jump to navigation

Satanizmin Pərdə Arxası Yanvar 8, 2012

Posted by fayuu in İdeologiyalar.
Tags: , , , , , ,
add a comment

Son bir neçə ildə bir-biri ardınca baş verən bəzi qəribə satanizm (şeytana tapınma) hadisələri, cəmiyyətin və medianın diqqətini bu mövzuya yönəltdi. Şeytana ibadət etmək üçün təşkil edilən qanlı ayinlər, işgəncə ilə öldürülən küçə pişikləri, təcavüz hadisələri, intihar edən gənclər… Bütün bunlar inanılmaz kimi görünsə də, satanizmin getdikcə yayılan bir təhlükə (və cinnət) olduğunu ortaya qoyur.

Necə olur ki, bir qisim insanlar pis insan olmağı, pislik etməyi, heyvanlara və ya insanlara işgəncə verməyi, qaranlıq və qorxu dolu bir dünyada yaşamağı özlərinə məqsəd seçirlər və “din” olaraq mənimsəyə bilirlər? Bir çox insan bu problemin cavabını axtarır, ancaq cavabı yanlış yerlərdə axtarırlar. Satanizmin necə inkişaf etdiyini və insanları necə özünə çəkdiyini anlamaq üçün bu qaranlıq dinin ardındakı fəlsəfəni araşdırmaq lazımdır. Çünki satanizmin mənbəyi yalnız bəzi ağılsız gənclərin psixoloji problemlərində deyil, onları buna aparan fəlsəfədədir. (davamı…)

Demokratiyanın Əsl Mənbəyi Allahın Elçiləri Olan Peyğəmbərlərdir Yanvar 4, 2012

Posted by fayuu in İdeologiyalar.
add a comment

İnsan həyatının əsasını təşkil edən və həyat səviyyəsini yüksəldən azadlıq ancaq demokratiyanın hakim olması ilə mümkündür. Çünki demokratiya bütün insanların sosial ədalət, bərabərlik, hüquq və azadlıqlara malik olduğu idarəçilik üsuludur. Demokratiya peyğəmbərlər vasitəsilə Allahın qullarına Haqq Kitablarda vəhy etdiyi nemətdir. Bütün Haqq Kitablarda azadlıq, sevgi, mərhəmət, ədalət, hər kəsin azad yaşadığı, fikirlərini sərbəst ifadə etdiyi sülh mühiti əmr edilmişdir. Ona görə demokratiyanın ilk dəfə təşəkkül tapdığı yer kimi qəbul edilən Yunanıstan və ya dövrümüzdə demokratiyanın mərkəzi qəbul edilən Avropa ölkələri demokratiyanı Haqq Kitablardan öyrəniblər. Ancaq demokratiyanın ən mütəşəkkil forması İslam əxlaqının bütün dünyaya hakim olması ilə yaşanacaq.

İslam əxlaqından xəbərsiz olan və ya İslam haqqında yeni məlumat əldə edən bəzi insanlar İslamı yanlış mənbələrdən öyrəndikləri üçün yanlış düşünürlər. Bu insanlar heç bir əsası olmadığı halda İslamın həyat tərzlərini məhdudlaşdıracağını, azadlıqlarını əllərindən alacağını, düşüncələrini nəzarət altında saxlayacağını, elmi və mədəniyyəti məhdudlaşdıracağını zənn edirlər. Halbuki (davamı…)

Dəccaliyyət Haqqı Batil, Batili Haqq Göstərərək İnsanları Aldadır Oktyabr 4, 2010

Posted by fayuu in Axır Zaman, İdeologiyalar.
Tags: , , , , , , , , , , , , , , ,
add a comment

Kommunizmin, İctimai Ədalət və Qardaşlıq anlayışlarından istifadə etməsi yanlış fikirdir.

