jump to navigation

Hüceyrədəki Kompleks Quruluş və Sistemlər İyun 13, 2011

Posted by fayuu in Darvinizmin Sonu.
Tags: ,
2 comments

Darvinin dövründə canlı hüceyrəsinin kompleks quruluşu məlum deyildi. Bu səbəbdən, dövrün təkamülçüləri canlıların necə meydana gəlməsi sualına “təsadüflər və təbii hadisələr” cavabını verməyin inandırıcı olduğunu hesab etmişdilər. Darvin ilk hüceyrənin “kiçik və ilıq su gölməçəsində” asanlıqla əmələ gəldiyini irəli sürmüşdü.239 Darvinin tərəfdarlarından alman bioloq Ernst Hekkel isə araşdırma gəmisiylə okeanın dibindən çıxarılan palçıq qarışığını mikroskop altında tədqiq etmiş və bunun canlıya çevrilən cansız maddə olduğunu iddia etmişdi. “Hekkel palçığı” (Bathybus Haeckelii) adlanan bu “canlanan palçıq” təkamül nəzəriyyəsini irəli sürən şəxslərin canlıları nə qədər bəsit hesab etdiklərinin bir ifadəsi idi. (davamı…)

Atın Təkamülü Əfsanəsi İyun 13, 2011

Posted by fayuu in Darvinizmin Sonu.
Tags:
1 comment so far

Məməlilərin mənşəyi məsələsində mühüm yer tutan başlıq uzun zamandan bər təkamülçü mənbələri baş tacına çevirdikləri “atın təkamülü” əfsanəsidir. Bu, bir əfsanədir, çünki elmi kəşflərə deyil, təxəyyül gücünə əsaslanır.

“Atın təkamülü”nü xarakterizə etdiyi iddia edilən sxemlər yaxın dövrə qədər təkamül nəzəriyyəsinə dəlil kimi göstərilən fosil sıralamalarının ən başında gəlirdi. Lakin bu gün bir çox təkamülçü atın təkamülü ssenarisinin əsassızlığını açıq şəkildə qəbul edir. 1980-ci ilin noyabrında Çikaqo Təbiət Tarixi Muzeyində 150 təkamülçünün iştirak etdiyi dörd gün davam edən və mərhələli təkamül nəzəriyyəsinin problemlərinin müzakirə edildiyi bir toplantıda nitq söyləyən təkamülçü Boys Rensberqer atın təkamülü ssenarisinin fosil qeydlərində heç bir əsasının olmadığını və atın mərhələli təkamül keçirməsi kimi bir prosesin heç baş vermədiyini belə izah etmişdir: (davamı…)

Darvinizmin Meydana Gəlməsi İyun 12, 2011

Posted by fayuu in Darvinizmin Sonu.
Tags: , , ,
add a comment

Çarlz Darvin 1832-ci ildə İngiltərədən yola düşən və beş il ərzində dünyanın müxtəlif bölgələrinə səyahət edən H.M.S. Biql adlı rəsmi kəşf gəmisində könüllü kimi iştirak etmişdir.  Gənc Darvin bu səyahət ərzində gördüyü müxtəlif canlı növlərindən, xüsusilə də Qalapaqos adalarında gördüyü müxtəlif alacəhrə növlərindən çox təsirlənir. Bu quşların dimdiklərindəki fərqlərin müxtəlif mühitlərə uyğunlaşmalarından irəli gəldiyini düşünür.

Darvin bu səyahətinin ardınca İngiltərədəki heyvan bazarlarını gəzməyə başladı. Maldarlıqla məşğul olanların müxtəlif inək cinslərini cütləşdirərək yeni cinslər əldə etdiklərinə şahid oldu. Qalapaqos adalarında gördüyü fərqli alacəhrə növlərini də bu müşahidələrinə əlavə etməklə beynində bir nəzəriyyə formalaşdırmağa başladı. Nəticədə bu fikirlərini 1859-cu ildə nəşr edilən “Növlərin mənşəyi” adlı kitabında açıqladı. Bu kitabda bütün canlı növlərinin ortaq bir əcdaddan əmələ gəldiyini, ancaq zamanla kiçik dəyişikliklərlə bir-birlərindən təkamüllə törədiyini iddia edirdi. (davamı…)

Australopithecuslar: Nəsli Kəsilmiş Meymunlar İyun 12, 2011

Posted by fayuu in Darvinizmin Sonu.
Tags: , ,
add a comment

 Təkamülçülərin iddiasına görə Australopithecuslar indiki insanların ən ibtidai əcdadlarıdır. Bunlar üz və kəllə quruluşları bugünkü meymunlara bənzəyən, beyin həcmi müasir meymunlarınkından daha kiçik olan qədim növdür. Ancaq təkamülçülərin iddialarına görə bu varlıqların insanların əcdadı olmasını təmin edən çox mühüm xüsusiyyətləri aşkar olunmuşdur: iki ayaqlı olmaları.

