jump to navigation

Son illərdə müsəlman ölkələrində baş verən ictimai iğtişaşlar Hz. Mehdinin (ə.s) çıxış əlamətlərindəndir Mart 22, 2012

Posted by fayuu in Axır Zaman.
Tags: , , ,
1 comment so far

Peyğəmbərimizin (s.ə.v) axırzaman və hz. Mehdinin (ə.s) çıxış əlamətləri ilə əlaqədar verdiyi ətraflı məlumatlar bir-birinin ardınca zühur edir. Hədislərdə bildirilən əlamətlər arasında müsəlman ölkələrində baş verən hadisələrdən də bəhs edilmişdir. Peyğəmbərimizdən (s.ə.v) edilən rəvayətlərdən məlum olur ki, müsəlman ölkələrində baş verən qarışıqlıqlar, fitnələr və böyük hadisələr hz. Mehdi (ə.s) çıxana qədər davam edəcək (doğrusunu Allah bilir).

Hal-hazırda müsəlman ölkələrində müharibə və qarşıdurmalar, terror, şiddət, anarxiya, qarışıqlıq, qırğınlar, işgəncələr və əxlaqi degenerasiya dözülməz həddə çatıb. Bu ölkələrdə baş verən hadisələr hədislərdəki izahlarla üst-üstə düşür. Bölgədə yaşanan anlaşılmazlıqlar, döyüşlər, işgəncə və qırğınlar hz. İsanın (ə.s) nüzulu və hz. Mehdinin (ə.s) zühuru ilə bağlı olan əlamətlərdəndir. (davamı…)

“İnşaAllah” və “maşaAllah” Sözlərində Xüsusi Sirr Var Mart 22, 2012

Posted by fayuu in Axır Zaman.
Tags: , , ,
add a comment

* “İnşaAllah” və “maşaAllah” sözlərinin çox zikr edilməsində xüsusi sirr nədən ibarətdir?

* “İnşaAllah” və “maşaAllah” sözlərini lazım olduğunda söyləmək nə üçün əhəmiyyətlidir?

Rəbbimiz sonsuz mərhəmət sahibidir. Həyatları boyu onlara bənzərsiz nemətlər lütf edir. Fiziki nemətlərlə bərabər, çox saylı mənəvi nemətlər də verir: səhvlərini bağışlayır, tövbələrini qəbul edir, onları qoruyur, pisliklərini örtür, hidayətlərini artırır, doğru yola yönəldir. Allah hər şeyi möminlərin lehinə edir və onları müxtəlif yollarla dəstəkləyir.  Quranda keçən “inşaAllah” və “maşaAllah” sözlərində də belə böyük, dərin məna və rəhmət var. (davamı…)

Əhli-beyt İmamlarından Axırzamanla Bağlı Ayə Təfsirləri Mart 21, 2012

Posted by fayuu in Axır Zaman.
Tags: , , ,
1 comment so far

“ƏRAF” SURƏSİNİN 128-ci AYƏSİ

“Musa öz qövmünə dedi: “Allahdan kömək diləyin və səbir edin. Şübhəsiz ki, yer üzü Allahındır. O, qullarından dilədiyini onun varisləri təyin edir. (Gözəl) aqibət müttəqilərindir”.

…Əbu Xalid əl-Kabuli Əbu Cəfərdən (Muhəmməd Baqir) rəvayət etmişdir: Hz. Əlinin kitabında belə yazıldığını gördük: “…Şübhəsiz ki, yer üzü Allahındır. O, qullarından dilədiyini onun varisləri təyin edir. (Gözəl) aqibət müttəqilərindir”. Mən və əhli-beytim Allahın yer üzündə varisləriyik. Biz müttəqilərik və yer üzünün hamısı bizimdir… Mənim soyumdan Qaim (hz.Mehdi (ə.s.))… bütün yer üzünə hakim olar, Rəsulullahın (s.ə.v.) yer üzündə hakimlik etdiyi… kimi. (davamı…)

İslam dinində məcburiyyət yoxdur, hər bir insan ibadətində və inancında azaddır Mart 20, 2012

Posted by fayuu in Axır Zaman.
Tags: , ,
add a comment

Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir. Hər kəs tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar. Allah Eşidəndir, Biləndir. (Bəqərə surəsi, 256)

İslam dini gözəllik və sevgi dinidir. İslam dinini yaşayan insanlar bu gözəl dini və onun dərinliyini yaşadıqca daha da həyəcanlı və şövqlü olurlar. İslama olan bağlılığın qaynağı Allaha olan eşqdir. Bir müsəlman Allah eşqindən namaz qılar, Allah eşqindən ibadətlərini yerinə yetirər və Qurana görə yaşayar. Allah Quranda müsəlmanların bu xüsusiyyətini “qəlbən iman gətirmiş”, “qəlbən inananlar” ifadələri ilə xəbər vermişdir. (davamı…)