Hədislərdə xəbər verildiyi kimi, axır zamanda ortaya çıxan dəccal, hər cür pisliyin, qarışıqlığın, hərc-mərcliyin və fitnənin yayılmasında fəaliyyət göstərən, insanların çətinliklərinin qaynağı olacaq. Dəccalın fitnəsi hədisdə belə bildirilib:

Allah, Hz. Adəmi yaratdığı gündən bu günə qədər dəccalın fitnəsi qədər böyük fitnə olmamışdı. (davamı…)

İdeologiyalar Tarixi Və Batil Dinlər Oktyabr 3, 2010

Posted by fayuu in İdeologiyalar.
Tags:
1 comment so far

Ateizm, kommunizm, faşizm, darvinizm, irqçilik, müstəmləkəçilik… Bütpərəstlik, budizm, hinduizm, şintoizm, qarışıq… Bütün azğın ideologiyalar və batil dinlər – yaranma səbəbləri, zamanları Quran ayələrində bildirildiyi kimi açıq-aşkar bir kitabda yazılı olan, Allahın nəzarətindədir. Məsələn, Darvinizm və bu təmələ söykənən bütün zərərli ideologiyaların ortaya çıxması Allahın diləməsiylədir. Beləliklə, sünnətullah reallaşır, iman edənlərin fikri mübarizə edə biləcəkləri sistem yaradılır. (davamı…)

Kommunist Separatçi Terrorun Qaynaği Darvinizmdir Oktyabr 3, 2010

Posted by fayuu in Darvinizmin Sonu, İdeologiyalar.
Tags: , , , , , , , , , , , , , , , ,
add a comment

Darvinizm separatçı terrorun qidasıdır. Bunun üçün Darvinizm fikri mübarizə ilə aradan qaldırılmalıdır.

Bunu izah etməyin yolu isə, insanlara məsuliyyətsiz heyvan olmadıqlarını, Allah tərəfindən yaradıldıqlarını, axirətdə etdiklərindən hesab verəcək fərdlər olduqlarını izah etməkdir.

Darvinizmin yalanlarına görə, həyat mübarizə və döyüş yeridir. Həyatda qala bilmək üçün bu mübarizədən qalib çıxmaq, yəni var gücü ilə döyüşmək lazımdır. İnsanlıq tarixinin bir qarşıdurmadan ibarət olduğunu və inkişafın döyüşməklə mümkün olduğunu iddia edən kommunizm və faşizm, Darvinizmin bu əsassız iddialarına əsaslanmışdır. (davamı…)

Darvinistlər İnsanlara ”Məsuliyyətsizlik” Təlqini Verirlər Oktyabr 3, 2010

Posted by fayuu in İdeologiyalar.
Tags: , , ,
add a comment

Tarix boyu materializmin ən böyük məqsədi insanları Yaradanın varlığına olan inancdan uzaqlaşdırmaq və insana maddədən başqa bir şey olmadığı yalanını aşılamağa çalışmaq olmuşdur. Bunda əsas məqsəd insana məsuliyyətsizlik təlqini vermək və onu “təkamül keçirən heyvandan” başqa bir şey olmadığına inandırmaqdır. Darvinizm materialist məntiqin davamı olduğuna görə bu təlqini vermək insanları darvinizmə daha da yaxınlaşdırır. Çünki, məsuliyyətsizlik hissi ancaq Allah inancı qəlbinə tam yerləşməmiş insanları cəzb edir. Məsuliyyətsizlik düşüncəsi ilə insanlar dünyanın zövqlərinə daha asan çatacaqlarına inanıb yanılırlar. Bütün həyatları boyu elə davranırlar ki, sanki Allaha qarşı heç bir məsuliyyətləri yoxdur. (davamı…)

Sivilizasiyalar Arası Sülh Oktyabr 3, 2010

Posted by fayuu in İdeologiyalar, İslam Birliyi.
Tags: , , , ,
1 comment so far

1990-cı ildən etibarən bəzi analitiklər dünyanın Qərb-İslam toqquşması ilə qarşı-qarşıya olduğunu irəli sürmüşdülər. Diqqətlə baxsaq, son dövrdə Qərb və İslam sivilizasiyaları arasında baş verə biləcək hər hansı bir toqquşma ilə terror arasında əlaqə qurmaq istəndiyini görərik.