Meymunlarla insanların hərəkət forması tamamilə fərqlənir. İnsanlar həqiqi mənada iki ayaqları ilə dik hərəkət edən yeganə canlılardır. Digər bəzi heyvanlar isə iki ayaqlı olaraq məhdud hərəkət qabiliyyətinə malikdirlər və nəticədə əyrı onurğaya malikdirlər. (davamı…)

Nebraska Adamı Saxtakarlığı İyun 12, 2011

Posted by fayuu in Darvinizmin Sonu.
Tags: , ,
add a comment

1922-ci ildə Amerika Təbiət Tarixi Muzeyinin müdiri Henry Fairfeild Osborn Qərbi Nebraskadakı İlan dərəsi yaxınlığında Plieocen dövrünə aid bir azı dişi skeleti tapdığını açıqladı.

İddiaya görə bu diş insan və meymunların ortaq xüsusiyyətlərini daşıyırdı. Çox dərin elmi mübahisələr başlamışdı. Bəziləri bu dişi Pithecanthropus erectus olaraq şərh edir, bəziləri isə bunun insana daha yaxın olduğunu söyləyirdilər. Böyük mübahisələr yaradan bu skeletə “Nebraska adamı” adı verildi. “Elmi” – latınca adı da qoyuldu: “Hesperopithecus Haroldcooki”.

Bir çox məhşur alim Osbornu dəstəklədi. Bu tək dişə əsaslanaraq Nebraska adamının kəllə sümüyü və vücudunun rekonstruksiyası şəkilləri çəkildi. Hətta daha da irəli gedərək ailəvi şəkilləri nəşr edildi.

Ancaq 1927-ci ildə skeletin digər hissələri də tapıldı. Tapılan yeni hissələrə görə bu diş nə meymuna, nə də insana aid idi. Dişin Prosthennops isimli yabanı Amerika donuzunun nəsli kəsilmiş bir cinsinə aid olduğu aydın oldu.

Piltdown Adamı Saxtakarlığı İyun 12, 2011

Posted by fayuu in Darvinizmin Sonu.
Tags: , , , , ,
add a comment

Həvəskar paleontoloq olan Charles Dawson 1912-ci ildə İngiltərədə Piltdown yaxınlığındakı çuxurda bir çənə və bir kəllə sümüyü tapdığı iddiası ilə ortaya çıxdı. Çənə sümüyü meymun çənəsinə oxşamasına baxmayaraq, dişlər və kəllə sümüyü insanlarınkına oxşayırdı. Bu nümunəyə “Piltdown Adamı” adı verilib, 500 min illik yaş təyin edilərək müxtəlif muzeylərdə insan təkamülünə dəqiq dəlil olaraq nümayiş etdirildi. 40 ildən çox bu barədə elmi məqalələr yazıldı, izahlar verildi və rəsimlər çəkildi, insanın təkamülünə əhəmiyyətli dəlil olaraq təqdim olundu. Ancaq 1949-cu ildə skeleti bir daha araşdıran mütəxəssislər bunun saxta olduğunu, insanın kəllə sümüyünə bir oranqutan çənəsi birləşdirməklə düzəldildiyini aşkar etdilər. (davamı…)

Təkamül Yalanı May 1, 2011

Posted by fayuu in Darvinizmin Sonu.
Tags: , , , ,
add a comment

Təkamül nəzəriyyəsi canlıların varlığını və mənşəyini təsadüflərlə izah edə bilmək məqsədi ilə müxtəlif doğru olmayan ehtimallar, fərziyyələr və xəyal məhsulu olan ssenarilər hazırlayan fəlsəfə və dünya görüşüdür. Bu fəlsəfənin mənbəyi qədim dövrlərə, antik Yunanıstana qədər gedib çıxır.

Yaradılışı inkar edən bütün ateist fəlsəfələr dolayı və ya birbaşa şəkildə təkamül düşüncəsini qəbul edir və müdafiə edir. Eyni vəziyyət bu gün də bütün din əleyhində olan ideologiyalara və sistemlərə aiddir.

