Axırzamanın mübarək şəxslərindən Hz. İsa (ə.s) mükəmməl fiziki xüsusiyyətlərinə görə dərhal tanınacaq Aprel 22, 2012
Posted by fayuu in İslam Birliyi.1 comment so far
Hz. İsanın (ə.s) axırzamanda yer üzünə yenidən göndəriləcəyi, İslamı seçərək Hz. Mehdi (ə.s) ilə birlikdə İslam əxlaqının bütün dünyaya hakim olmasına kömək edəcəyi Quran ayələrində və Peyğəmbərimizin (s.ə.v) hədislərində müjdələnmişdir. Yaşadığımız axırzamanın ən mühüm məsələlərindən biri Hz. İsanın (ə.s) hansı xüsusiyyətləri ilə tanınmasıdır.
Möminlər Hz. İsanı (ə.s) imanının dərinliyi və nuru ilə dərhal tanıyacaq. Ancaq Allah bu mübarək peyğəmbəri tanıtmaq üçün ona çox mükəmməl, cazibədar fiziki görünüş bəxş etmişdir. Hz. İsanın (ə.s) Peyğəmbərimizin (s.ə.v) hədislərində tərif etdiyi fiziki xüsusiyyətləri bu gözəl peyğəmbərin möminlər tərəfindən tanınmasını daha da asanlaşdıran böyük sevinc mənbəyidir. (davamı…)
Qədim Türklər və İslam Mart 22, 2012
Posted by fayuu in İslam Birliyi.Tags: qedim turkler, qedim turklerin islami qebul etmesi, sosial-siyasi heyat, turklerin herbciliyi, turklerin herbciliyi intizamli ordulari ve doyus texnikalari
1 comment so far
Qədim türklərin sosial-siyasi həyatı
Dünya tarixinə nəzər salsanız, dərhal anlayarsınız ki, türklər heç vaxt dövlətsiz qalmayıblar, hər dövrdə bir və ya bir neçə dövlətə malik olublar. Dövlətin hökmdarı yabqu, xan, xaqan, iltəbər adlandırılmışdır. Hökmdarlar nəzəri və praktiki təhsillərini təcrübəli dövlət adamlarının nəzarəti altında tamamlamış, dövlət idarəçiliyində müdrik insanlardan təşkil edilmiş məclislə məsləhətləşmiş, onların tövsiyələrini nəzərə almışlar. Aqil vəzirlər lazım gəldikdə hökmdarlara yol göstərmiş, hətta açıq şəkildə onları tənqid etmşlər. Bu sistem xalqın sülh və əmin-amanlıq, ədalət və zənginlik içində yaşamasına səbəb olmuşdur.
Türklərin hərbçiliyi, intizamlı orduları və döyüş texnikaları dillərə dastan olmuşdur. Avropa və Asiya qitələrinin böyük dövlətləri ordularını təşkil edərkən türklərdən nümunə götürmüşlər. (davamı…)
Müasir Elmin İslami Mənşəyi Yanvar 3, 2012
Posted by fayuu in Elm Nə Deyir?, İslam Birliyi.Tags: elmi intibah, islamın açıq fikirliliyi, müasir elm
1 comment so far
14 əsr əvvəl Allah bütün insanlara yol göstərici olaraq Quranı endirdiyində ərəblər batil inanclara sahib idilər. Quranın nuru sayəsində batil inanclardan xilas oldular və ağıllı metodlardan istifadə edərək inkişaf etməyə başladılar. İslamla birlikdə mədəniyyəti öyrəndilər. Yalnız ərəblər deyil, İslamı qəbul edən bütün cəmiyyətlər cahiliyyə dövrünün qaranlığından sıyrılıb çıxdılar. Bunun nəticəsində İslamın yayıldığı ilk dövrlərdə dünya tarixində çox sürətli inkişaf baş verdi. Əvvəllər bir şəhəri belə idarə edə bilməyən ərəblər Afrikadan Orta Asiyaya qədər uzanan imperiya qurdular.
Bu imperiyanın əsas fərqləndirici xüsusiyyətlərindən biri tarixdə o günə qədər misli görünməmiş elmi inkişafa nail olması idi. Avropanın orta əsrlər qaranlığını yaşadığı bir dövrdə İslam dünyası möhtəşəm elmi irs meydana gətirdi. Tibb, cəbr, həndəsə elmləri ilk dəfə sistematik şəkildə İslam mədəniyyətinin tərkibində inkişaf etdi.