Əhli-Sünnənin Dörd Məzhəb İmamı Hz. Mehdinin (ə.s.) Gələcəyini Müjdələmişdir Yanvar 4, 2012

Posted by fayuu in Axır Zaman.
Tags: , , , ,
add a comment

Peyğəmbərimizdən (s.ə.v.) nəql edilən “təvatür” (içində yalan ehtimalı olmayan, səhih, əsaslı xəbər) dərəcəsindəki hədislərdə hz. Mehdinin (ə.s.) bu əsrdə zühur edəcəyi açıq-aydın bildirilmişdir. Peyğəmbərimizin (s.ə.v.) hədisləri və böyük İslam alimlərinin açıqlamaları ilə yanaşı, İslam aləminin dörd böyük məzhəbinin imamları da hz. Mehdinin (ə.s.) bu əsrdə çıxacağını müjdələmişdir.

Dörd haqq məzhəbdə hz. Mehdinin (ə.s.) zühuru necə müjdələnib?

İslam aləmi Peyğəmbərimizdən (s.ə.v.)  sonra müxtəlif üsullarla idarə edilmişdir. Rəsulullahın (s.ə.v.) vəfatından sonra idarəçilik xəlifələrə keçmişdir. Növbə ilə Hz. Əbubəkr (r.ə.), hz. Ömər (r.ə.), hz. Osman (r.ə.) və hz. Əlinin (r.ə.) İslam aləminin idarəçisi olduğu dörd xəlifə dövrü 30 il davam etmişdir. Peyğəmbərimizin (s.ə.v.) vəfatından sonra İslam aləminin sərhədləri daha da genişlənmiş, bir çox səhabə İslamı yeni qəbul etmiş ölkələrə gedərək Quran əxlaqını və Peyğəmbərimizin (s.ə.v.) sünnəsini təbliğ etmişdir. Bu şəkildə Peyğəmbərimizin (s.ə.v.) miras qoyub getdiyi elm və hikmət əshabi-kiram vasitəsilə onlardan sonrakı nəsil olan tabiinlərə (səhabələri görənlərə) çatdırılmışdır. (davamı…)

Qiyamət Əlamətləri Yaxınlaşır November 4, 2010

Posted by fayuu in Axır Zaman.
1 comment so far

Peyğəmbərimizin (s.ə.v.) hədislərində xəbər verdiyi qiyamət əlamətlərindən biri “Günəşin Qərbdən Doğması”dır. Hədislərdə bu əlamət baş vermədən qiyamətin qopmayacağı bildirilməkdədir.

Tarix boyu bir çox insan dağların əzəmətli quruluşunu, ulduzların və Günəşin böyüklüyünü öz batil anlayışına görə şərh etmiş; kainatın sonsuza qədər mövcud olacağını, əsla yox olmayacağını zənn etmişdir. Bu inanc çoxtanrılı və materialist Yunan fəlsəfələrinin, batil Şumer və Misir dinlərinin təməlini meydana gətirmişdir.

Bu inanca sahib insanların səhv içində olduqları bizə Quranda xəbər verilir. Milyardlarla ildən bəri işləyən bu qüsursuz nizam, hər şeyi yaradan Rəbbimizin əsəridir, Onun əmri ilə və Onun təyin etdiyi zamanda yenə əzəmətli  şəkildə sona çatacaq. 20-ci əsrdəki elmi nəaliyyətlər də əsrlər əvvəl Quranda bildirilən bu həqiqəti təsdiq edir, kainatın başlanğıcı olduğunu sübut edir. Bütün insanlar və canlılar kimi kainatın da ölümü vardır. (davamı…)

Axır Zamanda Gözəl Əxlaqın Yayılması Üçün Göstərilən Hər Bir Səy Çox Qiymətlidir Oktyabr 31, 2010

Posted by fayuu in Axır Zaman.
add a comment

Axırzaman, Peyğəmbərimizin (s.ə.v) hədislərində qiyamətə yaxın bir vaxtda yaşanacağını bildirdiyi və müəyyən hadisələrin ar-arda meydana gələcəyini xəbər verdiyi bəlli bir zamandır. Peyğəmbərimizin (s.ə.v) bu zaman müddətində reallaşacağını bildirdiyi hadisələr yaşadığımız əsrdə təsdiqlənmiş, sözükeçən əlamətlər bir-birinin ardınca zühur etmişdir.