Dəyişən Dünya Sistemi

20-ci əsrin sonlarında SSRİ-nin dağılmasıyla birlikdə dünyanın siyasi gələcəyinin necə olacağı sualı ortaya çıxmışdır. Bu mövzuda çox müxtəlif tezislər qarşıya qoyulmuşdur. Ortaya atılan ssenarilərdəki ortaq mövzu bütün materialist ideologiyalarda olan “mübarizə” anlayışının beynəlxalq münasibətlərə tətbiq olunmasıdır. (davamı…)

Postmodernizm Də Çökür Oktyabr 2, 2010

Posted by fayuu in İdeologiyalar.
Tags: , , , ,
add a comment

Son iki əsrdə yaşanan bütün bu təcrübələr bu gün cəmiyyətin böyük əksəriyyətinin yaşadığı əxlaqi degenerasiya və bu degenerasiyanın səbəb olduğu zülmlər həm modernizmin, həm də modernizmdən sonra ortaya çıxan bütün dindənkənar axınların sonunu gətirmişdir. Bu gün artıq materializm, ateizm və bu fikirlərə əsaslanan bütün ideologiyalar sürətlə çökür. Kosmologiya, biologiya, psixologiya, tibb və ya sosiologiya kimi müxtəlif elmi sahələrdə olan inkişaflar da materializmin və ateizmin çöküşünü sürətləndirir. (davamı…)

Modernizmin, Başqa İfadə İlə Materializmin Süqutu Oktyabr 2, 2010

Posted by fayuu in İdeologiyalar.
Tags: , , , , , , , , , , , , , , , ,
3 comments

Bu gün modernizm olaraq adlandırılan dövr, yuxarıda da qeyd etdiyimiz kimi Maarifçilik dövrü ilə başlayan müddətdir. Maarifçilik dövrü Qərbin həyata baxışını kökündən dəyişdirdi. Bu dövrə qədər din əxlaqı cəmiyyət həyatını istiqamətləndirən əsas element idi. İnsanın nə olduğu, həyatın nə məna daşıdığı, insanın doğrunu necə tapa biləcəyi, nəyin doğru nəyin səhv olduğu kimi sualların cavabı Allahın insanlara öyrətdiyi şəkildə verilirdi. Din əxlaqı cəmiyyət həyatını təşkil edən əsas faktor idi. Ancaq Maarifçilik dövrü ilə birlikdə köklü dəyişikliklər yaşanmağa başlandı. Bu dəyişikliyin başlanğıc nöqtəsini isə materialist düşüncə təşkil edirdi. Din əleyhdarı mütəfəkkirlərin fikirlərinin yayılması və bunların səbəb olduğu siyasi dəyişikliklərlə Qərb din əxlaqından uzaqlaşmağa başladı. “Materialist” və insanı əsas götürən bu ideologiya insanlara həyatın sadəcə bu dünyadan ibarət olduğunu, insanın özündən başqa heç kimə qarşı məsul olmadığını, hətta həyatın və bütün kainatın təsadüflərin nəticəsi olaraq ortaya çıxdığını təlqin edirdi. (davamı…)

Postmodernizmin Səbəb Olduğu Xaos Ancaq Quran Əxlaqı İlə Aradan Qaldırıla Bilər Oktyabr 2, 2010

Posted by fayuu in İdeologiyalar.
Tags: ,
add a comment

Postmodernizm axır vaxtlarda bəlkə də ən çox müzakirə edilən, haqqında çox bəhs edilən bir nəzəriyyədir. Hər nə qədər mütəfəkkirlər bu nəzəriyyə haqqında hələ də həmfikir olmasalar da ümumi olaraq postmodernizmi, “modernizmdən sonra, modernizmə qarşı çıxan hərəkət” şəklində qiymətləndirə bilərik.

Postmodernizmin incəsənət, fəlsəfə və bu kimi digər elmi sahələrlə əlaqədar necə bir fikir ortaya qoyduğu çox müzakirə edilir. Ancaq əsas olan, bu fikir necə bir cəmiyyət quruluşu nəzərdə tutur, sualına veriləcək cavabdır. Bunu görmək üçün müasir dövrdə insanların içində yaşadığı xaosu, qarışıqlığı xatırlamaq kifayət edəcək. Bu gün dünyada (davamı…)

Follow

Get every new post delivered to your Inbox.

Join 55 other followers