Təkamül nəzəriyyəsi düşüncəsi son yarım əsrdir hamıya qəbul etdirilmək üçün elmi görkəm almışdır. XIX əsrin ortalarında guya elmi nəzəriyyə olaraq irəli sürülmüş, ancaq, müdafiəçilərinin bütün cəhdlərinə baxmayaraq, bugünə qədər heç bir elmi kəşf və ya təcrübə tərəfindən sübut olunmamışdır. Nəticədə nəzəriyyənin özünə böyük ümid bağladıqları “elm” hər keçən gün nəzəriyyəni süqutuna daha da yaxınlaşdırmışdır. (davamı…)

İnsana Aid Tapıntılar Nə Qədər Qədimdir? Bu Tapıntılar Niyə Təkamül Nəzəriyyəsini Dəstəkləmir? Yanvar 9, 2011

Posted by fayuu in Darvinizmin Sonu, Elm Nə Deyir?.
Tags: , , , , , , , , , , ,
1 comment so far

İnsanın yer üzündə peyda olduğu zamanı ilə bağlı sualın cavabını tapmaq üçün fosillərə müraciət etmək lazımdır. Fosillər insanla bağlı tapıntıların milyonlarla il əvvələ aid olduğunu göstərir. Bu tapıntılar skelet və kəllə sümüyü hissələri və müxtəlif dövrlərdə yaşamış insanlara aid qalıqlardan ibarətdir. İnsana aid qalıqların ən qədimi tanınmış paleontoloq Meri Likey tərəfindən 1977-ci ildə Tanzaniyanın Laetoli bölgəsində tapılmış “ayaq izləri”dir.

Bu qalıqlar elm dünyasında böyük əks-səda doğurdu. Aparılan işlər bu ayaq izlərinin 3.6 milyon illik təbəqədə yerləşdiyi göstərirdi. İzləri tədqiq edən Rasel Tatl bu sözləri yazmışdı:

Bu izlər çılpaq ayaqqlı bir Homo Sapiens (insan) tərəfindən qoyulmalıdır. Aparılan bütün morfoloji tədqiqatlar bu izləri qoyan canlının ayağının dövrümüzdəki insanlarınkından fərqli olmadığını göstərir.

Aparılan tədqiqatlarla ayaq izlərinin sahibləri də müəyyən edildi. 10 yaşında, dövrümüzün insanı ilə eyni xüsusiyyətli daşıyan bir insanın 20 ədəd və daha kiçin bir insanın 27 ədəd fosilləşmiş ayaq izi vardı. Meri Likeyin tapdığı izləri tədqiq edən Don Cohanson və Tim Uayt kimi tanınmış paleoantropoloqlar da bu nəticəyə gəldilər. Uayt bu fikrini aşağıdakı sözləri ilə açıqlayır:

Heç şübhəniz olmasın… Bunlar dövrümüzün insanının ayaq izlərindən heç fərqlənmir. (davamı…)

Təkamülün Mexanizmləri Xəyalidir Yanvar 7, 2011

Posted by dusunek in Darvinizmin Sonu.
add a comment

Bu gün təkamül nəzəriyyəsi olaraq təyin etdiyimiz neo-Darvinist modeli canlıların iki əsas mexanizm sayəsində təkamülləşdiklərini ortaya qoyur: “Təbii seleksiya” və “mutasiya”. Nəzəriyyənin əsas iddiası belədir: “Təbii seleksiya və mutasiya bir-birlərini tamamlayan iki mexanizmdir. Təkamüllü dəyişikliklərin qaynağı canlıların genetik quruluşunda meydana gələn təsadüfi mutasiyalardır. Mutasiyaların səbəb olduğu xüsusiyyətlər təbii seleksiya mexanizmi vasitəsilə seçilir, bununla da canlılar təkamülləşir. Çox məqbul bir nəzəriyyə kimi izah edilən bu hekayəni bir az araşdırdığımızda, əslində ortada heç bir təkamül mexanizminin olmadığını görərik. Çünki nə təbii seleksiya, nə də mutasiyalar növlərin təkamülləşmələri və bir-birlərinə çevrilmələri iddiasında ən kiçik rol belə oynamırlar. (davamı…)

Məsih Dəccal Fəaliyyətdə… Oktyabr 5, 2010

Posted by fayuu in Axır Zaman, Darvinizmin Sonu.
Tags: , , , , ,
1 comment so far

Axır zamanda unutdurulmağa çalışılan axır zaman mövzularından biri Dəccalın çıxışı və yer üzündə təşkil edəcəyi dinsizlik fitnəsidir.

Peyğəmbərimiz (s.ə.v.) Dəccalın fitnəsinin böyüklüyünə diqqət çəkərək “Allah Hz. Adəmi yaratdığı gündən bu yana Dəccalın fitnəsindən daha böyük bir fitnə olmamışdır.”(2) hədisi ilə bütün müsəlmanları bu təhlükədən xəbərdar etmişdir. Həqiqətən də indiki vaxtda Dəccaliyyətin təsiri dünya xalqları üzərində var gücü ilə hiss edilir. Bir çox ölkədə müsəlmanların məruz qaldıqları əzab-əziyyətlər hər gün daha da artır. Aydındır ki, hal hazırda da yaşanan hər cür zülmün, ədalətsizliyin və çaxnaşmanın altında dinsizliyin cəmiyyətlər üzərində meydana gətirdiyi təxribat böyük rol oynayır. (davamı…)

Follow

Get every new post delivered to your Inbox.

Join 55 other followers