jump to navigation

TEXNOLOGİYAYA İLHAM MƏNBƏYİ OLAN KƏRTƏNKƏLƏ AYAQLARI Aprel 22, 2012

Posted by fayuu in Elm Nə Deyir?.
1 comment so far

Kərtənkələlərin yerin cazibə qüvvəsinə baxmayaraq, tavanda və divarda yeriməsi texnologiyaya necə ilham vermişdir?

Kərtənkələlərin suda yeriməsini təmin edən fiziki qanun nədir və necə fəaliyyət göstərir?

Allahın yaratdığı mükəmməl sistemlərdən biri də canlı ayaqlarının qeyri-adi quruluşudur. Hər canlı növünün məhz ehtiyacına uyğun ayaqları var. Qartalın güclü pəncəli, ördəyin pərdəli, insanın bədəninin bütün ağırlığını daşıyan mükəmməl ayaqları var. Fərqli xüsusiyyətlərə malik ayaqlardan biri də kərtənkələnin ayaqlarıdır. Çünki kərtənkələ ayaqları qızğın qumların və ya suyun üzərində yerimək üçün əlverişli olduğu kimi, şüşənin üstündə və ya tavanda yeriməyə də uyğundur. Kərtənkələlərin elm adamlarına ilham verən ayaqlarının qüsursuz quruluşu bizə onları mükəmməl xüsusiyyətləri ilə birlikdə yaradan Rəbbimizin üstün yaratma sənətini göstərir. Ayədə belə buyurulur: (davamı…)

Şüşənin Maye Olduğunu Bilirsinizmi? Mart 22, 2012

Posted by fayuu in Elm Nə Deyir?.
Tags: , , ,
add a comment

Bir çoxumuz maddənin üç halının olduğunu bilirik. Buna ən yaxşı nümunə  sudur. Su normal halda maye, donanda buz, yəni bərk, isinəndə də buxar, yəni qaz halına keçir. Bir maddənin molekul quruluşunu itirmədən qazandığı dəyişiklik maddənin üç fərqli halıdır. Ancaq bu xüsusiyyət hər maddəyə xas deyil. Məsələn, barıtı qızdırsaq, o, qaz halına çevrilməz. Barıt partlayar və tamamilə başqa molekul olar. Şüşə isə soyudulsa, bərk maddə xüsusiyyəti qazanmaz, yalnız sərtləşər.

Şüşəni bərk zənn etməyimizin səbəbi isə olduqca sərt olmasıdır. Qədim dövrlərdən qalmış şüşə stəkan və vazaların alt hissələrində qalın şüşə layın meydana gəlməsinin səbəbi şüşənin gözlə görünməyən miqdarda daima aşağıya doğru axmasıdır. (davamı…)

İnsan Səsindəki Müxtəliflik Mart 22, 2012

Posted by fayuu in Elm Nə Deyir?.
Tags: , , , , ,
add a comment

İnsanlardan başqa bütün canlıların səsi bir-birinə bənzəyir. Ancaq insan səsi onlardan fərqlidir. Çünki hər insanın səsi fərdidir. Öz səsimiz, ailəmizin və tanışlarımızın səsi ancaq həmin şəxsə aiddir. Hətta insan səsi o qədər özünəməxsusdur ki, görmədiyimiz halda, telefona cavab verən kimi telefondakı insanın səsini “Salam” sözündən tanıyırıq.

Necə olur ki, səsin əmələ gəlməsinə xidmət edən orqanlar və hava kimi amillər eyni olmasına baxmayaraq, hər insanın səsi fərqlidir?

 Bu müxtəlifliyə səbəb olan xüsusiyyətlər nələrdir? 

Allahın insanlara bəxş etdiyi xüsusi nemət olan səs və nitq ətraf mühitlə ünsiyyət qurmaq, sevinc, kədər kimi hissləri, fikirləri, müxtəlif səs tonlarından istifadə edərək ifadə etmək üçün yeganə yoldur. İnsan səsi çox müxtəlif tonlarına görə bu günə qədər düzəldilmiş musiqi alətlərindən milyon dəfələrlə üstün quruluşa və funksiyaya malikdir. Musiqi alətləri zaman keçdikcə köhnəlir, xarab olur, qulluğa ehtiyacı olur, ancaq səsimiz xarab olmadan, köhnəlmədən, özü-özünə qulluq edərək ömrümüz boyu bizə xidmət edir. (davamı…)

Qara Dəliklər Mart 22, 2012

Posted by fayuu in Elm Nə Deyir?.
Tags: , , ,
add a comment

     Qara dəliklər yanacağı bitmiş, yəni sönmüş ulduzlardır.

     Enerjisi bitən ulduzların işıqları da yox olur.

     Ulduzun öz içinə doğru yığılması və büzülməsi nəticəsində ulduzun yerinə sonsuz sıxlıqda və sıfır həcmdə cəzbetmə sahələri, yəni qara dəliklər meydana gəlir.

     Ulduzlar bir an içində qara dəliyə çevrilə bilər.

     Qara dəliklər “qara”dırlar.  Gözlə görmək mümkün deyil.

