Şəkər Yediyiniz Zaman Bədəninizdə Çalışan Nəhəng Fabrikdən Xəbəriniz Varmı? Yanvar 3, 2012
Posted by fayuu in Elm Nə Deyir?.add a comment
Əgər ehtiyacınızdan bir az artıq şəkərli qida yeyirsinizsə, bədəninizdəki sistem qandakı şəkər nisbətinin yüksəlməsinin qarşısını almaq üçün işə b
aşlayır:
1- Əvvəlcə, mədəaltı vəzi hüceyrələri qanın içində olan yüzlərlə molekulların arasından şəkər molekullarını tapır və digərlərindən ayırır. Həmçinin bu molekulların sayının az və ya çox olduğuna qərar verir; sanki şəkər molekullarını sayır. Gözü, beyni, əlləri olmayan, gözlə görünməyəcək qədər kiçik olan hüceyrələrin qanın içindəki şəkər molekullarının sayı haqqında məlumatı olması düşündürücü mövzudur.
2- Əgər mədəaltı vəzi hüceyrələri qanda normadan çox şəkər olduğunu təyin edərsə, normadan artıq olan şəkərin yığılmasına qərar verir. Ancaq bu işi özləri deyil, özlərindən çox uzaqda olan başqa hüceyrələr yerinə yetirir.
3- Uzaqdakı bu hüceyrələr onlara əmr gəlməyənədək şəkəri yığmırlar. Mədəaltı vəzi hüceyrələri bu hüceyrələrə “şəkər yığmağa başlayın” əmrini daşıyan hormon göndərir. Mədəaltı vəzi hüceyrələri ilk yaradıldıqları andan etibarən DNT-lərində insulin adlı bu hormonun düsturu qeyd olunur. (davamı…)
Haqq Dinlər Tarixin Hər Dövründə Olmuşdur Yanvar 3, 2012
Posted by fayuu in Elm Nə Deyir?.add a comment
TÖVRATDAN 1500 İL ƏVVƏLƏ AİD OLAN EBLA LÖVHƏLƏRİNDƏ ADI ÇƏKİLƏN PEYĞƏMBƏRLƏR
E.ə. 2500-cü illərə aid Ebla lövhələri din tarixini öyrənmək baxımından çox əhəmiyyətli məlumatlarla zəngindir. 1975-ci ildən etibarən bir neçə dəfə tədqiqat və müzakirə mövzusu olan Ebla lövhələrinin ən əhəmiyyətli xüsusiyyəti isə İlahi kitablarda bəhs edilən üç peyğəmbərin adının çəkilməsidir.
Ebla lövhələrinin min illər sonra tapılması Quranda adı çəkilən qövmlərin coğrafi mövqeyinin müəyyən olunması baxımından çox əhəmiyyətlidir.
Ebla e.ə. 2500-cü illərdə indiki Suriyanın paytaxtı olan Şam və Türkiyənin cənub-şərq ərazilərini əhatə edən krallıq idi. Bu krallıq mədəni və iqtisadi baxımdan inkişaf etmiş, amma bir müddət sonra (bir çox sivilizasiyada olduğu kimi) tarix səhnəsindən silinmişdi. Lövhələrdən aydın olur ki, Ebla krallığı dövrünün tanınmış mədəniyyət və ticarət mərkəzi olub. Eblalılar dövlət arxivi formalaşdıran, kitabxana quran və yazılı şəkildə ticarət müqavilələri bağlayan mədəniyyətə sahib idilər. Hətta eblait adlanan öz dilləri var idi. (Ebla, funk & wagnalls new encyclopaedia, (c) 1995 funk & wagnalls corporation, infopedia 2.0, softKey multimedia inc.) (davamı…)
Müasir Elmin İslami Mənşəyi Yanvar 3, 2012
Posted by fayuu in Elm Nə Deyir?, İslam Birliyi.1 comment so far
14 əsr əvvəl Allah bütün insanlara yol göstərici olaraq Quranı endirdiyində ərəblər batil inanclara sahib idilər. Quranın nuru sayəsində batil inanclardan xilas oldular və ağıllı metodlardan istifadə edərək inkişaf etməyə başladılar. İslamla birlikdə mədəniyyəti öyrəndilər. Yalnız ərəblər deyil, İslamı qəbul edən bütün cəmiyyətlər cahiliyyə dövrünün qaranlığından sıyrılıb çıxdılar. Bunun nəticəsində İslamın yayıldığı ilk dövrlərdə dünya tarixində çox sürətli inkişaf baş verdi. Əvvəllər bir şəhəri belə idarə edə bilməyən ərəblər Afrikadan Orta Asiyaya qədər uzanan imperiya qurdular.
