“Ana Təbiət” Kimdir?


Təkamülçülər təbiətin yaradıcı gücə sahib olduğunu fərz edirlər. Bu qəribə fərziyyəyə həm özləri inanır, həm də digər insanları buna inandırmağa çalışırlar. Bu məqsəd üçün əllərindəki bütün imkanları da səfərbər edirlər. Məsələn, televiziyadakı bəzi sənədli filmlərdə, jurnal, qəzet və kitablarda təbiətdəki hər hansı bir gözəllikdən danışarkən “Bu, təbiətin insana hədiyyəsidir”, “Ana Təbiətin möcüzəsidir”, “Təbiət vergisi olaraq qunduzlar özlərinə möhtəşəm bəndlər inşa edirlər” kimi ifadələrdən istifadə edirlər. Bəs təkamülçülərin yaradıcı kimi gördükləri “ana təbiət” kimdir? Təkamülçülərin “təbiətin möcüzəsi, ana təbiət” deyərək (eynilə paqanlar kimi) ilahlaşdırdıqları bu anlayışlar- ağaclar, çaylar, çiçəklər, qayalar, balıqlar, daşlar, torpaq, pişiklər, itlər qısası təbiətdə olan, lakin heç bir şüuru və yaratma gücü olmayan canlı və cansız varlıqların birləşməsindən ibarətdir.

Yaxşı bütün bu şüursuz, hətta düşünmə qabiliyyəti belə olmayan varlıqlar bir yerə gələrək yüksək şüur tələb edən işləri necə görürlər? Əlbəttə belə bir şey mümkün deyil. İnsanın ətrafında gördüyü bütün şüur əlamətləri sonsuz elm sahibi olan Allahın yaratması ilə mümkün olur.

Təkamülçülərin “təbiət”, “ana təbiət” kimi anlayışlarla ifadə etdikləri inancın sosiologiyadakı qarşılığı “animizm”dir. Animizm, təbiətdəki cansız varlıqlara ruh və şüur yükləmək mənasını verir. Mədəniyyətdən kənar qalmış bəzi qəbilələrdə müşahidə edilən animist inanclar, primitiv təfəkkür tərzinin məhsuludur. Müasir dövrdə animist fikirlərə, ancaq uşaqlar üçün çəkilmiş cizgi filmlərində və ya nağıllarda rast gəlinir. Təkamülçülərin nağılları və ana təbiətə olan inancları, cizgi filmlərinin qəhrəmanı olan ağacların, çayların danışmasına və ya kədərlənməsinə olan inancdan fərqlənmir.

XƏYALİ “ANA TƏBİƏT”İN KÖMƏKÇİSİ: TƏBİİ SELEKSİYA

Təkamülçülərin təbiətdə ən çox hörmət etdikləri və yaratma gücü olduğuna ən çox inandıqları mexanizm “təbii seleksiya”dır. Təbii seleksiya həqiqətən də təbiətdəki canlılar arasında müşahidə edilən mexanizmdir. Ancaq təkamülçülərin xəyal etdikləri kimi canlıları təkamül etdirib yeni bir növ yaratma qabiliyyətinə sahib deyil.

Təbii seleksiya (seçmə) anlayışı Darvindən əvvəl də var idi. Ancaq təbii seleksiyanın “yaradıcı gücü” olduğunu iddia edən ilk insan Darvindir. Çarlz Darvin, nəzəriyyəsini canlıları təkamül etdirdiyinə inandığı “təbii seleksiya” mexanizminə söykəmişdi. Halbuki təbii seleksiya canlıların mövcud təbiət şərtlərinə uyğunlaşdıqlarında həyatlarını və nəsillərini davam etdirdiklərini, bu şərtlərə uyğun olmayanların isə məhv olacaqlarını nəzərdə tutur. Yəni təbii seleksiyanın canlıları təkamül etdirəcək gücü yoxdur.

Bu mövzunu belə bir nümunə ilə izah edə bilərik: Müəyyən coğrafi ərazidə biri daha sıx və uzun tüklü, digəri isə nisbətən qısa tüklərə sahib iki oxşar it cinsinin yaşadığını fərz edək. Əgər bu ərazidə havanın temperaturu ekoloji dəyişikliyə görə əhəmiyyətli dərəcədə düşsə, sıx və uzun tüklü itlər qısa tüklü itlərə nisbətən soyuğa daha çox dözümlü olacaqlar. Bunun nəticəsi olaraq da sıx və uzun tüklü itlər daha üstün vəziyyətə gələcək, yəni daha çox yaşayacaq, daha çox çoxalacaq və daha asan qidalanacaqlar. Müəyyən dövr sonra qısa tüklü itlərin sayı kifayət qədər azala, daha isti bölgələrə köçə və ya soyları tamamilə tükənə bilər. Beləliklə, uzun tüklü itlər təbii seleksiya vasitəsilə seçilmiş və üstünlük qazanmış olurlar.

