jump to navigation

Təkamül Yalanı May 1, 2011

Posted by fayuu in Darvinizmin Sonu.
Tags: , , , ,
add a comment

Təkamül nəzəriyyəsi canlıların varlığını və mənşəyini təsadüflərlə izah edə bilmək məqsədi ilə müxtəlif doğru olmayan ehtimallar, fərziyyələr və xəyal məhsulu olan ssenarilər hazırlayan fəlsəfə və dünya görüşüdür. Bu fəlsəfənin mənbəyi qədim dövrlərə, antik Yunanıstana qədər gedib çıxır.

Yaradılışı inkar edən bütün ateist fəlsəfələr dolayı və ya birbaşa şəkildə təkamül düşüncəsini qəbul edir və müdafiə edir. Eyni vəziyyət bu gün də bütün din əleyhində olan ideologiyalara və sistemlərə aiddir.

Təkamül nəzəriyyəsi düşüncəsi son yarım əsrdir hamıya qəbul etdirilmək üçün elmi görkəm almışdır. XIX əsrin ortalarında guya elmi nəzəriyyə olaraq irəli sürülmüş, ancaq, müdafiəçilərinin bütün cəhdlərinə baxmayaraq, bugünə qədər heç bir elmi kəşf və ya təcrübə tərəfindən sübut olunmamışdır. Nəticədə nəzəriyyənin özünə böyük ümid bağladıqları “elm” hər keçən gün nəzəriyyəni süqutuna daha da yaxınlaşdırmışdır. (davamı…)

İnsana Aid Tapıntılar Nə Qədər Qədimdir? Bu Tapıntılar Niyə Təkamül Nəzəriyyəsini Dəstəkləmir? Yanvar 9, 2011

Posted by fayuu in Darvinizmin Sonu, Elm Nə Deyir?.
Tags: , , , , , , , , , , ,
1 comment so far

İnsanın yer üzündə peyda olduğu zamanı ilə bağlı sualın cavabını tapmaq üçün fosillərə müraciət etmək lazımdır. Fosillər insanla bağlı tapıntıların milyonlarla il əvvələ aid olduğunu göstərir. Bu tapıntılar skelet və kəllə sümüyü hissələri və müxtəlif dövrlərdə yaşamış insanlara aid qalıqlardan ibarətdir. İnsana aid qalıqların ən qədimi tanınmış paleontoloq Meri Likey tərəfindən 1977-ci ildə Tanzaniyanın Laetoli bölgəsində tapılmış “ayaq izləri”dir.

Bu qalıqlar elm dünyasında böyük əks-səda doğurdu. Aparılan işlər bu ayaq izlərinin 3.6 milyon illik təbəqədə yerləşdiyi göstərirdi. İzləri tədqiq edən Rasel Tatl bu sözləri yazmışdı:

Bu izlər çılpaq ayaqqlı bir Homo Sapiens (insan) tərəfindən qoyulmalıdır. Aparılan bütün morfoloji tədqiqatlar bu izləri qoyan canlının ayağının dövrümüzdəki insanlarınkından fərqli olmadığını göstərir.

Aparılan tədqiqatlarla ayaq izlərinin sahibləri də müəyyən edildi. 10 yaşında, dövrümüzün insanı ilə eyni xüsusiyyətli daşıyan bir insanın 20 ədəd və daha kiçin bir insanın 27 ədəd fosilləşmiş ayaq izi vardı. Meri Likeyin tapdığı izləri tədqiq edən Don Cohanson və Tim Uayt kimi tanınmış paleoantropoloqlar da bu nəticəyə gəldilər. Uayt bu fikrini aşağıdakı sözləri ilə açıqlayır:

Heç şübhəniz olmasın… Bunlar dövrümüzün insanının ayaq izlərindən heç fərqlənmir. (davamı…)

Təkamülün Mexanizmləri Xəyalidir Yanvar 7, 2011

Posted by dusunek in Darvinizmin Sonu.
add a comment

Bu gün təkamül nəzəriyyəsi olaraq təyin etdiyimiz neo-Darvinist modeli canlıların iki əsas mexanizm sayəsində təkamülləşdiklərini ortaya qoyur: “Təbii seleksiya” və “mutasiya”. Nəzəriyyənin əsas iddiası belədir: “Təbii seleksiya və mutasiya bir-birlərini tamamlayan iki mexanizmdir. Təkamüllü dəyişikliklərin qaynağı canlıların genetik quruluşunda meydana gələn təsadüfi mutasiyalardır. Mutasiyaların səbəb olduğu xüsusiyyətlər təbii seleksiya mexanizmi vasitəsilə seçilir, bununla da canlılar təkamülləşir. Çox məqbul bir nəzəriyyə kimi izah edilən bu hekayəni bir az araşdırdığımızda, əslində ortada heç bir təkamül mexanizminin olmadığını görərik. Çünki nə təbii seleksiya, nə də mutasiyalar növlərin təkamülləşmələri və bir-birlərinə çevrilmələri iddiasında ən kiçik rol belə oynamırlar. (davamı…)

Məsih Dəccal Fəaliyyətdə… Oktyabr 5, 2010

Posted by fayuu in Axır Zaman, Darvinizmin Sonu.
Tags: , , , , ,
1 comment so far

Axır zamanda unutdurulmağa çalışılan axır zaman mövzularından biri Dəccalın çıxışı və yer üzündə təşkil edəcəyi dinsizlik fitnəsidir.

