Peyğəmbərimizin (s.ə.v.) Göstərdiyi Yola Uyğun Hərəkət Etmək Oktyabr 5, 2010
Posted by fayuu in Axır Zaman, İslama Xidmət.Tags: axirzaman elametleri, dunyanin sonu, hedislerde axirzaman, qiyamet elametleri, qiyamet ne zaman olacaq, Turk Islam Birliyi, İslam exlaqi
add a comment
Peyğəmbərimiz (s.ə.v.), hal-hazırda yaşadığımız dövrü əhatə edən axır zaman haqqında ətraflı şəkildə məlumat vermişdir. Müsəlmanların bir çox çətinlik və əzabla qarşılaşmağı axır zamanın ən əhəmiyyətli xüsusiyyətlərindən biridir. Çünki, bu dövr, Peyğəmbərimizin (s.ə.v.) xəbər verdiyi kimi, dinsizliyin geniş şəkildə yayılacağı, materialist və Darvinist ideologiyaların hər yerdə təbliğ ediləcəyi, insanların çoxunun din əxlaqından uzaqlaşacağı, səmimi olaraq iman edənlərin sayca çox az olacağı, Allahın açıq-aşkar inkar ediləcəyi (Allahı tənzih edirik), İraq və Əfqanıstan kimi müsəlman ölkələrinin işğal ediləcəyi, Qüdsdə müsəlmanların mühasirəyə alınacağı, bir çox İslam ölkəsində höküməti zalımların ələ keçirəcəyi və xalqa zülm edəcəyi, bütün dünyanı anarxiya və terrorun bürüyəcəyi, fitnələrdən biri sona çatmamış digərinin başlayacağı, günahsız insanların öldürüləcəyi, qadınların və uşaqların qətl ediləcəyi, insanların qorxu və dəhşət içində yaşayacaqları, bütün bunlara baxmayaraq, müsəlmanların dağınıq olacağı bir dövrdür. (davamı…)
Hz. İsa İkinci Dəfə Yer Üzünə Gələcək… Oktyabr 5, 2010
Posted by fayuu in Axır Zaman, İslam Birliyi.Tags: axir zaman ve hz.Isa, Hz. Isanin ikinci defe yer uzune gelisi, Hz. İsa, Hz. İsanın ikinci dəfə yer üzünə gəlişi, Hz. İsanın və Hz. Mehdinin zühuru
add a comment
Axır zamanın bir başqa müjdəli mövzusu olan Hz. İsanın ikinci dəfə yer üzünə gəlişi mövzusu bəzi insanlar tərəfindən örtbasdır edilərək unutdurulmağa çalışılır.
Halbuki Hz. İsanın ikinci dəfə yer üzünə gəlməsi Quran ayələrində və Peyğəmbərimizin (s.ə.v.) hədislərində iman edənlərə müjdələnilmiş bir gerçəkdir. Bu hədislərdən bəziləri belədir:
“Həyatım əlində olan Allaha and içirəm ki, Məryəm oğlu (İsa Əleyhissəlam)ın ədalətli bir hakim olaraq sizin aranıza enməsi şübhəsiz yaxındır. ” (Sahihi Müslim, 6/532) (davamı…)
Hz. Mehdinin Zühuru Yaxınlaşdı… Oktyabr 5, 2010
Posted by fayuu in Axır Zaman.Tags: Axır Zaman
add a comment
Axır zamanın ən əhəmiyyətli hadisələrinin başında Hz. Mehdinin ortaya çıxışı və onun liderliyində İslam Birliyinin qurulması durur. Hz. Mehdi Quran əxlaqının yaşanmasına vəsilə olacaq və öz öndərliyində İslam birliyini reallaşdıracaq. Peyğəmbərimiz (s.ə.v.) də bəzi hədislərində Hz. Mehdinin zühur tarixi olaraq açıq şəkildə Hicri 1400-cü ili (Miladi olaraq 1979-1980 illəri) vermiş və bu müqəddəs şəxsin öndərliyini müjdələmişdir. Bu hədislərdən biri belədir:
“İnsanlar 1400-cü ildə Hz. Mehdinin yanında toplanacaqlar. “ (Risaletül Huruc-ül Hz. Mehdi, s. 108) (davamı…)
Məsih Dəccal Fəaliyyətdə… Oktyabr 5, 2010
Posted by fayuu in Axır Zaman, Darvinizmin Sonu.Tags: axiraman, Deccal, deccal kimdir, deccal nedir, deccaliyyet, mesih deccal
1 comment so far
Axır zamanda unutdurulmağa çalışılan axır zaman mövzularından biri Dəccalın çıxışı və yer üzündə təşkil edəcəyi dinsizlik fitnəsidir.