     Cəzbetmə qüvvələri böyük olduğundan işığı həbs etdikləri üçün onları ən müasir teleskoplarla belə görmək mümkün deyil. (davamı…)

Kainatdakı Həssas Tarazlıq Mart 22, 2012

Posted by fayuu in Elm Nə Deyir?.
Tags: , , , ,
add a comment

Kainatımızı, Süd yolu qalaktikası, Günəş sistemini və yaşadığımız Yer planetini əhatə edən möhtəşən  tarazlıq var. Bu həssas tarazlıq və ölçülərin hər biri insanın yaşaması üçün xüsusi olaraq hesablanmış və təşkil edilmişdir. Kainatımızı ətraflı araşdırsaq, ən fundamental kosmik qanunlardan ən yüksək fiziki dəyərlərə, ən kiçik tarazlıqlardan ən incə hesablara qədər hər şeyin ayrılıqda çox həssas şəkildə nizamlandığını görərik.

Kainatın genişlənmə sürətindən Yerin Süd yolu qalaktikasındakı mövqeyinə, günəş şüalarının tərkibindən suyun axıcılıq dəyərinə, Ayın Yerdən uzaqlığından atmosferdəki qazların nisbətinə qədər saysız faktor insan həyatının mövcud olması üçün ən ideal ölçülərdə nizamlanmışdır. Belə ki, bu saysız faktorlardan yalnız birində kiçik dəyişiklik olsa, bu, kainatda canlılığın məhv olmasına gətirib çıxarar. (davamı…)

Kosmosdan Atom Zərrələrinə Qədər Səyahət Mart 21, 2012

Posted by fayuu in Elm Nə Deyir?.
Tags: , , ,
add a comment

İnsan ucsuz-bucaqsız kainatda nöqtə boyda sahəni belə əhatə etmir. Aşağıdakı şəkilləri araşdırdığınızda bunu daha yaxşı anlayacaqsınız. Allah kosmosdan atomun daxilindəki zərrəciklərə qədər davam edən sistemdə mükəmməl nizam yaratmışdır. Nəhəng qalaktikalarda da, mikroskopik ölçüdəki yarpaq hüceyrəsində də çox incə nizam mövcuddur. Kainatdakı hər şeyi qüsursuz yaradılışla var edən Rəbbimizin sənəti bədənimizdə də, atomlarda da, ulduzlarda da mükəmməl şəkildə təcəlli edir. Bizim üzərimizə düşən məsuliyyət isə həyat üçün belə qüsursuz kainatı yaradan Rəbbimizə şükür etməkdir.

     Everest kimi yüksək zirvələri, Nil kimi uzun çayları, Sakit, Atlantik okean kimi nəhəng okeanları və 6.5 milyarda çatan insanları özündə ehtiva edən dünyaya 100.000 km uzaqdan baxsaq, bir aspirin dərmanı boyda olduğunu görərik.

     Yer kürəsinin Günəşdən qəbul etdiyi bir günlük enerji bütün bəşəriyyətin bir gün ərzində ehtiyacı olan enerjinin təxminən on min mislidir. (davamı…)

Şəkər Yediyiniz Zaman Bədəninizdə Çalışan Nəhəng Fabrikdən Xəbəriniz Varmı? Yanvar 3, 2012

Posted by fayuu in Elm Nə Deyir?.
Tags: , , , , ,
add a comment

Əgər ehtiyacınızdan bir az artıq şəkərli qida yeyirsinizsə, bədəninizdəki sistem qandakı şəkər nisbətinin yüksəlməsinin qarşısını almaq üçün işə başlayır:

1- Əvvəlcə, mədəaltı vəzi hüceyrələri qanın içində olan yüzlərlə molekulların arasından şəkər molekullarını tapır və digərlərindən ayırır. Həmçinin bu molekulların sayının az və ya çox olduğuna qərar verir; sanki şəkər molekullarını sayır. Gözü, beyni, əlləri olmayan, gözlə görünməyəcək qədər kiçik olan hüceyrələrin qanın içindəki şəkər molekullarının sayı haqqında məlumatı olması düşündürücü mövzudur.

2- Əgər mədəaltı vəzi hüceyrələri qanda normadan çox şəkər olduğunu təyin edərsə, normadan artıq olan şəkərin yığılmasına qərar verir. Ancaq bu işi özləri deyil, özlərindən çox uzaqda olan başqa hüceyrələr yerinə yetirir.

3- Uzaqdakı bu hüceyrələr onlara əmr gəlməyənədək şəkəri yığmırlar. Mədəaltı vəzi hüceyrələri bu hüceyrələrə “şəkər yığmağa başlayın” əmrini daşıyan hormon göndərir. Mədəaltı vəzi hüceyrələri ilk yaradıldıqları andan etibarən DNT-lərində insulin adlı bu hormonun düsturu qeyd olunur. (davamı…)

Haqq Dinlər Tarixin Hər Dövründə Olmuşdur Yanvar 3, 2012

Posted by fayuu in Elm Nə Deyir?.
Tags: , , , ,
add a comment

TÖVRATDAN 1500 İL ƏVVƏLƏ AİD OLAN EBLA LÖVHƏLƏRİNDƏ ADI ÇƏKİLƏN PEYĞƏMBƏRLƏR

E.ə. 2500-cü illərə aid Ebla lövhələri din tarixini öyrənmək baxımından çox əhəmiyyətli məlumatlarla zəngindir. 1975-ci ildən etibarən bir neçə dəfə tədqiqat və müzakirə mövzusu olan Ebla lövhələrinin ən əhəmiyyətli xüsusiyyəti isə İlahi kitablarda bəhs edilən üç peyğəmbərin adının çəkilməsidir.