Bu imperiyanın əsas fərqləndirici xüsusiyyətlərindən biri tarixdə o günə qədər misli görünməmiş elmi inkişafa nail olması idi. Avropanın orta əsrlər qaranlığını yaşadığı bir dövrdə İslam dünyası möhtəşəm elmi irs meydana gətirdi. Tibb, cəbr, həndəsə elmləri ilk dəfə sistematik şəkildə İslam mədəniyyətinin tərkibində inkişaf etdi.
İslam aləmindəki böyük dini təhsil mərkəzləri, həmçinin elmi inkişafın da mərkəzləri idi. Bu cür elmi mərkəzlər, minlərlə məktəb-məscid Abbasilər dövründə (750-1258) tikilməyə başladı. X əsrdə Bağdadda 300-ə yaxın mədrəsə var idi. XIV əsr başlanğıcında təkcə İsgəndəriyyədə 12 min şagird təhsil alırdı. (davamı…)
Sümüklərdəki Qəfəs Sistemlərinin Möhkəmliyi Yanvar 3, 2012
Posted by fayuu in Elm Nə Deyir?.add a comment
Bədənin hərəkəti və qorunması kimi mühüm funksiyanı yerinə yetirən sümüklər bu işi asanlıqla görəcək keyfiyyət və möhkəmlikdə yaradılmışlar. Məsələn, omba sümüyü dik formada bir ton ağırlığa tab gətirə bilir. Belə ki, atılan hər addımda bu sümüyümüzə bədən ağırlığımızdan üç dəfə çox ağır yük düşür. Hətta şüvüllə hündürlüyə tullanan bir idmançı yerə enərkən çanaq sümüyünün hər kv sm-i 1400 kq-lıq təzyiqə məruz qalır.
Sümüklərin quruluşunun mükəmməlliyinin tam şəkildə başa düşülməsi üçün belə bir bənzətmə edək. İnsanın istifadə etdiyi ən möhkəm və faydalı materiallardan biri poladdır. Çünki polad həm möhkəm, həm də elastik maddədir. Ancaq sümüklər bərk poladdan daha möhkəmdir və 10 dəfə artıq elastikliyə malikdir. Sümüklər poladdan ağırlıq baxımından da üstün quruluşdadır. Bir polad karkas insan skeletindən 3 dəfə ağırdır. (davamı…)
Kosmosdan atom zərrələrinə qədər səyahət Yanvar 3, 2012
Posted by fayuu in Elm Nə Deyir?.Tags: atom zərrəcikləri, kainat, kainat nece yaranib, kainatin yaranmasi, kosmos
add a comment
İnsan ucsuz-bucaqsız kainatda nöqtə boyda sahəni belə əhatə etmir. Aşağıdakı şəkilləri araşdırdığınızda bunu daha yaxşı anlayacaqsınız. Allah kosmosdan atomun daxilindəki zərrəciklərə qədər davam edən sistemdə mükəmməl nizam yaratmışdır. Nəhəng qalaktikalarda da, mikroskopik ölçüdəki yarpaq hüceyrəsində də çox incə nizam mövcuddur. Kainatdakı hər şeyi qüsursuz yaradılışla var edən Rəbbimizin sənəti bədənimizdə də, atomlarda da, ulduzlarda da mükəmməl şəkildə təcəlli edir. Bizim üzərimizə düşən məsuliyyət isə həyat üçün belə qüsursuz kainatı yaradan Rəbbimizə şükür etməkdir.
Everest kimi yüksək zirvələri, Nil kimi uzun çayları, Sakit, Atlantik okean kimi nəhəng okeanları və 6.5 milyarda çatan insanları özündə ehtiva edən dünyaya 100.000 km uzaqdan baxsaq, bir aspirin dərmanı boyda olduğunu görərik.
Yer kürəsinin Günəşdən qəbul etdiyi bir günlük enerji bütün bəşəriyyətin bir gün ərzində ehtiyacı olan enerjinin təxminən on min mislidir. (davamı…)
Misir Piramidalarındakı Sirlər November 7, 2011
Posted by fayuu in Elm Nə Deyir?.Tags: misir piramidalari, piramidalar haqqinda, piramidalar nece tikilib, piramidalarin sirri
2 comments
Mədəniyyətlərin ibtidaidən aliyə doğru inkişaf etməsi iddiası təkamülçülərin tarix haqqında uydurduqları yalandır.
Təkamül nəzəriyyəsinin iddialarını və yalanlarını bir kənara qoyub tarixi qaynaq və kəşfləri araşdırsaq, qarşımıza inkişaf etmiş texnologiyalardan istifadə edən mədəniyyətlər çıxar. Qədim Misir, maya və şumerlərdən günümüzə qədər qalan izlər göstərir ki, onlar elektrik, elektrokimya, elektromaqnetizm, meteorologiya, hidrogeologiya, tibb, kimya və fizika kimi elm sahələrindən geniş miqyasda istifadə ediblər.