Ancaq bu proses ortaya yeni it cinsi çıxarmır. Təbii seleksiya onsuz da mövcud olan iki fərqli cinsdən birini seçir. Uzun tüklü itlər olmadığı halda təbii seleksiya nəticəsində uzun tüklü itlər meydana gəlmir. Bu itlərin zaman keçdikcə başqa canlı növünə çevrilmələri isə əsla mümkün deyil.

Qısası təbii seleksiya yeni növlər, yeni xüsusiyyətlər meydana gətirmir, onsuz da mövcud olanlar arasından seçim edir. Yeni növ və xüsusiyyət əmələ gəlmədiyi üçün də hər hansı “təkamül”ün baş verdiyini söyləmək olmaz. Yəni təbii seleksiya canlıları təkamül etdirmir.

Ancaq təkamülçülər təbii seleksiyadan istifadə etdikdə, məsələnin üstünü örtmək və həqiqətləri təhrif etmək üçün bəzi illuziyalara müraciət edir, təbii seleksiyanın daşıdığı mənadan əlavə bir çox xüsusiyyətlər yükləyirlər. Onlara görə təbii seleksiya ancaq zəif olanları sıradan çıxarmır, minlərlə yeni canlı növü də yaradır. Daha doğrusu, təkamülçülər belə bir proses olduğuna inanmaq istəyirlər, çünki heç bir başqa dayaqları yoxdur. Burada darvinistlərin ümid və həsrətləri çox böyük rol oynayır. Bu istəyi dövrümüzün məşhur təkamülçülərindən Harvard Universiteti paleontoloqu Stephen Jay Gould belə ifadə edir:

“Heç kim təbii seleksiyanın uyğun olmayanı sıradan çıxarmasındakı mənfi rolunu inkar etmir. Ancaq darvinist nəzəriyyə “uyğun olanı yaratması”nı da istəyir.”

Lakin darvinistlər bu istəklərinə sübut tapa bilməyiblər. Çünki təbii seleksiyanın canlıları təkamül etdirdiyi müşahidə edilməmişdir. Məşhur təkamülçü alim, ingilis paleontoloq Kolin Patterson bu gerçəyi belə etiraf edir:

“Heç kim təbii seleksiya mexanizmi ilə yeni bir növ yarada bilməmişdir. Heç kim belə bir şeyə heç yaxınlaşa bilməmişdir. Bu gün neodarvinizmin ən çox mübahisə doğuran mövzusu da budur.” (Colin Patterson, “Cladistics”, Brian Leek ilə Reportaj, Peter Franz, 4 Mart 1982, BBC)

Əsl təəccüblü cəhət isə darvinistlərin təbii seleksiyanın yaradıcı gücü olmadığını bildikləri halda bu cəfəngiyata inanmaları və bunda israr etmələridir. Bu gün bir çox təkamülçü təbii seleksiya kimi ancaq zəif fərdləri sıradan çıxaran mexanizmin insan kimi çox möhtəşəm mədəniyyətlər quran varlığı yarada bilməyəcəyini etiraf edir. Lakin bu etiraflar onların inanclarını qəti şəkildə dəyişdirmir. Nəzəriyyələrinin böhran içində olduğu və buna özləri də şahidlik etdiyi halda “insan təkamül nəticəsində yaranıb” kimi fikirlərindən əsla imtina etmirlər. Darvinizmə kor-koranə bağlı olan J.Hawkes bir məqaləsində fikirlərini belə ifadə edir:

“Quşlar, balıqlar, çiçəklər və s. göz qamaşdırıcı gözəllik üçün təbii seleksiyaya borclu olduğumuza inana bilmirəm. Bundan əlavə insan şüuru belə bir mexanizmin məhsulu ola bilərmi?” (J. Hawkes, “Nine Tentalizing Mysteries Of Nature,” New York Times Magazine, 33, 1957)

Amma bütün bu etiraflara baxmayaraq təkamülçülər təbiətin və təbii seleksiya kimi bəzi mexanizmlərin eşidən, görən, icad edən, dövlətlər quran, əsərlər yazan insanı yaratdığına inanırlar. Bu inanclarının bir gün elmi cəhətdən sübut olacağına ümid edir və bunu özlərinə təlqin edərək əslində özlərini aldadırlar.

About these ads

“Ana Təbiət” Kimdir?” üzərində bir şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Connecting to %s