İslam aləmindəki böyük dini təhsil mərkəzləri, həmçinin elmi inkişafın da mərkəzləri idi. Bu cür elmi mərkəzlər, minlərlə məktəb-məscid Abbasilər dövründə (750-1258) tikilməyə başladı. X əsrdə Bağdadda 300-ə yaxın mədrəsə var idi. XIV əsr başlanğıcında təkcə İsgəndəriyyədə 12 min şagird təhsil alırdı. (davamı…)
İslam Dünyanı Aydınladan İşıq Fevral 11, 2011
Posted by fayuu in Mənəviyyat, İslam Birliyi.add a comment
Dəccaliyyətin Fitnə Və Qətliamlara Səbəb Olacağı Hədislərdə Bildirilmişdir Oktyabr 5, 2010
Posted by fayuu in Axır Zaman, İslam Birliyi.Tags: axirzaman, axirzaman deccali, axirzaman fitnesi, deccal kimdir, deccalin fitnesi, fitne, hedislerde deccal, mesih deccal
1 comment so far
Allah Hz. Adəmi yaratdığı gündən bu yana, Dəccalın fitnəsindən daha böyük bir fitnə olmayıb. (Məhəmməd ibn Rəsul əl-Hüseyni əl Bərzənci, Qiyamət Əlamətləri, Pambıq Nəşriyyat, 8-ci nəşr, s. 225)
Bir fitnə görünər. Bunu digər fitnələr təqib edər və əvvəlki fitnələr nəticəsində sonrakı fitnələr müharibələrə çevrilər. Bundan sonra bütün haramların halal sayılacağı bir fitnə olar. Sonra da xəlifəlik, dünyanın ən xeyirlisi olan Mehdiyə evdə oturduğu zaman gələr. (İbn Əbi Şeybə, C. VII, s. 531) (davamı…)
Hz. İsa İkinci Dəfə Yer Üzünə Gələcək… Oktyabr 5, 2010
Posted by fayuu in Axır Zaman, İslam Birliyi.Tags: axir zaman ve hz.Isa, Hz. Isanin ikinci defe yer uzune gelisi, Hz. İsa, Hz. İsanın ikinci dəfə yer üzünə gəlişi, Hz. İsanın və Hz. Mehdinin zühuru
add a comment
Axır zamanın bir başqa müjdəli mövzusu olan Hz. İsanın ikinci dəfə yer üzünə gəlişi mövzusu bəzi insanlar tərəfindən örtbasdır edilərək unutdurulmağa çalışılır.
Halbuki Hz. İsanın ikinci dəfə yer üzünə gəlməsi Quran ayələrində və Peyğəmbərimizin (s.ə.v.) hədislərində iman edənlərə müjdələnilmiş bir gerçəkdir. Bu hədislərdən bəziləri belədir:
“Həyatım əlində olan Allaha and içirəm ki, Məryəm oğlu (İsa Əleyhissəlam)ın ədalətli bir hakim olaraq sizin aranıza enməsi şübhəsiz yaxındır. ” (Sahihi Müslim, 6/532) (davamı…)
İslam Birliyinə Gedən Yol Açıldı… Oktyabr 5, 2010
Posted by fayuu in İslam Birliyi.Tags: TIB, Turk Islam Birliyi
add a comment
Diqqət yetirsək, son dövrdə yazılı və vizual mətbuatda İslam Birliyindən tez-tez bəhs edilir. Müxtəlif ölkələrin baş nazir və müxtəlif vəzifəliləri, siyasətçiləri, yazıçıları, televiziya proqram təşkilatçıları, müxtəlif jurnallar və qəzetləri bu mövzuda həsrətlərini dilə gətirirlər. Bununla birlikdə bu birliyin təmin edilə bilməsi üçün bəzi konkret addımların da atılması son dərəcə sevindirici bir haldır. İslam Birliyinə gedən yol irəliləməkdədir. Ancaq burada əsl əhəmiyyətli olan bu mövzunun axır zaman müjdəsi olması və mövzuya bu gözlə baxılmasıdır. Allahın iznilə bu birlik Hz. Mehdinin vəsiləsilə qurulacaq. (davamı…)
Sivilizasiyalar Arası Sülh Oktyabr 3, 2010
Posted by fayuu in İdeologiyalar, İslam Birliyi.Tags: Qerb sivilizasiyasi, Qərb və İslam sivilizasiyaları, sivilizasiyalar, sivilizasiyaların toqqusmasi, soyuq muharibe
1 comment so far
1990-cı ildən etibarən bəzi analitiklər dünyanın Qərb-İslam toqquşması ilə qarşı-qarşıya olduğunu irəli sürmüşdülər. Diqqətlə baxsaq, son dövrdə Qərb və İslam sivilizasiyaları arasında baş verə biləcək hər hansı bir toqquşma ilə terror arasında əlaqə qurmaq istəndiyini görərik.