Peyğəmbərimiz (s.ə.v.) Dəccalın fitnəsinin böyüklüyünə diqqət çəkərək “Allah Hz. Adəmi yaratdığı gündən bu yana Dəccalın fitnəsindən daha böyük bir fitnə olmamışdır.”(2) hədisi ilə bütün müsəlmanları bu təhlükədən xəbərdar etmişdir. Həqiqətən də indiki vaxtda Dəccaliyyətin təsiri dünya xalqları üzərində var gücü ilə hiss edilir. Bir çox ölkədə müsəlmanların məruz qaldıqları əzab-əziyyətlər hər gün daha da artır. Aydındır ki, hal hazırda da yaşanan hər cür zülmün, ədalətsizliyin və çaxnaşmanın altında dinsizliyin cəmiyyətlər üzərində meydana gətirdiyi təxribat böyük rol oynayır. (davamı…)
Hz. Mehdinin Gəlişi Peyğəmbərimizin (s.ə.v.) Bizə Müjdəsidir Oktyabr 5, 2010
Posted by fayuu in Axır Zaman.Tags: Hz.Mehdi mujdesi
add a comment
Hz. Mehdinin gəlişi şəxsən Peyğəmbərimiz (s.ə.v.) tərəfindən müjdələnmişdir və Peyğəmbərimizin (s.ə.v.) bu mövzuda təvatür (qüvvətli xəbər, içində yalan ehtimalı olmayan və bir camaata söykənən qüvvətli xəbər) olaraq qəbul edilən çox sayda hədisi vardır. Peyğəmbərimiz (s.ə.v.) bir hədisində “HZ. MEHDİ İLƏ MÜJDƏLƏNİN. O Qureyşdən və Əhli Beytimdən bir adamdır” (Kitab-ul Burhan Fi Alamet-il Ahir zaman, s.13) sözləri ilə bu mövzunun Müsəlmanlar üçün bir müjdə olduğunu bildirmişdir.
Axır zamanda yaşamaq və tarixin ən böyük fikri mübarizəsinə şahidlik etmək, bu əsrdə yaşayan məhdud sayda insana nəsib olacaq böyük nemətdir. Bunun şüuruna varan hər səmimi müsəlman Allahın seçib vəzifələndirdiyi Hz. İsa və Hz. Mehdiyə tabe olmaq, onlara mübarizələrində dəstəkçi olmaq istəyəcək. Səmimi iman edənlər üçün İslam əxlaqının bütün dünyaya hakim olması, dünyadakı ən böyük xoşbəxtlik mənbəyi olacaq. (davamı…)
Axır Zamanda Unutdurulmağa Çalışılan Axır Zaman Mövzuları Oktyabr 5, 2010
Posted by fayuu in Axır Zaman.Tags: axirzaman, Hz. Mehdi, Hz. İsa, qiyamet
add a comment
Axır zamanda gələcək şəxslər və bu dövrdə yaşanacaq hadisələr insanlığın əsrlərdir böyük maraqla gözlədiyi əhəmiyyətli mövzulardandır. Ancaq son dövrdə bəzi insanlar tərəfindən axır zamanla bağlı əlamətlər, xəbər və müjdələr qulaqardına vurulur, bu gerçəklər insanlardan gizlədilməyə və ya unutdurulmağa çalışılır.
Peyğəmbərimiz Hz. Məhəmmədin (s.ə.v.) hədislərində ətraflı şəkildə bildirilən axır zaman əlamətlərinə görə axır zaman iki dövrdən ibarətdir. Bu müqəddəs zamanın ilk dövrü pozulmaların, degenerasiyanın, fəlakətlərin, qarşıdurmaların, müharibələrin, yoxsulluqların yaşanacağı dövrdür. Axır zamanın ikinci dövrü isə Hz. İsanın yenidən yer üzünə gəlişi və Hz. Mehdinin ortaya çıxması ilə birlikdə yer üzünə sülhün, dincliyin, azadlığın hakim olduğu, bolluğun və bərəkətin yaşandığı, insanların hər baxımdan məmnun olduqları gözəlliklərlə dolu bir dövrdür. (davamı…)
Dəccaliyyət Haqqı Batil, Batili Haqq Göstərərək İnsanları Aldadır Oktyabr 4, 2010
Posted by fayuu in Axır Zaman, İdeologiyalar.Tags: axirzaman, axirzaman deccali, Das Kapital, Deccal, deccalin fitnesi, fitne, Hz. Mehdi, kommunist ideologiyasi, Kommunizm, Lenin, Leon Trotski, Mehdiyyet, mesih, novlerin menseyi, Rayvani, terror
add a comment
Kommunizmin, İctimai Ədalət və Qardaşlıq anlayışlarından istifadə etməsi yanlış fikirdir.