Hədislərdən aydın olduğu kimi, axırzaman iki ayrı dövrdən ibarətdir. Birinci dövrdə dünyada tez-tez müharibələrin, qarşıdurmaların, fəlakətlərin, əxlaq böhranı və yoxsulluğun baş alıb gedəcəyi, ikinci dövrdə isə Hz. Mehdinin (ə.s) inkarçı sistemlərə qarşı fikirlə apardığı böyük mübarizə vəsiləsiylə yer üzünün fitnədən xilas olacağı və Hz. İsanın (ə.s) yenidən yer üzünə gəlişi ilə birlikdə bütün dünyada sülh, təhlükəsizlik, sabitlik və qardaşlığın hakim olacağı xəbər verilmişdir. (davamı…)

Musəvi Mənbələrdə Hz. Mehdinin (ə.s.) Çıxış Əlamətləri Oktyabr 31, 2010

Posted by fayuu in Axır Zaman.
Tags: , , , , , ,
add a comment

Ateizmin yayılması:

(Mehdinin) gələcəyi nəsildə… bütün dövlətlər Minim dinini (ateizmi) qəbul edəcək və verilən öyüdlərdən üz çevirəcək… (Talmud, Sanhedrin 11:97a)

Dindarların xor görülməsi:

Davud oğlunun (Hz. Mehdinin (ə.s.)) gəldiyi nəsildə… Allahdan qorxan insanlar xor görüləcək. (Talmud, Sanhedrin 97a)

Din əxlaqından uzaqlaşılması:

(Mehdinin) gələcəyi nəsildə… Haqqdan uzaqlaşcaqlar… (Talmud, Sanhedrin 97a)

Hökumətlərin din əxlaqından uzaqlaşması:

Məsihin (Hz. Mehdinin (ə.s.)) dövründən əvvəlki müddətdə… dövlət başçıları dalalətə düşəcək (dini inanclara qarşı çıxacaq) və onları qınayan kimsə olmayacaq… (Talmud, Sota 49b) (davamı…)

Hz. Mehdinin (ə.s) Gəlişini Göstərən Yüzlərlə Əlaməti Görməməzliyə Vuranlar, Hz. Mehdi (ə.s) İlə Birlikdə Mələklərin Gəldiyini Görsələr Belə İnanmazlar Oktyabr 31, 2010

Posted by fayuu in Axır Zaman.
Tags: , ,
1 comment so far

Axır zamanda hansı hadisələrin baş verəcəyi, hansı vəziyyətlərin ortaya çıxacağı Peyğəmbərimizin (s.ə.v) hədislərində heyrətamiz təfərrüatla xəbər verilmişdir və bu xəbərlərin hamısı bir-bir reallaşmışdır. Peyğəmbərimizin (s.ə.v) bundan 1400 il əvvəl xəbər verdiyi hadisələrin, hal-hazırda tam təsvir etdiyi şəkildə reallaşması, Allahın Peyğəmbərimizə (s.ə.v.) lütf etdiyi möcüzədir. Hicri təqvimlə 1400-cü ildən etibarən, son 30 ildə Peyğəmbərimizinin (s.ə.v.) bildirdiyi 150-dən çox hadisənin hər biri baş vermiş, yəni Peyğəmbərimizin (s.ə.v.) 150-dən çox möcüzəsi, Allahın lütfüylə, reallaşmışdır.

Peyğəmbərimizin (s.ə.v.) bu möcüzələrini ixtisarla qeyd etsək: tam Özünün dediyi şəkildə hicri təqvimlə 1400-cü ilin başlaması ilə birlikdə Fərat çayının suyu kəsilmiş, İran-İraq Müharibəsi baş vermiş, Kəbədə qanlı basqın olmuş, Ramazan ayında 15 gün fasilə ilə Ay və Günəş tutulmaları olmuş, Əfqanıstan işğal edilmiş, (davamı…)

Dəccaliyyətin Fitnə Və Qətliamlara Səbəb Olacağı Hədislərdə Bildirilmişdir Oktyabr 5, 2010

Posted by fayuu in Axır Zaman, İslam Birliyi.
Tags: , , , , , , ,
1 comment so far

Allah Hz. Adəmi yaratdığı gündən bu yana, Dəccalın fitnəsindən daha böyük bir fitnə olmayıb. (Məhəmməd ibn Rəsul əl-Hüseyni əl Bərzənci, Qiyamət Əlamətləri, Pambıq Nəşriyyat, 8-ci nəşr, s. 225)

Bir fitnə görünər. Bunu digər fitnələr təqib edər və əvvəlki fitnələr nəticəsində sonrakı fitnələr müharibələrə çevrilər. Bundan sonra bütün haramların halal sayılacağı bir fitnə olar. Sonra da xəlifəlik, dünyanın ən xeyirlisi olan Mehdiyə evdə oturduğu zaman gələr. (İbn Əbi Şeybə, C. VII, s. 531) (davamı…)

Follow

Get every new post delivered to your Inbox.

Join 4,915 other followers