Peyğəmbərimiz (s.ə.v.) Dəccalın fitnəsinin böyüklüyünə diqqət çəkərək “Allah Hz. Adəmi yaratdığı gündən bu yana Dəccalın fitnəsindən daha böyük bir fitnə olmamışdır.”(2) hədisi ilə bütün müsəlmanları bu təhlükədən xəbərdar etmişdir. Həqiqətən də indiki vaxtda Dəccaliyyətin təsiri dünya xalqları üzərində var gücü ilə hiss edilir. Bir çox ölkədə müsəlmanların məruz qaldıqları əzab-əziyyətlər hər gün daha da artır. Aydındır ki, hal hazırda da yaşanan hər cür zülmün, ədalətsizliyin və çaxnaşmanın altında dinsizliyin cəmiyyətlər üzərində meydana gətirdiyi təxribat böyük rol oynayır. (davamı…)

Kommunist Separatçi Terrorun Qaynaği Darvinizmdir Oktyabr 3, 2010

Posted by fayuu in Darvinizmin Sonu, İdeologiyalar.
Tags: , , , , , , , , , , , , , , , ,
add a comment

Darvinizm separatçı terrorun qidasıdır. Bunun üçün Darvinizm fikri mübarizə ilə aradan qaldırılmalıdır.

Bunu izah etməyin yolu isə, insanlara məsuliyyətsiz heyvan olmadıqlarını, Allah tərəfindən yaradıldıqlarını, axirətdə etdiklərindən hesab verəcək fərdlər olduqlarını izah etməkdir.

Darvinizmin yalanlarına görə, həyat mübarizə və döyüş yeridir. Həyatda qala bilmək üçün bu mübarizədən qalib çıxmaq, yəni var gücü ilə döyüşmək lazımdır. İnsanlıq tarixinin bir qarşıdurmadan ibarət olduğunu və inkişafın döyüşməklə mümkün olduğunu iddia edən kommunizm və faşizm, Darvinizmin bu əsassız iddialarına əsaslanmışdır. (davamı…)

DNT-nin Yaradılışında Təsadüfə Yer Yoxdur. Sentyabr 6, 2010

Posted by dusunek in Darvinizmin Sonu, Elm Nə Deyir?.
Tags: , , , , , ,
add a comment

3.1 milyard şifrədən ibarət olan DNT-dəki məlumatlar, A-T-G-C hərflərinin bir-biri ardınca xüsusi bir sıra şəklində düzülməsi ilə meydana gəlir. Ancaq bu düzülüşdə bir hərf səhvi belə edilməməlidir. Ensiklopediyada səhv yazılmış bir söz və ya hərf elə də gözə dəymir, hətta hiss olunmaz. Amma DNT-də hər hansı bir pillədəki, məsələn 1 milyard 719 milyon 348 min 632-ci pillədəki bir hərfin səhv kodlaşdırılması hüceyrə üçün və təbii ki, insan üçün ciddi nəticələrə gətirib çıxara bilər. Məsələn, uşaqlarda görülən leykemiya (qan xərçəngi) xəstəliyi bu tip səhv kodlaşmanın nəticəsidir.

Təsadüf riyazi anlayışdır. Bir hadisənin təsadüfən baş verib-vermədiyini bilmək üçün həmin hadisənin reallaşması üçün tələb olunan bütün şərtləri daxil etmək tələb olunur. Riyazi hesablamalar DNT-də yazılı məlumatların meydana gəlməsində təsadüfə yer olmadığını sübut edir. Nəinki milyonlarla pillədən ibarət DNT molekulunun, hətta DNT-ni meydana gətirən 200.000 gendən birinin belə təsadüfən meydana gəlmə ehtimalı mümkün deyil. Təkamülçü bioloq Salisbury bu qeyri-mümkün hadisə ilə əlaqədar bunları söyləyir: (davamı…)

Mükəmməl Yaradılış Avqust 17, 2010

Posted by fayuu in Darvinizmin Sonu.
add a comment

Ətrafımızda və yaşadığımız kainatda yaradılış gerçəyinə aid saysız-hesabsız dəlillər vardır. Bir ağcaqanaddakı heyranedici sistem, bir tovuzquşunun qanadlarındakı möhtəşəm sənət, göz kimi mürəkkəb və mükəmməl orqan və daha milyonlarla varlıqları iman gətirmiş insanlar üçün Allahın varlığının və Onun üstün elminin və ağlının dəlilləridir. Yaradılış gerçəyini qəbul edən bir elm adamı da təbiəti bu düşüncə ilə tədqiq edərək,  apardığı hər müşahidədən, keçirdiyi hər təcrübədən böyük zövq alacaq, yeni araşdırmalar üçün həvəsləndirici güc alacaqdır.