Ebla lövhələrinin min illər sonra tapılması Quranda adı çəkilən qövmlərin coğrafi mövqeyinin müəyyən olunması baxımından çox əhəmiyyətlidir.

Ebla e.ə. 2500-cü illərdə indiki Suriyanın paytaxtı olan Şam və Türkiyənin cənub-şərq ərazilərini əhatə edən krallıq idi. Bu krallıq mədəni və iqtisadi baxımdan inkişaf etmiş, amma bir müddət sonra (bir çox sivilizasiyada olduğu kimi) tarix səhnəsindən silinmişdi. Lövhələrdən aydın olur ki, Ebla krallığı dövrünün tanınmış mədəniyyət və ticarət mərkəzi olub. Eblalılar dövlət arxivi formalaşdıran, kitabxana quran və yazılı şəkildə ticarət müqavilələri bağlayan mədəniyyətə sahib idilər. Hətta eblait adlanan öz dilləri var idi. (Ebla, funk & wagnalls new encyclopaedia, (c) 1995 funk & wagnalls corporation, infopedia 2.0, softKey multimedia inc.) (davamı…)

Müasir Elmin İslami Mənşəyi Yanvar 3, 2012

Posted by fayuu in Elm Nə Deyir?, İslam Birliyi.
Tags: , ,
1 comment so far

14 əsr əvvəl Allah bütün insanlara yol göstərici olaraq Quranı endirdiyində ərəblər batil inanclara sahib idilər. Quranın nuru sayəsində batil inanclardan xilas oldular və ağıllı metodlardan istifadə edərək inkişaf etməyə başladılar. İslamla birlikdə mədəniyyəti öyrəndilər. Yalnız ərəblər deyil, İslamı qəbul edən bütün cəmiyyətlər cahiliyyə dövrünün qaranlığından sıyrılıb çıxdılar. Bunun nəticəsində İslamın yayıldığı ilk dövrlərdə dünya tarixində çox sürətli inkişaf baş verdi. Əvvəllər bir şəhəri belə idarə edə bilməyən ərəblər Afrikadan Orta Asiyaya qədər uzanan imperiya qurdular.

Bu imperiyanın əsas fərqləndirici xüsusiyyətlərindən biri tarixdə o günə qədər misli görünməmiş elmi inkişafa nail olması idi. Avropanın orta əsrlər qaranlığını yaşadığı bir dövrdə İslam dünyası möhtəşəm elmi irs meydana gətirdi. Tibb, cəbr, həndəsə elmləri ilk dəfə sistematik şəkildə İslam mədəniyyətinin tərkibində inkişaf etdi.

İslam aləmindəki böyük dini təhsil mərkəzləri, həmçinin elmi inkişafın da mərkəzləri idi. Bu cür elmi mərkəzlər, minlərlə məktəb-məscid Abbasilər dövründə (750-1258) tikilməyə başladı. X əsrdə Bağdadda 300-ə yaxın mədrəsə var idi. XIV əsr başlanğıcında təkcə İsgəndəriyyədə 12 min şagird təhsil alırdı. (davamı…)

Sümüklərdəki Qəfəs Sistemlərinin Möhkəmliyi Yanvar 3, 2012

Posted by fayuu in Elm Nə Deyir?.
Tags: , , ,
add a comment

Bədənin hərəkəti və qorunması kimi mühüm funksiyanı yerinə yetirən sümüklər bu işi asanlıqla görəcək keyfiyyət və möhkəmlikdə yaradılmışlar. Məsələn, omba sümüyü dik formada bir ton ağırlığa tab gətirə bilir. Belə ki, atılan hər addımda bu sümüyümüzə bədən ağırlığımızdan üç dəfə çox ağır yük düşür. Hətta şüvüllə hündürlüyə tullanan bir idmançı yerə enərkən çanaq sümüyünün hər kv sm-i 1400 kq-lıq təzyiqə məruz qalır.

Sümüklərin quruluşunun mükəmməlliyinin tam şəkildə başa düşülməsi üçün belə bir bənzətmə edək. İnsanın istifadə etdiyi ən möhkəm və faydalı materiallardan biri poladdır. Çünki polad həm möhkəm, həm də elastik maddədir. Ancaq sümüklər bərk poladdan daha möhkəmdir və 10 dəfə artıq elastikliyə malikdir. Sümüklər poladdan ağırlıq baxımından da üstün quruluşdadır. Bir polad karkas insan skeletindən 3 dəfə ağırdır. (davamı…)

Follow

Get every new post delivered to your Inbox.

Join 4,915 other followers