Hədislərdə xəbər verildiyi kimi, axır zamanda ortaya çıxan dəccal, hər cür pisliyin, qarışıqlığın, hərc-mərcliyin və fitnənin yayılmasında fəaliyyət göstərən, insanların çətinliklərinin qaynağı olacaq. Dəccalın fitnəsi hədisdə belə bildirilib:
Allah, Hz. Adəmi yaratdığı gündən bu günə qədər dəccalın fitnəsi qədər böyük fitnə olmamışdı. (davamı…)
1979-cu İldən 2006-cı İlə Qədər Olan Dövrdə Olan Qiyamət Əlamətləri Oktyabr 3, 2010
Posted by fayuu in Axır Zaman.Tags: axir zaman elametleri, Hz. Mehdinin cıxıs elametleri, qiyamet gunu, qiyamet vaxti, qiyametin elametleri
add a comment
QİYAMƏT vaxtı, dünya həyatının son günü olmaqla birlikdə axirətdəki sonsuz həyatın da başlanğıcı olacaq. Qiyamət günü yaşanacaq bir-birindən dəhşətli hadisələr zamanı, Allahın qüdrəti bütün insanlar tərəfindən idrak ediləcək.
Peyğəmbərimiz Hz. Məhəmməd (s.ə.v) qiyamətdən əvvəl baş verəcək əlamətləri 1400 il bundan əvvəl hədislərdə ətraflı olaraq təsvir etmişdir. Hədislərə görə müharibələr, hərcmərclik, yoxsulluq, cinsi degenerasiya, təbii fəlakətlər sıxlaşacaq, insanlar gözəl əxlaqdan uzaqlaşacaq, saxta peyğəmbərlər ortaya çıxacaq. Bütün bunlardan sonra, Allah Hz. Mehdi vasitəsi ilə İslam əxlaqını bütün dünyaya hakim edəcək.
Peyğəmbərimiz (s.ə.v)in hədislərində qeyd edilən bu məlumatların həqiqi olmasını bizə göstərən ən əhəmiyyətli dəlil, bu hadisələrin vaxtı gələndə tam təsvir edildiyi kimi və bir-birinin ardınca baş verməsidir. Hədislərdə bildirilən çox sayda əlamət, 1979-cu ildən 2006-cı ilə qədər bir-birinin ardınca baş vermişdir. (davamı…)
İmam Rəbbani və Mehdinin zühur etmə tarixi Oktyabr 3, 2010
Posted by fayuu in Axır Zaman.Tags: Beddiuzzaman Seid Nursi, Hz. Mehdi, Hz. Mehdinin cıxıs elametleri, Hz.Mehdi kimdir, Hz.Mehdi ne vaxt gelecek, Hz.İsa ne zaman gelecek, Hz.İsanin zuhuru, ummetin omru ne qederdir, İmam Rebbani
3 comments
İmam Rəbbani Hz. Mehdinin Peyğəmbərimizin (səv) vəfatından 1000 (min) il keçdikdən sonra, “min ilə ikinci min il arasında” gələcəyini bildirmişdir:
Ancaq gözlənilən odur ki, min il keçdikdən sonra bu gizli dövlət təcid edilə (yenilənə). Ona bir üstünlük verilib suyu tapması, artırıla… Beləcə kəmalatın (fəzilətlərin, mükəmməlliklərin) əsli zühur edib onun zillətini örtə.. Və uca bağlılığa dəyər verən Hz. Mehdi gəlsin. Allah ondan razı olsun. (Məktubatı Rəbbani, 1/569)
Şəriətin təsdiqi, milləti tecdidi (yenilənməsi) bu ikinci mindədir. Bu iddianın doğruluğuna ədalətli şahid: İsanın (ə.s.) Hz. Mehdinin (r.ə.) bu min içində gəlməsidir. (Məktubatı Rəbbani, 1/611) (davamı…)
Tarixin hər dövründə yaşananlar sünnətullahın tələbidir Oktyabr 3, 2010
Posted by fayuu in Axır Zaman.Tags: lovhi-mehfuz, Qızıl Dövr, sunetullah
add a comment
Quran ayələrində yaxşı insanlarla pis insanların daima fikri mübarizə içində olduqları xəbər verilir. Tarixin hər dövründə yaxşılıq edən, imana və xeyrə çağıran bir birlik olmuş, bu birliyin qarşısında isə pisliyi yayan, təxribat törədən və fitnə çıxaranlar olmuşdur. Bu iki tərəf arasındakı elmi mübarizə Hz. Adəmdən etibarən mövcud olmuş və qiyamətə qədər də davam edəcək. Tarixdə baş verən bütün hadisələrin çıxış nöqtəsi də əslində budur; yaxşılarla pislərin fikri mübarizəsi… Hər dövrdə bu mövcud olmuş, Allahın izni və köməyi ilə qalib gələnlər hər zaman Allahın tərəfdarları olmuşdur:
Sonra bir-birinin ardınca (ümmətlərə) peyğəmbərlər göndərdik. Hər ümmətə öz peyğəmbəri gəldikcə onu yalançı saydılar. Biz də onları bir-birinin ardınca məhv edib (izi-tozu qalmayan) əfsanələrə döndərdik. İman gətirməyən tayfa məhv (Allahın rəhmətindən uzaq) olsun! (Muminun surəsi, 44) (davamı…)
FACEBOOK'da bizi izləyin