Təkamül kimi bir xurafata inanmaq və bunu elmi əsasları olmadan müdafiə etməyə çalışmaq elm adamlarına psixoloji cəhətdən sıxıntı verir. Kainatdakı ahəng və ya canlılardakı nizam onlar üçün böyük bir sıxıntı mənbəyidir. Darvinin aşağıdakı sözü həqiqətən, bütün təkamülçülərin ruhi vəziyyətini izah edir: (davamı…)

Təkamülçülər İstəməsə də, Elmi Kəşflər Yaradılış Gerçəyini Təsdiq Edir Avqust 16, 2010

Posted by fayuu in Darvinizmin Sonu, Elm Nə Deyir?.
Tags: , , , , , , , , ,
add a comment

Elm yanlış ideologiyalar tərəfindən yönləndirildikdə, vaxt, pul, əmək itkisi yaranır. XVIII əsrdən etibarən elm əsasən materialistlərin hakimiyyəti altında qalmış və demək olar ki, bütün fəaliyyətlər materialist fəlsəfənin elmi tərəfdən sübutuna yönəldilmiş, materialist fəlsəfəni təkzib edən elmi dəlillər cəmiyyətə təhrif olunmuş halda təqdim edilmişdir.

Diqqəti çəkən məqam isə budur ki,  təkamülçülər təkamülü sübut etmək üçün apardıqları araşdırma və təcrübələr nəticəsində daima yaradılışı təsdiqləyən dəlillər tapmışlar. Elm, Allahın varlığına inananlar üçün çox asan və zəhmətsizdir. Çünki mövcud olan sistemi araşdırmaq və onunla bağlı dəlilləri axtarmaq elm adamları üçün çətinlik yaratmaz. Ancaq olmayan bir dəlili axtarmaq təkamülçülərin öz ifadəsi ilə desək “cansıxıcı”“baş ağrıdıcıdır”.

Buna ən gözəl nümunələrdən biri də Kambrien dövrünə aid paleontoloji tapıntılardır. (davamı…)

Təkamülü Sübut Edə Bilən Fosil Yoxdur Avqust 6, 2010

Posted by fayuu in Darvinizmin Sonu.
Tags: , , , , , , ,
add a comment

Təkamül nəzəriyyəsinin elmə qazandırdığı vaxt itkisinin digər səbəbi paleontologiyanın (daşlaşmış qalıqları araşdıran elm) bu nəzəriyyəni sübut etmək üçün çıxılmaz bir vəziyyətə düşməsidir. Əlbəttə, dünya üzərindəki həyatın tarixini öyrənmək üçün paleontoloji araşdırmalara ehtiyac var. Ancaq təkamül nəzəriyyəsinin səhv baxışları daşlaşmış qalıqların araşdırmalarına mənfi təsir edir və elm adamlarını yanlış istiqamətə yönəldir. Xüsusilə “insanın əcdadı”  mövzusunu araşdıran paleontoloqların bəziləri tamamilə çıxılmaz vəziyyətə düşmüşlər. Xəyali yarı meymun-yarı insan canlıları tapmaq üçün apardıqları bütün araşdırmalar nəticəsiz qalmışlar. (davamı…)

Heç Bir Mutasiya Faydalı Deyil Avqust 6, 2010

Posted by fayuu in Darvinizmin Sonu.
Tags: , , ,
add a comment

Təkamül nəzəriyyəsinin elmin vaxtını alan iddialarından biri də “yararlı mutasiyalar” üçün aparılan ümidsiz araşdırmalardır. Neo-darvinizm “təkamül mexanizmi” olaraq iki məfhumu irəli sürür və bunlardan biri mutasiyalardır. Bu səbəbdən mutasiyaların canlılar üzərində faydalı təsir əmələ gətirəcəyini sübut etmək təkamül nəzəriyyəsi baxımından məcburidir. Ancaq təkamülçülərin iddialarının əksinə, mutasiyalar hər zaman zərərlidir və heç vaxt təkamül xarakterli bir təsirin olduğu müşahidə edilməmişdir.

Təkamülçülər isə israrla süni mutasiya nümunələri hazırlamış və yararlı mutasiyaları müşahidə etmək üçün on illərlə davam edən mübarizəyə qoşulmuşlar. Məsələn, meyvə milçəkləri üzərində çox sayda mutasiya təcrübəsi aparılmış və həmişə “genetik məlumatı təkmilləşdirən mutasiya”nın baş verəcəyi ümid edilmişdir. Nəticə isə (davamı…)

Follow

Get every new post delivered to your Inbox.

Join 4,915 other followers