jump to navigation

Təkamülçülərin Nəzəriyyələrinə Dair Heç Bir Elmi Dəlili Yoxdur İyul 19, 2010

Posted by fayuu in Darvinizmin Sonu.
Tags: , , , , ,
trackback

Təkamülçülər insanın meymunlarla ortaq əcdaddan təkamül yolu ilə əmələ gəldiyi iddiasını dəlilsiz surətdə qəbul edirlər, ancaq bu təkamülün necə baş verdiyi sualına “bilmirik, bəlkə gələcəkdə bir gün başa düşərik” şəklində heç bir elmi dəyəri olmayan cavab verirlər. Təkamülçü paleoantropoloq İleyn Morqan belə etiraf edir:

İnsanlarla (insanın təkamülü ilə) bağlı ən vacib dörd sirr budur:

Nə üçün iki ayaq üzərində gəzirlər?

Nə üçün bədənlərindəki qalın tükləri tökmüşlər?

Nə üçün bu qədər böyük beyinləri var?

Nə üçün danışmağı öyrənmişlər? Bu suallara verilən standart cavablar belədir:

Hələ bilmirik.

Hələ bilmirik.

Hələ bilmirik.

Hələ bilmirik.

Suallar daha da artırıla bilər, amma cavabların eyniliyi dəyişməyəcəkdir. (Elaine Morgan, The Scars of Evolution, New York: Oxford University Press, 1994, səh. 5)

Bir insan həyatı boyu materialist təlqinlərin təsiri altında qala bilər. Bu təlqinlərə görə həqiqətləri səmimi şəkildə düşünmək üçün fürsət tapmaya bilər. Ancaq bu vəziyyət bütün həyatını xətalar içində davam etdirməsi demək deyil.

Doğru olanı görən bir insan vicdanının və ağlının səsini dinləyərək səhvlərə davam etməkdə israr etməməlidir. Hər insanın Qurani-Kərimdə bildirildiyi kimi vicdanı ilə doğrunu gördüyü halda bundan qaçmaqdan çəkinməlidir:

Həqiqiliyinə daxilən möhkəm əmin olduqları halda, haqsız yerə və təkəbbür üzündən onları inkar etdilər. Bir gör fitnə-fəsad törədənlərin axırı necə oldu! (Nəml surəsi, 14)

Doğrunu görən və təsdiq edənlər isə Allahın iznilə həm dünyada, həm də axirətdə qurtulacaqlar:

Haqqı gətirən və onu təsdiq edənlər isə əsl müttəqilərdir. (Zumər surəsi, 33)

Cavab qoy

Fill in your details below or click an icon to log in:

Gravatar
WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.

Join 55 other followers