Qədim Misirdə elektrik daha səmərəli şəkildə istehsal edilir və geniş sahələrdə tətbiq edilirdi. Bağdad batareyası və ilk ark lampaları da o dövrdə istifadə olunmuşdu. Qədim Misirdə elektrik istehsalı bununla məhdudlaşmırdı. Misir tarixinə diqqətlə nəzər salsaq, işıqlandırma sistemindəki mükəmməliyi görərik. (davamı…)
Allah Dərgahında Heç Bir Anın İtmədiyinin Elmi Sübutu: HİPNOZ November 6, 2011
Posted by fayuu in Elm Nə Deyir?.Tags: hipnoz, hipnoz haqqinda, hipnoz nece edilir, hipnoz nedir, hipnoz seanslari
add a comment
- Hipnoz seansları Allah qatında heç bir anın itmədiyini elmi cəhətdən necə sübut edir?
- Aparılan hipnoz təcrübələrində hipnoz altında olan insanlar necə reaksiya verir?
- Hipnoz dünya həyatının hisslərdən ibarət olduğunu anlamağa necə kömək edir?
Uşaqlıq və gənclik illə
rində insanın zehni aydın olur. İnsan o illərdə etdiklərinin hamısını əbədiyyən xatırlayacağını zənn edir. Hadisələr, insanlar, baş verənlər onun üçün o qədər vacibdir ki, bunların hamısını anbaan xatırlayacağını, hamısının həyatında mühüm yer tutacağını düşünür. Lakin zaman keçdikcə çox mühüm və aydın olduğunu zənn etdiyi bütün hadisələr getdikcə aydınlığını itirir, hətta yox olur. İllər sonra uşaqlıq və gənclik illərində başına gələnlərin sadəcə bir neçəsi hafizəsində qalır. Halbuki şahid olduğumuz və olmadığımız bütün hadisələr və səslər Allah qatında hər an hazırdır və hər an canlı şəkildə yaşanır. Bunların heç biri əsla itmir. Bu həqiqəti elmi cəhətdən sübut edən təcrübələrdən biri hipnozdur. (davamı…)
Ülgücü Belə Həzm Edən Mədə Turşuları Mədəyə Niyə Zərər Vermirlər? November 6, 2011
Posted by fayuu in Elm Nə Deyir?.Tags: hezm prosesi, mede, mede tursulari, ulguc
1 comment so far
Ülgücü belə həzm edən mədə turşuları mədəyə niyə zərər vermirlər?
Orqanizmimizin fəaliyyət göstərməsi və hüceyrələrimizin yenilənməsi üçün ehtiyacımız olan əsas maddələri müxtəlif yemək və mayelərdən alırıq. Amma yediyimiz hər yeməyin parçalanması və bədənimizdə istifadə olunması üçün dəyişikliyə məruz qalması, yəni həzm edilməsi vacibdir. Bu əməliyyatda əsas funksiya mədəyə məxsusdur. Əti həzm edən mədə özü də ətdən ibarət olmasına baxmayaraq, turşu ifraz edərkən özü-özünü həzm etmir. Bunun üçün mədədə xüsusi sistem mövcuddur.
Ülgücü həzm edən turşular mədədə necə zərərsizləşirlər? (davamı…)
Ölümə Tələsən Erkək Arılar November 6, 2011
Posted by fayuu in Elm Nə Deyir?.Tags: arilar haqqinda, arilarin heyati, arılar, bal arisi
add a comment
Arı ailəsində hər arının öz işi var. Ancaq erkək arılar istisnadır. Erkək arılar nə pətəyin qorunmasında, nə təmizliyində, nə də qida tədarükündə iştirak edirlər. Onların pətəkdəki yeganə funksiyası ana arını mayalandırmaqdır. Cütləşmə orqanlarından başqa heç bir xüsusiyyətə malik olmadıqlarına görə ancaq ana arını mayalandırmaqla məsuliyyət daşıyırlar.
Qış aylarında pətəkdə ancaq ana və işçi arılar olur. Çünki qış gəlməmiş erkək arılar ya pətəkdən bayıra atılır, ya da öldürülürlər. Lakin qış çıxdıqda işçi arılar erkək arılar üçün pətək inşa etməyə başlayırlar. Ana arı isə şan qovuqcuğuna erkək arıları yetişdirən yumurtalarını qoyur. May ayının əvvəlində erkək arılar qovuqcuqlardan çıxmağa başlayırlar. (davamı…)

FACEBOOK'da bizi izləyin