Kainatdakı Həssas Tarazlıq


Kainatımızı, Süd yolu qalaktikası, Günəş sistemini və yaşadığımız Yer planetini əhatə edən möhtəşən  tarazlıq var. Bu həssas tarazlıq və ölçülərin hər biri insanın yaşaması üçün xüsusi olaraq hesablanmış və təşkil edilmişdir. Kainatımızı ətraflı araşdırsaq, ən fundamental kosmik qanunlardan ən yüksək fiziki dəyərlərə, ən kiçik tarazlıqlardan ən incə hesablara qədər hər şeyin ayrılıqda çox həssas şəkildə nizamlandığını görərik.

Kainatın genişlənmə sürətindən Yerin Süd yolu qalaktikasındakı mövqeyinə, günəş şüalarının tərkibindən suyun axıcılıq dəyərinə, Ayın Yerdən uzaqlığından atmosferdəki qazların nisbətinə qədər saysız faktor insan həyatının mövcud olması üçün ən ideal ölçülərdə nizamlanmışdır. Belə ki, bu saysız faktorlardan yalnız birində kiçik dəyişiklik olsa, bu, kainatda canlılığın məhv olmasına gətirib çıxarar.

Həqiqətən də, insanın var olması və yaşaması üçün vacib olan faktorların hər biri möcüzədir. Bu faktorların bir araya gəlməsi ucsuz-bucaqsız möcüzələr zəncirini meydana gətirir. Bir şeyin möcüzə olması isə, əlbəttə, Allahın varlığının və üstün ağlının dəlillərindəndir. Qüsursuz və mükəmməl dizayna sahib olan kainat Allahın bənzərsiz elmini və qüdrətini bizə tanıdır.

Kainatın genişlənmə sürətindəki möcüzəvi ölçü

Kainatın genişlənmə sürəti onun hal-hazırki quruluşunun meydana gəlməsində böyük rol oynamışdır. Əgər genişlənmənin sürəti bir az yavaş olsaydı, bütün kainat yenidən içə doğru  çökəcəkdi. Əgər kainat bir az daha sürətlə genişlənsəydi, maddə nə qalaktikaları, nə də ulduzları meydana gətirə bilməz, boşluqda dağılıb gedərdi. Hər iki vəziyyət də canlılığın olmadığını ifadə edir.

Ancaq bunların heç biri baş verməmiş və genişlənmə sürətinin sahib olduğu çox həssas dəyər sayəsində indiki kainat ortaya çıxmışdır. Bəs bu tarazlıq nə qədər həssasdır?

Avstraliyadakı Adelaide Universitetinin məşhur riyaziyyat-fizika professoru Pol Devis bu sualı cavablandırmaq üçün uzun müddət hesablamalar aparmış və inanılmaz nəticə əldə etmişdir. Devisə görə, kainatın yaradıldığı böyük partlamadan sonra reallaşan genişlənmə sürəti əgər milyard dəfə milyardda bir nisbətdə (1/1018) belə fərqli olsaydı, kainat meydana gələ bilməzdi. Milyard dəfə milyardda bir ifadəsi belə yazılır:

“0,000000000000000001″.

Yəni bu dərəcə astronomik kiçiklikdə fərq belə kainatın yaranmamasına səbəb olardı. Bu səbəbdən, Biq Banq hər hansı bir partlayış deyil, çox həssas hesablanmış və təşkil edilmiş  meydana gəlmədir.

Göy cisimlərinin arasındakı məsafələr

Məlumdur ki, Yer planeti Günəş sisteminin bir hissəsidir. Günəş sistemi isə qüsursuz planın və mükəmməl tarazlıqların olduğu məkandır. Günəşin diametri Yerin diametrinin 103 misli qədərdir. Bunu bir misalla açıqlaya bilərik: əgər diametri 12.200 km olan Yeri bir tennis topu böyüklüyündə təsəvvür etsək, Günəşi də futbol topunun iki misli böyüklüyündə fərz etməliyik. Burada maraqlı cəhət onların arasındakı məsafədir. Əslində, uyğun bir model qurmaq üçün tennis topu böyüklüyündəki Yerlə top böyüklüyündəki Günəşin arasını təxminən 280 metr etməliyik. Günəş sisteminin xaricində olan planetləri isə bir neçə kilometr uzağa qoymalıyıq.

Göy cisimlərinin kosmosdakı yerləşməsi və aralarındakı nəhəng boşluqlar dünyadakı canlıların var olması üçün zəruridir. Göy cisimləri arasındakı məsafələr dünyadakı həyatın mövcud olması üçün dəqiq şəkildə hesablanaraq təşkil edilmişdir. Bu məsafələr planetlərin orbitinə, hətta varlıqlarına birbaşa təsir edir. Bu məsafələr bir az daha az olsaydı, ulduzlar arasında cəzbetmə qüvvəsi planetlərin orbitlərini qərarsız hala gətirərdi. Bu qərarsızlıq isə planetlərdə temperatur dəyişikliyinə gətirib çıxarardı. Əgər məsafələr bir az çox olsaydı, supernovalarla kosmosa atılan ağır elementlər çox seyrək olar və Yer kimi dağlıq planetlər meydana gələ bilməzdi.

Ulduzlar arasındakı bu boşluqlar Yer kimi bir planet sisteminin var ola bilməsi üçün ən ideal məsafədir. Qısaca desək, kainatdakı göy cisimlərinin yerləşməsi insanın həyatı üçün tam lazım olan ölçülərdədir. Eyni şəkildə kainatdakı nəhəng boşluqlar da təsadüfən ortaya çıxmamış, məqsədli yaradılışın nəticəsində olmuşdur. (Harun Yahya, Evrenin Yaratılışı)

Ağlın sərhədlərini aşan ehtimal

Bizə yaşamaq imkanı verən belə bir kainatın təsadüfən meydana gəlmə ehtimalı nə qədərdir? Bu ehtimal milyard dəfə milyardda birdirmi? Ya da trilyard dəfə, trilyard dəfə trilyardda birdirmi? Yoxsa daha da kiçikdir?

Prof. Rocer Penrosiyə görə, bu ehtimal 10123-də birdir. Bunun nə məna verdiyini düşünmək belə çətindir. Riyaziyyatda 10123 şəklində yazılan bir rəqəm 1 sayının yanına 123 ədəd sıfır yazılması ilə meydana gəlir (bu, kainatdakı bütün atomların sayının cəmindən, yəni 1078-dən də böyük, çox astronomik rəqəmdir). Riyaziyyatda 1050-də 1-dən daha kiçik ehtimallar “sıfır ehtimal” sayılır. Amma bəhs etdiyimiz rəqəm 1050-də 1-in trilyard dəfə, trilyard dəfə trilyard qatından daha böyükdür. Qısaca desək, bu rəqəm bizə kainatın təsadüflə açıqlanmasının qətiyyən qeyri-mümkün olduğunu göstərir.

Yaşadığımız kainatın yaranması üçün zəruri olan şəraitin ən mükəmməl şəkildə meydana gəlməsi yaradılışın açıq-aşkar dəlillərindəndir. Şübhəsiz, belə qüsursuz bir kainatda yaşamağımız təsadüflərin və ya şüursuz atomların verdikləri qərarların, meydana gətirdikləri nizamın əsəri ola bilməz. Bütün kainat canlı və cansız varlıqlarla birlikdə Aləmlərin Rəbbi olan Allahın bənzərsiz elmini və sonsuz gücünü sübut edir.

About these ads

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Connecting to %s