Dəyişən Dünya Sistemi
20-ci əsrin sonlarında SSRİ-nin dağılmasıyla birlikdə dünyanın siyasi gələcəyinin necə olacağı sualı ortaya çıxmışdır. Bu mövzuda çox müxtəlif tezislər qarşıya qoyulmuşdur. Ortaya atılan ssenarilərdəki ortaq mövzu bütün materialist ideologiyalarda olan “mübarizə” anlayışının beynəlxalq münasibətlərə tətbiq olunmasıdır. (davamı…)
Həll yolu: Quran Əxlaqı Oktyabr 2, 2010
Posted by fayuu in İslam Birliyi.Tags: dunyanin qurtulusu, Quran exlaqı
add a comment
İnsanlar haqq din olan İslama uyğun davranmadan nə şəxsi, nə də ictimai problemlərə əsaslı və qaneedici çarələr tapa bilməzlər.Tarixdə din əxlaqından uzaq həyat tərzi yaşayan insanların çarə tapa bilmədikləri problemlər bu həqiqəti bir daha təsdiqləyir. İnsanlar din əxlaqından uzaqlaşdıqca qarşılığını özü və yaşadığı cəmiyyətin yaşadığı əzab və problemlərlə alacaq.
Çarə isə bəllidir. Hər şeyin Yaradıcısı olan Allaha yönəlmək və bizim üçün seçdiyi dini yaşayaraq həqiqi xoşbəxtliyə çatmaq. Allah dünyada qurtuluş yolunun dinə yönəlmək olduğunu xəbər vermiş və səmimi qullarına din əxlaqını yaşadıqları halda dünyada qorxuyla qarşılaşmayacaqlarını müjdələmişdir. (davamı…)
Hz. Süleyman, Hz. Zülkarneyn Və Hz. Mehdi… Bu Üç Müqəddəs Şəxsin Axır Zamanı İşıqlandıran Bənzərlikləri Oktyabr 2, 2010
Posted by fayuu in Axır Zaman, İslam Birliyi.Tags: axir zamandaki bolluq, axirzaman, Axır zaman və qızıl dövr, Hz. Mehdi, Hz. Mehdinin dünya hakimiyyəti, Hz. Süleyman, Hz. Zülkarneyn, Hz.Mehdi ve dunya hakimiyyeti, Hz.Suleyman ve dunya hakimiyyeti, Hz.Suleymanin dovrundeki hakimiyyet, Qizil dovrun xususiyyetleri
add a comment
Hz. Süleyman (ə.s.) və Hz. Zülkarneyn (ə.s.), Allahın sərhədlərini qoruyan, İslam əxlaqını dünyaya hakim etmək üçün ciddi səy göstərən və bu səylərinin dünyadakı qarşılığını güclü hakimiyyətlə alan iki mübarək şəxsdir. Hz. Süleyman və Hz. Zülkarneyn dövründəki dünya hakimiyyətindən əlavə bu iki dövrün ortaq cəhəti var. Peyğəmbərimizin (s.ə.v.) hədislərində, bu dövrlərdə yaşanan dünya hakimiyyəti ilə Hz. Mehdi dövründə yaşanacaq hakimiyyətin bənzərlikləri olacağına diqqət çəkilərək müsəlmanlara böyük müjdə verilir.
Hz. Süleyman (ə.s.), Hz. Nuhun (ə.s.) nəslindən gələn, Allah Qatından ona hidayət və yüksək elm verilən mübarək peyğəmbərdir. Allah, Hz. Süleymanı (ə.s.) atası Hz. Davud (ə.s.) kimi İsrail oğullarına peyğəmbər olaraq göndərmişdir. Onu böyük səltənət, zənginlik, cinlər və quşlarla dəstəkləmiş və ona çox güclü ordular və üstün elmlər lütf etmişdir. Həyatı boyunca yaşadığı torpaqlarda ədalətlə hökm etmiş, yüksək idarəçilik və hakimlik xüsusiyyəti ilə fərqli birlikləri hakimiyyəti altına almışdır. (davamı…)
FACEBOOK'da bizi izləyin