsiz şəraitdə yaşayırdılar. Ən vacibi isə bu halda onlar daha güclü idilər.
Ancaq 19-cu əsrin ən dağıdıcı axınlarından biri olan radikal milliyyətçilik İslam dünyasında da təsirini göstərdi. Müsəlmanların bir qisimi qərb ideyalarının təsiri altında qalaraq özlərinə təlqin edilən ideologiyanı mənimsədilər. Bu əsnada İslam imperiyalarının zəifləməsi ilə müsəlmanların böyük əksəriyyəti qərbli güclərin müstəmləkəsinə çevrilmişdi. Müstəmləkəçi güclər İslam torpaqlarından çəkilərkən də bu torpaqları süni sərhədlərlə bölüb müxtəlif dövlətlər meydana gətirdilər. Bu vəziyyət bəzi müsəlmanlar arasında yayılan radikal milliyyətçilik hərəkatları ilə birləşərək ortaya olduqca qarışıq vəziyyət çıxartmışdı.
Niyə İslam Birliyi? Yanvar 4, 2010
Posted by dusunek in İslam Birliyi.Tags: dünya müharibəsi, demoqrafik, din, inqilab, islam coğrafiyası, müsəlman, qərb, sülh, soyuq müharibə, təhlükəsizlik, İslam Birliyi, İslam Dünyası
1 comment so far
İslam dünyasının gələcəyinin dünyada sülhün və təhlükəsizliyin bərqərar olması ilə birbaşa bağlı olduğu bir çox mütəfəkkirlər tərəfindən ifadə edilir. İslam dünyası təxminən 1.2 milyardlıq əhalisi (müsəlmanlar dünya əhalisinin təxminən 1/4 hissəsini təşkil edir), sahib olduğu yeraltı zənginlikləri, yerləşdiyi ərazinin strateji əhəmiyyəti ilə böyük gücə malikdir. II Dünya Müharibəsinə qədər əksəriyyəti müstəmləkə altında olan müsəlman ölkələri II Dünya Müharibəsindən sonra başlayan müstəmləkə inqilabları ilə müstəqilliklərini qazanmış və bu vəziyyət İslam coğrafiyasının görünüşünü dəyişdirmişdir. İslamın yayıldığı ərazidə əsl dəyişiklik isə Soyuq Müharibənin sona çatması ilə başlamışdır. Bu tarixə qədər Afrika-Asiya ərazisi kimi qəbul edilən İslam dünyası Albaniya və Bosniyadan tutmuş, Çeçenistan və Tacikistana qədər davam edən Avrasiya (Avropa-Asiya) ərazisini əhatə etmişdir. 80-ci illərdə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına üzv olan yeganə müsəlman ölkə Türkiyə idisə, bu gün bu ədəd doqquza çatmışdır.
Müsəlmanlar və Elm Yanvar 3, 2010
Posted by dusunek in Mənəviyyat, İslam Birliyi.Tags: kainat, Dünya, Avropa, təbiət, ruh, İslam, xristian, Quran əxlaqı, ərəb, Yaxın Şərq, islam mədəniyyəti, Bağdad, Hikmət evi, elm adamı, alim, araşdırma, Ay, müsəlman alimlər, astronomiya, riyazi düstur, arxitektura, tibb, xəstəlik, mikrop, xəstə, xəstəxana, ruhi xəstəlik, BBC, İslam Dünyası, atom, gigiyenik, dərman, müsəlman cərrah, kitab, təhsil, məktəb, göz, ibn əl heytəm, katarakta, ibn sina
1 comment so far
İslam əxlaqının insanlığa yönəltdiyi işıqlardan biri də elmi düşüncədir. İslamdan əvvəl ərəblər və digər Yaxın Şərq cəmiyyətləri kainatın və təbiətin necə var olması və hərəkəti barədə heç maraqlanmırdılar. Bu suallar üzərində düşünməyi, bunların cavablarını araşdırmağı ilk dəfə Qurandan öyrənmişdilər. Allah Quranda inananlara, göylərin və yerin necə var olduğunu araşdırmalarını əmr etmişdir:
O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından qoru! (Ali- İmran Surəsi, 191) (davamı…)

FACEBOOK'da bizi izləyin